Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   73   74   75   76   77   78   79   80   81

Proqramının başqa ekspertlərini, təsadüfi halları nəzərə almaqla, əhatə edəcəkdir. İstehsalat 
sahəsinin  yoxlanması  əməliyyatların  dövri  təftişləri  və  ya  müstəqil  fəaliyyət  kimi  aparıla 
bilər. 
Yoxlamalar birinci növbədə ümumi vasitə və təchizat icmallarını əhatə edəcəkdir: 
  Yanğın təhlükələri 
  Təhlükəsizlik təchizatı  
  Təsərrüfat təminatı 
  Nəqliyyat təminatı 
  Avadanlıq və işarə xəbərdarlıqları 
  Personal vərdişləri 
  Təcili yardım təchizatı 
  Kimyəvi reagentlərlə davranma. 
İkincisi, nəzarətə hesabatların təftişi cəlb olunacaqdır: 
  Təhlükəsizlik hesabatları 
  Təhlükəsiz icazə qeydiyyatı 
  Sığorta icmalları 
  Təhlükəsizlik təlimatının yeniləşməyi 
  Kimyəvi təhlükəsizlik üzrə informasiya qeydiyyatıı. 
Bütün  yoxlamalar  zamanı  aşkarlanan  və  tövsiyyə  edilən  zəruri  nəticələr  haqqında  
yazılı hesabatlar hazırlanacaqdır. 
 
13.1.4. Bədbəxt hadisə (qəza) tədqiqatları və məlumatlandırma  
Bütün  bədbəxt  hadisələrin  tədqiqatı  və  məlumatlandırma  ona  görə  aparılacaq  ki, 
müvafiq  hadisələr  baş  verdikdə səbəblərini  və aradan qaldırma üsullarını  müəyyən etmək 
mümkün  olsun.  ERF    ştatına  Risk  İdarəetməsinə  javabdeh  olan  operatorlar  qərargahının 
üzvləri  kömək  edəcəkdir.  Bədbəxt  hadisələrin  bütün  detalları  təhlil  edilərək  hesabatlar 
hazırlanaraq,  zavodda  saxlanacaq.  Bütün  personal  bədbəxt  hadisələri  haqqında  tibbi 
anketlərdən  məlumatlar  almaq  olar.  Bütün  ciddi  bədbəxt  hadisələr  haqqında  Direktorlar 
Şurasına  məlumat  veriləcəkdir.  Buradan  isə  müvafiq  personal  idarəetmə  kontaktına   
adekvat reaksiya veriləjəkdir. 
 
13.1.5. Bədbəxt hadisə (qəza) hesabatları  
Bütün  bədbəxt  hadisə  məlumatları  texniki  menejer  tərəfindən  baxılacaq.  Zəruri 
olduqda  əməliyyat  direktoru  hadisə  barədə  inzibati  idarənin  cavabını  əlaqələndirəcəkdir. 


Təhlükəsizlik  meneceri  bədbəxt  hadisələrin  tədqiq  olunması,  toplanması,  icmal 
hazırlanması üçün məsuldur. Texniki menecerin məlumatından sonra hesabatlar aşağıdakı 
kimi qruplaşdırılır: 
 
Ciddi – davamlı tədqiqata ehtiyacı olan; 
 
Kiçik  - yerində düzəldilə bilən. 
Ciddi  bədbəxt  hadisələrin  yekun  hesabatı  bütün  zavoda  yayımlanacaq.  Hər  xülasə 
bədbəxt hadisənin təsvirini, travmaların dərəcəsini və səbəbləri əhatə edəcək. 
 
Ciddi bədbəxt hadisə icmalı 
Bütün bədbəxt hadisə icmalı baxılaraq təhlil ediləcək və lazımi korrektiv idarəetmə 
təsiri seçiləcək. İcmal müzakirələri aşağıdakıları əhatə edəjək: 
 
Zavod  personalı  tərəfindən  təhlükəsizlik  normaların  pozulmaları 
daxil olmaqla səhvlər; 
 
Zavodun texnoloji əməliyyatlarında çatışmamazlıqlar; 
 
Avadanlığın köhnəlməsi şərtləri; 
 
Təhlükəsizlik qaydalarında çatışmamazlıqlar; 
 
Layihədə nəzərdən qaçırılmış nöqsanlar; 
 
İstismar üsullarında dəyişikliklər; 
 
Təlimat problemləri; 
 
Təlim proqramında nöqsanlar; 
 
 Personalın mühafizəsi təchizatında nöqsanlar. 
Bədbəxt  hadisələrin  tədqiqatlarına  dair  icmal  hesabatları  saxlanacaq  ki,  təchizatda 
və  avadanlıqlarda,  istismar  üsullarında,  texnoloji  proseslərdə  dəyişiklik  etmək  üçün 
müvafiq tövsiyyələr daxil edilsin. 
 
Kiçik bədbəxt hadisə icmalı 
 Kiçik bədbəxt hadisələr haqqında məlumatlar dövri olaraq toplanacaq ki, eyniliklər 
və tendensiyalar təyin olunsun. 
 
13.1.6. İl sonu məlumat 
Təhlükəsizlik  koordinatoru  bütün  nəzərə  çarpan  ciddi  şəraitə  aid  məlumatları 
hazırlayacaq. İlin sonunda  hesabata həm də dəqiqləşdirilmiş  şərait  haqqında  illik  bədbəxt 
hadisələrin  icmalı  və  ya  dövri  yerli  təftiş  və  nəzarətin  nəticələri  əsasında  məlumat  daxil 
ediləcək. 
 


13.2.  Fövqəladə hallar planı 
Texniki  menecer  fəaliyyət  dövründə  hərtərəfli  fövqəladə  hallar  planını  aşağıdakı 
şərtlər üçün işləyib hazırlayır:  
  Ekoloji hadisələr; 
  Təbii fəlakətlər (daşqın, sürüşmə, zəlzələ və s.) 
  Fərdi  fövqəladə  vəziyyətlər  (zərərçəkmə,  xəstəlik,  bədbəxt  hadisə,  dərman 
reaksiyaları və s.); 
  Vətəndaş narahatçılığı (bomba təhlükəsi, tətillər, terror və s.). 
 
Fövqəladə  hallar  planı  bütün  tip  fövqəladə  hadisələrin  həllini  əhatə  etməlidir  və 
yerli  agentliklər  və  idarəetmə  orqanları  ilə  qarşılıqlı  razılaşma  və  əməkdaşlığı  nəzərə 
alacaqdır. Fövqəladə hallar planı aşağıdakıları nəzərdə tutacaq: 
  İşçi personalın  və mülkiyyətin bütün zəifliklərinin dəqiq tədqiqatı; 
  ERF-nin tam mühafizəsinə əsaslanan nisbi təhlükəsizliyi; 
  Mövcud fəaliyyət strukturlarından maksimal istifadə (professional  
           məhkəmə icraçıları, personala yanğın söndürmə təlimi, digər qəza  
           xidmətləri, təhlükəsizlik koordinatorları, ERF-də olan material və  
            qurğuların təsdiq olunmuş nəzarət və texniki bacarıqlar); 
  Fövqəladə  halların  müntəzəm  məşqləri  aparılacaq,  gözdən  keçiriləcək  və 
maksimal effektlik üçün yenidən baxılacaq; 
  Ətraf  mühitə  potensial  təsirləri  azaltmaq  üçün  təlimatlar,  fövqəladə 
tədbirləri nəzərə alan fövqəladə ekoloji şəraitin texnoloji prosesləri; 
  Qəza evakuasiya proseduraları; 
  Fövqəladə vəziyyətin fəaliyyət planları. 
 
13.3.  Yanğın təhlükəsizliyi 
Təhlükəsizlik  Proqramının  və  Fövqəladə  Hallar  Planının  ayrılmaz  tərkib 
hissələrindən biri ERF-nin yanğın əleyhinə müdafiəsi olacaq. 
Proseduraların treninqi aşağıdakıları nəzərdə tutur:  
  Fövqəladə  vəziyyətdə  avadanlığın  istismarı  və  ya  texnoloji  proseslərin 
dayandırılması; 
  Xilasedici və tibbi tapşırıqlar; 
  Yanğın  haqqında  yerli  yanğınsöndürmə  idarəsi  ilə  kontakt  yaradılacaqdır. 
Yanğını söndürmək üçün effektiv üsul onunla müzakirə ediləcəkdir. 


 
13.4.  Spesifik texniki təhlükəsizlik problemləri  
13.4.1.  Əməliyyat təsirləri üçün tam potensial  
Böyük  qəzaların  intensivliyi  adamlara,  infrastrukturaya,  binalara  dəyən  ziyan  və 
zərərlər  müəyyən  edilir.  ERF-nin  rejimi  ilə  bağlı  iri  qəzaların  intensivliyi  aşağıdakı 
problemləri nəzərdə tutur: 
  ERF-nin əməliyyatlarının üçüncü şəxsin sənayesinə ziyanlı təsir riski; 
  Üçüncü şəxsin təhlükəli istehsalı tərəfindən ERF-nin istehsalatına potensial 
risk. 
Təhlükə  və  istifadə  rahatlığı  tədqiqatları  əməliyyyat  dövründən  əvvəl  zavodda 
aparılacaqdır.  Sonrakı  qiymətləndirmələr  əsasən  yeni  qurğularda  və  ya  layihənin  sonrakı 
dəyişikliklərində  yerinə  yetiriləcək.  Texnologiya  və  texniki  hesabat  icmalının  sistematik 
strukturunun  öyrənilməsi  potensial  təhlükələrin  və  məsələlərin  tədqiq  edilməsi  üçün 
qiymətləndirilir. Bu qiymətləndirmələr üçün aşağıdakı risklərə baxılmalıdır: 
 
Tullantıların toplandığı bunkerdə yanğın; 
 
Yanacağın müxtəlif ssenarilər üzrə yanması; 
 
Kül qalığının və ya zol qalıqlarının buraxılışı; 
 
Təhlükəli reagentlərin qəza buraxılışı. 
 
Lakin  yanacaq  və  təhlükəli  yüklər  normal  istismara  müvafiq  miqdarla 
saxlanacaqdır.  Buna  görə  də  müvafiq  layihə  və  istismar  əməliyyatlarında  təhlükəli 
problemlərin olması gözlənilmir. 
 
13.4.2. Torpağın və suyun çirklənmələrinin qarşısının alınması 
Yanajaq  sızmanı  müəyyən  edən  sistemlə  təmin  edilmiş  2  qat  skinned  olunmuş 
yeraltı çəndə saxlanacaqdır. 
Sahədə  iri  miqyasda  yanajaq  saxlanmayacaq.  Bütün  kimyəvi  maddələr  qaydalara 
müvafiq olaraq, qum səpilmiş ərazidə saxlanacaqdır. Odur ki,  turşu və qələvinin dağılması 
ilə  baş  verən  təhlükəli  təsirlər  məhdudlaşacaqdır.  Digər  təsadüfi  qəza  potensialına  qarşı 
aşağıdakı tədbirlər nəzərdə tutulur: 
 
 
Tullantı saxlama bunkeri və kül çıxarılan ərazilər maye saxlayan strukturlar 
kimi  işlənib  hazırlanacaq  və  sızma  baş  verməməsi  üçün  vizual  baxış 
keçiriləcəkdir; 


 
Bütün  kimyəvi  maddə  çənləri  ikiqat  skinned  olacaq  və  çənlərin  həcminin 
110%-ni özündə saxlamaq üçün qoruyucu qum qatı ilə əhatə ediləcək; 
 
Səthi  drenajın  daxili  sistemləri  elə  hazırlanacaq  ki,  çirkləndirici  mayelər 
toplana bilsin və texnologiya çərçivəsində dəfələrlə istifadə olunsun. Yalnız 
çirklənməmiş yağış suyu açıq drenə axıdılacaq. 
 
Təchizat  və  təlimatlandırma  ətraf  mühitə  potensial  təsirləri  yerində 
minimallaşdırmağa imkan verəcəkdir. 
 
Bu  tədbirlər  nəticəsində  materialların  səthi  və  yeraltı  sulara,  torpaqlara  qəza 
təsirinin  qarşısı alınacaqdır. 
13.4.3. Zavod layihəsi 
ERF-nin layihə tapşırığı əlaqədar sahədə böyük təcrübəyə malik zavod layihəçiləri 
və  konstruktorlar  tərəfindən  yerinə  yetiriləcək.  Layihə  tapşırığı  yerinə  yetirilərkən 
təhlükəsizlik risklərinin ətraflı qiymətləndirilməsi aşağıdakı tipdə problemləri tədqiq edir: 
 
Fövqəladə bağlama klapanlarından və elektrik siyirtmələrdən     
           istifadə; 
 
Qaz, tüstü və maye atqılarının aşkarlanması; 
 
Yanğın söndürmə sistemləri; 
 
Buraxılışların məhdudlaşdırılması; 
 
Ehtiyat çıxış. 
 
13.4.4. Tam etibarlılıq  
Texnologiyanın  etibarlılığı  –  elektrikin  fasiləsiz  təminatı  səbəbindən  əsas 
məsələdir.  Qurğunun  etibarlı  işinin  təminatı  üçün  profilaktiki  istismar  rejiminin 
yaradılması  əsas  xüsusiyyətlərdən  biridir.  Avtomatlaşdırılmış  sistem  texnikanın  sürətli 
istismarını və qurğulara nəzarəti təmin edəcəkdir. Bundan başqa müntəzəm, planlaşdırılmış 
sıradan çıxmalar əsas avadanlıqlara baxışı, xidməti və bərpanı təmin edəcəkdir.  
Xidmətin bu yüksək standartı imkan verəcək ki, ekoloji risklər daxil olmaqla, qəza 
hadisələrinin bütün tipləri minimallaşdırılsın. 
 
13.4.5. Riskin qiymətləndirilməsi  
Tədqiqatlar ekoloji, eləcə də sağlamlıq və təhlükəsiz istehsalat faktorlarını  ərazi də 
daxil  olmaqla,  nəzərə  alajaq.  Onlar  ERF-nin  təlimatlanmış  Sağlamlıq  vəTəhlükəsizlik 
Komandası  tərəfindən  yerinə  yetiriləcəkdir.  Hər  bir  təhlükənin  intensivliyi  fəaliyyət 
kontekstində baxılacaqdır: 


 
Materiallar 
 
Qurğular 
 
İşçi yerləri 
 
Adamlar 
 
Texnoloji proseslər 
 
Ətraf mühit. 
Riskin  qiymətləndirilməsinə  bu  jür  yanaşma  riskin  zərərini,  nəzarət  üsulu,  yeri, 
nominal  qiyməti  və  qalıq  riskinin  intensivliyini  qiymətləndirməyə  imkan  verir.  Bu  cür 
tədqiqatlar hadisənin tarixini qeyd etməklə, müntəzəm baxılacaqdır.  
14. ƏHALİNİN  MƏLUMATLANDIRILMASI 
 
Bakıda Zibil  emalı zavodunun tikilməsi  haqqında məlumatlar mütəmadi  olaraq respublika 
mətbuatının müxtəlif qəzet səhifələrində işıqlandırılmışdır. 
 
«Ехо»  qəzetində  (№  61,  10.04.2009)  «Подписан  контракт  на  строительство 
мусоросжигательного  завода  для  Баку»  başlığı  altında  çap  olunmuş  məqalədə  bu  barədə  ətraflı 
məlumat verilmişdir. 
 
İnternet  səhifələrində  də  bu  məsələ  mütəmadi  olaraq  işıqlandırılır.  Aşağıda  bu  barədə 
məlumatlar verilir. 
 
1.  «Can  Bakı»  proqramı  zibil  tullantıları  problemi  haqqında  məsələni  müzakirə  etmişdir. 
Verilişdə  Ekoloji  Problemlərin  Tədqiqi  Mərkəzinin  rəhbəri  Kamran  Mahmudov,  «Olaylar» 
İnformasiya Agentliyinin əməkdaşı Ülviyyə Telmanqızı və «Mərkəz» qəzetinin əməkdaşı Zülfiyyə 
Quliyeva iştirak etmişdir. 
Kamran  Mahmudovun  sözlərinə  görə  ekoloqların  əksəriyyəti  Balaxanıda  zibilyandırma 
zavodunun  tikilməsi  ilə  razılaşmır.  Onun  fikrinə  görə  zibilin  yandırılması  baha  başa  gələn 
prosesdir.  Alınan  küldə  radiasiyalı  maddələr  ola  bilər.  Ona  görə  onu  tikintidə  istifadə  etmək 
mümkün deyil. Tullantıları təkrar emal etmək daha yaxşıdır. Bu həm sağlamlığa ziyan verməyəcək, 
həm də yeni iş yerlərinin açılmasına səbəb olacaq. 
 
2.  «Güclü  inkişaf»  cəmiyyətinin  sədri  Fikrət  Cəfərov  da  sözügedən  zavodun  paytaxtın 
ekologiyasına  ciddi  ziyan  verəcəyini  deyir.  Cənab  Cəfərovun  sözlərinə  görə  yandırma  prosesində 
yaranan təhlükəli tüstünün təsirini azaltmaq üçün xüsusi təmizləyici qurğu tələb olunur. Ancaq çox 
baha  başa  gələn  həmin  texnologiyanın  tətbiq  olunub-olunmayacağı  məlum  deyil.  Cəmiyyət 
tərəfindən bu qurğunun tətbiqinin təmin olunması barədə şəhər meriyasına da müraciət edilmişdir. 


Mütəxəssis  bildirir  ki,  zibilin  toplanmasında  qabaqcıl  ölkələrin  təcrübəsindən  istifadə 
etmək  lazımdır.  Məsələn,  zibillərin  atılması  üçün  nəzərdə  tutulan  qablar  dəstləşdirilərək  küçələrə 
qoyulur. Hər bir şəxs isə həmin  qablara zibil atarkən onları təyinatı üzrə ayırıb atır. Həmin qablar 
bizdə də var. Amma onlardan istifadə üsulları haqqında əhali arasında maarifləndirmə aparılmır.  
Sonra  mütəxəssis  təhlükəli  əşyaların  yandırılmasının  nəticəsinin  daha  qorxulu  olmasını 
söyləmişdir,  məsələn,  zibilliyə  atılan  Mobil  telefonların  yandırılması.  Ona  görə  çeşidlənmə 
aparılması vacibdir. 
3.  «Xəbərlər-Azərbaycan»a  verdiyi  müsahibədə  «Ekoloji  Proqnozlaşdırma  Mərkəzi»nin 
direktoru Telman Zeynalov bildirmişdir: «Bu, sözügedən problemin həm baha başa gələn, həm də 
təhlükəsiz olmayan  həlli üsuludur. Zavodun tikintisi dövlətə böyük  məbləğə başa gələcək, üstəlik, 
bu  layihə  ətraf  mühit  və  vətəndaşların  sağlamlığı  üçün  böyük  təhlükə  törədə  bilər».  Cənab 
Zeynalovun  sözlərinə  görə,  əgər  Azərbaycanda  bu  layihə  həyata  keçirilsə,  zibilin  yandırılması 
nəticəsində  ətraf  mühitə  çoxlu  tullantı  atılacaq.  Bunlar  civə,  flor  buxarları  və  ən  təhlükəlisi, 
dioksinlərdir. Sonuncunun təsirini atom bombası ilə müqayisə etmək olar. 
Cənab  Zeynalov  hesab  edir  ki,  zibili  yandırmaq  yox,  emal  etmək  lazımdır.  Bunun  üçün 
zibili təkrar emal etmə zavodları tikilməlidir. Zibillər çeşidlənərək, təkrar emala göndərilməlidir.  
 
4. Rusiya Mühəndis Elmləri Akademiyasının müxbir üzvü, AMEA-nın Kimya Problemləri 
İnstitutunun  aparıcı  elmi  işçisi  Fərhad  Xəlilovun  sözlərinə  görə  zibilləri  yandırmağa 
göndərməmişdən əvvəl, tullantıları selektiv ayırmaq üçün məntəqələr yaradılmalıdır. Bu çox vacib 
məsələdir.  Çeşidləmədən  sonra    məişət  tullantılarından  poliqonda  anaerob  şəraitdə  bioqaz  almaq 
lazımdır.  Zibilin  qalığı  tam  çürüyəndən  sonra  isə    ondan  gübrə  –  biohusmus  kimi  istifadə 
olunacaqdır.    
Cənab  Xəlilov  həmçinin,  bildirir  ki,  məişət  tullantılarının  bu  günə  qədər  üstüaçıq  yük 
maşınlarında daşınması yolverilməzdir. Bu çirklənmə və tozlanma yaradır. 
 
 pS.    1.  Yuxarıda  göstərilən  müxtəlif  fikirlər  arasında  aşağıdakı  fikirlərə  diqqət 
yetirilməlidir: 
  Tullantıların hər hansı emala uğradılmasından əvvəl onların  çeşidlənməsi; 
  Tullantıların daşınması üçün ustuörtülü yük maşınllarının tətbiqi; 
  Əhali arasında maarifləndirmə aparılması; 
  Təkrar emal sahələrinin yaradılması. 
 
2.  Sonda,  Bakı  məişət  tullantılarının  emalı  zavodunun  təqdim  olunmuş  layihəsi  üzrə 
hazırlanmış  ƏMTQ  sənədinin  İcraçı  qrupu  tikiləcək  zavodun  ətraf  mühitə  təsiri  üzrə  
araşdırmaların  nəticələri  haqqında  rayon  əhalisinin  məlumatlandırılması  üçün  zavodun  tikiləcəyi 
Sabunçu rayonunun əhalisi  ilə  görüş keçirməyi planlaşdırır. Görüşün Protokolu Dövlət Ekspertiza 
İdarəsinə təqdim olunacaqdır. 


 
 Ədəbiyyat 
  
1.  Azərbaycan Respublikasının  Konstitusiyası. Bakı, 1996. 
2.  Azərbaycan Respublikasının Ekologiya qanunvericiliyi. Bakı, «Qanun», 2007. 
3.  Azərbaycan SSR-in Qırmızı Kitabı. Bakı, «İşıq», 1989. 
4.  Azərbaycan Respublikasının  Su Məcəlləsi. 26 dekabr,1997, №418- İQ.. 
5.  Azərbaycan Respublikasının  Meşə Məcəlləsi. 30 dekabr,1997,  №424- İQ. 
6.  Azərbaycan Respublikasının  Torpaq Məcəlləsi. 25 iyun,1999, №695- İQ. 
7.  «Avropanın  canlı  təbiətinin  və  təbii  mühitinin  qorunması  haqqında»  Konvensiyasına 
qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu. 28 oktyabr, 1999. №730-İQ. 
8.  Azərbaycan  Respublikasının  «Ətraf  mühit  ilə  bağlı  məsələlərdə  məlumatın  əldə  edilməsi, 
ictimaiyyətin  qərar  qəbul  edilməsində  iştirakı  və  ədalət  məhkəməsinin  açıq  keçirilməsi 
haqqında»  BMT-nin  Konvensiyasına  qoşulması  barəsində  Azərbaycan  Respublikasının 
Qanunu. 9 noyabr, 1999. №736-İQ. 
9.  «Birləşmiş  Millətlər  Təşkilatının  «Bioloji  müxtəliflik  haqqında»  Konvensiyasının  təsdiq 
edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. 14 mart 2000. №829- İQ. 
10.  «Birləşmiş  Millətlər  Təşkilatının  «İqlim  dəyişmələri  haqqında»  Çərçivə  Konvensiyasına 
dair»  Kioto  Protokoluna  qoşulmaq  barədə  Azərbaycan  Respublikasının  Qanunu.18  iyul 
2000, №912-İQ. 
11. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında hüquqi sənədlər toplusu. 
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət 
Komitəsi. Bakı, 1992. 
12. Məmmədov Q.Ş. Azərbaycanda torpaq islahatı. Bakı, Elm, 2002. 
13.  Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, «Şur»,1996. 
14.  Göyüşov R. Azərbaycan arxeologiyası. Bakı., 1984. 
15.  Hacıyev Q.Ə.,Rəhimov  V.Ə. Azərbaycan SSR inzibati rayonlarının iqlim səciyyəsi. 
«Elm», Bakı,1977. 
16. Александров В.В.,Емельянов В.И. Отравляющие  вещества. Москва, 
Воениздат, 1990. 
17. Ананьев В.П., Передельский А.В. Инженерная геология и гидрогеология. М. 
«Высшая школа»,1980. 
18. Биологический энциклопедический словарь. «Советская энциклопедия»,  
Москва,1986. 
19.  Гаджиев  В.Д.  Пояснительная  карта  растительности    Азербайджана.  Гос.  Комитет 
Геодезии и Картографии Азерб. ССР.  1: 600000. Баку,  1987 


20.  Гирусов  Э.В.,  Бобылев  С.Н.  и  др.  Экология  и  экономика  природопользования.  М.         
«Единство», 2002. 
21. Измалков В.Н., Измалков А.В. Безопасность и риск при техногенных 
воздействиях. Москва, МЧС. 1995 
22. Косарев В.В., Жестков А.В., Лотков В.С. Влияние диоксинов на иммунную 
систему человека. «Экология человека», 1999. №2 
23. Мамедов Г.Ш. Агроэкологические особенности и бонитировка почв 
Азербайджана. Изд. «Элм», 1990. 
24. Новиков Ю.В., Минин Г.Д., Сайфутдинов М.М. Проблема диоксинов в 
окружающей среде. «Токсигологический вестник», 1994, №1. 
25.  Мусор – проблема физико-химическая. «Наука и жизнь», 1978. №7. 
26.  Мустафаев Г.Т. Птицы наземных экосистем Азербайджана. МГУ, Москва.1985 
27. Парфенюк А.С. крупномасштабная комплексная переработка твердых 
углеродистых промышленных и бытовых отходов. Кокс и химия, 2001. №5. 
28. Прилипко Л.И. Растительный покров Азербайджана. Баку, Элм, 1970. 
29. Почвенная карта Азербайджанской ССР. М.Изд. ГУИС,1991. 
30.  Салаев  М.Э.  Диагностика    и  классификация  почв Азербайджана.  Изд.  «Элм»,  Баку, 
1991. 
31. Сосновский И.П. Редкие и исчезающие животные. «Лесная 
промышленность», Москва, 1987. 
32. Федоров Л.А. Диоксины как экологическая опасность: ретроспектива и 
перспектива. Москва, наука,1993. 
33. Экологический бумеранг. «Наука и жизнь», 1996. №5 
34. Экологический мониторинг.под ред. Т.Я.Ашихминой.Академический проект, 
Москва. 2006. 
35. Эскин Н.Б., Тугов А.Н., Изюмов М.А. Разработка и анализ различных 
технологий сжигания бытовых отходов. Сборник. Москва, ВТИ, 1996. 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə