Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

Ərazidə  ilkin  tibbi  xidmət  göstərilməsi  üçün  məntəqə  təşkil  olunacaqdır. 
Professional  tibbi  xidmətə  təcili  ehtiyacın  təminatı  üçün  ərazidə  daim  nəqliyyat  vasitəsi 
olacaqdır. 
 
8.1.3.4. Təlimatlandırma 
 İşçi  personalının  işləri  təhlükəsiz  görməsi,  texniki  və  yanğın  təhlükəsizliyi 
qaydalarına  əməl  etməsi  üçün    CNİM/ÜSTAY  şirkəti  tərəfindən  təlimatlandırma  təşkil 
olunacaqdır və qaydalara əməl etmə zərurəti tətbiq olunacaqdır. 
Ərazidə  yanğınsöndürmə  vasitələri  olacaqdır  və  işçilərə  treninqlər  zamanı  bu 
alətlərdən istifadə vərdişləri aşılanacaqdır. 
 
8.2. İnşaat mərhələsində sosial-iqtisadi təsirlərin qiymətləndirilməsi 
Zibil  emalı  zavodunun  tkintisi  mərhələsində  ətraf  sosial-iqtisadi    mühitə  təsirlər 
lokal ərazi ilə məhdudlanmış, müvəqqəti vaxt dövründə (3 il) baş verərək, orta gücə malik 
olacaqdır.  Əhalinin  sağlamlığı  üçün  vacib  olan  tədbirləri  həyata  keçirməklə,  bu  təsirlərin 
gücləndirilməsi mümkündür. 
 
8.2.1. İnşaat mərhələsində mənfi sosial-iqtisadi təsirlərinin idarə olunması 
İnşaat  mərhələsində  əhaliyə  və  işçi  personala  narahatlıq  faktorlarının  təsirini 
azaltmaq,  onların  sağlamlığını  və  təhlükəsizliyini  qorumaq  üçün  fəaliyyət  zamanı  cədvəl 
8.1-də qeyd olunan tədbirlər  nəzərə alınmalıdır.  
Cədvəl 8.1. İctimai-iqtisadi mühitə mənfi təsirinin azaldılması tədbirləri 
 
məsələ 
Təsirin azaldılması tədbirləri 
İctimai 
narahatçılığın 
azaldılması 
  Gecə vaxtı, istirahət və bayram günlərində yaşayış zonaları  yaxınlığında nəqliyyatla 
əlaqədar iş saatlarının minimuma endirilməsi; 
  Yaşayış  və  digər  səs-küyə  həssas  ərazilərin  yaxınlığındakı  hüdudlarda  səs-küy 
səviyyəsinin maksimum 70dB (A) səviyyəsində olmasına ciddi nəzarətin təşkili; 
  Müvafiq  səs-küy  və  zəhərli  qaz  emissiya  nəzarətinə  malik  olmayan  nəqliyyat 
vasitələri və avadanlıqlarının istifadəsinə icazə verilməməsi; 
  Mövcud  kommunikasiya  vasitələrinin  və  yolların  davamlı  istifadəsinin  təmin 
olunması üçün təhlükəsizlik tədbirlərinin təmin edlməsi; 
  əhalinin  inşaat  ərazisinə  girişi/çıxışının  qadağan  olunma  tədbirləri,  (məsələn, 
ərazinin hasarlanması, giriş qapısı, girişin icazəli olması və s.) 
   
İşçilərin 
sağlamlığı və 
təhlükəsizliyi 
  İş yerində işçilərin milli keyfiyyət standartlarına müvafiq olan içməli su ilə təminatı; 
  İşçi qüvvəsinin sağlamlığı və təhlükəsizliyinin təminatı olan üsulların seçilməsi; 
  İşçi qüvvəsinin müvafiq fərdi mühafizə vasitələri ilə  təmin  olunması; 
  İlkin tibbi yardım materialları və ləvazimatının təmini və istifadəsinin təlimi; 
  Fövqəladə  hallarda  (qəza,  yanğın,  neft  məhsulları/mühərrik  yağları  dağılmaları 
zamanı) cavab tədbirləri planının icra olunması üçün təlimlər keçilməsi;  


  Bütün  qəza  halları,  Sağlamlıq  və  Təhlükəsizlik  hadisələri  haqqında  qeydiyyat 
aparılması. 
 
Nəqliyyat  
təhlükəsizliyi 
 
Nəqliyyat yol polisi və yerli səlahiyyət orqanları ilə əvvəlcədən aparılan 
məsləhətləşmələr əsasında, nəqliyyatın idarəolunma planı, o cümlədən, müvəqqəti 
yol nişanları, xəbərdarlıq işarələri, işıqlar və gecə gözətçiləri ilə təminat; 
 
inşaat sahəsində müvafiq işıqlanma və işarələrin təmin olunması; 
 
Aparılajaq fəaliyyət və onun mərhələləri haqqında müvafiq məlumatla ijtimaiyyətinin 
mütəmadi təmin olunması; 
 
Nəqliyyatın təyin olunmuş marşrut üzrə hərəkətinə nəzarətin təşkili 
 
Yaşayış məntəqələri yaxınlığındakı yollarda əqliyyatın hərəkət və sürətinin 
tənzimlənməsi; 
Geriyə hərəkətin qarşısının alınması və eşidilən xəbərdarlıq sistemlərinn (siqnalların) 
tələb olunan minimum səviyyədə tənzimlənməsi. 
 
Əhalidə 
dözümlüyün 
artırılması 
 
İnşaat layihəsinin tətbiqi, aparılacaq fəaliyyətlər və həmin fəaliyyətlərin 
planlaşdırılmış müddəti haqqında əhalinin məlumatlandırılması sistemi; 
 
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis  ayırma 
 
Şikayət və təkliflərə baxılması üçün 24 saat ərzində qaynar xətt xidmətinin təmin 
edilməsi; 
 
Şikayət və təkliflər üzrə qeydiyyat aparılması; 
 
Şikayətlərin həlli üçün mümkün variantlparın araşdırılıb icra edilməsi və icraya 
nəzarətin təşkili; 
 
İddiaçıya şikayəti ilə əlaqədar vəziyyətin səbəbi və  aradan qaldırılma yolları 
haqqında müfəssəl məlumat verilməsi təminı. 
 
 
 
9.  ZAVODUN İSTİSMAR MƏRHƏLƏSİNDƏ  ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ONLARIN İDARƏ OLUNMASI 
 
Bakının Balaxanı qəsəbəsində  ildə 500 min ton bərk məişət tullantısı yandırılmaqla 
230 MVt elektrik enerjisi istehsal edən Zibil emalı zavodunun tkintisi layihələndirilmişdir. 
Tikinti mərhələsinin ekoloji aspektləri fəsildə müzakirə edilmişdir. Təqdim olunan 
9-cu  fəsildə  isə    zibil  emalı  zavodunun    gözlənilən  istismar  mərhələsində  ətraf  mühitə 
mümkün təsirlər araşdırılmış və qimətləndirilmişdir. 
 
Normal  istismar  mərhələsində  ətraf  mühitə  təsirlər  zavodun  zibilyandırma  və 
elektrik istehsalı funksiyası ilə birbaşa əlaqədar olub, xarakterinə və gücünə görə aşağıdakı  
aspektlərdən asılı olacaqdır: 
  Zavodun texniki quruluşunun  mükəmməl həlli 
  Tətbiq olunacaq texnologiyanın mükəmməlliyi 
  İşçi personalın bacarığının və məsuliyyətinin adekvatlığı 
  Təşkilat, İdarəetmə və Nəzarət proseslərinin mükəmməlliyi. 
 


Gücündən  və  baş  vermə  səbəbindən    asılı  olmayaraq  hər  hansı  təsir  mühitin  
müxtəlif  sferalarının  kimyəvi,  fiziki  və  bioloji  çirkləndirilməsi  ilə,  həmçinin,  müxtəlif 
səviyyələrdə deqradasiyası ilə təzahür edir.   
 
Araşdırılan halda zavodun normal fəaliyyət dövründə ətraf mühitə mümkün təsirlər 
baş vermə səbəbinə görə aşağıdakı qruplarda cəmləşdirilmişdir:  
1.  Xammal,  köməkçi  material    və  yanacaq-  sürtgü  materiallarıdan  istifadə  və 
onlarla davranış üsulları ilə müəyyən olunan təsirlər. 
2.  Proses  üçün  xarakter  tullantıların    yaranması  və  onların  idarə  olunması 
üsulları ilə müəyyən olunan təsirlər. 
3.  Texnoloji  əməliyyatların aparılması üsulları  ilə  müəyyən olunan qoxu, səs, 
vibrasiya təsirlər. 
 
Ətraf mühitə təsirlərin qiymətləndirilməsi göstərilən qruplar üzrə təqdim olunur. 
 
9.1. İSTİFADƏ OLUNACAQ XAMMAL VƏ KÖMƏKÇİ MATERİALLAR 
Bu bölmədə xammal, köməkçi material  və yanacaq- sürtgü materiallarıdan istifadə 
və onlarla davranış üsulları ilə müəyyən olunan təsirlər araşdırılır.    
9.1.1. Əsas xammal – bərk məişət tullantıları 
ERF  zavodunda  istifadə  olunacaq  əsas  xammal  qarışıq  halda  olan  bərk  məişət 
tullantılarıdır.  LHV  6000kC-dən  12000kC  kq  arasında  ola  bilər.  Tipik  nəmlik  25-35% 
arasındadır. 
ERF  bunkeri  bir  neçə  gün  ərzində  dolur.  Nəzarət  altında  bunkerin  qarışdırılması 
effektiv  heterogenliyə zəmanət verir. Bunker çərçivəsində zibilin qarışdırılması  iki  böyük 
qreyfer  vasitəsilə  aparılır.  Bu  isə  yanmanın  səmərəsini  artırmaqla  bərabər,  eyni  zamanda 
qoxunun (üfunətin) azalmasına kömək edəcəkdir. 
9.1.2. Köməkçi materiallar 
ERF-də  yaranan  tüstü  qazlarının  emalı  və  qazan  suyuynun  hazırlanması 
(mineralsızlaşdırılması)  üçün  köməkçi  materiallar,  müəssisənin  nəqliyyat  vasitələrinin 
təmin  olunması  məqsədi  ilə  yanacaqdan  və  axıntı  sularının  təmizlənməsi  üçün  kimyəvi 
maddələrdən istifadə ediləcəkdir. Bu maddələr aşağıdakılardan ibarətdir: 
  Əhəng qələvisi (tüstü qazlarının turşu neytrallaşdırması üçün); 
  Karbamid (tüstü qazlarının emalı zamanı NO
x
 nəzarəti üçün); 
  Aktivləşdirilmiş  kömür  (tüstü  qazlarının  emalı  zamanı  dioksin  və  ağır 
metallara nəzarət üçün); 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə