XI mühazirə
394
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına
qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə
hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq
ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası
yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
fərmanın icrası ilə bağlı məsələləri həll etsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 1997-ci il
3. Müharibənin ağır nəticələri və onların aradan
qaldırılması. Azərbaycan iqtisadiyyatı 50-60-cı illərdə
II Dünya savaşı dünya əhalisinin 4/5 hissəsinin yaşadığı
61 ölkəni əhatə etmiş, 22 milyon kvadrat kilometr ərazidə hərbi
əməliyyatlar aparılmışdır. Müharibədə iştirak edən ölkələrdə 60
milyondan çox adam həlak oldu. Onun da təxminən 27 milyonu
keçmiş SSRİ-nin payına düşdü. Müharibə zamanı (1939-1945-
ci illər) Almaniya 13,6 milyon, Polşa 6 milyon, Çin 5 milyon,
Yaponiya 2 milyon, Yuqoslaviya 1,7 milyon, Fransa 600 min,
İngiltərə 370 min, ABŞ 300 min nəfər adam itirmişdir. II
Dünya savaşı bəşəriyyətə 4 trilyon dollara başa gəlmişdi.
Müharibədə iştirak edən bütün ölkələrdə məhv edilmiş maddi
sərvətlərin ümumi də-yəri 316 milyard dollara bərabər olmuş,
bu məbləğin 41 faizi SSRİ-nin payına düşmüşdü.
Müharibə Azərbaycana və onun təsərrüfatına da ağır
zərbə vurmuşdu. Müharibə illərində səfərbərliyə alınmış 640
mindən çox adamın 420 minə qədəri cəbhədə həlak olmuşdu.
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
395
Minlərlə ziyalı, mütəxəssis, ixtisaslı kadr müharibədən
qayıtmadı.
1941-1945-ci illərdə Azərbaycan öz milli sərvətlərinin
üçdə – bir hissəsindən məhrum edildi. Müharibə zamanı
adamlar doğmalarını, yaxınlarını itirmiş, sahibsiz uşaqların,
başsız ailələrin sayı artmışdı.
Müharibə dövründə kənd təsərrüfatının bir çox
sahələrində, o cümlədən texniki bitkilər sahəsində istehsalın
səviyyəsi aşağı düşmüşdü. Respublikada təkcə pambıq istehsalı
154 min tondan 65 min tona qədər azalmışdı.
Müharibə respublika əhalisinin sayına da ciddi təsir
göstərmişdi. Əhalinin 1940-cı ildəki sayı 3304,1 min nəfər idi.
Bu rəqəm müharibənin sonuna 17,6 faiz azalmışdı, əmək
qabiliyyətli əhalinin sayı kəskin şəkildə aşağı düşmüşdü. Fəhlə
və qulluqçuların sayı 1940-cı ildəki 456 min nəfərdən 1945-ci
ildə 396 minə enmişdi. Müharibə Azərbaycanın əmək
ehtiyatlarının istifadəsinə də mənfi təsir göstərmişdi.
Respublikanın xalq təsərrüfatında fəhlə, kolxozçu və
qulluqçuların sayı xeyli azalmışdı, yerlərdə işçi qüvvəsi
çatışmırdı.
İqtisadiyyatın müxtəlif sahələrində texniki avadanlığa
ehtiyac artmışdı. Müharibə dövründə bir sıra kənd təsərrüfatı
texnikası və digər avadanlıqlar istehsal edən müəssisələr
profilini dəyişdiyindən, bu sahədə də istehsalın səviyyəsi
azalmışdı.
Sənayenin istehsalı, o cümlədən aparıcı sahə olan neft
hasilatı və emalı 2,1 dəfə azalmışdı. Kənd təsərrüfatı sahəsində
də istehsalın dinamikası aşağı düşmüşdü.
Respublikanın xalq təsərrüfatının bərpası
işinə
müharibənin gedişində, hələ işğal olunmuş ərazilər azad
edilərkən başlanılmışdı. 1945-ci il mayın 26-da SSRİ Dövlət
Müdafiə Komitəsi «Silah istehsalının azaldılması ilə əlaqədar
olaraq sənayeni yenidən qurmaq sahəsində tədbirlər haqqında»
XI mühazirə
396
qərar qəbul etdi. Azərbaycan hökuməti respublika xalq
təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafı üçün
xeyli işlər gördü. Azərbaycanda neft sənayesinin bərpası və
inkişaf etdirilməsində Mərkəz də çox maraqlı idi. Odur ki,
1945-ci il mayın 28-də SSRİ DMK «Bakıda neft hasilatını
artırmaq tədbirləri haqqında» qərar qəbul etdi. Bu, hər şeydən
əvvəl, mərkəzin Azərbaycanın sərvətlərini acgözlüklə istismar
etməsinə yönəldilmişdi.
Mərkəzin Azərbaycan nefti ilə bağlı qəbul etdiyi qərarda
neft sənayesini mümkün qədər çox inkişaf etdirməyin
(mənimsəməyin) proqramı hazırlanmışdı. Müharibədən sonra iş
rejimində dəyişiklik oldu. Belə ki, müharibə dövrünün
qaydaları, o cümlədən iş vaxtından artıq işləmək ləğv oldu. 8
saatlıq iş rejimi və illik məzuniyyətlər bərpa edildi. 1945-ci il
dekabrın 1-dən müharibə illərində istifadə edilməmiş
məzuniyyətlərin əvəzi ödənilməyə başlandı.
Respublika sənayesinin aparıcı sahələrindən biri olan
maşınqayırma sənayesi bərpa olunmağa başladı. Bu sahədə
neft-mədən və yeni neft avadanlıqları istehsalına başlanıldı.
1946-cı ilin əvvəlindən başlayaraq «Aznetfmaş» trestinin işi
yenidən quruldu və müharibədən əvvəlki istehsal vəziyyəti
bərpa olundu, bir sıra yeni növ neft-maşınqayırma
avadanlıqlarının buraxılışına başlanıldı.
Neft-maşınqayırma avadanlıqlarının istehsalını artırmaqla
yanaşı, təmir və ehtiyat hissələrinin hazırlanmasına diqqət
artırıldı. Geoloji kəşfiyyat və quyuların bərpası işi
sürətləndirildi. Nəticədə neft hasilatı 1948-ci ildə 4 faiz artdı.
Müharibədən sonrakı 1946-1950-ci illərdə Azərbaycanın
iqtisadiyyatı dinc quruculuq dövrünün qanunlarına uyğun
yenidən quruldu. Artıq 1948-ci ildə sənayedə məhsul istehsalı
müharibədən əvvəlki səviyyəyə çatdı. Fəhlə, kolxozçu və
qulluqçuların sayı xeyli artdı. Neft sənayesində yeni
texnologiya və texnika tətbiq edilməyə başladı. Müharibədən
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
397
sonrakı illərdə SSRİ-nin 80-dən çox zavodu Azərbaycan neft
sənayesinin sifarişlərini yerinə yetirirdi. 1946-1950-ci illərdə
Hövsan, Qaradağ, Qum adası, Girovdağ, Buzovna, Maştağa,
Gürgandəniz, Gəncə (1947-ci il), Umbakı (1948-1950-ci illər),
Neft daşları (1950-ci il), Darvin bankası (1950-ci il) və sairə
yeni neft-qaz yataqları kəşf edilmiş və sənaye üsulu ilə işləmək
üçün istifadəyə verilmişdi. Bu onu göstərirdi ki, Azərbaycanın
neft sənayesinin bərpa və inkişaf etdirilməsi SSRİ hökumətinin
diqqət mərkəzindədir.
1946-cı ildən başlayaraq respublikanın neft mədənlərində
turbin qazma üsulu genişləndirilməyə başladı. 1946-1950-ci
illərdə Azərbaycan neft sənayesində yeni texnikanın, üsulların
və quyuların istismar işinin sürətləndirilməsi hesabına böyük
uğurlar əldə edildi, neft hasilatı əhəmiyyətli dərəcədə artdı. Bu
müvəffəqiyyətə 1948-1950-ci illərdə 2800-ə qədər dayanmış
quyuların bərpa edilməsinin də böyük təsiri olmuşdu.
Keçmiş Sovet imperiyasının əsas neftçıxarma mərkəzi
sayılan Azərbaycan artıq müharibədən sonrakı dövrdə bütün
ölkənin – SSRİ-nin yanacağa olan tələbatını ödəyə bilmirdi.
Bu, Xəzər neft yataqlarının kəşf edilməsi və istifadəyə
verilməsini zərurətə çevirdi.
Bir çox mütəxəssislər əsaslandırmağa çalışırdılar ki,
Xəzərdə neftçıxarma iqtisadi cəhətdən səmərəli ola bilməz.
Buna baxmayaraq, 1949-cu ildə dünyada ilk dəfə Azərbay-
canda açıq dənizdə neft çıxarılmasına başlanıldı. Beləliklə,
Azərbaycan neftçilərinin çox gərgin əməyi nəticəsində onların
qazdığı kəşfiyyat quyusu 1949-cu il noyabrın 7-də fontan
vurdu.
Dəniz neft yataqlarında qazma işlərini genişləndirmək
üçün 1949-cu ildə «Azneft» Birliyi nəzdində «Dəniz qazma»
tresti yaradıldı. Həmin il mayın 7-də SSRİ Nazirlər Soveti
«Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfini və
işlənməsini üzən vasitələrlə təmin etmək haqqında» qərar qəbul
Dostları ilə paylaş: |