Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

gil  təbəqəcikləri,  yuxarı  hissəsində  isə  kvars  qumları,  qumdaşılar  və  alevritlərin  qeyri-karbonatlı 
nazik təbəqəcikləri vardır. Üst sumqayıtın qalınlığı 65 metrdir. 
Koun  dəstəsi  (eosen)  Abşeron  sahəsinin  qərb  hissəsində  və  məhsuldar  qat  örtüyünün  
daxilində  bir  sıra  qırışıqların  nüvələrində  üzə  çıxır.  Koun  lay  dəstəsi  3  şöbəyə  –  alt,  orta  və  üst 
şöbələrə bölünür. Alt  və  ya ağ  koun (qalınlığı 60  m)  əsas etibarı  ilə əhəngli  gillərdən  ibarət olub, 
daxilində açıq rəngli mergel, əhəngli qumdaşı, tuf, vulkan külü və gil təbəqəcikləri vardır. Orta və 
ya qonur koun (qalınlığı təqribən 130 m)  əsasən qəhvəyi və yaşılımtıl-boz rəngli qeyri-karbonatlı 
gillərlə  daxilində  balıq  qalıqları  olan  qəhvəyi  rəngli  pirobitumlu  vərəqvari  gillərin  tez-tez 
növbələşməsindən əmələ gəlmişdir. Üst və ya yaşıl koun (qalınlığı 100 m)  yaşıl və qırmızı rəngli 
qeyri-karbonatlı gillərdən ibarətdir. 
Maykop  lay  dəstəsi  (oliqasen,  aşağı  miosen  və  orta  miosenin  aşağıları)  alt  və  üst  şöbələr 
əmələ  gətirmişdir.  Alt  şöbə  daxilindəki  sıx  mergel  və  qumlardan  ibarət  nazik  təbəqələr  olan  açıq 
yaşıl, sarımtıl, boz  və qonur rəngli vərəqvari gillərin, habelə tərkibində yarozit və gips olan qonur 
və  boz  rəngli  nazik    təbəqələnmiş  gillərin  tez-tez  növbələşməsindən,  tez-tez  qarşıya  çıxan  mergel 
konqresiyalarından  və  oxvari-qonur  rəngli  mergel  təbəqəciklərindən  və  az  rast  gələn  qum 
təbəqəciklərindən  əmələ  gəlmişdir.  Üst  şöbə  daxilində  (qalınlığı  təqribən  160  m)    yarozit  və  gips 
olan vərəqvari-tünd və açıq rəngli şabalıdı-qonur gillərin növbələşməsindən əmələ gəlmişdir.  
Paleogen çöküntüləri yarımadanın qərb və qismən də mərkəzi hissəsində səthə çıxır.  
Spirialis  və  diatom  təbəqələri  (orta  və  üst  miosen)  yarımadanın  qərb  və  qismən  də  orta 
hissəsində  yerin  üzünə  çıxır.  Spirialis  təbəqələri  (qalınlığı  20-100  m)    daxilində  tez-tez  silisli 
dolomit  təbəqələri  və  çoxlu  miqdarda  spirialis  (balıqqulağı)  boşluqları  olan  şistvari-boz  və  qonur 
gillərdən  əmələ  gəlmişdir.  Bunların  arasında  qum  və  mergel  təbəqəcikləri  rast  gəlir.  Spirialis 
təbəqələri  sıx  və  nisbətən  çətin  aşınan  süxurlardan  ibarət  olduğu  üçün  yerin  relyefinin 
yaranmasında mühüm rol oynayırlar.  
Diatom  təbəqələri  (qalınlığı  200-700  m)  karaqandan  başlayaraq,  meotis
 
çöküntülərinə 
qədər  bütün  çöküntüləri  əhatə  edir.  Bu  təbəqənin  alt  hissəsi  dolomitlərdən,  külvari-boz  rəngli 
təbəqələnmiş  gillərdən  və  açıq  rəngli,  demək  olar  ki,  ağ,  yüngül,  əhəngli,  sarımtıl  gilli  şistlərdən 
əmələ  gəlmişdir.  Diatom  təbəqələrinin  üst  hissəsi  boz  və  qonur  rəngli  təbəqələşməyən,  bəzən 
qumlu  gillərdən  əmələ  gəlmişdir.  Gillər  adətən,  qeyri-karbonatlı  yarozitlidir;  tək-tək  hallarda 
daxillərində  brekçiyaya  oxşar  dolomitli  mergellər  və  vulkan  külləri  təbəqəcikləri  rast  gəlir.  Bu 
gillərin üst yarısı qonur və açıq-boz rəngli, demək olar ki, ağ, bəzi yerlərdə vərəqvari gilli şistlərdən 
ibarətdir. 
Pont  çöküntüləri  Abşeron  yarımadasının  qərb  və  mərkəzi  hissələrində  üzə  çıxır,  şərq 
hissəsində isə onlar üst pliosenin və antropogenin daha cavan çöküntüləri altında gizlənmişdir. Pont 
mərtəbəsi (alt pliosen) Abşeron sahəsi daxilində 3 hissəyə bölünür: alt, orta və üst şöbələr. Alt şöbə 
15  metr  qalınlğında  olan  tünd  boz  gillərdən  və  pasa  oxşar  qonur  rəngli  gillərdən  ibarət  olub 
Masazır tərəfdə rast gəlir. Orta şöbə 85 metr qalınlıqda olub, əhəngli qumdaşılardan, təbəqələnmiş 
boz  və    qonur    gillərdən  əmələ  gəlmişdir.  Onların  daxilində  vulkan  külü  təbəqələri  də  rast  gəlir. 


Orta  pont  Binəqədi  rayonunda  daha  tipikdir.  Pont  mərtəbəsinin  qalınlığı  50  metrə  qədər  olan  üst 
şöbəsi  (Babacan  horizontu)  yarımadanın  qərb  hissəsində  əhəngdaşı  və  şərq  hissəsində  gil 
fasiyasında  inkişaf  etmişdir.  Pont  gilləri  tünd  boz  və  qonur  rəngdə  olub,  daxilində  gilli  qabıq 
əhəngdaşılarının,  detritus  əhəngdaşların,  dolomitli  mergellərin  və  qumdaşların  təbəqəcik  və 
linzaları vardır. Pont çöküntüləri qərb istiqamətdə qumlar və əhəngdaşılarla zənginləşir.  
Məhsuldar  qat  (orta  pliosen)  Abşeron  sahəsinin  ən  mühüm  neft  qatıdır.  Bu  qat,  üçüncü 
dövr  kəsilişinin  yerdə  qalan  bütün  stratiqrafik  obyektləri  arasında  daha  çox  qumlu  olması  ilə 
fərqlənir.  Bu  qat  yarımadanın  hər  yerində  yayılaraq,  yalnız  Mərkəzi  Abşeron  qırışıqlarının  tağ  və 
tağa  yaxın  hissələrində  (Kirməki  dərəsi,  Balakəndə,  Sabunçu,  Ramana,  Binəqədi),  Abşeronun 
şimal-qərb qırışıqlarında (Corat, Novxanı, Fatmayı, Saray və s.), cənub-qərb qırışığında (Şabandağ, 
Bibi-Heybət, Yasamal dərəsi, Lökbatan, Puta, Qaradağ və s.) üzə çıxır.  
Litoloji əhətdən məhsuldar qat təbəqələşmiş qum, qumdaşı, alevrolit və gillərin çox böyük 
seriyasından  ibarətdir.  Bu  qatın  ümumi  qalınlığı  balaxanı  və  kürdəxanı  qırışıqlarının  tağlarında 
1300-dən, cənub-şərqi abşeron sinklinallarında 3400 metrə qədərdir. Məhsuldar qat  üst, orta və alt 
şöbələr olmaqla 3 şöbəyə bölünür. Üst şöbə suraxanı, sabunçu və balaxanı lay dəstələrini, orta şöbə 
«fasilə»  lay  dəstəsini,  alt  şöbə  isə  kirməki  üstü  gil  dəstəsini,  kirməki  üstü  qum  dəstəsini,  kirməki 
dəstəsini,  kirməki  altı  dəstəsini  və  qala  dəstəsini  əhatə  edir.  Qala  dəstəsi  müstəsna  olmaqla 
məhsuldar  qatın  bütün  bu  dəstələri  yerin  səthinə  üzə  çıxır.  Məhsuldar  qatın  ən  çox  qumlu  olan 
dəstələri  kirməki  altı  dəstəsi,  kirməki  üstü  qum  dəstəsi,  «fasilə»  dəstəsi,  balaxanı  dəstəsi  və 
sabunçu  dəstəsinin ayrı-ayrı horizontlarıdır. Qərbə tərəf  getdikcə  geoloji  kəsilişin  qumluluğu istər 
gil, istərsə də qum dəstələrində azalır, gilliliyi isə artır.  
Akçaqıl mərtəbəsi (üst pliosenin aşağıları) məhsuldar qatın çıxışlarını ensiz zolaq şəklində 
əhatə  edir.    Qalınlığı  20-70  m  olan  bu  mərtəbə  boz  və  qonurumtul-boz  gillərdən  ibarət  olub, 
daxilində vulkan külü təbəqələri vardır. 
Abşeron mərtəbəsi (üst pliosen) üç şöbəyə bölünür. Alt abşeron şöbəsi yarımada daxilində 
başlıca  olaraq  əhəngli  gillərdən,  təbəqələnmiş  gillərdən  və  daxilində  nazik  alevrit    materialı 
təbəqəcikləri olan gillərdən ibarətdir. Burada çox az hallarda nazik və linzaya oxşar müxtəlif dənəli 
qum  təbəqələrinə  də  təsadüf  edilir.  Orta  abşeron  qum,  qumdaşları,  qabıq  əhəngdaşları  və  əhəngli 
gillər seriyasından əmələ gəlmişdir. Orta abşeronun qalınlığı 100-500 metrdir. Üst abşeron qumlar 
və gillərlə növbələşən qumlu və detrituslu əhəngdaşlardan əmələ gəlmişdir və qalınlığı 100 metrdir. 
Abşeron çöküntüləri bakı muldasını (Qaraçuxur, Suraxanı, Balaxanı, Sabunçu, Ramana, Binəqədi, 
Şabandağ,  Bibi-Heybət)  əhatə  edən  qırışıqlar  daxilində,  qala  qırışığının  tağ  hissəsində,  Abşeron 
yarımadasının şimal-şərq sahilində, habelə Abşeronun cənub-qərb hissəsində yayılmışdır. 
Dördüncü  dövr  çöküntüləri  Abşeron  yarımadasının  şərq  yarım  hissəsinin  demək  olar  ki, 
bütün səthini tutmuşdur. Dördüncü dövr çöküntülərinin alt şöbəsinə daxil olan türkan horizontu boz 
və  qonur  gillərdən,  bakı  mərtəbəsi  qum  və  gil  fasiyalarından  ibarətdir.  Qırışıqların  tağlarına  və 
Abşeron  yarımadasının  şimal  hissəsinə  tərəf  bakı  çöküntülərinin  qalınlığı  azalaraq  10  metrə  çatır, 
bəzən  isə  lap  nazikləşir.  Şərqi  Abşeronun  (Türkan,  Zirə,  Gürgan,  Hövsan,  Binə,  Qala,  Buzovna, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə