Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə42/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   38   39   40   41   42   43   44   45   ...   204

71 

E. Abdurahmanov ve R. Həsənov / Azərbaycanın Şımal-Qərb Bölgəsının Dını Abıdələrı Türk 

Mıfık  

 

dağlıq  ərazilərdə  yerləşməsi  təsadüfi  xarakter  daşımayıb,  bir  çox  məqamlarla  əlaqədardır.  Bu  xüsusları 



aşağıdakı formada qruplaşdırmaq olar: 

1.  İlk  növbədə  dağlar  ilkin  insanların  sığınacaq  (təbii  mağaralar)  və  qida  mənbəyi  (ovçuluq  və 

yemtoplama nəzərdə tutulur) rolunu oynamışdır. 

2. Türklərdə "dağ kültü" Göy Tanrı inancıyla əlaqəli olduğu üçün mübarək, müqəddəs bir məkan 

hesab edilmişdir. 

2. Dağ əcdad-ata, ana, baba, ulu hesab edilmişdir. 

3.Dağlar əlçatmaz, toxunulmaz məkan, sığınacaq hesab edildiyi üçün müqəddəsləş-dirilmişdir. 

4. Məşhur qəhrəmanların əcdadlarının dağ ruhu olduğuna inanmışlar. 

5.  Dağlar  bir  çox  dinlərdə  müqəddəs  ocaqların,  qurbanvermə  mərasimlərinin  yerləşdiyi, 

peyğəmbərlərin vəyh qəbul etmə məkanı olmuşdur. 

6. Bəzi dərdlərə, xəstəliklərə çarə axtarılan, ümid yeri, səcdəgah hesab edimişdir.  

7.  Dağ  kultu  eyni  zamanda  mifik  dünyagörüşündə  mühüm  yer  alan  daşa  inam  və  onunla  bağlı 

rituallarla, eyni zamanda ağac kultu [A. Hacılı. Bakı 2002: c.3-34] ilə əlaqəlidir. 

I. Daşla bağlı inanclar və dini abidələr. 

Məlum  olduğu  kimi,  daşlar  ibtidai  insanların  həyatında  son  dərəcə  mühüm  rol  oynamış,  təbiətlə 

mübarizədə  ilk  silahlar  və  əmək  alətlər  daşlar  olmuş,  təbii  mağaralar  insanları  vəhşi  heyvanlardan  və 

soyuqdan qorumuşdur. İlk məişət qabları rolunu oynayan qaya parçaları eyni zamanda ibtidai insanın ən 

müqəddəs,  ən  doğma,  əlçatmaz  arzularının,  düşüncələrinin  inikas  obyekti  olmuşdur.  (Altamir,  Kap 

mağaraları, Qobustan, Gəmiqaya təsvirləri və s.) Süni odun alınmasında insan daşa-çaxmaq daşına borclu 

idi.  


Yalnız  Azərbaycan  ərazisində  deyil,  digər  qədim  yaşayış  yerlərində  aşkar  edilmiş  arxeoloji 

abidələrdə istər bəzək və zinət əşyası, istərsə də dini əhəmiyyətə malik heykəlciklər (şəkil 1) 

 

 

 



Şəkil  1.  Oğuz-Dərəzəmin  Son  Tunc-Erkən  dəmir  formasında  yonulmuş  daşların  insanı  pis 

ruhlardan qoruması məqsədilə hazırlandığı tədqiqatçılar tərəfindən sübuta yetirilmişdir və bunun 100 min 

il tarixi var. [Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri, 2008: c. 179]  

 Azərbaycan  ərazisində  meydana  gələn  bəzi  dini  abidələr-pir  və  inanc  yerləri  məhz  daşa  inamla 

bağlı  olub,  günümüzə  qədər  gəlib  çıxmışdır.  Qarabağda  Üçtəpə  tərəfdə,  Arpa  dağıyla  Buğda  dağının 

arasında  Göbəkdaşı  adlı  bir  daş  var.  Uşağı  olmayan  qadınlar  Göbəkdaşına  gedirlər.  Qarınlarını  açıb, 

göbəklərini o daşın göbək yerinə qoyurlar, fırlanırlar ki, uşaqları olsun. 

Qarabağ bölgəsində qara daşdan at heykəlləri var. Uşaqları aparıb bu heykəllərin üstünə mindirirlər 

ki,  diribaş  olsunlar.  Xəstə  uşaqları  bu  atların  altından  keçirirlər  ki,  şəfa  tapsınlar.  [Bu  yurd  bayquşa 

qalmaz, 1995 : c. 44-45 ] 

Şəki  şəhərində,  Kiş  məbədinin  həyətində  e.ə.  II-I  əsrlərə  aid  edilən  niyyət  daşı-ziyarətgah  qəbr 

mövcuddur  ki,  hal-hazırda  da  əhali  buranı  müqəddəs  yer  kimi  qoruyub  saxlayır,  bəzi  insanlar  xəstə, 

danışmayan, gəzməyən uşaqları buraya gətirir, niyyət edərək nicat tapacaqlarına ümid edirlər. (şəkil 2) Bu 

ritual həmçinin şəhərin Qullar qəbiristanlığı adlanan hissəsindəki “Daş ziyarətgah” da icra edilir. (şəkil 3

Şəkinin Cumakənd yaxınlığında yerləşən Babaratma  pirində “Bel daşı” adlı böyük bir daş var. Bu dini 

abidənin mahiyyəti insanların bel ağrısına şəfa tapmaq ümidilə məhz bu ziyarətgaha gələrək, həmin daşa 

belin ağrıyan nahiyəsini sürtmək və ona nəzir-niyaz edilməsi ilə bağlıdır. (şəkil 4) 

 



72 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 

 

 



Şəkil 2. Şəki-Kiş məbədi. 

 

 



 

 

 



 

Şəkil 3. Şəki-Qullar qəbiristanlığı. 

 

 

Şəkil 4. Şəki-Cumakənd. 



 Niyyət daşı Daş ziyarət Babaratma piri. Bel daşı 

Türk xalqlarına məxsus folklor nümunələri və yazılı mənbələrdə daş kultu ilə bağlı bir çox maraqlı 

məqamlara  rast  gəlinir.  Azərbaycan-Türk  mifik  təfəkküründə  insanın  əcdadının  daş  olduğuna,  insanın 

daşdan yarandığına inanılır. [Nəğmələr. Inanclar. 1986: c. 12, 125 ] 

Anadolu’da “Taşbebek  əfsanəsi”  geniş  yayılmışdır. Əfsanədə  qeyd  edilir  ki,  bir  neçə il evli  olan 

ailənin övladları olmur. Gəlin bir daş ustasının yanına gedərək özü üçün bir “daş bəbək” yonmasını xahış 

edir.  Daş  bəbək  hazır  olanda  onu  evə  gətirir,  beşiyə  qoyaraq,  layla-ninni  oxumağa  başayır.  Allaha  dua 

edir, ovladına can verilməsini niyaz edir. Allah duaları qəbul edir, qadının daş bəbəyi canlanır. Beləliklə, 

Allahın kəramətindən ailə dağılmaqdan xilas olur.

 

[www.msxlabs.org/forum/efsaneler]  



Altay  türklərinin  möhtəşəm  ədəbi  nümünəsi  olan  Maaday-Kara  dastanında  Maaday-Kara 

doğularkən hər iki əlində, ovcunda daş olduğu qeyd edilir.

 

[Maaday-Kara, 1973: c. 76] 



Azərbaycan  -  Türk  mifik  düşüncəsində  daş  vasitəsilə  ovsun  etmək,  yağış  yağdıra  bilmə  kimi 

inamlara  rast  gəlinir.  Məlumdur  ki,  hələ  çox  qədim  zamanlardan  arası  kəsilməz  yağış  zamanı  günəşi 

çağırış nəğmələri xalq arasında geniş yayılmışdır. İbtidai insanlar bu görüşlə bağlı əfsunlar da yaratmışlar. 

[Nəğmələr. Inanclar. 1986: c. 12-13; c. 125 ]  

Kənd  rayonlarında  uzunmüddətli  yağışlardan  bezən  camaat  islanmamış  yastı  daşları  göyə  atıb 

mahnı  oxuyur,  Günəşi  çağırırlar  (mərasim  əsasən  mart  ayına  təsadüf  edir).  Bu  inancın,  əlbəttə,  sosial 

kökləri vardır. Etiqada görə göydə Günəş şər qüvvələrlə savaş edir. Ulu babalarımız da daş atmaqla şər 

qüvvələri qova biləcəklərinə, bununla da Günəşin mübarizəsinə kömək edəcəklərinə inanmışlar. Yaxud 

əksinə,  ovsunçuların  cadu,  ovsun  vasitəsilə  (bilavasitə  daşın  köməyindən  istifadə  etməklə)  yağış 

yağdırmaları məlumdur. [R.M.Əliyev, 1992: c. 6 ]  

Iraqda-Kərkükdə  yaşayan  türklər  bir  yağış  arzusiylə  “Kosa  gəldi”  və  “çəmçələ  qız”a  hazırlıq 

görülər, yağmur duaları oxunardı. Hər kəs yüz xırda daş götürüb arxa atar və axşama yaxın evə dönərdi. 

[Kərkük folkloru antologiyası, 1990: c. 54 ] 

Folklorşünas, tədqiqatçı alim Qəzənfər Paşayev yazır ki, “İraqda yaşayan Türkmənlər sevmədikləri 

adam yola çıxanda arxasınca daş atarlar. Belə olan halda onun bir daha dönməyəcəyinə inanırlar. Yəqin 

ki, “Sapand daşı” ifadəsi bu inancla əlaqədar yaranmışdır”. [Q. Paşayev, 1992: c. 12-13 ] 




Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə