Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı


 TİKİNTİ MƏRHƏLƏSİNDƏ SOSİAL TƏSİRLƏR VƏ ONLARIN İDARƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

8. TİKİNTİ MƏRHƏLƏSİNDƏ SOSİAL TƏSİRLƏR VƏ ONLARIN İDARƏ 
OLUNMASI 
Bu  bölmədə  Balaxanı  ərazisində  Zibil  emalı  zavodunun  tikintisi  ilə  bağlı  inşaat 
mərhələsində sosial və iqtisadi mühitdə baş verə bilən təsirlərin araşdırılmışdır və onların 
idarəolunması tədbirləri müəyyənləşdirilmişdir.  
 
8.1. İnşaat mərhələsində layihənin sosial-iqtisadi təsirləri 
Zibil emalı zavodunun  inşaat  işləri  layihəsinin tətbiqi  ilə əlaqədar sosial –  iqtisadi  
təsirləri özünü aşağıdaki səviyyələrdə  göstərəjəkdir: 
  ictimai-iqtisadi təsirlər;  
  gəlir mənbələrinə təsirlər;  
  sağlamlıq və təhlükəsizlik. 
 
 8.1.1. İctimai-iqtisadi təsirlər 
8.1.1.1. Məşğulluq 
Zibil  emalı  zavodunun  tikintisində  CNİM/ÜSTAY  şirkətinin  cəlb  etdiyi  400  işçi 
çalışajaqdır.  Tikinti  mərhələsi  3  illik  dövrü  əhatə  edəjəkdir.  Aparılajaq  inşaat  işləri 
dövründə  400  nəfərin  işlə  təmin  olunması  müsbət  təsirlərdəndir.  İşçi  qüvvəsinə  tələbat 
yerli  əhali  arasından  əmək  ehtiyatlarını  cəlb  etmək  hesabına  təmin  edilə  bilər.  İnşaat 
işlərini əhatə edən dövrdə əhali arasından işsizləri cəlb etmək hesabına   müəyyən müddət 
inşaatçı  mütəxəssislərin  və  ya  ixtisas  tələb  olunmayan  işlərdə  əhalinin  digər  qruplarının 
iştirakı təmin edilə bilər. 
8.1.1.2. Məcburi köçürülmə 
Ərazi  sosial  məskunlaşmadan  azad  olduğundan  və    ümumiyyətlə,  yaşayış 
zonalarından kənarda yerləşdiyi üçün inşaat əməliyyatları zamanı evlərin dağıdılmasına və 
əhalinin məcburi köçürülməsinə zərurət  yaranmayacaqdır. 
Zavod  üçün  ayrılmış  ərazi,  həmçinin,  başqa  iqtisadi  inkişaf  sahələri  ilə  məşğul 
deyildir.   
8.1.1.3. İşçilərin sosial təminatı  
Podratçıya  məxsus  mütəxəssislərin  yerləşdirilməsi  və  qidalanma  təminatı 
CNİM/ÜSTAY  şirkəti  tərəfindən  aparılajaqdır.  Bu  işçilərin  içməli  su  və  kanalizasiya 
təminatı da CNİM/ÜSTAY şirkəti tərəfindən təşkil olunajaqdır.  
Yerli  əhalidən  ibarət  işçilər  isə  gündə  bir  dəfə  CNİM/ÜSTAY  şirkətinə  məxsus 
yeməkxanada nahar yeməyi ilə təmin olunacaqdır.  


 
8.1.2. Gəlir mənbələrinə təsirlər  
8.1.2.1. Büdcəyə köçürmələr 
 Dövlətin  iqtisadi  gəlirləri  fəhlə  və  qulluqçuların  ödəyəcəyi  sosial  və  digər 
vergilərdən ibarət olacaqdır. 
8.1.2.2. Özəl gəlir və biznes imkanları 
 Bu  müddətində  inşaatçıların  maddi  tələbatı  aldıqları  məvacib  əsasında 
ödənəcəkdir.  Eyni  zamanda  inşaat  işləri  üçün  cəlb  ediləcək  podratçı  mütəxəssislərin 
gündəlik ərzaq və istehlak mallarına ehtiyaclarını ödəmək üçün ticarət əlaqələri sayəsində 
əhalinin  diqər  qruplarının  da  ictimai–iqtisadi  vəziyyətinə  müsbət  təsir  göstəriləcəkdir. 
Beləki,  layihənin  reallaşdırılması  dövründə  xaricdən  cəlb  olunmuş  mühəndis  və 
mütəxəssisərə  yerli  əhalinin  öz  fərdi  təsərrüfatlarında  becərdikləri  meyvə  və  tərəvəz 
məhsullarının  satılması,  xırdavat  alveri  sayəsində,  müəyyən  dövr  ərzində  güzəranlarına 
müsbət təsir ola bilər.  
8.1.2.3. Əhalinin gəlir mənbələrinə mənfi təsirlər 
 Zibil  emalı  zavodunun  tikintisi  üçün  ayrılmış  ərazi  dövlət  mülkiyyətindədir.  Bu 
torpaqlar əhali tərəfindən gəlir götürmək məqsəd ilə istifadə olunmamışdır və buna imkan 
da  yoxdur.  Odur  ki,  torpaqların  itirilməsi  səbəbindən  gəlirdən  məhrum  olma  halları  baş 
verməyəcəkdir. 
 
8.1.3. Sağlamlıq və təhlükəsizlik təminatı 
8.1.3.1. Əhalinin sağlamlığı 
 Aparılacaq  inşaat  işləri  qısa  müddətli  olsa  da,  yoluxucu  xəstəliklər,  vərəm,  dəri-
zöhrəvi  xəstəliklər  və  İİV/QİÇS  üzrə  potensial  riskin  artması  ilə  müşaiyət  oluna  bilər. 
Xəstəliklərə  qarşı  profilaktika  aparmaq  və  təsirləri  minimallaşdırmaq  üçün  aşağıdakılar 
nəzərə alınmalıdır:  
  Podratçılar  və  yerli  əhali  üçün  İİV/QİÇS  və  digər  yoluxucu  xəstəliklərə  aid 
maarifləndirmə proqramlarının təlimi; 
  İşçilərin  sağlamlığını  qorumaq  məqsədilə  profilaktik  və  periodik  tibbi 
müayinələrin təşkili; 
  Yoluxucu  xəstəliklərinin  qarşısını  almaq  üçün  kompleks  profilaktik  və 
antiepidemik tədbirlərin həyata keçirilməsi. 


Dünyanın bir çox ölkələrində bu və ya digər səbəblərdən insan kütlələrinin artmaqda 
olan  miqrasiyası  İİV/QİÇS  epidemiyasının  yayılmasına  təsir  göstərən  başlıca  amil  hesab 
olunur. Bu məsələyə diqqət yetirilməsi xüsusən əhəmiyyətlidir. Çünki əksər xəstəxanalarda 
İİV xidmətləri üçün  ayrılmış  mərkəzlərdə  xidmət səviyyəsi aşağıdır. Yerli əhali  və  inşaat 
işçiləri  ilə  əlaqədar  yaranan  İİV  riskinin  azaldılmasına  yönəlmiş  tədbirlərə  aşağıdakılar 
daxildir: 
  İİV/QİÇS-ə qarşı maarifləndirmə strategiyasının qəbulu və tətbiqi; 
  inşaat  işlərinin  aparılmasında  iştirak  edən  işçilərin  İİV/QİÇS  haqqında 
məlumatlandırılması üzrə məşğələlər keçirilməsi; 
  xəstəliklərdən  müdafiə  olunmaq  üçün  bütün  işçilərin  lazımi  məlumatlarla 
təmin edilməsi; 
  riskin azaldılması üçün işlərə mümkün qədər yerli işçilərin cəlb olunması. 
 
8.1.3.2. Əhalinin təhlükəsizlik təminatı 
 Zavod  üçün  ayrılmış  ərazi  yaşayış  zonalarından  kənarda  yerləşdiyi  üçün  burada 
görülən  işlərin  mənfi  təsirlərə  (məsələn,  toz  və  digər  çirklənmələr,  səs-küy  və  vibrasiya) 
məruz  qalmayacaqdır.  Lakin  ümumi  yollarda  nəqliyyat  vasitələrinin  hərəkəti  ilə  əlaqədar 
narahatlıqlar  yarana  bilər.  Bu  halda  sürücülük  mədəniyyəti,  yol  hərəkəti  təhlükəsizliyi 
qaydalarına  əməl  edilməsi  ilə  bu  amillər  aradan  qaldırılajaqdır.  Həmçinin,  istirahət  və 
xüsusi  bayram  günlərində,  gecə  saatlarında  və  səhər  tezdən  maşınların  hərəkəti 
məhdudlaşdırılajaqdır. 
8.1.3.3. İşçilərin sağlamlıq və təhlükəsizlik təminatı 
 İşçi  personalın  sağlamlığını  qorumaq  və  potensial  xəsarətlərinin  qarşısını  almaq 
üçün  piyada  və  maşın  axınının  ayrılması  aparılacaqdır.  İşçi  personalını  avtomobil 
dayanacağından  əsas  tikinti  sahəsinə  aparmaq  üçün  xüsusi  yol  mövcud  olacaq.  Bu    yol 
piyadalar və maşınlar arasında toqquşmaların qarşısını almaq üçün ayrılacaqdır. 
Tikinti  işçiləri  və  ziyarətçilər  üçün  maşın  saxlanmasının  rahatlaşdırılması  üçün 
yetərli dayanacaq yerləri tikinti sahəsinə bitişik yerləşdiriləcəkdir. Təhlükəsizliyin təminatı 
üçün  CNİM  şirkətinin  istiqamətini  göstərən  işarələr  tikinti  işçilərinin  və  ziyarətçilərin  
əraziyə  yönəldilməsinin  rahatlaşdırılması  üçün  əsas  yolun  kənarında,  yaxşı  görünən 
yerlərdə qoyulajaqdır.  
İşçilər  mexaniki  zədələnmələrdən,  səs  və  küydən  qorunmaq  üçün  fərdi  mühafizə 
vasitələri və xüsusi iş geyimi ilə təmin olunajaqdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə