Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə111/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   137

XII mühazirə 
 
 
434
düşürdü, hansı ki, bu rəqəm 60-cı illərdə 1 faiz idi. Kənd 
təsərrüfatının ümumi məhsulu 2 dəfədən çox artmış, o 
cümlədən taxılçılıqda məhsuldarlıq 48 faiz, pambıqçılıqda 29 
faiz, üzümçülükdə 51 faiz, tərəvəzçilikdə 37 faiz, 
heyvandarlıqda 31 faiz yüksəlmişdi.  
70-80-ci illərdə kənd təsərrüfatında pambıqçılığın, üzüm-
çülüyün və taxılçılığın xüsusi çəkisi artmış, bu sahələrdə 
ixtisaslaşma və  mərkəzləşdirmə  həyata keçirilmiş  və möhkəm 
maddi-texniki baza yaradılmışdır.  
Pambıqçılıqda 70-ci ilə  qədər orta illik məhsul yığımı 
327,7 min ton olmuşdursa, 1971-1975-ci ildə bu rəqəm 440,8 
min ton, 1981-1985-ci illərdə 653,8 min ton, 1976-1980-ci 
illərdə isə Heydər Əliyev tərəfindən yaradılan möhkəm maddi-
texniki baza əsasında 706,7 min ton olmuşdu. Hər hektardan 
məhsuldarlıq 35 sentnerə çatmışdı. Heydər Əliyevin təşəbbüsü 
və  rəhbərliyi ilə 1969-1982-ci illərdə pambıqçılığın 
ixtisaslaşdırılması, onun daha əlverişli təbii-iqlim  şəraitinə 
uyğun rayonlarda yetişdirilməsi təmin edilmişdi. Hesablamalar 
göstərir ki, pambıqçılıq Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, 
Göyçay, Ağdaş, Ağsu rayonlarında daha yaxşı inkişaf etmişdi.  
1981-ci ildə respublikamızda 1 milyon 15 min 300 ton 
pambıq istehsal olunması pambıqçılığın  ən gəlirli sahə 
olduğunu, Azərbaycanda pambıqçılığın yüksək inkişafını təmin 
etməyin mümkünlüyünü sübut etdi.  
1979-cu ildə Azərbaycanda 1,4 milyon hektar suvarılan 
torpaqdan 1982-ci ildə 305,7 min hektarda pambıq  əkilirdi. 
Heydər Əliyevin böyük və zəngin iş təcrübəsi əsasında pambıq 
istehsalçıları ilə pambıq emalı müəssisələrinin sıx əməkdaşlığı 
yarandı  və emal müəssisələrinin maddi-texniki bazası 
möhkəmləndi.  
Pambıqçılıq respublikada və bütün keçmiş SSRİ 
məkanında böyük şöhrət qazandı. Respublikada pambıqçılıq 
sahəsində çox zəngin, qabaqcıl təcrübə  məktəbi yarandı. 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
435
Nəticədə Orta Asiya pambıqçıları ilə  təcrübə mübadiləsi 
genişləndi.  
1970-ci ildən başlayaraq 80-ci illərin ortalarına qədər 
respublikada pambıq istehsalı ilbəil artaraq, pambıq istehsalı ən 
gəlirli sahəyə çevrilmişdi. 1971-1975-ci illərdə orta illik 
pambıq istehsalı 440,8 min ton, 1976-1980-ci illərdə 627,5 min 
ton və 1981-1985-ci illərdə 706,7 min ton təşkil etmişdir. Hər 
hektardan məhsuldarlıq 1966-1970-ci illərdə 16,0 sentner, 
1971-1975-ci illərdə 21,6 sentner, 1976-1980-ci illərdə 30,3 
sentner, 1981-1985-ci illərdə 37,1 sentner olmuşdur. 
Respublikada 1981-ci ildə pambıq istehsalı 1 milyon 315 min 
tona çatdırılmışdı. 1980-ci illərdə istehsal olunan pambığın 43 
faizi Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Salyan 
rayonlarının payına düşürdü. 1970-1979-cu illərdə  əvvəlki on 
ildəkindən 2 milyon tondan çox pambıq istehsal olunmuş, orta 
illik artım 1,6 dəfə artmışdır.  
1970-1980-ci illərdə respublikada 5,5 milyon ton pambıq 
istehsal olunmuşdu.  
1983-cü ildən başlayaraq respublikada pambıq istehsalı 
azalmağa başlamış və 1986-cı ildə istehsalın miqdarı 783,7 min 
tona, 80-ci illərin sonunda isə 350-400 min tona enmişdi.  
Kənd təsərrüfatının  ən gəlirli sahələrindən biri kimi, 
respublikada üzümçülüyün bərpa və inkişaf etdirilməsinə çox 
ciddi diqqət və qayğı göstərilmişdir. Hər  şeydən  əvvəl, bu 
illərdə H.Əliyevin rəhbərliyi və  şəxsi köməyi ilə bir tərəfdən 
üzümçülükdə  vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş 
kompleks tədbirlər həyata keçirilmiş, digər tərəfdən isə geniş 
miqyasda yeni üzümlüklər salınmışdı. Həmçinin üzümçülük 
iqlim və torpaq xüsusiyyətlərindən asılı olmayaraq 
respublikanın bir sıra rayonlarında və bölgələrində cəmləşdirildi. 
60-cı illərdə üzümçülükdə yaranmış  ağır vəziyyəti qısa 
müddətdə aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər 
görüldü. Azərbaycan KP MK-nın bürosunda «Üzümçülüyün 


XII mühazirə 
 
 
436
inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və 
şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan 
vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri 
haqqında» məsələ müzakirə olunmuş  və  əhəmiyyətli qərar 
qəbul edilmişdi.  
Görülən kompleks tədbirlər sayəsində 1969-1982-ci 
illərdə üzümçülük misli görünməmiş sürətlə inkişaf etdi. 1969-
cu ilə  qədər orta illik üzüm istehsalının həcmi 232 min ton 
olduğu halda 1971-1975-ci illərdə bu rəqəm 431,9 min ton, 
1976-1980-ci illərdə isə 945,0 min ton olmuşdu. 1982-ci ildə 
respublikada 1815,6 min ton üzüm istehsal olunmuşdu. 
Məhsuldarlıq isə 1969-cu ildəki 43,6 sentnerdən 1982-ci ildə 
101,5 sentnerə,  əkin sahəsi isə 57,1 min hektardan 174,9 min 
hektara çatmışdı.  
Üzümçülükdə ixtisaslaşma və  təmərküzləşmə başa 
çatdırılmışdı. Belə ki, bu sahə  Cəlilabad,  Şamaxı, Qazax, 
Tovuz, Xanlar, Şəmkir, Cəbrayıl, Füzuli və digər rayonlarda 
cəmləşdirilmişdi. Təkcə 1975-ci ildə 1970-ci ilə nisbətən 2 dəfə 
çox məhsul istehsal edilmişdi. 1971-1975-ci illərdə Heydər 
Əliyevin qayğısı  və köməyi ilə üst-üstə 353 min ton üzümü 
ilkin emal edən şərab zavodları tikilib istifadəyə verilmişdi.  
Həmçinin respublikada üzümçülüyün 1976-1982-ci illər-
dəki inkişafında H.Əliyevin prinsipial mövqeyi və  tələbi 
əsasında Sov. İKP MK-nın SSRİ Nazirlər Sovetinin 
«Azərbaycan SSR-də 
kənd təsərrüfatını daha da 
intensivləşdirmək haqqında» və 1979-cu il fevralın 22-də 
«Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını daha da 
ixtisaslaşdırmaq, üzümçülüyü və  şərabçılığı inkişaf etdirmək 
tədbirləri haqqında» qərarlar əhəmiyyətli rol oynamışdır. Məhz 
bu qərarların həyata keçirilməsi və H.Əliyevin fədakar  əməyi 
nəticəsində respublikada üzüm əkini sahəsi 174,9 min hektara, 
üzüm istehsalı isə 1 milyon 815 min tona çatmışdı. Üzümün 
emalı  və  şərabçılıq genişlənmişdi. 1970-1979-cu illərdə 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
437
respublikada bir məhsul yığımı ilində 860 min ton üzüm emal 
edən çoxsaylı zavodlar tikilmişdi. Ümumiyyətlə, 1971-1975-ci 
illərdə respublikada 28 yeni şərab zavodu istifadəyə verilmişdi. 
Bu zavodlar içərisində  şampan və konyak zavodları müasir 
texnologiyaya daha uyğun idi. Bakı  şampan zavodu ilk 
məhsulunu 1944-cü ildə buraxmışdı. Bu zavodda 1944-cü ildə 
53 min şüşə şampan buraxılmışdı. 1965-ci ildə 739 min, 1970-
ci ildə 1,129 min, 1979-cu ildə isə 2.400 min şüşə  şampan 
istehsal edilmişdi.  
70-ci və 80-ci illərin birinci yarısında  şərab emalında 
konyak istehsalı da mühüm yer tutmuşdu. Bu içki növünə 
tələbat çox olduğundan həmin illərdə respublikada konyak 
spirti və konyak istehsalı ilbəil artmışdı. Əgər 1970-ci ildə 0,5 
milyon litr konyak istehsal edilmişdisə, 1979-cu ildə bu rəqəm 
1,3 milyon litrə çatdırılmış və 4,3 dəfə artmışdı. 70-ci illərdə və 
sonrakı dövrdə respublikada «Moskva», «Şirvan», «Göygöl», 
«Azərbaycan» «Yubiley», «Gəncə» və s. adlı yeni konyaklar 
buraxılmışdı.  
1980-ci ildə Dövlət Üzümçülük və  Şərabçılıq 
Komitəsinin nəzdində 375 müəssisə  və  təşkilat, o cümlədən 
298 ixtisaslaşdırılmış üzümçülük sovxozu var idi ki, bunlardan 
da 105-i üzümün ilkin emalı zavodu idi. Respublikada 8 
müstəqil zavod var idi ki, onlar da üzümün birinci və ikinci 
emalı ilə  məşğul olurdu. Həmçinin, il ərzində respublikada 
tədarük edilən üzümün 86,6%-i Dövlət Üzümçülük və 
Şərabçılıq Komitəsinin tabeliyində olan sovxozların payına 
düşürdü.  
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da 
intensivləşdirmək tədbirləri haqqında» keçmiş Sov.İKP MK-
nın və SSRİ Nazirlər Sovetinin 1975-ci il 9 iyul tarixli 
qərarında və 1977-1980-ci illərdə respublikanın iqtisadi və 
sosial inkişaf planında müəyyən olunmuş tapşırıqların 
müvəffəqiyyətlə  həyata keçirilməsi nəticəsində, 1979-cu ildə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə