Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə109/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

XII mühazirə 
 
 
426
əhəmiyyətli üstünlükləri vardır.  
Kimya sənayesinin inkişafında neft və qaz mühüm 
xammal mənbəyidir.  
70-80-ci illərdə respublikanın neftayırma zavodlarında 
neftdən dvidstirol, kauçuk, sintetik etil spirti, kaustik soda, yağ 
aşqarları, xlorid turşusu, kükürd turşusu, yod, kalium- yod, 
bromlu dəmir və bir sıra digər kimyəvi məhsulların istehsalına 
mühüm diqqət yetirilmişdir.  
Bu illərdə  həmçinin kükürd, plastik kütlə, sintetik 
qatranların, bitki qoruyan kimyəvi vasitələrin istehsalında da 
böyük irəliləyişlər olmuşdur. Bu sahədə Sumqayıt kimya 
sənaye müəssisələri birliyinin fəaliyyəti sintetik kauçuk 
zavodunun işində böyük dönüş yaratmışdır.  
70-80-ci illərdə neft-kimya sənayesində 
əmək 
məhsuldarlığının yüksəldilməsi sahəsində  də xeyli irəliləyişlər 
baş vermişdir. Həmçinin mineral gübrələr, herbisid, kaustik 
soda, sulfat turşusu, alüminium-xlorid, sulfanol, butil, kauçuk 
və s. kimyəvi məhsullar istehsalında bir sıra geriliklər aradan 
qaldırılmışdır.  
70-ci illərdə Sumqayıt Kimya Sənayesi Müəssisələri 
Birliyində iri komplekslər, Bakı  Şin zavodunda yeni 
avtokamera sexi, VPM-2-200 tipli iki avtomat xətt, Salyan 
Plastik Kütlələr zavodu və bir sıra digər istehsal obyektləri 
istifadəyə verilmişdir.  
80-ci illərin ortalarından meydana gəlməyə başlayan bir 
sıra mənfi meyllər, geriləmə prosesləri özünü neft, neft emalı, 
neft-kimya, kimya sənayesi sahələrində də göstərməyə başladı. 
İstehsalın səviyyəsi 70-ci illərlə müqayisədə aşağı düşdü.  
70-80-ci illərdə respublika sənayesinin  ən mühüm 
sahələrindən biri olan maşınqayırma sənayesinin də inkişafında 
yeni mərhələ başladı. Respublikada Neft Maşınqayırma 
Birliyinin nəzdində 20 müəssisə  fəaliyyət göstərirdi ki, 
bunlardan da 15-i iri zavod idi. Bu zavodlarda maşınlar, maşın 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
427
hissələri, avadanlıqlar, neftçıxarma avadanlıqları, müxtəlif tə-
yinatlı  dəzgahlar və s. istehsalı sürətlə inkişaf edirdi. Həmin 
illərdə Heydər  Əliyevin rəhbərliyi altında 60-cı illərdə bu 
sahədə yaranmış nöqsanlar aradan qaldırıldı, maşınqayırma 
sənayesinin işini təkmilləşdirmək, modernləşdirmək üçün təsirli 
tədbirlər görüldü, respublika Maşınqayırma Sənayesi 
Nazirliyinin qarşısında konkret vəzifələr qoyuldu.  
1969-cu ilin avqust plenumunda Maşınqayırma Səna-yesi 
Nazirliyinin işi ciddi tənqid edildi, burada mövcud olan 
nöqsanların, geriliyin səbəbləri aşkarlandı  və onları aradan 
qaldırmağın yolları müəyyənləşdirildi.  
Nəticədə 70-80-ci illərdə Neft-Mədən Maşınqayırma 
Müəssisələri Birliyinin maşınqayırma sahəsində  işində ciddi 
dönüş yarandı.  
70-80-ci illərdə keçmiş Sovetlər Birliyinin neft 
maşınqayırma avadanlıqlarına olan tələbatının 70 faizdən 
çoxunu Azərbaycan neft maşınqayırma müəssisələri ödəyirdi. 
Bu sahədə L.Şmidt (Səttarxan), P.Montin (Bakı neft-mədən), 
Kirov (Bakı), Dzercinski (Suraxanı), Keşlə, Y.Qasımov adına 
və d. maşınqayırma zavodlarının rolu böyük olmuşdur.  
Bu illərdə elektrotexnika, cihazqayırma, radiotexnika və 
digər müasir və yeni sahələrin inkişafı da maşınqayırma 
zavodlarının yeni texnika ilə 
təmin olunmasında, 
genişləndirilməsində, yenidən qurulmasında mühüm rol 
oynayırdı.  
Maşınqayırma sənaye istehsalının özündə elektrotexnika, 
radiotexnika, cihazqayırma və b. mühüm sənaye sahələrinin 
xüsusi çəkisi artan sürətlə yüksəlmiş, 1970-ci ildəki 29,1%-dən, 
1975-ci ildə 38,2%-a, 1980-ci ildə isə 51,2 faizə çatmışdı.  
Respublika Maşınqayırma sənayesinin inkişafında 
«İttifaqneftmaş» - Ümumittifaq Neft Maşınqayırma Sənayesi 
Birliyinin rolu böyük olmuşdur. Bu birlik 13 zavoddan, 3 elmi-
tədqiqat konstruktor təşkilatından ibarət idi.  


XII mühazirə 
 
 
428
1978-ci il oktyabrın 26-da Azərbaycan KP MK və 
Nazirlər Sovetində «1978-1980-ci illərdə maşınqayırmanın 
inkişaf etdirilməsi haqqında» məsələ müzakirə edilmiş  və 
burada qəbul edilmiş müvafiq qərarların yerinə yetirilməsi 
sahənin inkişafını daha da sürətləndirmişdi.  
1971-1980-ci illərdə 4400 yeni növ maşın, cihaz, dəzgah, 
müxtəlif avadanlıq, o cümlədən bunlardan 400 növü keçmiş 
SSRİ-də ilk dəfə, istehsal olundu. 1981-1985-ci illərdə 
respublika maşınqayırma sənayesinin dinamik inkişafı davam 
etdirilmişdi.  
1970-1980-ci illərdə maşınqayırma sənayesi ilə yanaşı, 
digər sənaye sahələri də sürətlə inkişaf edirdi: 1975-ci ildə 
istifadəyə verilmiş Bakı  məişət kondisionerləri zavodu keçmiş 
SSRİ-də  ən iri zavod idi və ildə 400 min süni iqlim apparatı 
buraxırdı. Bu illərdə respublikada radio, maşınqayırma, iri 
elektrotermik soba zavodları, məişət cihazlarını avtomatik 
idarəetmə qurğuları istehsal edən zavodlar, cihazqayırma 
zavodunun ikinci növbəsi tikilib istifadəyə verilmişdi.  
70-80-ci illərdə yeni yaradılan istehsal sahələrindən biri 
də  əlvan metallurgiya sənayesi olmuşdu. Sumqayıtda 
alüminium istehsalına başlanmış, Gəncə alüminium zavodunda 
alüminium oksidi, sulfat turşusu və kalium sulfat alınmaqla 
alunitlərin kompleks emalı dünyada ilk dəfə olaraq 
mənimsənilmişdi. SSRİ-də ilk dəfə Bakı alüminium prokatı 
zavodunda külçəsiz prokat texnologiyası  tətbiq edilmişdi. 
Respublikanın boru-prokat zavodlarının işi yenidən qurulmuş, 
onun istehsal həcmi xeyli genişlənmişdi.  
70-80-ci illərdə Azərbaycanda 18 elektrik stansiyasından 
ibarət energetika kompleksi yaradılmışdı.  
1976-1980-ci illərdə Kür çayı üzərində 380 min kilovat 
gücündə Azərbaycan DRES-in və 120 min hektar sahəni 
suvarmaq üçün dəryaça tikilib istifadəyə verilmişdi.  
Bu illərdə  əlvan metallurgiya sahəsində  məhsul istehsalı 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
429
2,2 dəfə çoxalmış, sahədaxili  əlvan metallar prokatı, xalq 
istehlakı mallarının istehsalı daha üstün inkişaf etmişdi.  
1970-1985-ci illərdə Naxçıvan MSSR-də  sənaye 
istehsalının həcmi 4,5 dəfə, DQMV-də 3 dəfədən çox, Bakıda 
2,3 dəfə, Gəncədə (Kirovabad) 3,2 dəfə, Sumqayıtda 2,5 dəfə, 
Mingəçevirdə 4,1 dəfə, Əli Bayramlıda 1,8 dəfə artmışdı.  
80-ci illərin birinci yarısında respublika sənayesi 
inkişafının  ən yüksək səviyyəsinə çatdı. Keçmiş  İttifaq üzrə 
sənaye istehsalının həcmində Azərbaycanın payı 1,5 dəfə, milli 
gəlirdə 1,6 dəfə artdı.  
70-80-ci illərdə (1970-1985-ci illərdə) elektrotexnika sa-
həsində istehsalın həcmi 72%, kimya və neft kimya səna-
yesində 205%, maşınqayırma və metal emalı sənayesində 432% 
artmışdı. Bu illərdə qara və əlvan metallurgiya sənayesi 166%, 
meşə  və  ağac emalı  sənayesi 186%, tikinti materialları istehsalı 
161%, yüngül sənaye 170 faiz artmışdı. 70-80-ci illərdə 
respublikada sənayenin maddi-texniki bazası möhkəmlənmiş, 
əsas istehsal fondları 1,4 dəfə artmış, 64 iri müəssisə istifadəyə 
verilmişdi.  
Ümumi gücü iki milyon kilovatt olan Şamxor (Şəmkir) 
SES, Azərbaycan DRES Zaqafqaziya energetika sisteminə 
birləşdirilmişdi.  
Yüngül və yeyinti sənayesi.  Əhalinin  ən başlıca prob-
lemlərindən biri də onun maddi və sosial həyat şəraitinin təmin 
edilməsi, gündəlik tələbat mallarına olan ehtiyaclarının 
ödənilməsidir.  
70-80-ci illərdə respublika ərazisində  fəaliyyət göstərən 
1005 sənaye müəssisəsindən 531-i ağır sənayenin, 38-i ener-
getikanın, 18-i yanacağın, 12-i metallurgiyanın, 164-ü 
maşınqayırmanın, 25-i kimya və neft kimyasının, 204-ü yüngül 
sənayenin, qalanları isə yeyinti sənayesinin payına düşürdü.  
70-80-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində 60-
cı illərdə  sənayenin bu sahələrində yaranmış  çətinliklər və 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə