6.2.6. Əhalinin sosial təminatı
Sosial təminat sistemi əhalinin müvafiq təbəqələrinə pul müavinətləri və güzəştlər
verilməsinə əsaslanır. «Əhalinin pensiya təminatı haqqında» Qanuna müvafiq olaraq,
dövlət və özəl sektorda işləyən bütün vətəndaşların, həmçinin, özəl sektorda çalışan bütün
vətəndaşların və öhdəsində ailə üzvləri olanların aşağıdakı pensiyaları almaq hüquqları
vardır:
1. yaşa, əlilliyə, ailə başçısını itirməyə, xidmətə (işləyənlər üçün) görə - əmək və
sosial pensiya;
2. müharibə əlilləri, millətlərarası münaqişədə əlil olanlar, Çernobıl qəzası
iştirakçıları, dövlət tapşırıqlarını yerinə yetirərkən, başqalarının həyatını xilas edərkən,
əmək və hüquqi normalarını müdafiə edərkən əlil olanlar və bu zaman ailə başçısını
itirənlər - dövlət və fərdi pensiya;
3. qəhrəman analara verilən pensiyalar;
4. qeyri-dövlət pensiyaları.
Dövlət cəmiyyətin əsası olan ailəni müdafiə etmək məqsədi ilə ailələrə doğuşdan
əvvəl və sonra pul ödənişləri, uşaqlara, ailə başçısı müharibədə həlak olmuş və ya əlil
qalmış dul qadınlara, onların uşaqlarına ödənişlər, tənha qocalara, məcburi köçkün və
qaçqın ailələrinə müavinətlər və pul yardımları verir. İşsizliyə görə də qanunvericilikdə
nəzərdə tutulmuş qaydada müavinət ödənilir.
Şəkil 6.1-6.3. Zavod tikintisi üçün ayrılmış ərazinin ətrafında asfalt-beton zavodları
6.3. İqtisadiyyat və torpaqdan istifadə
Məişət tullantılarının yandırılması zavodunun tikilməsi üçün Balaxanı qəsəbəsi
ərazisində yer ayrılmışdır. Ərazi Sabunçu İqtisadi rayonunun tərkibinə daxildir. Sabunçu
rayonunun ərazisi 24,0 kv. km-dir. Sabunçu iqtisadi rayonu ərazisində neft-qazçıxarma,
yüngül və yeyinti, tikinti materialları istehsalı müəssisələri yerləşir. Lakin digər regionlarla
müqayisədə burada əmək ehtiyatlarının fəaliyyətə cəlb olunma göstəriciləri aşağıdır.
Kənd təsərrüfatı strukturunda əsas yeri əhalinin şəxsi təsərrüfatlarında qismən
saxlanan maldarlıq, quşçuluq, qoyunçuluq və üzümçülük təşkil edir.
Məişət tullantılarının yandırılması zavodu üçün ayrılmış ərazi iki tərəfdən asfalt-
beton zavodları ilə, bir tərəfdən isə Balaxanı NQÇİ-nin istehsal sahəsi ilə əhatələnmişdir.
Ərazi yaşayış zonasından kənarda yerləşir.
6.4. Kommunal xidmətlər
6.4.1. Enerji təchizatı
Əhalinin maddi rifahının yüksəlməsi və ümumi iqtisadi inkişaf templəri müvafiq
surətdə elektrik enerjisinə olan tələbatı artırır, elektrik enerjisinin keyfiyyət göstəricilərinin
texniki standartlara uyğunluğunu önə çəkir və elektrik enerjisinin istehsalına və etibarlı
təchizatına prinsipcə yeni yanaşmanı tələb edir.
Bakı şəhəri və ətraf bölgələr də daxil olmaqla, 100 % elektrik enerjisi ilə təmin
edilmişdir. Elektrik şəbəkəsi öz strukturunda 300-500 kV-lıq sistemlərarası təyinatlı
yüksək gərginlikli xətlər, 220-110 kV-luq qidalandırıcı şəbəkələr, 35-0,4 kV-luq paylayıcı
şəbəkəni birləşdirir. Yüksək gərginlikli (110-500 kV) şəbəkələr qonşu enerji sistemləri
arasında istehsal olunan enerjinin ötürülməsini və paylanmasını təmin edir. İllik enerji
istehlakı 8-10 milyard kv.saat arasındadır. Qidalandırıcı şəbəkələrdəki itkilər 4,7-5,0%,
paylayıcı şəbəkələrdə isə 4,0-4,3%-dir.
Bakı şəhərində və ətraf bölgələrdə tarixən formalaşmış sənaye sahələri, xidmət
obyektləri və əhali qrupları ölkədə istehlak olunan enerjinin 50%-dən çox hissəsini sərf
etməklə yanaşı, elektrik enerjisi təminatına və keyfiyyətinə çox həssasdırlar. Aparılan
təhlillər göstərir ki, yaxın gələcəkdə də elektrik enerjisinin çox böyük bir hissəsi Bakı
şəhərində və ətraf bölgələrdə istehlak olunacaqdır. Yeni müasir yaşayış və inzibati
binaların sürətli inkişafı, həmin obyektlərin elektrik enerjisinə olan tələbatının da
artacağından xəbər verir.
Statistik məlumatlara görə Bakı şəhəri və ətraf bölgələrin ərazisində əhalinin və
iqtisadiyyatın elektrik enerjisinə olan tələbatı 2002-2006-cı illər üçün aşağıdakı kimi
olmuşdur:
2002-ci il - 6,488 mlrd kVts
2003-cü il – 7,269 mlrd kVts
2004-cü il - 7,589 mlrd kVts
2005-ci il - 7,895 mlrd kVts
2006-cı il - 8,645 mlrd kVts.
Göstəricilərin müqayisəsi elektrik enerjisi istehlakının artma istiqamətində inkişaf
etdiyini sübut edir. İstismar olunan mövcud elektrik paylayıcı avadanlıqların texniki
vəziyyətinin qənaətbəxş səviyyədə olmaması, avadanlıqların 65-70%-nin fiziki
köhnəlməsi, qış mövsümləri ərzində istehlakçıların elektrik enerjisinə olan tələbatının
kəskin şəkildə artması, həmçinin, şəhərin istilik və qaz təchizatı sistemlərinin
fəaliyyətlərində özünü büruzə verən problemlər nəticəsində elektrik şəbəkəsinin də işi
ağırlaşır.
Aparılan təhlillər göstərir ki, Bakı şəhərinin və ətraf bölgələrin inkişaf sürəti və
istehlakçıların elektrik enerjisinə olan tələbatının artım dinamikası həm istehsal olunan
elektrik istehsalının səviyyəsindən və həm də şəbəkənin texniki imkanlarından daha
yüksəkdir. Şəbəkənin elektrik paylayıcı aktivlərinin uzun dövrlər ərzində istismarda
olması, onların fiziki aşınması və müasir inkişaf səviyysindən geri qalması bu sahədə əsaslı
işlərin aparılmasını tələb edir.
Bakı və Abşeron yarımadasının enerji təchizatı həm də istilik enerjisi, həmçinin,
təbii qaz təminatı hesabına həyata keçirilir. İstilik enerjisi ilə Bakı, Sumqayıt və Xırdalan
Dostları ilə paylaş: |