Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   73   74   75   76   77   78   79   80   81

İdarəetmə və inzibatçılıq ştatının təlimi – menecerlərə, texniki istismara və xidmətə 
cavabdeh  olan  baş  operatorlara  nəzarət  edən  inzibatçıların  təlimi  aqşağıdakı  üsullarla  və 
vasitələrlə aparılacaqdır: 
 
  İstismar  fazasına  daxil  edən  qurğu  (qəbulu  və  sonrakı  istismarı  həyata 
keçirən briqadalarla əməkdaşlıq); 
  Əlaqəli texnologiyalar, qurğular və texnoloji proseslər; 
  Məhsuldarlıq, təhlükəsizlik və keyfiyyət məqsədləri üzrə təlimatlar; 
  Praktiki nəzarət (briqadaların əlaqələndirilməsi, iş bölgüsü və s.); 
  Müəssisənin  bütün  istehsal  sistemi  və  qurğularında    texniki  xidmətə 
nəzarətin həyata keçirilməsi. 
 
11.3.3. Ətraf mühiti idarəetmə sisteminin təlimi 
Ətraf  mühiti  idarəetmə sisteminin koordinatoru mütəxəssislər tərəfindən aşağıdakı 
sahələrdə təlim ediləcək: 
  Ekoloji diaqnostika; 
  Ekoloji analiz; 
  Ətraf mühiti idarəetmə tədqiqatlarının xarakteristikası; 
  Ekoloji  analizlər  əsasında  mühüm  ekoloji  aspektlərin  seçilməsi  və  ekoloji 
proqramın hazırlanması. 
 
Təlimin məqsədi aşağıdakılardan ibarətdir: 
  Ekoloji analiz aparmaq üçün hazır olmaq; 
  Ətraf mühitin mühafizəsi üzrə proqram hazırlamaq; 
  Müəssisə  hüdudlarında  ətraf  mühitin  vəziyyətinin  yaxşılaşdırılması  üçün 
qənaətbəxş şəraitin yaradılmasına hazır olmaq. 
  
11.4. Faktiki və potensial hadisələr haqqında məlumatlandırma və 
kommunikasiyalar 
 Razılıqlar və şikayətlər 
ERF  zavodunun  təsiri  haqqında    bütün  şikayətlər  Menecerə  və  ya  təyin  edilmiş 
məsul  şəxsə  ötürüləcək.  Şikayətlər  qeyd  olunacaq  və  praktiki  mümkün  mexanizm 
seçiləcəkdir.  İdarəetmə  Qrupu  ilə  vəziyyəti  düzəltmək  barədə  kontakt  yaradılacaqdır. 
Qəbul edilən  mexanizm detallarının  təsdiq olunması üçün şikayətçi  ilə əlaqə  yaradılacaq 
və bu kontakt qeyd olunacaqdır. 


 
11.5. Sənədlərin idarə olunması  
Şirkət ətraf mühitin monitorinqi və texnoloji prosesləri idarəetmə sisteminin təlimi 
üzrə  nəzarət  sənədlərini  özündə  saxlayır  və  ekoloji  uçot  sistemi  xidmətini  yaradır.  Bura 
daxildir: 
  ERF  –nin  yerləşdirilməsində  əhəmiyyətli  təsiri  olan  işçi  xarakteristikalara 
ekoloji nəzarətin təşkili; 
  Təchizatçıların işinin ekoloji xarakteristikasının təfsilatı; 
  Nəzarət nəticələri; 
  İcmal nəticələri. 
Texnoloji  proseslər  həm  xidməti  və  həm  də  təşkilatdan  kənar  maraqlı  tərəflərin  uçota 
hazırlıq təfsilatlarını əhatə edir. 
 
 11.5.1. Ekoloji uçot nəzarəti və yoxlanması  
Sahənin mərkəzi gündəlik əsasda ətraf mühitin monitorinq tələblərini əhatə edir və 
müntəzəm  nəzarətlər  aparılır.  Nəzarətlər  zamanı  aşkar  olunan  problemlər  həll  olunmaq 
üçün  Menecerin  diqqətinə  çatdırılacaq.  Monitorinq  tələblərinin  komplektinin  bir  surəti 
Menecerdə saxlanacaq. 
 
11.5.2. Uçota nəzarət və yoxlama  
Ətraf mühitin monitorinqi üzrə texnoloji xəritə gələcək qanunvericilik ehtiyaclarını 
nəzərə almaq üçün Lisenziya və Texniki Dəstək Menecerinin tələbi üzrə dəyişdirilə bilər. 
Məlumatlara  nəzarət  tənzimləyici  razılıqlar  əsasında  aparılacaq.  Ekoloji  parametrlərin 
ölçülməsi üçün tələb olunan aparatura idarəetmə sisteminin tələblərinə əsasən nəzarətə tabe 
olacaqdır. 
 
12. EMİSSİYALARA MONİTORİNQ NƏZARƏTİ 
12.1. Havaya emissiyalar 
Tozun,  uçucu  üzvi  birləşmələrin,  hidrogen-xloridin  (o  cümlədən,  hidrogen-
flüoridin), karbon oksidin, kükürd-dioksidin, azot oksidlərinin, ammonyak və su buxarının 
ayrıldığı bütün mənbələrdə ardıcıl monitorinq aparılacaqdır. Bu zaman həm də temperatura 
və  axın  həcminin  sürətinə  nəzarət  ediləcəkdir.  Məlumatlar  ERF  idarə  sistemi  və 
siqnalizasiya sistemi tərəfindən qeyd olunacaqdır. 
Atmosferə  emissiyalar  limit  həddinə  yaxınlaşdıqda,  operatorlar  hazır  vəziyyətə 
gətiriləcəkdir.  Digər  maddələr,  məsələn,  kadmium,  tallium,  civə,  sürmə,  arsen,  qurğuşun, 


xrom, kobalt, mis, manqan, nikel və vanadium və onların  tərkib birləşmələri, dioksinlər və 
furanlar bacada axından nümunələr götürülməklə nəzarət ediləcəkdir. 
Fasiləsiz  nəzarət edilən  maddələr cədvəl 13.1-də verilmiş  siyahı üzrə ölçüləcək və 
dəyişiklər haqqında aşağıdakı məlumatlar qeyd olunacaqdır: 
  Effektiv  ölçülən  dövr,  ölçmələr  dövründə  ERF-nin  hər  qurğusunda  və 
əməliyyatlarda ölçülərin yararlılığını göstərmək; 
  Hər gün ölçülmüş qiymətlərin orta hesabla miqdarının təyini; 
  Səlahiyyət verilən limit həddinin üstələndiyi miqdarın təkrarlanması. 
 
ERF-dən atmosferə atılan emissiyalara aşağıdakı qurğularla nəzarət ediləcəkdir: 
  Hər axın üçün quraşdırılmış makrohissəcik monitorları və ehtiyat sistemlər; 
  CO,  HCl,  SO
2
  və  NO
X
-i  ölçmək  üçün  hər  axında  quraşdırılan  bir  ədəd 
infraqırmızı analizatorlar; 
  Uçan üzvi birləşmələrin (VOC) təyini üçün hər axında Alovun ionlaşmasını 
Aşkarlayan cihazlar. VOC ölçülməsi üçün ehtiyat cihaz olaraq infraqırmızı 
analizatordan istifadə olunacaq. 
 
12.2. Texnoloji proses parametrlərinin tənzimlənməsi 
12.2.1. Havaya emissiyalar 
ERF-də  qəbul  edilən  məişət  tullantılarının  kütləsinə  və  kateqoriyasına  nəzarət 
aparılacaq və qeyd olunacaqdır. 
Soba qazının temperaturuna fəasiləsiz nəzarət ediləcək və qeyd  olanacaqdır. Səs və 
vizual həyəcan siqnalları ilə temperaturun 850°C-dən yuxarı olmasına nəzarət ediləcəkdir. 
Temperatura yanma kamerasının daxili divarına yaxın yerləşdirilmiş termobuxar cihazları 
ilə nəzarət ediləcək. Torba filtrlərdə potensial fərqə fasiləsiz nəzarət ediləcəkdir. 
 
Cədvəl 12.1. Normal istismar zamanı  
havaya yayılan emissiyalara monitorinq nəzarəti 
Emissiya limitləri 
Vahidlər (a) 
 
komponent 
Hər gün 
orta hesabla 
Yarım 
saatdan bir 
orta 
 
Nəzarət 
yeri 
Tezlik  
Mq/nm
3
 
Tam 
makrohissəcik 
toz 
 
10 
 
30 
 
bacada 
fasiləsiz 
Mq/nm
3
 
VOCs  (tam  üzvi 
 
 
 
fasiləsiz 
Mq/nm
3
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə