Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   73   74   75   76   77   78   79   80   81

ayrılmış  ərazi  əhalinin  məskunlaşması    baxımından,  sosial  itkiyə  səbəb  olmayajaqdır. 
Beləliklə, zavod üçün seçilmiş yer sosial jəhətdən əlverişlidir. 
 
10.2. İQTİSADİ TƏSİRLƏR  
 Bu  bölmədə  bərk  məişət  tullantılarının  yandırılması  əsasında  230  meqavatt 
elektrik enerjisi  istehsal edəcək zibil emalı zavodunun iqtisadi təsirləri haqqında məlumat 
verilir. 
 
10.2.1. Torpaq resurslarına qənaət 
 Hazırda  Bakı  şəhərinin  müasir  problemlərindən  biri  –  ərazi  resurslarından 
səmərəli  istifadə  məsələsidir. Əhalinin sayının  getdikcə  artması,  iqtisadiyyatın  inkişafı  və 
həyat səviyyəsinin artması, torpaq resurslarına tələbatın  böyüməsi  ilə,  istehsal  və  istehlak 
tullantılarının həjminin əhəmiyyətli dərəjədə artması ilə müşaiyət olunur.  
Rəsmi  məlumatlara  əsasən,  şəhərdə  2540  zibil  toplama  məntəqəsi, 
Sabunçu,  Suraxanı  və  Qaradağ  rayonlarının    ərazisində  3  tullantı  poliqonu 
fəaliyyət  göstərir.  Həcmi  getdikcə  böyüyən  tullantıların  ənənəvi  üsulla 
zibilxanalarda  anbarlaşdırılması  yeni-yeni  torpaq  resurslarının  bu  məqsədlə 
istifadəyə  cəlb  olunmasına  və  zibilliklər  altında  qalıb    korlanmasına  səbəb 
olur. 
Bərk  məişət  tullantılarının  yandırılmasına  görə  illik  istehsal  gücü  500 
min  ton  olan  Zibil  emalı  zavodunun  tikintisi  ilə  yeni  zibilliklərin  yaranması 
zərurəti aradan qalxacaq və torpaq ərazilərinin zibilliklər altında itirilməsi baş 
verməyəcəkdir. 
10.2.2. Enerji resurslarına qənaət 
Beynəlxalq  Energetika  Şurasının  İşçi  Qrupu  tərəfindən  tullantıların  emalı  üzrə 
«energetik  balans»  konsepsiyası  təklif  edilmişdir.  Konsepsiyanın  mahiyyəti  belədir: 
alınmış  enerji  tullantının  emalına  sərf  olunan  və  istehlak  edilən  energetik  xərcləri 
ödəməlidir.  Ona  görə  də  texnologiyanın  seçilməsi  adətən,  istehsal  və  istehlak  olunan 
enerjinin balansı ilə müəyyən olunur.  
Bu  baxımdan,  təklif  edilən  zibilyandıran  qurğunun  üstünlüyü  ondadır  ki,  burada 
tullantıların  yandırılmasından  alınan  istilik  enerjisi  sadəjə  mühitə  atılmayacaq,  əksinə, 
elektrik enerjisinə emal olunacaqdır. Beləliklə,  emal qurğusu özünün fəaliyyəti üçün lazım 
olan  enerjini  özü  emal  edəcəkdir.  Burada    təbii  sərvətlərə  qənaətlə  həm  ekoloji,  həm  də 


iqtisadi aspektlər vardır. Bu baxımdan, təklif olunan layihə  üzrə ildə istehsal olunajaq 230 
meqavatt  elektrik  enerjisinin  15%-i  zavodun  daxili  tələbatlarına  sərf  edilməklə  iqtisadi 
səmərə əldə olunacaqdır.  
 
10.2.3. Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi 
Müasir dövrdə məişət tullantılarının emalı və utilləşdirilməsinə kompleks yanaşılır. 
Ən  səmərəli  üsul  odur  ki,  tullantılar  sadəcə  yandırılmır,  həm  də  emal  olunur,  həm  də 
ayrılan  istilik enerjisi  elektrik enerjisinə  emal olunur. Bir çox ölkələrdə  istilik  və elektrik 
enerjisinin  utilləşdirilməsi  prosesinə,  tullantıların  zərərsizləşdirilməsi  fəaliyyətinə  əlavə 
kimi  baxılır.  Əslində  isə  enerji  potensialının  yaradılmasında    yandırma  üsuluna 
əsaslanılması ən səmərəli üsuldur. 
Hazırda  Avropa  qanunvericiliyi  birmənalı  şəkildə  enerji  mənbəyi  olaraq,  şəhər 
zibilini birinci yerə qoyur. Bu onunla əlaqədardır ki, neft, qaz, kömür tükənir, bunun əksinə 
olaraq, enerji istehlakı isə getdikcə daha çox artır. Zibil təbii qazıntı yanacaq növlərindən 
fərqli olaraq, bərpa olunan  yanacaqdır  və demək olar ki, tükənməzdir. Mütəxəssislər  belə 
hesab  edir  ki,  artıq  yaxın  gələcəkdə  elektrik  və  istilik  enerjisi  istehsalında  tullantıların 
termik  emalı  əsas  üsul  olacaqdır.  Bu  baxımdan,  məişət  tullantılarının  yandırılması  ilə 
elektrik enerjisi   istehsal edən  yeni zibil emalı zavodunun tətbiqi  Azərbaycanda  atılan  ilk  
addım  olacaqdır.  Bu  zavodun  fəaliyyəti  zamanı  230  meqavatt  elektrik  enerjisi  istehsal 
olunacaqdır.  Bunun  85%-i  şəhər  elektrik  şəbəkəsinə  verilməsi  ilə  iqtisadi  səmərə  əldə 
olunacaqdır.  Bundan  başqa  təbii  yanacağın,  xammalın  əldə  olunması  üçün  pul  vəsaiti 
xərcləmək  lazımdır,  zibil  isə  özü  yaranır,  onun  emala  göndərilməsi  üçün  isə  üstəlik    pul 
ödənilir. 
 
10.2.4.  Yanma külü  - alternativ inşaat materialı kimi 
Təklif olunan layihə üzrə zibil emalı zavodunun illik fəaliyyəti ərzində 
ildə zibilin ilkin həcminin 25%-i qədər kül ayrılacaqdır. Bu tullantı yol inşaatı 
işlərində  tətbiq  oluna  bilər.  Bununla  əlaqədar  təbii  sərvətlər  olan  qum  və 
çınqıla  qənaət  edilməsi  ilə  bərabər,  onların  emalına  çəkilən  xərclərə  qənaət 
edilməsi ilə iqtisadi səmərə əldə olunacaqdır. 
10.2.5.  Zavodun mövqeyi  
Yeni  zibil  emalı  zavodunun  yerləşdirilməsi  üçün  Bakının  Balaxanı  qəsəbəsi 
yaxınlığında  yer  ayrılmışdır.  Bu  yer,  vizual  baxımdan  yaşayış  sahələrindən  aralı  yerləşsə 
də, geniş  miqyasda Bakının Sabunçu rayonunun ərazisində  yerləşir. Zabrat – Balaxanı  və  


Zabrat - Binəqədi  yolları Zibil  emalı  zavodu  üçün  ayrılmış əraziyə  yaxın  yerləşdiyindən 
şəhər  ərazisinin  müxtəlif  yerlərindən  yığılan  zibillərin  daşınması  zamanı  nəqliyyat 
məsrəfləri  şəhərdən  uzaqda  yerləşən  ərazilərə  nisbətən  az  olacaqdır.  Bu  zibillərin  təyinat 
yerinə  daha  tez  çatdırılmasına  səbəb  olmaqla  həm  ekoloji,  həm  də  iqtisadi  fayda 
verəcəkdir. Zibillər şəhər ərazisindən daha tez daşınmaqla təmizliyə səbəb olacaqdır, digər 
tərəfdən  isə  zibildaşıyan    maşınların  daha  az  yol  qət  etməsilə  sərf  edilən  yanacağa  və 
deməli,  yanacağa  sərf  olunan  pul  məsrəflərinə  qənaət  olunajaqdır.  Bununla  əhaliyə  də 
iqtisadi  fayda  olacaqdır.  Çünki  zibilin  daha  uzağa  daşınması  nətijəsində  əhalinin  bu 
məqsədlə ödədiyi kommunal xərcləri də arta bilər.  
Əgər  burada  ekoloji  təsir  olaraq  zibil  zavodundan  atmosferə  atılan  tullantılar  əsas 
götürülürsə, onda maşınlar tərəfindən uzaq yola sərf edilən yanacağın yanma məhsullarının 
daha çox olacağını da nəzərə almaq vacibdir. Həm də zavod tüstüləri daha hündür bacadan 
atılmaqla  paylanacaq  və  canlılara  təsiri  çox  çatmayacaqdır.  Maşınlardan  birbaşa, 
təmizlənmədən atılan zəhərli tüstü qazları isə janlıların bioloji yerləşdiyi və tənəffüs etdiyi 
səviyyədə paylanır. Həm də layihələndirilən zibil emalı zavodu kifayət qədər yaxşı ekoloji 
şərait üçün proqramlaşdırılmışdır. 
Digər tərəfdən zavodun özündə  yaranan  istehlaka  yararlı kül tullantılarının təyinat 
yerlərinə  və  proses  zol  qalıqlarının  isə  poliqona  daşınması  məsrəfləri  də 
minimallaşacaqdır.  Beləliklə,  zavod  üçün  seçilmiş  yer  ekoloji-iqtisadi  cəhətdən  məqsədə 
uyğundur. 
 
10.2.6.  Zavod xərclərinin əsaslandırılması 
Zavodun ümumi kapital dəyəri 346 milyon avro təşkil edəcəkdir. 
 İldə 500 min ton zibil emal olunacaqdır.  
Zavodun illik istismarı xərcləri 17-18 milyon avro təşkil edə bilər. 
Utilləşdirilən elektrik enerjisi ildə 230 milyon kVt/ saat təşkil edəcəkdir. Bu isə pul 
hesabı ilə 13,8 milyon manat və ya 12,1milyon yevro təşkil edir.  
İllik  təmiz  xərc  –  4,9  -5,9  milyon  yevroya  bərabər  olacaqdır.  Başqa  sözlə,  zavod 
utilləşdirilən elektrik enerjisi hesabına illik xərclərinin 67-71%-ni ödəyə biləcəkdir. Bu isə 
utilləşdirmə aparılmadan  zibil yandıran zavodlara nisbətən, təklif edələn layihənin müsbət 
tərəfidir.  
Gəlirin bir hissəsi kül və qara metalların satılması hesabına əldə olunacaqdır.  
Beləliklə, təklif edilən layihə üzrə zibil emalı zavodu öz istismar xərclərinin böyük 
hissəsini özü ödəyərək,  fəaliyyət göstərə biləcəkdir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə