Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

Geri 
nəzarət 
çıxan 
tüstü 
qazı 
hidrogen-xlorid 
və 
kükürd-dioksid 
konsentrasiyalarından  ibarətdir  və  bu  dəyərlərin  qabaqlayıcı  nəzarət  sistemi  hesablaması 
vasitəsilə müəyyənləşdirilmiş şəkildə injeksiya olunmuş əhəng südü  məhlulunun həcmini 
tənzimləmək  üçün  dəyərləri  verilən  nöqtə olaraq  müəyyənləşdirməkdən  ibarətdir.  Seçilən 
analizatorun növü ilə birgə real sınağa yaxın yerdə analizatorların yerləşdirilməsi potensial 
“artım”ların yaxşı idarə olunmasını təmin edir. 
Bu cür yuxarı və aşağı cərəyan istiqamətində olan nəzarət metodu özünü doğruldub 
və Britaniya və Avropanın müxtəlif zavodlarında quraşdırılıb. 
Boyler-  tüstü  qazı  təmizləmə  avadanlığı  içərisindən  axan  tüstü  qazları  axınının 
kompüter  ilə  modelləşdirilməsi  yeni  konfiqurasiyalar  qarşıya  çıxanda  dizaynı  yoxlamaq 
üçün yerinə yetirilir. 
 
 4.9.3. Tüstü qazlarının neytrallaşdırılması – Qaz təmizləyici  
Tüstü  qazlarının  neytrallaşdırılması  qaz  təmizləyici  skrubberdə  yerinə  yetirilir. 
Skrubber  və  onunla  bağlı  olan  novlar  örtüklər  və  silfon  ilə  bərkidilən  polad  platadan 
hazırlanıb. Skrubber aşağıdakılardan ibarətdir: 
  tüstü qazı təmizləyicinin özü, çanaq, konusvari tullayıcı və dam; 
  tüstü qazı axınında burulğan effektini yaratmaq üçün fluqerlərlə bərkidilmiş 
qaz qəbulu kamerası; 
  əhəng südü çiləyən rotor öz mühərriki ilə birgə; 
  Ventilyator rotor sərinləşdirici; və  
  Xəlbirləmə ekstraktı və konusvari tullayıcının dibindən ötürmə avadanlığı.  
 
4.9.4. Əhəngin saxlanması, hazırlanması və paylanması  
Əhəng  sistemi  avadanlığın  tam  artıqlığı  müəyyənləşməsinə  görə  tərtib  olunacaq. 
Əhəng pnevmatik boşaltma sisteminə malik  50 m3   tutumu olan çənli  yük maşınlarında 
kütlə halında gətiriləcək. Gətirilmiş əhəng daşı hər iki axını nominal tutumla işləyən bə 7 
günlük  ehtiyat  imkanı  olan  əhəng  bunkerinə  boşaldılacaq.  Təchizat  aşağıdakılardan 
ibarətdir:  
  Polad struktur 
  Bunkerin yuxarı hissəsində  
-  Bir lyuk (hermetik hazırlanmış) 
-  Bir təhlükəsizlik klapanı  
-  Özü təmizlənmə sisteminə malik bir əlcəkli filtr hissəsi 
-  Pnevmatik qəbuledici üçün bir qidalandırıcı boru  


  Silindrik karkasda: 

Təhlükəsizlik qapısı ilə bir nərdivan 

2 səviyyə sayğacları. 
  Konusvari bunkerdə:  

Bir lyuk (hermetik hazırlanmış) 
 
Əhəng südünün hazırlanması aşağıdakı avadalıq vasitəsilə yerinə yetirilir : 
  əhəng injeksiya səviyyəsini tənzimləmək üçün iki şnek-dozator; 
  İki  əhəng  söndürmə  çəni  (hər  bir  çən  iki  axınla  əhəng  südü  məhlulu 
hazırlamaq üçün dizayn olunub); 
  Su injeksiyası borusu; 
  Elektriklə işləyən qarışdırıcılar; və 
  əhəng südünü avtomatik ötürən klapanlar. 
 
Söndürülməmiş əhəngdən hazırlıq çənində əhəng südü hazırlanır. Daha sonra əhəng 
südü  qravitasiya  nəticəsində  ikinci  qarışdırma  paylama  çəninə  axır,  bu  isə  öz  növbəsində 
əhəng  məhlulu  paylama  dövriyyəsi  vasitəsilə  skrubberi  doldurmaq  üçün  istifadə  olunur. 
Hər  bir  paylama  dövriyyəsi  mütəmadi  şəkildə  (hətta  xəttin  qısa  müddətli  dayanması 
vaxtında  belə)  işləyir.  Əhəngin  boruda  tıxanmasının  qarşısını  almaq  üçün  əhəngin  təchiz 
edilmə  xətti  fasiləsiz  dövrə  əsasında  hazırlanmışdır.  Əhəng  məhlulunun  hər  bir 
təmizləyiciyə ötürülməsi əsas və yardımçı nasoslar vasitəsilə təmin olunub.  
Bunkerin doldurulması zamanı əhəngin təsadüfən boşaldılması, özəl tərtib olunmuş 
ventil  filtri  və  təfərrüatlı  doldurma  və  boşaldılma  əməliyyat  prosedurlarının  vasitəsilə 
minimuma endirilib. Əlavə olaraq, yüksək səviyyəli indikator bunkerin üzərində və özünü 
təmizləyən  filtri  olan  ventil  çənin  yuxarısında  bunkerin  həddən  artıq  təzyiq  yaranmasının 
qarşısını almaq üçün yerləşdirilib. 
 
4.9.5. Aktivləşdirilmiş kömür saxlanması və paylanması 
Aktivləşdirilmiş  kömür  pnevmatik  boşaltma  sisteminə  malik  50  m3    tutumu  olan 
çənli  yük  maşınlarında  kütlə  halında  gətiriləcək.  Aktivləşmiş  kömür  sahədə  ən  azı  50 
günlük  ehtiyat  miqdarında  saxlanılır.  Aktivləşdirilmiş  kömür  azot  inertizasiya  sistemi  və 
yuxarısında filtr olan bunkerdə saxlanılır. Üç doza müəyyənləşdirən vahid (hər biri bir axın 
üçün,  biri  ehtiyat)  dəm  qazı  novlarında  aktivləşdirilmiş  kömürün  injeksiyasına  nəzarəti 
təmin edir.  Dozalama sistemi aşağıdakılardan ibarətdir: 
 
  Saxlama bunkerinin təcridedici klapanlı boşaltma bunkeri  


  Boşaltma bunkerinin altında ehtiyat çəni, zəruri səviyyə releləri ilə  
  Hər  şnek-dozatorun  təchizatını  təmin  edən  ehtiyat  çənin  aşağı  hissəsində  
fırlanan paylayıcı  
Diametri  30  mm-dən  çox  olan  borunun  içində  olan  axına  görə  bir  həcmli  şnek- 
dozator qidalandırıcısı. Fırlanma sürəti aktivləşdirilmiş kömürün sərfinin tənzimlənməsinə 
uyğunlaşdırılır.  Aktivləşdirilmiş  kömürü  daxil  etmə  hissəsinə  nəql  etmək  üçün  şnek-
dozatorun  çıxış  hissəsi  pnevmatik  idarə  olunan  eduktora  birləşir.  Yardımçı  dozalama 
avadanlığı kimi bir əlavə şnek təchiz edilir. 
  Pnevmatik ötürücülü eduktorlar, 
  Solenoidlər, 
  Hava təzyiqini nizamlayıcı, 
  Dozator üzərində boru sistemi, 
  Dozatoru dəstəkləyən polad konstruksiya. 
 
Sprey quruducu reaktorunun girişində quraşıdırılmış diffuzor tüstü qazları  axınında 
karbonun  mükəmməl  qarışdırılmasına  imkan  verir.    Aktivləşdirilmiş  kömür  sistemində 
alov riski və ya partlayış aşağıdakı xüsusiyyətlər vasitəsilə azaldılır:  
  Dəm  qazının  emalında  ancaq  buxar  ilə  aktivləşdirilən  kömürdən  istifadə 
olunur. 
  bunker temperaturunun inersiya qazının injeksiyası ilə müşahidəsi  
  Adaptasiya edilmiş elektrik avadanlığı (fransız ATEX standartı). 
 
Bunkerin  doldurulması  zamanı  əhəngin  təsadüfən  dağılması,  özəl  tərtib  olunmuş 
ventil  filtri  və  təfərrüatlı  doldurma  və  boşaldılma  əməliyyat  prosedurlarının  vasitəsilə 
minimuma endirilib. Əlavə olaraq, yüksək səviyyəli indikator bunkerin üzərində və özünü 
təmizləyən  filtri olan ventil çənin  yuxarısında  bunkerdə  həddən artıq təzyiq  yaranmasının 
qarşısını almaq üçün yerləşdirilib. 
 
4.9.6. NO
x
 (azot oksidlərini) azaltma sistemi (SNCR) 
Aşağıda  təsvir  olunan  sistem,  200 mg/Nm
3
  –dən  aşağı  göstəricilərdə  NO
x
  
nəticəsinə  çatmağa  imkan  verən  “nəm”  SNCR  (secilə  bilən  qeyri-katalitik  azaltma) 
sistemidir. Bu sistem ammonyak məhlulundan istifadə edən sistemlə müqayisədə aşağıdakı 
üstünlükləri verir:   
Karbamid  təhlükəsiz  idarə  oluna  bilən  qeyri-toksiki  məhsuldur.  Bu,  ammonyakla 
tələb  olunan  xüsusi  təhlükəsizlik  avadanlığından  imtina  edilməsinə  imkan  verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə