Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

şəhərləri  təmin  edilir.  İstilik  təchizatı  sənaye  və  qızdırıcı  İES,  rayon  və  sənaye 
qazanxanaları,  xırda qazanxanalar  və eləcə də  mənzillrdə quraşdırılan  istilik generatorları 
hesabına təmin edilir. İES-da  illik istilik hasilatı 2,0-2,5 Qkal-dir. İstilik enerjisi istehsalı 
üzrə bütün mənbələr öz gücünün 10-15% həcmində işləyir. İES və qazanxanaların 40%-nin 
aqreqatları    fiziki  və  texnoloji  cəhətdən  köhnəlmişdir,  qalanları  işləmir  və  ya  işi 
səmərəsizdir. Əksər istilik trassalarının hidro və istilik izolyasiyası pis olduğundan, onlarda 
xeyli  istilik  itkisinə  yol  verilir.  istilik  enerjisi  ilə  əsasən,  inzibati  binalar,  səhiyyə 
obyektləri,  xidmət  sahələri,  çoxmənzilli  yaşayış  binaları  təmin  edilmişdir.  Fərdi 
təsərrüfatlar,  az  mənzilli  yaşayış  evləri  və  kənd  yerlərində  istilik  təminatı  elektrik 
qızdırıcıları, qaz və odun sobaları hesabına təmin edilir. 
Bütün  Abşeron  yarımadası  təbii  qazla  təmin  edilmişdir.  Hazırda  sənayedə  və 
mənzil-kommunal  təsərrüfatında  illik  təbii  qaz  istehlakı  4,0-4,5  milyard  kub  metr  təşkil 
edir. Qazın nəqli zamanı itkilər onun ümumi həcminin 4-5%-ni təşkil edir. 
6.4.2. Su  təchizatı və kanalizasiya 
 Mərkəzləşdirilmiş  su  təchizatı  ilə  Bakı,  Sumqayıt  və  Xırdalan  şəhərləri  təmin 
edilmişdir.  Sənayedə  su  tələbatı  istehsal  prosesi  texnologiyasından  asılı  olaraq  suyun 
limitlə verilməsi ilə tənzimlənir. Bakı və Sumqayıt şəhərlərində sutkada adambaşına düşən 
su  norması  330  litrdir.  Bakı  və  Sumqayıt  şəhərləri,  Abşeron  yarımadası  ərazisi  su  ilə 
müxtəlif mənbələrdən təmin olunurlar. 
Birinci və İkinci Bakı su kəmərləri 1917 və 1942-ci illərdə tikilmiş, gücləri müvafiq 
olaraq, 108 və 232 min m
3
/gündür və Samur-Dəvəçi yeraltı hövzəsindən gətirilərək, şəhəri 
yüksək  keyfiyyətli  su  ilə  təmin  edir.  Öz-özünə  axınlı  su  kəmərinin  ümumi  uzunluğu  200 
km-dir. 
Kür su kəmərinin birinci və ikinci xətləri müvafiq olaraq 1971 və 1986-cı illərdən 
istismar  olunur,  məhsuldarlıqları  302  və  449,9  min  m
3
/gün  təşkil  edir.  Bu  təzyiqli  boru 
kəmərlərinin ümumi uzunluğu 135 km-dir. 
Ceyranbatan  su  kəməri  başlanğıcını  Bakı  şəhərinin  yaxınlığında  olan  eyni  adlı  su 
anbarından  götürmüşdür.  Bu  anbara  su  Samur-Abşeron  Kanalından  daxil  olur.  Su 
kəmərinin məhsuldarlığı 1106,9 min m
3
/gün təşkil edir. 
Bundan  başqa  Abşeron  yarımadası  ərazisində  ümumi  məhsuldarlığı  0,8  –  4  min   
m
3
/gün olan lokal su kəməri vardır. 
Bakı  şəhəri  və  Abşeron  yarımadasına  verilən  suyun  ümumi  həcmindən  45-50%-i 
sənaye  sektorunun,  40-45%-i  kommunal  sektorunun,  10%-ə  qədəri  isə  kənd  təsərrüfatı 
sektorunun payına düşür. Əsasən, Bakı və Sumqayıt şəhərlərindəki sənaye müəssisələrində 
dövri su təchizatı sistemləri fəaliyyət göstərir. 


 
Kanalizasiya  (sənaye  və  təsərrüfat-məişət  mənşəli  çirkab  sularının  ötürülməsi) 
sistemləri ilə Bakı və Sumqayıt şəhərləri təchiz olunmuşdur. Çirkab sularının mexaniki və 
bioloji  təmizlənməsi  üzrə  təmizləmə  aparılan  təmizləyici  qurğuların  ümumi  su  buraxma 
qabiliyyəti 716 min kub metr/gündür, o cümlədən, Bakı şəhərində 640 min kub metr/gün, 
Sumqayıtda isə -76 min kub metr/gün. 
 
 
 
Cədvəl 6.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair göstəricilər 
Su təchizatı 
kanalizasiya 
O cümlədən 
O cümlədən 
 
İnzibati rayonlar 
cəmi 
İçməli su 
təchizatı 
Sənaye su 
təchizatı 
Digər məqsədlər 
üçün su təchizatı 
cəmi 
Təmiz-
lənmiş 
Təmizlən-
məmiş 
Abşeron  
70,2 
17,4 

52,8 
5,0 
0,3 
4,7 
Bakı şəhəri         
531,6 
310 
215 
6,6 
524,3 
382,9 
141,4 
Sabunçu  
30 
22,4 
5,5 
2,1 
2,0 
1,9 
0,1 
Suraxanı 
31 
27,2 
3,0 
0,8 
1,3 
1,2 
0,1 
Sumqayıt şəhəri 
91,5 
56 
35 
0,5 
73,0 
65,4 
7,6 
Cəmi:  
693,3 
338,4 
250 
59,9 
602,3 
448,6 
153,7 
 
Neft emalı və bir sıra kimya müəssisələrində maye tullantıların təmizlənməsi üçün 
lokal  qurğular  vardır.  Digər  müəssisələr  öz  çirkab  sularını  ümumi  şəhər  kanalizasiyasına 
axıdırlar.  Ramanı  və  Yeni  Suraxanı  qəsəbələrində  təsərrüfat-məişət  çirkab  suları  Hövsan 
kanalına və qismən bu məqsədlə, qazılmış çalalara axıdılır. 
Sənaye və mənzil-kommunal təsərrüfatı sektorlarının 2006-cı il üzrə su təchizatı və 
kanalizasiyaya dair ümumi məlumatları 6.6 saylı cədvəldə verilmişdir. 
 
 6.5. Tullantıların idarə olunması 
6.5.1. Bərk məişət tullantıları 
Bakı  şəhərində orta hesabla sutkada 6 min kub  metr bərk  məişət tullantıları əmələ 
gəlir. Bu tullantıların tərkibinin 35-45%-ni qida qalıqlarından ibarət tullantılar, 20-30%-ni 
kağız-karton  makulatura,  1-2 %  ağac  tullantıları,  1-2%  qara  və  əlvan  metal  qırıntıları,  5-
7%  tekstil,  1-2%  sümük,  3-6%  şüşə,  2-3%  dəri  və  rezin  mənşəli,  7%-ə  qədəri    plastmas 
qırıntıları  təşkil  edir.  Statistik  məlumatların  analizi  göstərir  ki,  yaranan  tullantıların 
təxminən, 97,5%-i zibilxanalara atılır, 1,5-2%-i  yandırılır  və 0,5%-i emal olunur.  Əmələ 
gələn  zibillərin  bir  hissəsi    bələdiyyələr  tərəfində    müəyyən  olunmuş  yerlərə  daşınır.  Bir 
hissəsi  əhali tərəfindən yaşayış yerləri ətrafında qeyri-qanuni yaradılmış zibilliklərə atılıb 
antisanitar şərait yaradır. Bu tullantıların böyük bir hissəsi utilləşdirilmir. Kənd yerlərində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə