Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı


 Atmosfer  t sirl rin idar  olunmas



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

7.2.4. Atmosfer  t sirl rin idar  olunmas  
Zibil  emal   zavodunun  in aat  i l ri  m rh l sind   apar lacaq  i l r 
zaman   atmosfer   at lan    tozun  v   kimy vi  madd l rin,  h mçinin,  s s-küyün 
s viyy sinin idar  olunmas  üçün 7.1 -7.3 sayl  c dv ld  göst ril n t dbirl r 
mü yy nl
dirilmi dir. 
 
Cədvəl 7.1.  İnşaat prosesində  atmosferin tozla çirklənməsinin azaldılması 
mənbə 
Təsirin azaldılması tədbirləri 
Yollar 
  Müntəzəm  istifadə  olunan  torpaq  sahələrinin  üzərinin  tozlanmayan  materialla 
döşənməsi; 
  Əraziyə  giriş  yolunun  və  sahədəki  torpaq  yolların  müntəzəm  olaraq  təmizlənməsi  və 
hava şəraitindən asılı olaraq nəmləndirilməsi; 
Ərazidə  maşınların  sürət  limitinin  tətbiqi  (maşının  sürəti  azaldıqca,  tozun  yaranması  da 
azalır) 
Avadanlıq və 
maşınlar 
Hərəkət  yollarının  və  inşaat  sahəsinin  kənarındakı  ərazilərin  tozla  çirklənməməsi  üçün 
yük maşınlarının palçığa bulaşmış təkərlərinin yuyulması. 
 
Torpaq qazıma 
(hamarlama) işləri 
  Qazıntı-hamarlama aparılan yerlərin mümkün qədər tez kipləşdirilməsi; 
ərazini  məqbul  standartlar  səviyyəsində  saxlamaq  üçün  hava  şəraitindən  və  yerinə 
yetirilən işlərin növündən asılı olaraq, su səpələyən maşınla su çilənməsi 
Sahənin 
hamarlanması 
kəsmə  və  üyütmə  əməliyyatlarının  qoruyuju  baryerlə  mühafizəsi  məvacib  olduqda 
nəmlənmə aparılması 
Materialların 
daşınması və 
yerləşdirilməsi 
  Material  və  torpaq    qalaqlarının  külək  tutmayan  yerdə  yerləşdirilməsi  və  ya  küləyə 
qarşı mühafizə tədbirinin görülməsi; 
  Torpağın  anbarlaşdırılan  üst  münbit  qatının  ərazinin  minimal  hündür  külək  tutmayan 
yerində yerləşdirilməsi; 
  Torpaq  qalaqlarının  üzərinin  kipləşdirilməsi  və  bağlanması.  Anbarlaşdırılan  torpaq 
qatının üzərində bitki örtüyünün təmin edilməsi; 
  Sahəyə  daxil  olan  və  xaric  olan  bütün  toz  əmələ  gətirən  materialların  (qum,  sement 
kisələri, əhəng) üzərinin bərk materialla və ya brezentlə döşənib  örtülməsi; 
Material  sızmasının  qarşısının  alınması  və  baş  vermiş  sızmaların  tez  bir  zamanda 
təmizlənməsi. 
 
material 
boşaldılma və 
hazırlama  
  Səpələnən materialların boşaldılma hündürlüyünün azaldılması; 
  Sement və qumun külək tutmayan tərəfdə saxlanması və işlədilməsi,  
Material boşaldan qurğuların istifadədən sonra təmizlənməsi. 
 
Cədvəl 7.2. İnşaat işləri zamanı atmosferə qazşəkilli emissyaların azaldılması  
 
Mənbə  
Təsirin azaldılması tədbirləri 
Nəqliyyat 
vasitələri və 
texniki 
avadanlıq 
  Ərazidə fəaliyyət göstərən texnika və nəqliyyat vasitələrinin texniki sazlığına tikinti boyu 
müntəzəm nəzarətin və lazım gələrsə təmir işlərinin təşkili; 
  İstifadə olunan bütün növ nəqliyyat  və texnika vasitələrinə məxsus mühərrik sisteminin 
emissiya standartlarına uyğunluğuna iş prosesi boyu müntəzəm nəzarətin təşkili; 
  Ərazidə maşınların hərəkətinin zəruri olduğu minimum həddə məhdudlaşdırılması; 


  Hərəkət etməyən maşınların və texnikanın mühərriklərinin söndürülməsi;  
  Xarab, yanğın törədə bilən maşın və mexanizmlərdən istifadənin qadağan edilməsi. 
Üzvi 
tullantılar və 
digər zibillər  
  Üzvi tullantıların qapalı qablarda toplanması və müntəzəm olaraq çürümə baş verməzdən  
əvvəl ərazidən çıxarılması və ya zərərsizləşdirilməsi.  
  Ərazidə hər hansı  zibilin yandırılmasına yol verilməməlidir. 
Yanacaq və 
sürtgü 
materialları 
  Yanacaq  və  sürtgü  materiallarının,  eləcə  də  istifadə  olunan  digər  təhlükəli  maddələrin 
təlimata uyğun yerləşdirilməsi və istifadəsi; 
  Texnika  vasitələrinin  yanacaqla  təminatı  zamanı  yanacağın  dağılmamasına  nəzarətin 
təşkili;  
  Texnika  vasitələrinin  sazlığını  təmin  etməklə,  yanacaq  sərfinin  reqlamentə  uyğun 
sərfinin tənzimlənməsi;  
  Yanacağın uçotunun təşkili ilə artıq məsrəflərə və itkilərə yol verilməməsi  
Suyun 
toplanması 
  Hamarlanıb düzəldilən ərazidə drenac sisteminə müntəzəm nəzarətin təşkili; 
  Durğun su gölməçələrinin yaranması səbəblərinin ləğvi.   
Yanğın 
təhlükəsizliyi 
   Yanğın  təhlükəsizliyi  ilə  bağlı  işlərin  müvafiq  ixtisaslı  mütəxəssislər  tərəfindən 
aparılması. 
 
Cədvəl 7.3. İnşaat işləri zamanı səs-küy və vibrasiyanın azaldılması  
 
Mənbə  
Təsirin azaldılması tədbirləri 
Nəqliyyat və 
yük maşınları 
  Gecə vaxtı, istirahət və bayram günlərində yaşayış ərazilərinin yaxınlığında iş saatlarının 
minimuma endirilməsi; 
  Yaşayış  və  digər  səs-küyə  həssas  ərazilərin  yaxınlığındakı  hüdudlarda  səs-küy 
səviyyəsinin maksimum 70dB (A) səviyyəsində olmasına ciddi nəzarətin təşkili; 
  Müvafiq  səs-küy  və  zəhərli qaz  emissiya  nəzarətinə  malik olmayan nəqliyyat  vasitələri 
və avadanlıqlarının istifadəsinə ijazə verilməməsi. 
  Yerli  mühitə  və  əhaliyə  narahatlıq  yaranmaması  üçün  marşrutları  və  vaxt  qrafikini 
müəyyənləşdirmək 
 
Qurğu və 
avadanlınlar 
  Qurğu və avadanlıqların izafi səsini azaltmaq 
  Narahatlıq riskini dəyərləndirərək, həssas yerlərdə müvafiq səs boğucular tətbiq etmək 
  Mümkün  olduqda  axşam,  gecə  və  ya  səhər  tezdən  saatlarında  səs-küylü  qurğuları 
işlətməmək 
  Səsli qurğuları  əhalidən və ekoloji həssas yerlərdən aralıda yerləşdirmək 
  Kranların, yük maşınlarının və digər qurğuların boşaltma hündürlüyünü azaltmaq 
  Qurğuları lazımsız yerə işlək saxlamamaq 
  İşçi personalı fərdi mühafizə vasitələri (qulaqlıqlar, tıxaclar əv s.) ilə təmin etmək. 
 
 
7.3. SU  MÜHİTİNƏ TƏSİRLƏR  
7.3.1. Səthi su hövzələrinin mövcudluğu 
Mövcud vəziyyətin qiymətləndirilməsi bölməsində qeyd olunduğu kimi tikinti üçün 
ayrılmış ərazidə təbii  səthi su  hövzəsi  yoxdur. Burada  yalnız  antropogen və  iqlim-geoloji 
təsirlərin  birgə  işi  səbəbi  ilə  yaranmış  qrunt  və  atmosfer  çöküntülərinin  yığıldığı  neft 
maddələri  ilə çirklənmiş sulardan  ibarət uzunsov formalı çuxur  mövcuddur. Kənara çıxışı 
olmayan  bu çökəkliyin  suyu ərazi  hamarlama  işləri zamanı  nasosla çəkilib  icazə əsasında 
su təmizləmə qurğularına daşınacaqdır. 
7.3.2. Qrunt sularının yerləşməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə