Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

 
FLUE GAS                                 – İŞLƏNMİŞ QAZ 
 
UREA                                         – KARBAMİD 
 
WATER                                      – SU 
 
COMPRESSED AIR                  – SIXILMIŞ HAVA 
               Martin Grate                                            – Martin şəbəkəsi  
 
 
 
 
4.9.8.3. Maye karbamid saxlama çəni 
Reagent 30 m3 həcmə malik saxlanc bunkerində təxminən 3 gün ərzində saxlanılır. 
Reagenti  kristallaşdırma  nöqtəsindən  yüksəkdə  tutmaq  üçün  çən  elektrik  izləmə  və 
izolyasiya ilə təmin olunur. Çən, həmçinin, aşağıdakı qurğularla təchiz olunur: 
  Səviyyə detektorları və həyəcan siqnalı qurğuları  
  Hər  hansı  daşmanın  qarşısını  almaq  üçün  çən  yüksək  səviyyə  detektoru  ilə  idarə 
olunan doldurma şlanqı üzərində təhlükəsizlik klapanı. 
  Temperatur indikatoru  
  Yoxlama gözlükləri. 
 
4.9.8.4. Reagent paylama şəbəkəsi  
Reaktiv  biri  işlək,  digəri  yardımçı  olan  iki  HP  nasosları  ilə  ayrılmış  axına 
istiqamətlənir.  
Nasosların  hər  biri  axının  tam  yüklənməsi  üçün  hesablanmışdır.  Reaktiv  nəzarət 
klapanlarının vasitəsilə daxil etmə borucuqlarını təchiz etməzdən əvvəl filtrdən keçir.  
Paslanmayan polad boruların isidilməsi istilik itkisinin tarazlaşdırılması və reaktivi 
kristallaşma nöqtəsindən yuxarıda saxlamağa imkan yaradır.  
Tənzimləmə dövrəsinin tələbinə uyğun olaraq, reaktiv xam su ilə durulaşdırılır. Biri 
işlək, digəri  yardımçı olan  iki  mərkəzdənqaçma  nasosları  ilə  bu  xam suyun kifayət qədər 
təzyiqi təmin edilir.  
 
4.9.9. İdarəetmə qurğusu  
İdarəetmə  qurğusu  reaktiv  axını,  durulaşdırıcı  xam  su  və  sıxılmış  hava  üçün 
tənzimləmə  dövrələrini  təmin  edir.  Reaktiv  axının  tənzimləmə  dövrəsi  idarəetmə  klapanı 
və  axın  ötürücüsü  ilə  yerinə  yetirilir.  Durulaşdırıcı  xam  suyun  tənzimləmə  dövrəsi 
qurğunun  işə  salınması  zamanı  əllə  tənzimlənən  təzyiqin  idarəetmə  klapanı  ilə  yerinə 
yetirilir.  


Sıxılmış  havanın  tənzimləmə  dövrəsi  qurğunun  işə  salınması  zamanı  tənzimlənən 
təzyiq nizamlayıcısı ilə yerinə yetirilir.  
Yekun  reaktiv  məhlulun  (durulaşdırıcı  xam  su  +  reaktiv)  eyni  tərkibli  vəziyyətə 
gətirilməsinə  daxil  etmə  ucluqlarının  təchiz  edilməsindən  əvvəl  statik  qarışdırıcı  ilə  nail 
olunur.  Reaktiv  məhlulunun  axını  NOx  analizatoru  vasitəsilə  bacada  işlənmiş  qazda 
ölçülən azot oksidlərinin qalıq konsentrasiyasına əsasən idarə edilir.  
 
4.9.10. Daxiletmə borucuqları   
Daxiletmə borucuqları ön və yan divarlarda yerləşir. Temperaturun optimal olduğu 
sahədə  reaksiyanı  həyata  keçirmək  üçün  onların  mövqeyi  proqnozlaşdırılan  işlənmiş  qaz 
axınlarının və yanma kamerasında temperaturun hesablanması ilə müəyyən edilir.  
Daxiletmə borucuqları iki maye növlüdür. Onlar istiqamət ucluğunun bir sonluğuna 
yerləşdirilmiş boruda kiçik damcılar yaratmaq üçün reaktiv məhlul və sıxılmış havanın bir- 
birinə  qarışdığı  xırdalanma  kamerasının  tərkib  hissəsini  təşkil  edir.  Bu  ucluq  reaktiv 
damcılarının  azot  oksidinin  azaldılması  üçün  uyğun  olan  sahəyə  daxil  olmasını  yerinə 
yetirir.  
Daxiletmə borucuğu sıxılmış hava ilə soyudulan istilik keçirməyən ekran vasitəsilə 
korroziyaya və istilik hadisələrinə qarşı müdafiə edilir.  
 
4.9.11. Azot oksidi (N
2
O) Nəzarəti: 
Azot  oksidlərinin  emissiyasını  azaltmaq  üçün  operator  soba  yanma  prosesinə 
nəzarət  edəcək.  Birincisi,  bu,  yaxşı  yanma  şəraitini  təmin  etmək  üçün  infra-qırmızı 
pirometrdən istifadə etməklə işə salma vaxtı sobanın quraşdırılması vasitəsilə əldə olunur. 
İkincisi,  reaksiyanın  səmərəsini  artırmaq  üçün  və  karbamidin  dozasının  artmasının 
qarşısını almaqla azot oksidlərinin emissiyasını minimuma endirərək konstruktor karbamid 
injeksiyası forsunkalarının yerini optimallaşdıracaq. Karbamid SNCR-dən istifadə etməklə 
yaranan  azot  oksidlərinin  ümumi  həcmində  azalma  müşahidə  olunsa  da,  azotun  özünün 
emissiyası artır. 
 
4.9.12. Filtr sistemi və Qaztəmizləmə sahəsi 
Hər bir torba filtr bölməsi, dibdə bağlı və yuxarıda açıq olan torba filtrlərin örtüyün 
giriş  və çıxış seksiyalarını  ayıran torba platadan şaquli  şəkildə  asılı olan sıralardan  ibarət 
hissələri təşkil edir. 
Tüstü  qazı  torba  platanın  aşağısındakı  örtüyün  aşağı  hissəsinə  daxil  olur  və  torba 
platanın yuxarısındakı torbanın açıq zirvəsindən çıxan təmiz qazlarla birlikdə bayırdan və 


içəridən  torbaların  içərisi  ilə  axır.  Torba  filtrlərin  ətrafındakı  təzyiq  düşməsi  mütəmadi 
olaraq  müşahidə  olunur  və  nəzarət  olunur.  O,  verilən  nöqtəyə  çatanda  torba  təmizləmə 
ardıcıllığı avtomatik olaraq işə düşür. 
Filtr  təmizləmə  əməliyyatı  sıra  ardıcıllığı  ilə  hər  bir  torbanın  içərisindəki  sıxılmış 
havanın pulsunu göndərməklə onlayn şəkildə yerinə yetirilir. Təmizləmə sistemi ardıcıllığı 
bütün  bölmələrdə  tam  təmizləmə  dövrü  tamamlanandan  sonra  yekunlaşır.  Torba  filtri 
təmizləməsi differensial təzyiq nöqtəsi arzu olunan səviyyəyə düşəndə normalda avtomatik 
olaraq  işə  düşür.  Filtr  təmizləmə  sikli  müxtəlif  çeşiddə  şərtlərdə  tam  olaraq  tənzimlənə 
bilir.  Filtr  təmizləməsinin  manual  işə  salınması  da  mümkündür.  Torba  filtr  aşağıdakı 
anormal hallara qarşı dayana biləcək şəkildə tərtib olunur: 
  230 °C-yə qədər işlənmiş qaz temperaturu  
  500 daPa-dan yuxarı və ya aşağı təzyiq. 
 
4.9.13. Əvvəlcədən isitmə Sistemi  
Əvvəlcədən  isitmə  sistemi  tobra  filtrinin  ətrafında  qapalı  dövriyyədə  isti  havanı 
dövr etdirməklə 10 saatdan da az müddətdə torba filtrini isitmək imkanı ilə dizayn olunub. 
Sistem aşağıdakılardan ibarətdir: 
  elektrik hava isidicisi; 
  ventilyator; 
  nov və nəzarət alətləri. 
  Bütün hissəcik ölçüləri üçün torba filtrin səmərəliliyi həddən artıq yüksəkdir. 
  Torba  filtrin  gözlənilən  səmərəliliyi  95-99%-dır.  Torba  filtrin  səmərəsi  aşağıdakı 
faktorlardan asılı olacaq: 
  Filtr materialının seçilməsi; 
  İş şəraiti; 
  Tüstü qazı emalı sisetminin effektivliyi; 
  Torbanın səthində filtr çöküntüsünün qalınlığı və təbiəti;  
  Torba filtrlərin köhnəlməsi; və  
  Təmizləməyin tezliyi. 
 
Əhəngi  reagent  kimi  istifadə  edən  yarım  quru  tüstü  qazı  emalı  sistemi  üçün,  bir 
mikron  diametrində  və    daha  aşağı  kiçik  hissəciklər  filtr  çöküntüsündə  yığılma  vasitəsilə 
çıxarılacaq.  Görülən  minimum  hissəcik  həcmi  müşahidə  avadanlığından  asılıdır;  bununla 
belə  hissəcikləri  görmə  avadanlığı  adətən  2.5  mikrondan  balaca  ölçüləri  görə  bilmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə