Baki avrasiya universiteti NİĞde üNİversitesi


AZƏRBAYCANIN ŞIMAL-QƏRB BÖLGƏSININ DINI ABIDƏLƏRI TÜRK MIFIK



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə41/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   37   38   39   40   41   42   43   44   ...   204

AZƏRBAYCANIN ŞIMAL-QƏRB BÖLGƏSININ DINI ABIDƏLƏRI TÜRK MIFIK 

TƏFƏKKÜRÜ KONTEKSINDƏ 

E. ABDURAHMANOV

 

R. HƏSƏNOV





 

Xülasə:  Azərbaycanın  Şimal-Qərb  bölgəsinin  dini  abidələri  içərisində  kurqanlar,  məbədlər, 

ziyarətgahlar, pirlər və müqəddəs ocaqlar xüsusi önəm daşıyır. Bu abidələr Azərbaycan ərazisində bir-birini 

əvəz  edərək  xalqımızın  mənəvi  mədəniyyətində,  mifik  təsəvvüründə,  adət-ənənəsində,  inanclarında 

qaynayıb-qarışan  və  bütövləşən  dini  sistem  və  nəzəriyyələri,  ibtidai  dini  təsəvvürlərdən  təkallahlı  dinlərə 

qədərki  bütöv  bir  dövrü  ehtiva  edir.  Hər  bir  abidə  eyni  zamanda  dövrünün  etnik,  sosial-iqtisadi,  mədəni-

məişət,  dini-mənəvi  və  ideoloji  sahələrilə  əlaqəli  sual  doğuran  bir  çox  məsələlərə  aydınlıq  gətirilməsində 

mühüm rol oynayır. Sanki onlar xalqımızın tarixən keçdiyi məşəqqətli və qürurlu tarixin, maddi və mənəvi 

mədəniyyətin, mifik dünyagörüşünün daşlaşmış şahidləridir. 

Keçmişin  dərin  qatlarına  enmək,  insanın  keçdiyi  müəmmalı,  qaranlıq  yollara  işıq  tutmaq,  sirli  və 

xaotik görünən məqamları araşdırmaq üçün ilk növbədə arxeoloji qazıntılarda aşkar edilən maddi mədəniyyət 

nümunələri,  dini  abidələr,  tapılan  əşya  və  ləvazimatlarla  arxaik  mif,  əfsanə,  nağıl,  dastan  və  digər  folklor 

qaynaqlarını birgə təhlil  və  saf-çürük etmək, paralellər aparmaq, tədqiqata cəlb etmək xüsusi önəm daşıyır. 

Müəlliflər Azərbaycanın Şimal-Qərb bölgəsinin bir sıra dini abidələrini və onlarla bağlı ritualları, inanc və 

mifik  təsəvvürləri  tədqiqata  cəlb  etmiş,  dağ,  daş,  od,  günəş,  su  və  başqa  ünsürlərlə  əlaqəli  inancları  şərh 

etməyə,  bu  mifik  ünsürlərin  Anadolu,  Sibir  və  Uyğur  türklərinin  inancları  ilə  bağlılığını  izah  etməyə 

çalışmışlar.  Məqalədə  arxeoloji  tədqiqatların  nəticələrinə,  etnoqrafik  materialara,  elmi  əsərlərə,  folklor 

nümunələri və mövcud adətlərə istinad edilmiş, onlar əlaqələndirilmişdir. 

Açar sözlər: Şimal-Qərbi Azərbaycan, dini abidə, mifik təfəkkür 

Religious  Monuments  of  Azerbaijan’s  North-  Western  Region  in  the  Mentality  of  Turkish 

Mythical Context 

Abstract: Mounds, temples, sanctuaries, sacred places and holy places is of particular importance in 

the religious monuments of north-western region of Azerbaijan. These monuments substitute one another in 

the territory of Azerbaijan and cover the whole period from primary-religious ideas to monotheistic religions. 

At the same time each monument plays an important role in clarifying a number of issues which evokes the 

question related to ethnic, socio-economic, cultural and social, religious-moral ideological spheres. As if they 

are petrified witnesses mythical outlook, material and spiritual culture, the arduous and proud history of our 

nation which they have passed historically. 

Firstly  discovering  artifacts  in  archeological  excavations  (archaic  myth,legend,tale,saga  etc.)  are  of 

particular  importance  to  analyze,  to  make  comparisons,  to  attract  research  for  go  down  deep  into  the  past, 

explore the mysterious and chaotic monuments of visible. The authors have been involved in the research a 

number of religious monuments and their associated rituals, beliefs and mythical ideas in Azerbaijan’s north-

western  region.  They  tried  to  make  a  statement  about  the  beliefs  of  mountains,  rocks,  fire,  sun,  water  and 

other elements. They also tried to explain the connection of these mythical elements between the beliefs of 

Anatolia,  Siberia  and  the  Uighur  Turks.  The  results  of  archeological  researchs,  ethnographic  materials, 

scientific works, folklore and traditions have been referred and coordinated in the article. 

Key words: The North-Western Azerbaijan, religious monument, mythical thinking 

Giriş 


Özünəməxsus  xalq  yaradıcılığı,  fəlsəfi  dünyagörüşü,  zəngin  arxeoloji  mədəniyyəti,  etnoqrafik 

elementləri  ilə  fərqlənən  Azərbaycan  türkləri  eyni  zamanda,  digər  türk  xalqları  kimi,  tarix  boyu 

əhatəsində  olduqları  xalqlarla  iqtisadi-siyasi  və  mədəni  əlaqələr  yaratmış,  bəzən  onlardan  təsirlənmiş, 

müxtəlif dinləri və inancları qəbul etmişlər. Bu, zamanla inanc sisteminin, adət-ənələrin formalaşmasına, 

cəmiyyətin mənəvi dəyərlərinin təşəkkülünə təsir etmişdir.  

                                                      

 



 Azərbaycan Milli Elmlər Akademiyası, Şəki Regional elmi Mərkəzi. Elmi işçi, Şəki şəhəri, abdurrahmanov.elshen@mail.ru 





 Azərbaycan Milli Elmlər Akademiyası, Şəki Regional elmi Mərkəzi. Şöbə müdiri, raqimhist@mail.ru 




70 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 

Qeyd  etdiyimiz  maddi  və  mənəvi  mədəniyyətin  yaşadılmasında,  aşkarlanmasında  və  tədqiqində 



dini abidələr ən önəmli unikal vasitə hesab olunur. Hər bir abidə dövrünün etnik, sosial-iqtisadi, mədəni-

məişət,  memarlıq  və  tikinti  sənəti,  dini-mənəvi  və  ideoloji  sahələrilə  əlaqəli  sual  doğuran  bir  çox 

məsələlərə aydınlıq gətirilməsində mühüm rol oynaya bilər. Bu baxımdan dini abidələr və onlarla əlaqəli 

mifik  təfəkkürün  kompleks  şəklində  araşdırılması  zənnimizcə  daha  tutarlı  nəticələr  əldə  etməyə  imkan 

verə bilər. 

I.

 



Dağla bağlı ilkin inanclar və dini abidələr 

Zərdüştlük və xristianlığın meydana gəlməsindən əvvəl Qafqaz Albaniyasında təbiət qüvvələrinə-

Günəşə və oda, suya və torpağa inamla bağlı inanclar geniş yayılmışdı. Qədim yunan müəlifləri məlumat 

verirlər ki, albanlar xristianığa qədər bütpərəst idilər və Albaniyada kahinlərin xidmət etdiyi dini abidələr-

bütpərəst məbədlər var idi. Kahinlərin icra etdiyi qurbanvermə mərasimləri keçrilən bu yerlərdə altarlar, 

səcdəgahlar,  pirlər  və  məbədlər  qurulurdu  ki,  onlar  da  əsasən  yüksək  dağ  zirvələrində  tikilirdi.  [V. 

Kerimov, 2003: c. 19]  

Xristianlığın qəbul edilməsindən sonra, əvvəlki dövrlərdə olduğu kimi, inşa edilən dini abidələrin-

Alban məbədlərinin əsasən dağlıq və dağətəyi yerlərdə tikildiyi məlumdur. [Karaxmedova. A. A. 1986: c. 

28]  Belə  məbədlərə  Şəki  rayonunda  Kiş,  Bideyz,  Baş  Zəyzit,  Küngüt,  Zaqatalada  Mamux,  Balakəndə 

Cicixana,  Mazımçay,  Qullar,  Qaxda  Kümrük,  Ləkit  Oğuzda  Calut  məbədlərini  və  başqalarını  misal 

güstərmək olar. 

İlk  xristian  məbədləri,  evlərdə  və  katakombalarda  qurulurdu.  Sonradan,  ibadətlərin  icrası  üçün 

yerləşgələrin  forması  və  hissələnməsinə  dair  dini  tələblərin  formalaşdığı  zaman  kilsələr  tikilməyə 

başlamışdı. Yəni, ilk dövrlərdə bütpərəst məbədinin xristian kilsəsinə uyğunlaşdırılması prosesi gedirdi. 

[G. Məmmədova, S. Hacıyeva. 2013. c. 207, 213] 

Albaniya ərazisində dini abidələrin daha çox IV-VII ərslərdə inşa edildiyi məlumdur. Aktiv tikinti 

dövrləri alban çarları Mömin Vaçaqanın (487-510) və Cavanşirin (637-680) hakimiyyət illərinə təsadüf 

edir. Alban tarixçisi Musa Kalankatlı qeyd edir ki, Arşakilər sülaləsi çarlarından təkcə III Vaçaqan “ildə 

neçə gün varsa, o qədər də Şərqdə kilsə tikdirib”.[G. Məmmədova, S. Hacıyeva. 2013: c. 206-207] Musa 

Kalankatlı eyni zamanda “bütün Şərqdə olan kilsələrin ulu anası olan kilsənin Gişdə bina edildiyini” də 

vurğulayır. [M.Kalankatuklu. 1993: c. 84] 

Dağlıq  ərazilərin  dini  abidələr  üçün  məkan  seçilməsi  təsadüfi  xarakter  daşımayıb,  ibtidai  icma 

dövründən etibarən insanların onlardan yaşayış məskəni və qida mənbəyi kimi istifadə etməsi ilə yanaşı, 

dağın  müqəddəsləşdirilməsi,  dağa,  yüksəkliyə  inamın  geniş  yayılması,  insanların  dağı  ulu  baba  hesab 

etməsi,  öz  soylarını  dağla,  yüksəkliklə  bağlamaları,  başqa  sözlə  “dağ  kultu”  ilə  əlaqələndirilir.  [M. 

Seyidov, 1981, №2]  

Türk xalqlarında "dağ kültü" Göy Tanrı inancıyla əlaqəlidir. Orta Asiyada dağların adları mübarək, 

müqəddəs, böyük ata, böyük xaqan kimi mənaları verən Xan Tanrı, Buzdağ ata, Uduk, Art, Kutdağ kimi 

adlarla  yad  edilmişdir.  Çinlilərin  Tyan-şan  dedikləri  Tanrı  Dağı  Hunların  ən  önəmli,  müqəddəs 

yerlərindən biri olmuşdur. [B. Abudukelimı, 2006: 25] 

Qədim  Türklər  Ötükən,  Tanrı,  Uluğ  Dağlarını  (Yeddi  Su  vilayətində)  tanrı  dərgahı  kimi  qəbul 

etmişlər. Bu müqəddəs dağlara olan inanc səbəbilə Hun, Göytürk, Uygur xaqanları Ötükən Dağını paytaxt 

seçmişlər.  Dövlət  başçılarının  toplantıları  və  dövlət  qurultayları  o  dağda  baş  tuturdu.



 

[B.  Abudukelimı, 

2006 :26 ]  

Dağın ulu ata-ana olması əfsanəsi XIII əsrdə bir çox türkdilli xalqlarda, xüsusilə Qazaxlarla soykök 

yaxınlığı olan Qıpçaqlar, Məmlüklər arasında geniş yayılmışdı. XIII əsrin müəllifi Əbu Bakra Aybek-e-

Davadarinin yazıya aldığı əfsanədə bu haqda məlumat verilir. [M. Seyidov, 1984:18-19] 

Əski Çin mənbələrinə görə, Altaylar Bodın-İnli dağına tapınmışlar. Türkdili xalqlar inanmışlar ki, 

Dağ, baş tanrı Ülgenin yanından yerə enmişdir. [A.İnan1954: 48]  

Altaylar yenilməz Maaday-Karanın ana-atasının dağ – Aydağ və Gündağ olduğuna, onun dağ ruhu 

tərəfindən yaradıldığına inanmışlar. [Maaday-Kara, 1973: 76] 

Bu  ənənə  digər  təkallı  dinlərdə  hansısa  formada  davam  etdirilmiş,  Musa  a.s.  Tur  dağında,  İslam 

peyğəmbəri Məhəmməd əleyhissalama isə, Nur (Hira) dağında vəhy inzal olunmuşdur. 

Qeyd  edilənlərdən  aydın  olur  ki,  dağla  bağlı  inanclar  sisteminin  Türk  xalqları  içərisində,  o 

cümlədən Azərbaycanın Şimal-Qərb bölgəsində geniş yayılması və dini abidələrin əksəriyyətinin əsasən 




Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə