Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

  Yuxarıdakı fəaliyyətlər uğurla tamamlanır; 
  Ventilyator  çərçivələri  və  demperlər  faktiki  olaraq  bağlanır  (hər  hansı  təbii  hava 
axının qarşını almaq); 
  Sobanın altındakı hava demperlərinin bağlanması; və  
  Yanacaq yağ təhlükəsizlik klapanları tamamilə bağlanır. 
 
Zavodun  təhlükəsiz  şəkildə  PPC  icazəsi  və  yüksək  istifadə  imkanı  ilə  işləməsini 
təmin etmək üçün, müxtəlif çeşiddə avadanlıq və nəzarət sistem elementləri təmin olunur.  
Zavoddakı 
bütün 
avadanlıq 
mümkün 
olan 
yerlərdə 
planlaşdırılmamış 
uğursuzluqları  minimuma  endirmək  üçün  Planlaşdırılmış  və  Preventiv  İstismar  Proqramı 
çərçivəsində istismar olunmalıdır.  
Əlavə  olaraq,  Zavodun  yanma  parametrlərinin  və  emissiyaların  PPC  icazəsi 
çərçivəsində  olmasını  təmin  etmək  üçün  müxtəlif  fəaliyyətlər  və  monitorinq  prosedurları 
yerinə yetirilməlidir.  
 
Aşağıda  göstərilənlər  bəzi  tipik  uğursuzluqlarda  operatorun  gördüyü  fəaliyyətləri 
və nəzarət tədbirlərini təsvir edir.  
 
  İxrac/idxal  elektrik  təminatının  kəsilməsi:  Əgər  İxrac/idxal  elektrik  təminatı 
kəsilərsə, o zaman zavod işləməyə davam edəcək, amma “ada” rejimində və özü öz 
elektrikini istehsal edəcək. Əgər turbin boşalarsa, o zaman standby elektrik təminatı 
zavodun  təhlükəsiz  söndürülməsinə  şərait  yaradır.  Əgər  standby  təminatında 
kəsilmə  olarsa,  o  zaman  Operator  yanma  şərtlərini  və  emissiyalarının  İcazə  ilə 
uyğunluğun  təmin  etmək  üçün  CEMS-i    müşahidə  üçün  təmin  etməklə  UPS-dən 
istifadə edərək Fövqaladə hal söndürməsini həyata keçirir. 
 
  FGT avadanlığında problem:  FGT sistemində müxtəlif stanby vahidləri və saxlama 
tutumları var (məs. hazır şəkildə quraşdırıla bilən standby pulveratoru, standby piltə 
inyeksiya  nasosları  və  s).  Əgər  ümumi  piltə  sistemində  kəsilmə  olarsa,  filtr 
torbalarında  istifadə  olunmamış  vaxt  yanma  şərtlərinin  və  emissiyaların  İcazə  ilə 
uyğun olmasını təmin edəcək. 
 
  Filtrasiya  sistemində  uğursuzluq:  Onlayn  istismar  filtr  seksiyalarının  ayrılması 
nəticəsində  əldə  olunur.    Müxtəlif  torba  problemlərinin  baş  verməsi  ehtimalı  az 
olarsa, operator problemli torbaları təcrid etməli olacaq; əgər təcrid etmə səmərəsiz 


olarsa, iki saat ərzində nəzarət olunan bağlanma yerinə yetirilə bilər. Yanma şərtləri 
və emissiyalar İcazə ilə uyğun olacaq. 
 
  Avadanlıqla  bağlı  uğursuzluq:    Dib  külü  və  FGT  qalıq  daşıyıcılarında  problem 
yaranarsa,  ayırıcı  borular  və  yan  keçidlər  bağlanmalardan  yayınmaq  üçün  istifadə 
olunur.  Soba  dəmirləri  və  ventilyatorda  problem  olarsa,  operator  Nəzarət  olunan 
Bağlanmanı həyata keçirir.  Yanma şərtləri və emissiyalar İcazə ilə uyğun olacaq. 
 
4.9. HAVAYA BURAXILAN MƏNBƏ EMISSIYALARININ AZALDILMASI   
         SİSTEMİ   
İşlənmiş  qazın  təmizləmə  konsepsiyası  dünyadakı  bir  çox  bənzər  zavodlarda 
quraşdırılmış  dizaynda  yarım-quru  sistemə  əsaslanır.  Yarım  quru  sistem,  gələcəkdə  ola 
biləcək  ciddi  emissiya  standardlarına  uyğunlaşdırmaq  üçün  düzəlişlərin  daha  tez  daxil 
edilməsinə imkan yaradır.  
Bərk  məişət  tullantılarını  yandıran  zavodlar  turş  qazlar  -  məs.  hidrogen-xlorid 
(HCl),  hidrogen-florid  (HF)  və  kükürd  3-oksidin  (SO
3
)    iz  konsentrasiyaları  ilə  birlikdə 
kükürd dioksid (SO
2
) generasiya edir. Turş qazların təmizlənməsi prinsipi- qələvi reagenti 
əlavə olunması ilə onların neytrallaşdırılmasından ibarətdir. Yarım quru proseslərdə qələvi 
reagenti təmizlənməli olan tüstü qazlarına məhlul və ya suspensiya şəklində (reagentin həll 
olunma ehtimalından asılı olaraq) injeksiya olunmalıdır. Ona görə tüstü qazları soyudulur 
və təmizlənir. 
Hidrogen-xlorid və hidrogen-fluorid kalsium-hidroksidlə reaksiyaya girib, müvafiq 
olaraq kalsium-xlorid (CaCl
2
)  və kalsium-fluorid (CaF
2
)  duzları yaradır:  
2 HCl + Ca(OH)
2
  CaCl
2
 + 2 H
2

2 HF + Ca(OH)
2
  CaF
2
 + 2 H
2
O. 
Kükürd-dioksid kalsium hidroksid ilə aşağıdakı reaksiyalara uyğun olaraq kalsium-
sulfat yaradır: 
SO
2
 + Ca(OH)
2
  CaSO
3
 + H
2
O  
           CaSO
3
 + ½ O
2
    CaSO
4
 
Kükürd  3-oksid  kalsium-hidroksid  ilə  reaksiyaya  girir  və  aşağıdakı  reaksiyaya 
uyğun olaraq kalsium-sulfat yaradır: 
SO
3
  + Ca(OH)
2
  CaSO
4
 + H
2
O. 
Yarım quru prosesdə turş qazların  neytrallaşdırma  məhsulları olan  bərk  maddələr,  
tüstü qazlarının növbəti təmizlənməsində parça filtri ilə tutulub ayrılırlar. 
 


4.9.1. İş prinsipi  
Boyler  çıxıntısından,  işlənmiş  qazlar  reaksiya  kamerasının  yuxarı  hissəsinə  daxil 
olur, burada diffuzerin içərisində paylandıqdan sonra, əhəng südü məhlulunun damcıları ilə 
təmasa keçirlər.  
Diffuzer  tüstü  qazlarının  axın  şablonuna  düzəliş  edir.  Onun  funksiyası  oxvari-
simmetrik  axını  təmin  etməkdir  (silindrik-konusvari  kamera  oxu  ilə  yanaşı).  Qazların 
hissələri  statik  fluqerlər  vasitəsilə  qarışdırılır  və  onlardan  bir  hissəsi  mərkəzə  qaçma 
istiqaməti ilə hərəkət edirlər.  
Əhəng  südü  sprey  turbini  (pulverizator)  vasitəsilə  səpilir.  Əhəng  südü  qravitasiya 
təsiri  altına  düşür  və  yüksək  sürətlə  hərəkət  edən  disk  ilə  toqquşur.    Diski  tərk  edərkən, 
əhəng  südünün  hərəkət  sürəti  təxminən  160  m  s-1  -ə  çatır  və  diametri  bir  neçə  onluq 
mikron  olan  damcılara  ayrılır.  Əhəng  südü  məhlulunun  doldurulması  bufer  çəninə 
injeksiya olunmamış əhəng südü məhlulunun yenidən emalı ilə dövrriyyə şəklində dizayn 
olunub.  
Əhəng injeksiyasına nəzarət sistemi reaksiya müddətini azaldır, tüstü qazı emissiya 
limitləri ilə ciddi uyğunluğunu və reagentlərin səmərəli istifadəsini təmin edir.   
Fasiləsiz  Emissiya  Monitorinq  Sistemi  (CEMS)  makrohissəciklər,  HCl,  SO
2
,  CO, 
NO
x
 , uçan üzvi karbon  birləşmələr (VOC) üzrə  O

aşağı axını  vasitəsilə tüstü qazlarının 
təmizlənməsi  üçün  fəaliyyət  göstərir.  Bu  çirkləndirici  maddələr  üzrə  mütəmadi  ölçmələr 
aparılır. 
 
4.9.2. Hidrogen- xlorid yüklənməsi  
Əhəng  sərfi  və  hidrogen-xlorid  emissiyaları  gələn  tullantının  0.6  %  həcmində 
xloridə  əsaslanır.  Zavod,  1.8%  xlorid  artığını  emal  edə  bilər,  amma  bu  miqdar  da  çox 
sayılır.  Hidrogen-xlorid  emissiyaları,  “upstream  measurement”-in  nəticələrinə  əsasən 
əhəng  injeksiyasını  artırmaqla  müəyyən  səviyyədə  saxlanılacaq.    Bu  isə  1,500  mg/nm3  
həcmindəki  qaz  təmizləmə  sistemində  tüstü  qazının  yuxarı  hərəkətində  hidrogen-xlorid 
konsentrasiyasnın maksimum həddə çatmasına imkan yaradır.   
Hidrogen-xloridin giriş konsentrasiyasındakı “artımlar” əhəng injeksiyasına nəzarət 
dövriyyəsi tərəfindən qısa reaksiya müddətində idarə olunacaq.  Bu qısa reaksiya vaxtı, qaz 
təmizləyicisində  və  bacada  hidrogen-xlorid  qatılığının  ölçülməsi  yolu  ilə  əldə  olunur; 
birinci ölçmə nəticələri gözləmək üçün və ikincisi isə düzəliş etmək üçün edilir.  
Doldurma 
nəzarəti 
hidrogen-xloridin 
müşahidəsi 
və 
kükürd-dioksid 
konsentrasiyalarının  boyler  çıxışında  istifadəsindən  ibarətdir  və  bu  dəyərlərin  istifadəsi 
neytrallaşdırma zamanı nəzəri axın dərəcəsini hesablamaq üçün zəruri ola bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə