Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

 
6.2.6. Əhalinin sosial təminatı 
 Sosial təminat sistemi əhalinin müvafiq təbəqələrinə pul müavinətləri və güzəştlər 
verilməsinə  əsaslanır.  «Əhalinin  pensiya  təminatı  haqqında»  Qanuna  müvafiq  olaraq, 
dövlət və özəl sektorda işləyən bütün vətəndaşların, həmçinin, özəl sektorda çalışan bütün 
vətəndaşların  və  öhdəsində  ailə  üzvləri  olanların  aşağıdakı  pensiyaları  almaq  hüquqları 
vardır: 
1.  yaşa,  əlilliyə,  ailə  başçısını  itirməyə,  xidmətə  (işləyənlər  üçün)  görə  -  əmək  və 
sosial pensiya; 
2.  müharibə  əlilləri,  millətlərarası  münaqişədə  əlil  olanlar,  Çernobıl  qəzası 
iştirakçıları,  dövlət  tapşırıqlarını  yerinə  yetirərkən,  başqalarının  həyatını  xilas  edərkən, 
əmək  və  hüquqi  normalarını  müdafiə  edərkən  əlil  olanlar  və  bu  zaman  ailə  başçısını 
itirənlər  - dövlət və fərdi pensiya; 
3. qəhrəman analara verilən pensiyalar; 
4. qeyri-dövlət pensiyaları. 
Dövlət  cəmiyyətin  əsası  olan  ailəni  müdafiə  etmək  məqsədi  ilə  ailələrə  doğuşdan 
əvvəl  və  sonra  pul  ödənişləri,  uşaqlara,  ailə  başçısı  müharibədə  həlak  olmuş  və  ya  əlil 
qalmış  dul  qadınlara,  onların  uşaqlarına  ödənişlər,  tənha  qocalara,  məcburi  köçkün  və 
qaçqın  ailələrinə  müavinətlər  və  pul  yardımları  verir.  İşsizliyə  görə  də  qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada müavinət ödənilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6.1-6.3. Zavod tikintisi üçün ayrılmış ərazinin ətrafında asfalt-beton zavodları 
 
 
6.3. İqtisadiyyat və torpaqdan istifadə 
Məişət  tullantılarının  yandırılması  zavodunun  tikilməsi  üçün  Balaxanı  qəsəbəsi 
ərazisində  yer  ayrılmışdır.  Ərazi  Sabunçu  İqtisadi  rayonunun  tərkibinə  daxildir.  Sabunçu 
rayonunun  ərazisi  24,0  kv.  km-dir.  Sabunçu  iqtisadi  rayonu  ərazisində  neft-qazçıxarma, 
yüngül və yeyinti, tikinti materialları istehsalı müəssisələri yerləşir. Lakin digər regionlarla 
müqayisədə burada əmək ehtiyatlarının fəaliyyətə cəlb olunma göstəriciləri aşağıdır.  
Kənd  təsərrüfatı  strukturunda  əsas  yeri  əhalinin  şəxsi  təsərrüfatlarında  qismən 
saxlanan maldarlıq, quşçuluq, qoyunçuluq və üzümçülük təşkil edir. 
Məişət  tullantılarının  yandırılması  zavodu  üçün  ayrılmış  ərazi  iki  tərəfdən  asfalt-
beton zavodları  ilə, bir tərəfdən  isə  Balaxanı NQÇİ-nin  istehsal  sahəsi  ilə əhatələnmişdir. 
Ərazi yaşayış zonasından kənarda yerləşir. 
 
6.4. Kommunal xidmətlər 
6.4.1. Enerji təchizatı 
Əhalinin  maddi  rifahının  yüksəlməsi  və  ümumi  iqtisadi  inkişaf  templəri  müvafiq 
surətdə elektrik enerjisinə olan tələbatı artırır, elektrik enerjisinin keyfiyyət göstəricilərinin 
texniki  standartlara  uyğunluğunu  önə  çəkir  və  elektrik  enerjisinin  istehsalına  və  etibarlı 
təchizatına prinsipcə yeni yanaşmanı tələb edir.  
Bakı  şəhəri  və  ətraf  bölgələr  də  daxil  olmaqla,  100  %  elektrik  enerjisi  ilə  təmin 
edilmişdir.  Elektrik  şəbəkəsi  öz  strukturunda  300-500  kV-lıq  sistemlərarası  təyinatlı 
yüksək gərginlikli xətlər, 220-110 kV-luq  qidalandırıcı şəbəkələr, 35-0,4 kV-luq  paylayıcı 


şəbəkəni  birləşdirir.  Yüksək  gərginlikli  (110-500  kV)  şəbəkələr  qonşu  enerji  sistemləri 
arasında  istehsal  olunan  enerjinin  ötürülməsini  və  paylanmasını  təmin  edir.  İllik  enerji 
istehlakı  8-10  milyard  kv.saat  arasındadır.  Qidalandırıcı  şəbəkələrdəki  itkilər  4,7-5,0%, 
paylayıcı şəbəkələrdə isə 4,0-4,3%-dir. 
Bakı  şəhərində  və  ətraf  bölgələrdə  tarixən  formalaşmış  sənaye  sahələri,  xidmət 
obyektləri  və  əhali  qrupları  ölkədə  istehlak  olunan  enerjinin  50%-dən  çox  hissəsini  sərf 
etməklə  yanaşı,  elektrik  enerjisi  təminatına  və  keyfiyyətinə  çox  həssasdırlar.  Aparılan 
təhlillər  göstərir  ki,  yaxın  gələcəkdə  də  elektrik  enerjisinin  çox  böyük  bir  hissəsi  Bakı 
şəhərində  və  ətraf  bölgələrdə  istehlak  olunacaqdır.  Yeni  müasir  yaşayış  və  inzibati 
binaların  sürətli  inkişafı,  həmin  obyektlərin  elektrik  enerjisinə  olan  tələbatının    da 
artacağından xəbər verir. 
Statistik  məlumatlara  görə  Bakı  şəhəri  və  ətraf  bölgələrin  ərazisində  əhalinin  və 
iqtisadiyyatın  elektrik  enerjisinə  olan  tələbatı  2002-2006-cı  illər  üçün  aşağıdakı  kimi 
olmuşdur:  
 
2002-ci il - 6,488 mlrd kVts 
2003-cü il – 7,269 mlrd kVts 
2004-cü il - 7,589 mlrd kVts 
2005-ci il -  7,895 mlrd kVts 
2006-cı il -  8,645 mlrd kVts. 
 
Göstəricilərin  müqayisəsi  elektrik  enerjisi  istehlakının  artma  istiqamətində  inkişaf 
etdiyini  sübut  edir.  İstismar  olunan  mövcud  elektrik  paylayıcı  avadanlıqların  texniki 
vəziyyətinin  qənaətbəxş  səviyyədə  olmaması,  avadanlıqların  65-70%-nin  fiziki 
köhnəlməsi,  qış  mövsümləri  ərzində  istehlakçıların  elektrik  enerjisinə  olan  tələbatının 
kəskin  şəkildə  artması,  həmçinin,  şəhərin  istilik  və  qaz  təchizatı  sistemlərinin 
fəaliyyətlərində  özünü  büruzə  verən  problemlər  nəticəsində  elektrik  şəbəkəsinin  də  işi 
ağırlaşır.  
Aparılan  təhlillər  göstərir  ki,  Bakı  şəhərinin  və  ətraf  bölgələrin  inkişaf  sürəti  və 
istehlakçıların  elektrik  enerjisinə  olan  tələbatının  artım  dinamikası  həm  istehsal  olunan 
elektrik  istehsalının  səviyyəsindən  və  həm  də  şəbəkənin  texniki  imkanlarından  daha 
yüksəkdir.  Şəbəkənin  elektrik  paylayıcı  aktivlərinin  uzun  dövrlər  ərzində  istismarda 
olması, onların fiziki aşınması və müasir inkişaf səviyysindən geri qalması bu sahədə əsaslı 
işlərin aparılmasını tələb edir. 
 
Bakı  və  Abşeron  yarımadasının  enerji  təchizatı  həm  də  istilik  enerjisi,  həmçinin, 
təbii qaz təminatı hesabına həyata keçirilir. İstilik enerjisi ilə Bakı, Sumqayıt və Xırdalan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə