Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə40/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   36   37   38   39   40   41   42   43   ...   204

67 

Əlövsət Vilayət oğlu Allahverdiyev / Ermənistan Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi Zamanı Baş  

vətəndaşların  üzləşdiyi  mənzərə  budur.  Cəzasızlıq  Erməistan  və  onun  silahlı  birləşmələrinə  daxil  olan 

şəxslərin daha çox qətllər törətməsinə şərait yaratdı.  

Dağlıq  Qarabağ  uğrunda  gedən  müharibədə  ermənilər  işğal  etdikləri  torpaqları  "viran  qoymaq" 

taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min 

nəfər  əlil  olmuşdu.  Qaçqın  və  köçkünlərin  sayı  milyonu  keçmişdi.  Rəsmi  məlumata  görə,  erməni 

işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov 

götürülmüşdü 

2;9;11



.  Erməni  faşistləri  əsir  və  girovların  həqiqi  sayını  beynəlxalq  humanitar 

təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. 

Erməni hərbiçiləri bu əməlləri dinc sakinlərin, ümumiyyətlə, hərbi əməliyyatda iştirak etməyən şəxslərin 

başına gətiriblər. Azərbaycan Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur 

ki,  Azərbaycan  torpaqlarının  20  faizini  işğal  etməkdən  və  vətəndaşlara  işgəncələr  verməkdən  əlavə, 

ermənilər  ölkənin  zəbt  olunmuş  bölgələrində  Azərbaycanın  milli-mənəvi  irsini  məhv  edirlər.  İşğal 

nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, yenə cəmi uzunluğu 3984 m 

olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km qaz boru xətti, 

160  su  deposu,  34-dən  çox  qaz  dağıtım  stansiyası  erməni  işğalçılar  tərəfindən  dağıdılmışdır.Bu  kimi 

əməllər, insan hüquq və azadlıqlarının ümumbəşəri dəyər kimi qorunduğu, güc tətbiq etməmək və güclə 

hədələməmək prinsipinin, ərazi bütövlüyü prinsipinin beynəlxalq səviyyədə təbliğ olunduğu, beynəlxalq 

cinayətlərin  bütün  növlərinə  qarşı  dövlətlərin  birgə  əməkdaqşlıq  etdiyi  bir  zamanda,  müasir  beynəlxalq 

hüququn zamanında baş verir.  

Göründüyü kimi, Ermənistanın təkcə təcavüz cinayətinə görə deyil, həm də müharibə cinayətlərinə 

görə  məsuliyyət  daşımalıdır.  Müharibə  cinayətləri  onların  bütün  əməllərinin  tərkibində  özünü  biruzə 

verir. Müharibə cinayətlərinin mahiyyətinə diqqət yetirmək və erməni silahlı birləşmələrinin əməlləri ilə 

onu  əlaqələndirmək  daha  məqsədəuyğun  olardı.  Nədir  müharibə  cinayətləri?  “Müharibə  cinayətləri” 

termini  ümumi  anlayış  olub  silahlı  münaqişə  zamanı  tətbiq  olunan  beynəlxalq  humanitar  hüquq 

normalarının  pozulmasını  bildirir 

3.s.198-201



.  Bəzən  müharibə  cinayətlərinin  yalnız  Müharibə 

qurbanlarının  müdafiəsi  haqqında  1949-cu  il  Cenevrə  Konvensiyalarında  təsbit  olunmuş  əməlləri  əhatə 

etməsi  haqqında  fikirlər  söylənilir,  lakin  həmin  əməllər  müharibə  cinayətlərinin  yalnız  bir  hissəsini,  ən 

təhlükəli və ciddi əməlləri əhatə edir. Beynəlxalq normativ və presedent təcrübəsində də vahid termindən 

istifadə  olunmur.  Məsələn,  Nürnberq  Tribunalı  Nizamnaməsinin  6-cı  maddəsində  “müharibə  qanun  və 

adətlərinin pozuntuları” ifadəsi işlədilmişdir. Bu pozuntulara aşağıdakı əməllər aid edilmişdir 

4. s. 237





 

işğal  olunmuş  ərazinin  mülki  əhalisinin  öldürülməsi,  əzab  verilməsi, 

köləliyə və ya digər məqsədlər üçün aparılması; 

 



hərbi  əsirlərin  və  ya  dənizdə  olan  şəxslərin  öldürülməsi  və  ya  əzab 

verilməsi; 

 

 girovgötürmə; 



 

 ictimai və xüsusi mülkiyyətin qarət edilməsi



 

 şəhər və kəndlərin mənasız dağıdılması; 



 

 hərbi zərurət olmadan talançılıq və digər cinayətlər. 



Göstərilən  bu  əməlləri,  ona  görə  müharibə  cinayətləri  hesab  etmək  olar  ki,  onlar  hərbi  zərurətlə 

əlaqədar deyil, müharibə əsasən döyüş aparan tərəflər arasında baş verir və lakin bu zaman, müharibənin 

birbaşa iştirakçısı olmayan şəxslər zorakılığa və işgəncələrə məruz qalır. 

 Hərbi  əməliyyatlar  münaqişə  tərəflərinin  silahlı  qüvvələri  arasında  aparıldığından  beynəlxalq 

hüquq normalarına müvafiq olaraq mülki şəxslər heç bir zorakılığa məruz qalmamalıdır. Mülki  əhaliyə 

qarşı edilən zorakılıq əməlləri qələbə çalmaq üçün məqbul metod sayıla bilməz 

1.s.206-208



. Mülki əhali 

döyüşlərdə  iştirak  etməyə  cəlb  edilməməli,  bütün  hallarda  ona  hörmət  göstərilməlidir.  Mülki  əhalinin 

təhlükəsizliyi və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı dövlət müəyyən ərazidən tamamilə və 

ya qismən təxliyəni həyata keçirə bilər. Belə təxliyələr zamanı himayədə olan şəxslər yalnız işğal edilmiş 

ərazinin içərilərinə köçürülə bilər, lakin bu, əməli cəhətdən mümkün olmadığı halda istisna təşkil edir. Bu 

qaydada  təxliyə  edilmiş  şəxslər  həmin  ərazidə  döyüş  əməliyyatları  başa  çatan  kimi  öz  yerlərinə 

qaytarılmalıdır.  

Müharibə cinayətləri geniş bir hüquqi kateqoriya olub, həm beynəlxalq xarakterli, həm də qeyri-

beynəlxalq  xarakterli  silahlı  münaqişələr  dövründə  beynəlxalq  humanitar  hüququn  ciddi  pozuntularını 

əhatə edir. Bu pozuntuların hər biri özlüyündə konkret cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti 

doğurur  [5.s.145].  Ona  görə  də  müharibə  cinayətləri  haqqında  tam  təsəvvür  əldə  etmək  üçün  bu 




68 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 

kateqoriyaya daxil olan bütün cinayət tərkiblərini göstərmək lazım gəlir. 



Müharibə cinayətlərinin dəqiq siyahısı Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda göstərilmişdir. 

Qeyri-beynəlxalq  xarakterli  silahlı  münaqişələr  zamanı  törədilmiş  müharibə  cinayətləri  də  Məhkəmənin 

yurisdiksiyasına aid edilmişdir. Hesab edirik ki, müharibə cinayətlərini ehtiva edən əməllər tarixin bir neçə 

böyük  hadisələrində  öz  praktiki  ifadəsini  tapmış  və  beynəlxalq  birlik  tərəfindən  mənfi  qarşılanmışdır. 

Azərbaycan-Ermənistan  Dağlıq  Qarabağ  münaqişəsi  bunun  bariz  nümunəsidir.  Ermənistan  silahlı 

birləşmələri  həmişə  mülki  obyektləri  və  dinc  mülki  əhalini  hədəf  götürmüş  və  məhv  etmişdir.  Bir  çox 

beynəlxalq  təşkilatların  müraciətinə  baxmayaraq,  Ermənistan  işğal  olunmuş  bölgələrdə  Azərbaycanın 

mədəni sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım atmamışdır. İşğal olunmuş ərazidə 500 

tarixi-memarlıq və 100-dən çox memarlıq abidəsi, 22 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 85 musiqi 

məktəbi,  4  dövlət  teatrı  qalmışdır.  700  səhiyyə  ocağı:  800  nəfərlik  xəstəxana,  poliklinikalar,  doğum 

evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıdılmış, 140 min şagirdin oxuduğu olan 600 məktəb, 

53  min  şagirdin  təhsil  adlığı  65  peşə  məktəbi,  2  yüksək  öğrənim  qurumu  məhv  edilimişdir.  İşğal 

nəticəsində tunc dövrünə aid nadir abidələr-100-dən çox Xocalı şəhəri yerlə yeksan edilmişdir

9



. Təkcə 


Xocalıda  613  dinc  sakin  qətlə  yetirilmiş,  487  nəfər  yaralanmış,  1275  nəfər  isə  əsir  götürülmüşdür. 

Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay 

Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni 

separatçılarına verildi. İnsan sivilizasiyasının qədim məskənlərindən biri olan Azıx mağarası silah anbarı 

kimi  istifadə  olunmasını  Avropa  Şurası  Parlament  Assambleyası  təəccüblə  qarşılamışdır.  Azərbaycanın 

ədəbiyyat  və  incəsənət  nümunələrinin  ermənilər  tərəfındən  təhqirə  məruz  qalması  Azərbaycan  xalqını 

ciddi  narahat  edir.  Bütün  bunlar  hərbi  zərurət  olmadan  dağıdılmış  və  viran  edilmişdir.  Erməni  silahlı 

birləşmələrinin  törətdiyi  bu  əməllərin  hər  biri  beynəlxalq  cinayətlərin  bir  növü  kimi  müharibə 

cinayətlərinin tərkibini yaradır. Azərbaycan hər zaman bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb 

olunması  ilə  bağlı  beynəlxalq  təşkilatlara  və  məhkəmələrə  müraciət  edir.  Son  illər  ərzində  beynəlxalq 

səviyyədə  yürütdüyü  ardıcıl  siyasət  nəticəsində  artıq  Ermənistanın  təcavüzkar  olduğu  bütün  dünyaya 

məlum  olmuşdur.  Müxtəlif  səviyyəli  görüşlərdə,  zirvə  toplantılarında,  konfranslarda  bu  məsələ  diqqət 

mərkəzində  saxlanılmış  və  Azərbaycanın  ərazi  bütövlüyünün  toxunulmazlığı  dəfələrlə  beynəlxalq 

sənədlərdə öz təsdiqini tapmışdır. Bu sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqlarının işğal 

edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığı bildirilir. Onların 

bəzisində  təcavüzkar  adı  ilə  göstərilsə  də,  təəssüf  ki,  bu  münasibət  hələ  beynəlxalq  birliyin  rəsmi  ortaq 

mövqeyi  deyildir.  Hər  halda  uğurlar  var  və  bu  uğurlar  münaqişənin  həllində  beynəlxalq  hüquq 

normalarına  əməl  olunmasının  vacibliyini  ön  plana  çəkmək  üçün  yaxşı  zəmin  yaratmışdır.  Bu  gün  də 

Azərbaycan  vətəndaşları  Ermənistan  dövlətinin  təcavüzkarlıq  siyasətinin  ifşa  olunacağına  və  təqsirkar 

şəxslərin beynəlxalq hüquq normalarına görə məsuliyyətə cəlb olunacağına inanırlar. 



ƏDƏBIYYAT 

1. L.H.Hüseynov “Beynəlxalq hüquq” Bakı-2002 

2. E.Əhmədov. "Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq 

 təşkilatlar". Bakı, 1998 

3.  Маєвська  А.А.  Універсальна  юрисдикція  і  Римський  статут  Міжнародного  кримінального  суду  // 

Проблеми законності. Вип. 47: Респ. міжвідомч. наук. зб./ Відп. ред. В.Я.Тацій.-Харків: Нац.юрид.акад. 

України, 2001, с.198-201.  

4. Нюренбергский  процесс:  Сборник  материалов.  В  8-и  томах.  Том  Ы,  М.:  Юридическая  литература,  1987, 

560 с. 

5. Кибальник А.Г. Современное международное уголовное право:  понятие, задачи и принципы // Под науч. 



ред. доктора юридических наук А.В.Наумова, СПб, Юридический центр Пресс, 2003, 252 с. 

6.  Wade  Mansell  and  Karen  Openshaw:  İnternational  Law  (a  critical  introduction).  Oxford  and  Portland  Oregon 

2013. 262 pg 

7. Sean D. Murphy İnternational Law 2006 Thomson/West. 506 pg 

8. Ceoffrey Robertson QC Crimes Against Humanity 2006. 758 pg. 

9. http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf 

10. www.azerbaijan.az/portal/Karabakh/Tragedy/humanitarianTragedy_a.html 

11. www.virtualkarabakh.az/read.php?lang=1&menu=10&id=11#.Vwt8RJyLTs0 

12. www.crimesofwar.org/onnews/news-guinea.html 

13. www. crиmes of war.org  




Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə