AZƏRBAYCANIN ŞIMAL-QƏRB BÖLGƏSININ DINI ABIDƏLƏRI TÜRK MIFIK
TƏFƏKKÜRÜ KONTEKSINDƏ
E. ABDURAHMANOV
R. HƏSƏNOV
Xülasə: Azərbaycanın Şimal-Qərb bölgəsinin dini abidələri içərisində kurqanlar, məbədlər,
ziyarətgahlar, pirlər və müqəddəs ocaqlar xüsusi önəm daşıyır. Bu abidələr Azərbaycan ərazisində bir-birini
əvəz edərək xalqımızın mənəvi mədəniyyətində, mifik təsəvvüründə, adət-ənənəsində, inanclarında
qaynayıb-qarışan və bütövləşən dini sistem və nəzəriyyələri, ibtidai dini təsəvvürlərdən təkallahlı dinlərə
qədərki bütöv bir dövrü ehtiva edir. Hər bir abidə eyni zamanda dövrünün etnik, sosial-iqtisadi, mədəni-
məişət, dini-mənəvi və ideoloji sahələrilə əlaqəli sual doğuran bir çox məsələlərə aydınlıq gətirilməsində
mühüm rol oynayır. Sanki onlar xalqımızın tarixən keçdiyi məşəqqətli və qürurlu tarixin, maddi və mənəvi
mədəniyyətin, mifik dünyagörüşünün daşlaşmış şahidləridir.
Keçmişin dərin qatlarına enmək, insanın keçdiyi müəmmalı, qaranlıq yollara işıq tutmaq, sirli və
xaotik görünən məqamları araşdırmaq üçün ilk növbədə arxeoloji qazıntılarda aşkar edilən maddi mədəniyyət
nümunələri, dini abidələr, tapılan əşya və ləvazimatlarla arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor
qaynaqlarını birgə təhlil və saf-çürük etmək, paralellər aparmaq, tədqiqata cəlb etmək xüsusi önəm daşıyır.
Müəlliflər Azərbaycanın Şimal-Qərb bölgəsinin bir sıra dini abidələrini və onlarla bağlı ritualları, inanc və
mifik təsəvvürləri tədqiqata cəlb etmiş, dağ, daş, od, günəş, su və başqa ünsürlərlə əlaqəli inancları şərh
etməyə, bu mifik ünsürlərin Anadolu, Sibir və Uyğur türklərinin inancları ilə bağlılığını izah etməyə
çalışmışlar. Məqalədə arxeoloji tədqiqatların nəticələrinə, etnoqrafik materialara, elmi əsərlərə, folklor
nümunələri və mövcud adətlərə istinad edilmiş, onlar əlaqələndirilmişdir.
Açar sözlər: Şimal-Qərbi Azərbaycan, dini abidə, mifik təfəkkür
Religious Monuments of Azerbaijan’s North- Western Region in the Mentality of Turkish
Mythical Context
Abstract: Mounds, temples, sanctuaries, sacred places and holy places is of particular importance in
the religious monuments of north-western region of Azerbaijan. These monuments substitute one another in
the territory of Azerbaijan and cover the whole period from primary-religious ideas to monotheistic religions.
At the same time each monument plays an important role in clarifying a number of issues which evokes the
question related to ethnic, socio-economic, cultural and social, religious-moral ideological spheres. As if they
are petrified witnesses mythical outlook, material and spiritual culture, the arduous and proud history of our
nation which they have passed historically.
Firstly discovering artifacts in archeological excavations (archaic myth,legend,tale,saga etc.) are of
particular importance to analyze, to make comparisons, to attract research for go down deep into the past,
explore the mysterious and chaotic monuments of visible. The authors have been involved in the research a
number of religious monuments and their associated rituals, beliefs and mythical ideas in Azerbaijan’s north-
western region. They tried to make a statement about the beliefs of mountains, rocks, fire, sun, water and
other elements. They also tried to explain the connection of these mythical elements between the beliefs of
Anatolia, Siberia and the Uighur Turks. The results of archeological researchs, ethnographic materials,
scientific works, folklore and traditions have been referred and coordinated in the article.
Key words: The North-Western Azerbaijan, religious monument, mythical thinking
Giriş
Özünəməxsus xalq yaradıcılığı, fəlsəfi dünyagörüşü, zəngin arxeoloji mədəniyyəti, etnoqrafik
elementləri ilə fərqlənən Azərbaycan türkləri eyni zamanda, digər türk xalqları kimi, tarix boyu
əhatəsində olduqları xalqlarla iqtisadi-siyasi və mədəni əlaqələr yaratmış, bəzən onlardan təsirlənmiş,
müxtəlif dinləri və inancları qəbul etmişlər. Bu, zamanla inanc sisteminin, adət-ənələrin formalaşmasına,
cəmiyyətin mənəvi dəyərlərinin təşəkkülünə təsir etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası, Şəki Regional elmi Mərkəzi. Elmi işçi, Şəki şəhəri, abdurrahmanov.elshen@mail.ru
Azərbaycan Milli Elmlər Akademiyası, Şəki Regional elmi Mərkəzi. Şöbə müdiri, raqimhist@mail.ru
70
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
Qeyd etdiyimiz maddi və mənəvi mədəniyyətin yaşadılmasında, aşkarlanmasında və tədqiqində
dini abidələr ən önəmli unikal vasitə hesab olunur. Hər bir abidə dövrünün etnik, sosial-iqtisadi, mədəni-
məişət, memarlıq və tikinti sənəti, dini-mənəvi və ideoloji sahələrilə əlaqəli sual doğuran bir çox
məsələlərə aydınlıq gətirilməsində mühüm rol oynaya bilər. Bu baxımdan dini abidələr və onlarla əlaqəli
mifik təfəkkürün kompleks şəklində araşdırılması zənnimizcə daha tutarlı nəticələr əldə etməyə imkan
verə bilər.
I.
Dağla bağlı ilkin
inanclar və dini abidələr
Zərdüştlük və xristianlığın meydana gəlməsindən əvvəl Qafqaz Albaniyasında təbiət qüvvələrinə-
Günəşə və oda, suya və torpağa inamla bağlı inanclar geniş yayılmışdı. Qədim yunan müəlifləri məlumat
verirlər ki, albanlar xristianığa qədər bütpərəst idilər və Albaniyada kahinlərin xidmət etdiyi dini abidələr-
bütpərəst məbədlər var idi. Kahinlərin icra etdiyi qurbanvermə mərasimləri keçrilən bu yerlərdə altarlar,
səcdəgahlar, pirlər və məbədlər qurulurdu ki, onlar da əsasən yüksək dağ zirvələrində tikilirdi. [V.
Kerimov, 2003: c. 19]
Xristianlığın qəbul edilməsindən sonra, əvvəlki dövrlərdə olduğu kimi, inşa edilən dini abidələrin-
Alban məbədlərinin əsasən dağlıq və dağətəyi yerlərdə tikildiyi məlumdur. [Karaxmedova. A. A. 1986: c.
28] Belə məbədlərə Şəki rayonunda Kiş, Bideyz, Baş Zəyzit, Küngüt, Zaqatalada Mamux, Balakəndə
Cicixana, Mazımçay, Qullar, Qaxda Kümrük, Ləkit Oğuzda Calut məbədlərini və başqalarını misal
güstərmək olar.
İlk xristian məbədləri, evlərdə və katakombalarda qurulurdu. Sonradan, ibadətlərin icrası üçün
yerləşgələrin forması və hissələnməsinə dair dini tələblərin formalaşdığı zaman kilsələr tikilməyə
başlamışdı. Yəni, ilk dövrlərdə bütpərəst məbədinin xristian kilsəsinə uyğunlaşdırılması prosesi gedirdi.
[G. Məmmədova, S. Hacıyeva. 2013. c. 207, 213]
Albaniya ərazisində dini abidələrin daha çox IV-VII ərslərdə inşa edildiyi məlumdur. Aktiv tikinti
dövrləri alban çarları Mömin Vaçaqanın (487-510) və Cavanşirin (637-680) hakimiyyət illərinə təsadüf
edir. Alban tarixçisi Musa Kalankatlı qeyd edir ki, Arşakilər sülaləsi çarlarından təkcə III Vaçaqan “ildə
neçə gün varsa, o qədər də Şərqdə kilsə tikdirib”.[G. Məmmədova, S. Hacıyeva. 2013: c. 206-207] Musa
Kalankatlı eyni zamanda “bütün Şərqdə olan kilsələrin ulu anası olan kilsənin Gişdə bina edildiyini” də
vurğulayır. [M.Kalankatuklu. 1993: c. 84]
Dağlıq ərazilərin dini abidələr üçün məkan seçilməsi təsadüfi xarakter daşımayıb, ibtidai icma
dövründən etibarən insanların onlardan yaşayış məskəni və qida mənbəyi kimi istifadə etməsi ilə yanaşı,
dağın müqəddəsləşdirilməsi, dağa, yüksəkliyə inamın geniş yayılması, insanların dağı ulu baba hesab
etməsi, öz soylarını dağla, yüksəkliklə bağlamaları, başqa sözlə “dağ kultu” ilə əlaqələndirilir. [M.
Seyidov, 1981, №2]
Türk xalqlarında "dağ kültü" Göy Tanrı inancıyla əlaqəlidir. Orta Asiyada dağların adları mübarək,
müqəddəs, böyük ata, böyük xaqan kimi mənaları verən Xan Tanrı, Buzdağ ata, Uduk, Art, Kutdağ kimi
adlarla yad edilmişdir. Çinlilərin Tyan-şan dedikləri Tanrı Dağı Hunların ən önəmli, müqəddəs
yerlərindən biri olmuşdur. [B. Abudukelimı, 2006: 25]
Qədim Türklər Ötükən, Tanrı, Uluğ Dağlarını (Yeddi Su vilayətində) tanrı dərgahı kimi qəbul
etmişlər. Bu müqəddəs dağlara olan inanc səbəbilə Hun, Göytürk, Uygur xaqanları Ötükən Dağını paytaxt
seçmişlər. Dövlət başçılarının toplantıları və dövlət qurultayları o dağda baş tuturdu.
[B. Abudukelimı,
2006 :26 ]
Dağın ulu ata-ana olması əfsanəsi XIII əsrdə bir çox türkdilli xalqlarda, xüsusilə Qazaxlarla soykök
yaxınlığı olan Qıpçaqlar, Məmlüklər arasında geniş yayılmışdı. XIII əsrin müəllifi Əbu Bakra Aybek-e-
Davadarinin yazıya aldığı əfsanədə bu haqda məlumat verilir. [M. Seyidov, 1984:18-19]
Əski Çin mənbələrinə görə, Altaylar Bodın-İnli dağına tapınmışlar. Türkdili xalqlar inanmışlar ki,
Dağ, baş tanrı Ülgenin yanından yerə enmişdir. [A.İnan, 1954: 48]
Altaylar yenilməz Maaday-Karanın ana-atasının dağ – Aydağ və Gündağ olduğuna, onun dağ ruhu
tərəfindən yaradıldığına inanmışlar. [Maaday-Kara, 1973: 76]
Bu ənənə digər təkallı dinlərdə hansısa formada davam etdirilmiş, Musa a.s. Tur dağında, İslam
peyğəmbəri Məhəmməd əleyhissalama isə, Nur (Hira) dağında vəhy inzal olunmuşdur.
Qeyd edilənlərdən aydın olur ki, dağla bağlı inanclar sisteminin Türk xalqları içərisində, o
cümlədən Azərbaycanın Şimal-Qərb bölgəsində geniş yayılması və dini abidələrin əksəriyyətinin əsasən