Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   73   74   75   76   77   78   79   80   81

heç  də  ürəkaçan  deyildir.  Demək  olar  ki,  bütün  hündürmərtəbəli  binaların  həyətlərində 
dolub  daşan  zibil  qabları  nəinki  antiestetik  və  antisanitariya  vəziyyəti  yaradır,  həm  də 
müxtəlif  iylərin,  üfunətin,  çirkabların  yayılmasına  səbəb  olur.  Şəhərətrafı  kəndlərdə 
vəziyyət xüsusilə acınacaqlıdır. Bu yerlərdə, xüsusən, yay aylarında zibillərin daşınmaması 
səbəbindən  xırda  zibilxanalar  yaranır.    Yol  kənarlarında,  gözdən  kənar  yerlərdə 
qalaqllanmış  zibillər  tullantıların  mütəşəkkil  toplanıb  yerləşdirilməsi,  zərərsizləşdirilməsi 
və emalı sahəsində, başqa sözlə, tullantıların idarəedilməsi sahəsində boşluqların olduğunu 
sübut edir. Bir sözlə,  zibil problemi əksər hallarda zibilin yarandığı yerdən uzaqlaşdırılıb 
gözdən kənarlaşdırılması ilə həll olunur. 
Zibil  emal  edən  zavodun  tikilməsi  və  fəaliyyəti  nətijə  etibarı  ilə  şəhərin 
təmizlənməsinə və sanitariya vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır.  
 
10.1.3. Əhalinin sağlamlığına təsirlər  
Rəsmi  və  qeyri-rəsmi  fəaliyyət  göstərən  zibilxanalar  sözün  əsil  mənasında  
patogen  mikroorqanizmlərin  inkişaf  etdiyi,  parazit  və  infeksion  xəstəliklər  yayan 
gəmiricilərin  çoxaldığı  məskənlərdir.  Zibillərin  yandırılmaqla  emalı  nəticəsində  xəstəlik 
mənbələrinin  yaranmasına  son  qoyulacaqdır  və  əhalinin  sanitar-gigiyenik  şəraitinin 
sağlamlaşmasına, yoluxucu xəstəliklərə qarşı təhlükəsizliyinə təminat artacaqdır. 
Heyvanlar  arasında  kütləvi  yayılan  epidemiyalar  zamanı  ölü  cəmdəklərin 
zərərsizləşdirilməsi  üçün  onları,  adətən  edildiyi  kimi  torpağa  basdırmaqdansa,  yandırmaq 
daha ideal vasitədir. Vəba epidemiyasının vibrionları on illərlə torpaqda qalır. Burada artıq 
nə kompostlamanın, nə də bioqaz almağın da əhəmiyyətindən danışmaq lazım gəlmir.  
Kortəbii  fəaliyyət  göstərən  zibilxanalarda  yaranan  toksiki  filtratlar  qruntlara 
yayılaraq torpaqları və qrunt sularını çirkləndirirlər. Nəticə etibarı ilə bu, əhalinin istifadə 
etdiyi  içməli  suların  da  çirklənməsinə  səbəb  olur.  Zibillərin  yandırılmaqla  emalı 
nəticəsində zibilxanaların artmasına və suların çirklənməsinə son qoyulacaqdır. 
 
10.1.4. Sosial səmərənin artması 
Bərk  məişət  tullantılarının  yandırılması  üsulu  əsasında  fəaliyət  göstərəjək  yeni 
emal müəssisəsi bu sahədə digər emal üsullarına nisbətən daha çox sosial səmərəyə səbəb 
olacaqdır.  Belə  ki,  yalnız  müəyyən  növ  tullantıların  zərərsizləşdirilməsinə  və  bununla  da 
daha az tullantının zərərsizləşdirilməsinə əsaslanan  başqa emal  üsullarından  fərqli olaraq,  
yeni emal zavodunun fəaliyyəti ilə şəhər ərazisinin daha böyük miqdarda – konkret olaraq 
ildə 500 min tullantılardan təmizlənməsi baş verəcəkdir. Əgər Bakı şəhərində adambaşına 
düşən  bərk  məişət  tullantısının  miqdarı  ildə  350  kq  təşkil  edirsə,  onda  bu  1428571  nəfər 


tərəfindən yaradılan tullantının emalı deməkdir. Bundan başqa, emal nətijəsində il ərzində 
yaranan tullantı həcmi 90%-dən çox azalacaqdır.   
 
10.1.5. Mövcud risklərin azalması təminatı 
Hazırda  yandırılma  üsulu  ilə  zibil  emalına  əks  çıxanların  əksəriyyəti  danılmaz 
fakt olaraq, yanma zamanı dioksin və furanların yaranmasını əsas gətirirlər. Doğrudan da, 
əgər  haradasa  nəsə  (daha  dəqiq  polimer  materiallar)  yanırsa,  tüstü  ilə  birlikdə  atmosferə 
xlor tərkibli maddələr də atılır. Çünki polimerlər – plastik qablar, paketlər, oyuncaqlar və s. 
tərkibində xlor vardır. Xlorüzvi maddələrin  emalı zamanı toksiki və zəhərli komponentlər 
-  furanlar  və  dioksinlər  yaranır.  Xarijdə  tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  istənilən 
zibilxanada  daha  çox  dioksin  və  furanlar  yaranır,  nəinki  ən  pis  zibilyandıran  zavodda. 
Zibilxanalarda  yaranan dioksinlərin  miqdarı zibilyandıran  zavodlara  nisbətən  hətta 40000 
dəfə çox olması barədə sübutlar da var.  
Bakıda  demək  olar,  hər  addımda  zibil  yandırılma  halları  nəzərə  çarpır.  Şəhərin 
ijtimai  yaşayış  yerlərində  və  şəxsi  həyətlərdə,  şəhərətrafı  zonaların  müxtəlif  yerlərində 
zibillərin yandırılması ilə atmosferə çoxlu miqdarda adı çəkilən  zəhərli maddələr və digər 
təhlükəli metallar və onların oksidləri, turşu qalığı buxarları  atılır. Bundan başqa Balaxanı 
zibil poliqonundan krater sayağı atılan qara tüstünün tərkibində nə qədər zəhərli maddələr 
olması kimə məlumdur?!  
Tüstü  ilə  bütün  şəhərə  yayılan  bu  zəhərlər    nətijəsində  əhalidə  immun 
sindromlarının  yaranma  riskləri  təsəvvür  edilməz  yüksək  səviyyədədir.  Yeni  emal 
zavodunun  fəaliyyəti zamanı zibilin  yanma prosesləri  nəzarət altında  idarə olunmaqla   və 
tüstü  qazlarının  tərkibinin  effektli  təmizlənməsi  həyata  keçiriləcəkdir.  Bu  da  şəhərdə 
mövjud olan risk mənbələrinin sayının azalmasına səbəb olacaqdır. 
 
10.1.6.  Zavodun yerləşdirilməsi  
Yeni  zibil  emalı  zavodunun  yerləşdirilməsi  üçün  Bakının  Balaxanı  qəsəbəsi 
yaxınlığında yer ayrılmışdır. Bu yer, Zabrat – Balaxanı yolu ilə Zabrat - Binəqədi yolunun 
kəsişməsilə  yaranan,  sosial  məskunlaşma  olmayan  bir  ərazidə  yerləşir.  Zavod    üçün 
ayrılmış  ərazi  ilə  Zabrat-Binəqədi  yolu  arasında  Balaxanıneft  NQÇİ-nin  istehsal  sahəsi 
yerləşir.  NQÇİ-yə  paralel  olaraq  yolun  əks  istiqamətdə  isə  Balaxanı  zibilxanası  yerləşir.  
Ayrılmış  ərazi  digər  iki  tərəfdən  asfalt  beton  istehsalı  zavodları  ilə  əhatələnərək,  təcrid 
olunmuş  yerdir.  Bununla  yanaşı,  ərazidəki  istismarını  başa  vuraraq  atılmış  qum  və  gil 
karxanaları,  müxtəlif  sənaye  və  məişət  mənşəli  zibil  qalaqları  bu  yerin  yaşayış  üçün 
əlverişli  olmayan  texnogen  korlanmış  əraziyə  çevrilməsinə  səbəb  olmuşdur.  Odur  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə