Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

Bakı  şəhərinin  Sabunçu  rayonu  müalicə-profilaktik,  sanitar-gigiyenik  və  əczaçılıq 
yönümlü geniş inkişaf etmiş səhiyyə müəssisələri şəbəkəsi  ilə  əhatə olunmuşdur. Burada 
müalicə  müəssisələri,  stasionarlar,  poliklinikalar,  tibb  məntəqələri  cəmlənmişdir.  Rayon 
mərkəzlərində  rayon  və  rayonlararası  əhəmiyyətli  tibb  müəssisələri,  kəndlərdə  isə 
ambulator və feldşer məntəqələri fəaliyyət göstərir.  
Sabunçu rayonunda 8 xəstəxana fəaliyyət göstərir ki, bu xəstəxanalarda çarpayıların 
ümumi  sayı  2035  ədəddir.  Əhalinin  hər  10000  nəfərinə  düşən  çarpayıların  sayı  102  ədəd 
təşkil  edir.  Burada  ambulator  və  poliklinika  müəssisələrinin  sayı  17ədəddir.  Rayon  üzrə 
həkimlərin  sayı  889  nəfər,  orta  tibb  işçilərinin  sayı  isə  1772  nəfərdir,  hər  10  min  nəfərə 
düşən həkimlərin sayı 44,6 , orta tibb işçilərinin  sayı isə 88,8 nəfər təşkil edir. 
Yeniyetmə  və  yaşlılar  arasında  ən  çox  yayılmış  xəstəliklər  arasında  nəfəs  yolları 
xəstəlikləri, zədələnmələr, zəhərlənmələr, qan dövranı xəstəlikləridir. 14 yaşınadək uşaqlar 
arasında  yayılmış  nəfəs  yolları  xəstəlikləri,  zədələnmələr,  dəri  və  dərialtı  toxumaları 
xəstəlikləri,  əsəb  sistemi  və  hissiyyat  orqanları,  mədə  pozğunluğu,  infeksion  və  parazitar 
xəstəliklərin sayı respublika üzrə orta göstəricilərdən çoxdur. Əhalinin əsas xəstəliklər üzrə 
xəstələnmə göstəriciləri (2006) haqqında 6.3 saylı cədvəldə məlumat verilir. 
 
Cədvəl 6.3. Əhalinin əsas xəstəlik göstəriciləri 
(100min nəfərə xəstəliklərin sayı) 
Əsas xəstəlik qrupları 
Xəstələnənlirin sayı, nəfər 
infeksion və parazitar  
4937 
Yeni törəmələr   
257 
Endokrin 
sistemin 
xəstəlikləri, 
qidalanmanın 
pozulması, 
immunitetin pozulması 
477 
Qan və qanyaratma orqanlarının xəstəlikləri  
702 
Əsəb sistemi və hissiyat orqanları xəstəlikləri  
6864 
Qan dövranı sistemi xəstəlikləri  
1069 
Nəfəs yolları xəstəlikləri  
11327 
Həzm orqanları xəstəlikləri  
3196 
Dəri və dərialtı toxumaların xəstəlikləri 
1008 
Sümük və əzələ  sistemi xəstəlikləri  
405 
cəmi 
36973 
 
Cədvəldən göründüyü kimi, əhali arasında nəfəs yolları xəstəlikləri, əsəb sistemi və 
hissiyat orqanları xəstəlikləri, infeksion və parazitar xəstəlikləri daha çox yayılmışdır. 
6.2.2. Təhsil 
 Rayon  əhalisinin  əksəriyyəti  savadlıdır.  Mətəbəqədər  və  orta  məktəblər  bütün 
yaşayış məntəqələrində vardır. Rayon ərazisində 46 məktəbəqədər müəssisə, 50 məktəb və 
lisey, 4 texnikum və 1 universitet yerləşir. Orta xüsusi peşə və ali təhsil müəssisələri  Bakı 
şəhəri  ərazisində  yerləşir.  Tələbələrin  böyük  əksəriyyəti  Bakı  şəhərinin  digər  inzibati 


rayonlarında  yerləşən  ali  məktəblərdə  təhsil  alırlar.  Rayonun  təhsil  sistemi  haqqında 
statistik göstəricilər 6.4 saylı cədvəldə verilmişdir. 
Cədvəl 6.4. Təhsil üzrə göstəricilər 
Məktəbəqədər müəssisələr 
Ümumtəhsil 
məktəbləri 
Orta ixtisas məktəbləri 
Ali məktəblər 
Məktəbə-
qədər 
müəssisələr 
Uşaqların 
sayı 
Məktəblər, 
liseylər 
Şagird-
lərin 
sayı  
Texnikumlar, 
kolleclər 
Təhsil 
alanların 
sayı 
Universi-
tetlər, 
institutlar 
Təhsil 
alanların 
sayı 
46  
3691  
50  
50503  
4  
1546  
1  
200  
\6.2.3. Əhalinin məşğuliyyəti 
 Sabunçu  rayonu  əhalisinin  ümumi  sayından  94000  nəfəri  (47%)  əmək 
qabiliyyətlidir,  bunlardan  72506  nəfəpi  işləyir.  Müxtəlif  sektorlarda  çalışanların  sayı 
haqqında 6.5 saylı cədvəldə məlumat veilmişdir.  
 
Cədvəl 6.5. Əhalinin məşğuliyyəti 
Fəaliyyət sahəsi  
illik orta sayı 
Fəaliyyət sahəsi  
illik orta sayı 
Sənaye  
21947  
incəsənət 
417  
Kənd təsərrüfatı 
2298  
Elm  
1667  
Nəqliyyat  
10031  
idarəetmə 
1253  
Rabitə 
834  
işləyənlərin ümumi sayı 
 72506  
Tikinti 
8778  
istehsalat sahəsində 
43910  
Ticarət 
8142  
Qeyri-istehsal sahəsində 
 28596  
Səhiyyə və sosial 
müdafiə 
5420  
16 
və 
yuxarı 
yaşda 
oxuyanlar  
11851  
Təhsil 
10227  
Evdə işləyənlər 
10043  
Mədəniyyət 
1492  
Əmək 
qabiliyyətli 
əhalinin ümumi sayı 
 94400  
 
İşləyən  əhalinin  yalnız  21947  nəfəri  sənaye  sahələrində,  10227  nəfəri  təhsil 
müəssisələrində,  10031  nəfəri  nəqliyyat  sahəsində  çalışır.  Tikinti  və  ticarət  sahələrində 
çalışanlar  uyğun  olaraq  8778    və  8142  nəfərdir.  10043  nəfəri  günəmuzd  işdə    və  ya 
həyətyanı təsərrüfatlarda çalışır. 
6.2.4. Əhalinin istirahət və mədəni-estetik inkişafının təşkili 
 Rayon ərazisində  yaşayan əhalinin  idmanla  məşğul  olmaq  kimi  aktiv  istirahətinin 
təşkili üçün müvafiq şərait vardır. Burada idman qurğularının sayı 145 ədəd təşkil edir ki, 
bunlardan ikisi stadionlardır. Kompleks idman qurğularının sayı isə 14-dür.  
Əhalinin  estetik  tələbatı  mədəni-maarif  müəssisələri  şəbəkəsi  hesabına  ödənilir. 
Qəsəbədə 19 ictimai kitabxana, 12 klub fəaliyyət göstərir.  
 
6.2.5. Əməyin mühafizəsi, istehsalat sağlamlığı və təhlükəsizlik texnikası 


Əməyin  mühafizəsi,  istehsalat  sağlamlığı  və  təhlükəsizlik  texnikası  üzrə 
qanunvericiliyin  əsasını  Azərbaycan  Respublikasının  Konstitusiyası,  Əmək  Məcəlləsi, 
müvafiq icra hakimiyyəti orqanlarının  səlahiyyətləri çərçivəsində  qəbul edilmiş normativ 
aktlar,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  və  qoşulduğu  beynəlxalq  aktlar  və 
sazişlər, Beynəlxalq Əməyin Təşkili Konvensiyası təşkil edir. 
Hər  bir  işçinin  təhlükəsiz  və  sağlam  əmək  şəraitində  işləmək  hüququ  vardır. 
İşçilərin  yerlərdə  əməyin  mühafizəsi  norma  və  qaydalarına  görə  cavabdehliyi  işəgötürən 
daşıyır.  O,  həmçinin,  binaların,  qurğuların,  texniki  və  texnoloji  proseslərin,  qurğu  və 
avadanlıqların  təhlükəsizliyini  təmin  etməyə,  normal  iş  və  istirahət  rejiminə  əməl 
olunmasına, işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının öyrədilməsinə 
və  təlimatlandırılmasına,  zərərli  iş  şəraitində  işləyən  işçiləri  xüsusi  paltarlarla, 
ayaqqabılarla,  fərdi  mühafizə  vasitələri  ilə,  pulsuz  süd  və  müalicəvi-profilaktiki  qida 
məhsulları ilə təmin etməyə borcludur. Qanunvericiliklə müəyyən olunmuş hallarda işçilər 
işəgötürənin  vəsaiti  hesabına  mütləq  qaydada  ilkin  və  dövri  qaydada  tibbi  nəzarətdən 
keçməlidir. 
Müssisələrdə  əməyin  mühafizəsi  işininin  təşkili,  işçilərin  əməyin  mühafizəsi  üzrə 
qanunvericiliyin  tələblərinə  riayət  etmələri  üzərində  nəzarət  müəssisənin,  əməyin 
mühafizəsi xidməti tərəfindən həyata keçirilir. 
Həyat üçün  yüksək risklə  bağlı  işdə  işləyənlər  işəgötürən tərəfindən  fərdi qaydada 
bədbəxt hadisələr və peşə  xəstəlikləri üzrə sığortalanmalıdır. İstehsalatda baş verən  bütün 
bədbəxt  hadisələr  qeydə  alınır  və  Dövlət  Əmək  Müfəttişliyi  tərəfindən  araşdırılır. 
İstehsalatda  bədbəxt  hadisə  və  yaxud  peşə  xəstəliyi  nəticəsində  şikəst  olmuş  işçilərə 
işəgötürənin  vəsaiti  hesabına  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  və  ölçüdə 
kompensasiya ödənilir. 
Əməyin mühafizəsi norma və qaydalarına əməl olunması üzərində dövlət nəzarətini 
Dövlət  Əmək  Müfəttişliyi,  ictimai  nəzarəti  isə  həmkarlar  təşkilatları  həyata  keçirirlər. 
Əməyin  mühafizəsi  sahəsində  bütün  normativ  aktlar  həmkarlar  təşkilatları  ilə 
razılaşdırılmalıdır.  
Qanunvericilikdə zərərli  istehsalat sahələrində çalışanlar üçün  bir  sıra güzəştlər  və 
kompensasiyalar nəzərdə tutulur, bunlar artırılmış tarif və məvaciblər, qısaldılmış iş günü, 
əlavə məzuniyyət, göstərilən əmək şəraitində müəyyən iş stajına malik olduqda pensiyaya 
çıxmaq hüquqlarıdır. 
Aşağı  temperaturda,  güclü  küləkdə  və  açıq  havada,  ilin  soyuq  aylarında  isitmə 
sistemi  olmayan  otaqlarda,  havanın  temperaturu  45°C-dən  yuxarı  olan  şəraitdə  işləyən 
işçilərə haqqı ödənilməklə istirahət verilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə