Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   73   74   75   76   77   78   79   80   81

 
 
11.  FÖVQƏLADƏ HALLAR VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK NƏZARƏTİ 
 
Operator təlimatı öyrənməklə intensiv təhlükələrə, bədbəxt hadisələrə qarşı adekvat 
sistem  və  texnoloji  əməliyyatlar  həyata  keçirəcəkdir.  Bunların  bəzisi  aşağıdakılardan 
ibarətdir: 
  Kadr hazırlıqları və təlimat 
  Cari müşahidə və nəzarət proqramları 
  Ekoloji  təhlükəsizlik  və  personalın  sağlamlığı  haqqında  məlumatların  və 
təsadüflərin tədqiq olunması 
  Təcili yardım və sağlamlıq təlimi 
  Yanğın təhlükəsi və kimyəvi reagentlərlə rəftar təlimatı. 
 
Təsadüfi  anormal  hadisələrə  zavod  qurğuları  və  avadanlıqları  üzrə  menecer,  ERF 
rəhbərliyi,  Sağlamlıq  və  texniki  təhlükəsizlik  Rəhbərliyi  tərəfindən    baxılacaq  və  tədqiq 
ediləcək. Təsadüflər və bədbəxt hadisələr ciddi və kiçik olmaqla, qruplara ayrılacaq və illik 
hesabat  kataloquna  qeyd  olunacaq.  Hadisələrin  təkrarlanmasından  qaçmaq  üçün  texnoloji 
əməliyyatlar nizama salınacaqdır. 
 
11.1. İşlərə nəzarət və ölçmələr 
Ətraf mühitin mühafizəsi və səmərəli istifadə sahəsində bir illik tədbirlər hazırlanır 
və aşağıdakı əsas meyarlara diqqət yetirilir: 
 
  Elektrik enerjisi istehsalı və yerli istifadə; 
  Axıntı sularının atılması; 
  İstehsal olunan kül qalığının miqdarı 
  Uçan kül qalığının miqdarı; 
  Ekoloji münaqişələr və reaksiya müddəti; 
  Ekoloji şikayətlər 
  Uyğun olmayan məlumatlar.  
 
Göstərilənlərin  qaydaya  salınması,  nailiyyətlər,  yenidən  bax\ılma  rəhbərliyin  illik 
idarəetmə icmalına tabe olacaqdır. 
 


11.2. Nəzarət və İdarəetmə sistemi 
Zavoda  nəzarət  üçün  qəza  xəbərdaredici  siqnal  sistemləri,  müdafiə  blokları  və 
mühərrikin  söndürülməsi  üçün  4-cü  bölmədə  təsvir  edilmiş  qaydada  zavodun  idarəetmə 
mərkəzi mikroprosessor sistemi ilə təchiz ediləcəkdir.  
Zavodun vəziyyəti haqqında məlumat almaq və tələbata uyğun dəyişiklik etməkdə 
operatora  köməklik  üçün  displeyin  məlumat  ekranları  interaktiv  diaqramlara  malik 
olacaqdır. İdarəetmə sistemi zəmanət verəcəkdir ki, zavod tələb əsasında işləyir, lakin islah 
olunmamış  yayınmalar  zamanı  həyəcan  veriləcək  və  vəziyyət  pisləşdikdə,  bu,  zavodun 
lokal və ya tam dayandırılmasına gətirib çıxara bilər. 
 Tüstü  qazları  üçün  fasiləsiz  emissiya  monitorları  idarəetmə  sisteminə  girişdə 
qurulacaq. 
Zavodun  bölmələri  haqqında  kabel  televiziyası  operatora  məlumatlar  verəcək. 
Beləliklə,    Operator  bütün  əsas  idarəetmə  bölmələrini  və  zavodun  bütün  fəaliyyətini 
müşahidə imkanına malik olacaq. Vacib parametrlər idarəetmə sistemində məlumatlarının 
siyahısına  daxil  ediləcək.  Bu,  əməliyyatlar  haqqında  müntəzəm  hesabatlar  toplamağa 
imkan  verəcək.  Həm  də  bu  yolla  işçi  xarakteristikaların  təkmilləşdirilməsi  yolları 
axtarılacaq.  Nəzarət  üçün  bütün  məsələlər  dəyişikliklər  və  ya  istismar  əməliyyatlarının  
gündəlik tezlikləri üzrə komplektləşdirilib qeyd olunacaqdır. 
Mərkəzi  fəaliyyət  həftəlik,  yaxud  gündəlik  əsaslar  üzərində  fəaliyyət  zonalarının 
təkmilləşdirilməsi  tələbatı  əsasında  qurulacaqdır.  Təmir  işləri  mümkün  yerdə  tez 
görüləcəkdir.  Daha  uzun  müddətli  məsələlər  qurğular  və  ERF  əməliyyatı  Meneceri 
tərəfindən    baxılacaq  və  ətraf  mühitə  faktiki  və  potensial  təsirlərin  nəzərdən  keçirilməsi 
əsasında zəruri olan tədbirlər həyata keçiriləcəkdir. 
 
11.3. Təlim 
11.3.1. Giriş 
İşə  yeni  götürülən  personalı  hazırlamaq  üçün  ERF-nin  fəaliyyətini  əhatə  edən 
hərtərəfli  təlim  proqramı  işlənib  hazırlanacaq  və    həyata  keçiriləcəkdir.  Onun  həcmi  və 
müddəti  qurğunun  fəaliyyəti  və  quruluşundan  asılı  olacaqdır.  Öz  işçilərinin  bütün 
səviyyələrdə  müəyyən  olunmuş  qaydaları  bilməsi  üçün  şirkət  müəyyən  qaydalar  tətbiq 
edəcəkdir: 
  Tələb  olunan  standartlar  səviyyəsinə,  ekoloji  siyasət  və  məqsədlərə  nail 
olmaqla, 
idarəetmə 
şəbəkəsinin 
texnoloji 
proseslərinin 
düzgün 
aparılmasında işçilərin rolu; 


  İşçilərin  fəaliyyətinə  xarici  mühitin  potensial  təsiri  və  əlverişli  mühit 
şəraitinin ekoloji faydası; 
  Razılaşdırılmış texniki istismardan kənara çıxmaların potensial nəticələri; 
Məqsəd  –  Sahə  və  Ekoloji  Məlumatlandırma  Sisteminin  ətraf  mühit  problemləri 
haqqında  sonrakı  təkmilləşdirmə  işlərinin  hazırlanmasıdır.  Bu  məqsədə  aşağıdakıları 
yaratmaq əsasında nail olunur: 
  İnduksion  və daha  yeni ekoloji təlimlər  mərkəzin  mütəxəssisləri tərəfindən 
aparılır; 
  Tikinti rəhbərliyinin və ya baş əməliyyatçıların təlimi; 
  İdarəetmə ştatının məlumatlandırılması və  təlimi; 
 
Şirkət  bütün  personalı  adekvat  təlimlə  təmin  edəcəkdir.  Ətraf  mühitə  əhəmiyyətli 
təsirlər    bütün  personalın  adekvat  təhsili  əsasında  azalacaqdır.  Texniki  personal  isə  işə 
salma fazasında işə qəbul ediləcəkdir və icraçı mühəndislərin, operatorların ciddi nəzarəti 
altında işləyəcəkdir. 
 
11.3.2. Fasiləsiz professional təlim 
Giriş  
Fasiləsiz professional təlimin  məqsədi  fəhlələrdən başlamış  müdirlərə qədər bütün 
kateqoriyalardan olan  işçilərin   iş keyfiyyətinin  yüksəldilməsini təmin etməkdir. Bu təlim 
şirkətin mütəxəssisləri ilə sıx əməkdaşlıqda hazırlanır. 
 
Ümumi təlim 
İşə salınmazdan əvvəl  zavod  inzibatçılığı  və  idarəetmə şöbəsi aşağıdakı prinsiplər 
və metodikalar əsasında təlimatlandırılacaqdır: 
  İnzibatçılıq  və  bərk  məişət  tullantılarının  utilləşməsi  hesabına  yanacaq 
alınması; 
  Şirkət və iş funksiyaları haqqında biliklər; 
  Hər bir işin xarakteristikası; 
  Hər istehsal əməliyyatı. 
 
Professional  təlim aşağıdakı məsələlərin həllində kömək edəcəkdir: 
  Müvafiq işlərdə professional üsul və təşkilatçılığın mənimsənilməsi; 
  Şirkətin ekspertiza məcmusundan istifadə imkanının olması; 
  Professional təlimin (operatorlar üçün) inkişafının koordinasiyası. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə