Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

Sürünənlər.  Sürünənlər  sinfinin  tısbağalar  (Testudines)  dəstəsinin  ən  geniş  yayılan 
nümayəndəsi Testudo graeca - Aralıq dənizi tısbağasıdır. Avropa regionu üçün nadir  sürünən növü 
olduğundan,  Beynəlxalq  Təbiəti  Mühafizə  Cəmiyyətinin  Siyahısına  və  Azərbaycanın  Qırmızı 
Kitabına daxil edilməklə, qorunma statusuna malikdir. Qeyd edilməlidir ki, ərazinin tədqiqi zamanı 
tədqiqatçılar bu növə təsadüf etməmişdir. 
Ərazidə  səhra  və  yarımsəhra  landşaftına  xas  sürünənlərin  pulcuqlular  (Squamata)                                                               
dəstəsinə aid aşağıdakı növləri yayılmışdır:  
  Xəzər çılpaqayaq gekonu - Gymnodactylus caspius,  
  Uzunayaq ssink - Eumeces schneideri,  
  İlanbaş kərtənkələ - Ophisops elegans,  
  Cəld kərtənkələcik - Eremias velox caucasica,  
  Əlvan kərtənkələcik - Eremias arquta transcaucasica. 
Tədqiqat zonasında ilanların aşağıdakı növləri rast gəlir:  
  Qərb yatağanı - Eryx caculus familiaris,  
  Sarıqarın təlxə - coluber cugularis erythrogaster,  
  Kələz ilan - Malpolon monspessulanus,  
  Gürzə - Vipera lebetina, zeytuni təlxə – Coluber nacadum.  
Gürzə zəhəri tibbi əhəmiyyətə malik olduğu üçün qiymətli sürünən növü hesab olunur.  
 
Məməlilər. Tədqiqat zonasında rast gələn məməlilər əsasən, həşaratyeyənlər (İnsectivora), 
dovşankimililər (Laqomorpha), gəmiricilər (Rodentia) və yırtıcıların (Carnivora) nümayəndələri ilə 
təmsil olunur. 
Həşaratyeyənlərdən  burada  Erinaceus  auritus  -  qulaqlı  kirpi  və  Crocidura  leucodon  - 
uzunquyruq  ağdöşə  rast  gəlmək  olar.  Son  zamanlar  kirpilərin  sayının  xeyli  azalması  müşahidə 
olunur. Bu isə onların itlər və tülkülər tərəfindən yeyilməsi və məskunlaşma sahəsinin kiçilməsi ilə 
izah edilir.  
Həşəratyeyənlərə yarasalar da aiddir ki, ərazidə bunların Myotis mystacinus - bığlı şəbpərə, 
Barbastella leucomelas - asiya enliqulağı, Pipistrellus pipistrellus - cırtdan şəbpərə, Hypsugo savii - 
Savi şəbpərəsi və Eptesicus bottae - səhra yarasası növləri  rast gəlir. 
Dovşankimililərdən Lepus  europaeus  -  Adi  dovşan, Allactaga  williamsi  -  kiçik  Asiya  dağ 
ərəbdovşanı  və  Allactaga  elater  -  Kiçik  ərəbdovşanını  qeyd  etmək  olar.  Ərazidə  adi  boz  dovşan 
daha geniş yayılmışıdır. 
Gəmiricilər  ən  geniş  təmsil  olunmuş  dəstədir.  Abşeronda  onların  35  növü  qeyd  olunur. 
Ərazidə  -  Meriones  erythrourus  -  qırmızıquyruq  qum  sıçanı,  Microtus  socialis  -  çöl  sıçanı,  Mus 
musculus - ev sıçanı, Rattus norvegicus - boz sıçovulCricetulus miqratorius- boz sıçancıq ən geniş 
yayılmış növlərdəndir. 
Tədqiqat  ərazisinə  xas  yırtıcı  növləri  canavar  -  Canis  lupus,  tülkü  -  Vulpes  vulpes  və 
çaqqal - Canis aureus növləri ilə təmsil olunur.  


Ərazidəki heyvanat aləmində  növlər üzrə gəmiricilər və yırtıcılar sayca dominantlıq təşkil 
edirlər. Ərazidə paylanma sıxlığına görə boz sıçovul, ev sıçanı və tülkü ustünlük təşkil edir.  
Quşlar   
Tədqiqat  ərazisində    açıqlıq  sahələr  üçün  xarakterik  olan  quşların  aşağıdakı  növləri  qeyd 
olunur:  
  Apus apus - qara uzunqanad 
  Buteo rufinus   - çöl sarı 
  Calandrella pispoletta - boz torağay 
  Calandrella cinerea  - xırda torağay 
  Columba livia  - çöl göyərçini 
  Corvus cornix   - zağca 
  Corvus frugilegus   - boz qarğa 
  Chloris chloris - yaşılca 
  Delichon urbica  - şəhər qaranquşu 
  Merops superciliosus - yaşıl qızlar quşu 
  Panurus biarmicus  - bığlı arıquşu 
  Passer montanus  - çöl sərçəsi 
  Pica pica - sağsağan 
  Stretopelia turtur  -  adi qurqur 
  Stretopelia decaocto - yaxalıqlı qurqur 
  Sturnus vulqaris  - adi sığırçın 
  Upupa epops - şanapipik 
  Lanius excubitor  - boz alaçöhrə 
  Melanocorypha calandra - çöl torağayı 
  Galerida cristata  -  kəkilli torağay 
  Hirundo rustica    -  kənd qaranquşu 
  Oenanthe oenanthe   -  adi çaxraqçıl 
  Oenanthe isabellina   - oynaq çaxraqcıl 
  Turdus merula  - qara qaratoyuq. 
 
Göstərilən  növlərdən əvvəllər Abşeronda köçmə  vaxtında olmuş uzunqanad,  qaratoyuq  və 
yaşılca  indii  geniş  yayılıb  nəsil  verirlər.  Zağca  və  boz  qarğanın  qışlaması  kütləvi  xarakter  alıb. 
Şimali Qafqazdan yaxalıqlı qurqur gəlib oturaq yaşayır. 
Yazda və  yayda  kəkilli torağay və  oynaq çaxraqcıl, qışda isə adi sığırçın və çöl  göyərçini 
sayına görə dominant mövqe tuturlar.  
Göstərilən növlərin heç biri xüsusi qoruma statusuna malik deyildir. 
 


 
 
 
 
 
 
şəkil 5.66. Yovşan üzərində Coccinella septempunktata 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
şəkil  5.67-5.68.  Qum  üzərində Upis ceramvoides 
 
 


 
 
şəkil  5.69.  Otların şirəsi və yarpaqları ilə qidalanan ilbiz 
 
 
 
şəkil  5.70.  Çiçəkdən şirə çəkən Polyommatus icarus  
 
 
 
 


 
şəkil  5.71.  Tədqiqat qrupundan qaçıb otların arasında gizlənmiş kərtənələ  
 
 
şəkil  5.72.  Qum üstündə kərtənələ izləri 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə