Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə114/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

XII mühazirə 
 
 
446
1969-cu ildəkindən 2,1 dəfə çox idi.  
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti 
1982-ci il dekabrın 2-də «1982-1985-ci illərdə respublikada çay 
təsərrüfatının və çay sənayesinin inkişafına dair» 533 saylı 
qərar qəbul etmişdi ki, bu da çayçılığın sonrakı inkişafında 
başlıca rol oynamışdı. Nəticədə, 1981-1985-ci illərdə 
respublikanın çayçılıq təsərrüfatlarında 108,4 min ton əvəzinə 
146 min ton yaşıl çay yarpağı toplanmışdı. Bu illərdə 
respublikada çay becərilən sahələr 12,3 min hektara, hektardan 
məhsuldarlıq isə 45 sentnerə çatdırılmışdı.  
Azərbaycan çayı  dəfələrlə beynəlxalq yarmarkalarda və 
sərgilərdə, o cümlədən 1975-ci ildə Macarıstanda, 1982-ci ildə 
Anqolada, Efiopiada, Çexoslovakiyada və digər ölkələrdə 
nümayiş etdirilmiş və mükafatlar almışdı.  
Lakin 1988-ci ildən respublikada yaşıl çay yarpağı 
istehsalı ilbəil azalmağa başlamışdı.  
Baramaçılıq. 70-80-ci illərdə Azərbaycan kənd 
təsərrüfatının  ən gəlirli sahələrindən biri olan baramaçılığın 
inkişafına da diqqət artırılmışdı. Bu illərdə baramaçılığın 
inkişafından daha səmərəli istifadə olunmasının yolları 
müəyyən edilmiş, yeni baramaçılıq təsərrüfatları yaradılmışdı.  
Heydər  Əliyevin rəhbərliyi altında 1971-ci ilin 17 
martında Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin 
«Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri 
haqqında» qərar qəbul olundu ki, bu da ipəkçiliyin sonrakı 
inkişafında böyük əhəmiyyətə malik oldu.  
İpəkçilik Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş, 
Cəbrayıl və digər rayonlarda cəmləşdirildi. 70-80-ci illərdə 
Azərbaycan ipəyinin şöhrəti özünə qaytarıldı.  
Respublikada barama istehsalı 1969-cu ildəki 3569 
tondan 1982-ci ildə 5272 tona çatdırıldı. 1970-1982-ci illərdə 
dövlətə satılan baramanın miqdarı 1,4 dəfə artmış, barama 
istehsalı 1983-cü ildə 5039 ton, 1986-cı ildə isə 5678 ton təşkil 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
447
etmişdi. Sonrakı illərdə respublikada barama istehsalına diqqət 
zəiflədiyindən istehsalın miqdarı azalmağa başlamışdır. 1993-
cü ildə barama istehsalı 3202 tona endi.  
1969-1982-ci illərdə respublika iqtisadiyyatında, o cüm-
lədən sənaye və kənd təsərrüfatında sıçrayışlı, misilsiz inkişaf, 
maddi istehsalın öz strukturunda mütərəqqi keyfiyyət 
dəyişiklikləri, həm də  əhalinin maddi rifah halının durmadan 
yaxşılaşmasını təmin etmiş, həyat səviyyəsi, mədəni və mənəvi 
həyatı yüksəlmişdi.  İqtisadi həyatdakı  uğurlar  əhalinin milli 
gəlirinin artmasına səbəb olmuşdu. 1970-ci ildə Azərbaycanda 
adambaşına milli gəlir orta ittifaq səviyyəsinin 62 faizini təşkil 
edirdisə, 1980-ci ildə bu rəqəm 80 faizə yüksəlmişdi.  
Respublikada milli gəlir 1965-ci ilə nisbətən 1975-ci ildə 
2 dəfə, 1982-ci ildə 4,1 dəfə artmışdır.  
Xalq təsərrüfatında çalışan fəhlə  və qulluqçuların orta 
aylıq əmək haqqı 1970-ci ildəki 125 manatdan 1982-ci ildə 164 
manata qaldırılmışdır. Kolxozçuların orta aylıq  əmək haqqı 
müvafiq olaraq 80 manat və 208 manat olmuşdu. 
«Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial 
sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, 
xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə 
keçirilməsinə görə IX, X və XI beşilliklər Azərbaycanın yeni 
tarixində  ən mühüm yer tutur». 80-ci illərin ortalarından 
başlayaraq, respublika rəhbərlərinin bacarıqsızlığı  və 
səhlənkarlığı  nəticəsində, keçmiş ittifaqda gedən proseslərin 
təsiri altında respublikada 1969-1982-ci illərdə formalaşmış 
iqtisadi inkişaf dinamikası pozulmuş, intensiv inkişaf ekstensiv 
xarakter almış, istehsalın səviyyəsi bütün sahələrdə  aşağı 
düşməyə başlamışdır.  
 
 Cədvəl 1 
1969-1982-ci illərdə Azərbaycanda barama istehsalı barədə 
 


XII mühazirə 
 
 
448
İllər 
İstehsal (ton) 
İllər 
İstehsal (ton) 
1969 
 3569 
 1976 
 4856 
1970 
 3661 
 1977 
 5007 
1971 
 4055 
 1978 
 4740 
1972 
 4095 
 1979 
 4848 
1973 
 4456 
 1980 
 4984 
1974 
 4455 
 1981 
 4901 
1975 
 4385 
 1982 
 5272 
 
Cədvəl 2  
1969-1982-ci illərdə  
Azərbaycan Respublikasında mal-qaranın sayı 
(ilin axırına min baş) 
 
 İllər 
 Mal 
O cümlədən inək, camış 
 Davar 
 Quş 
1960 
1373,0 
 505,3  
 48845 
 7422,0 
1965 
1460,3 
 576,3 
 3864,9 
 6850,5 
1969 
1560,3 
 615,0 
 3960,6 
 8623,8 
1970 
1576,8 
 605,1 
 4371,2 
 8780,8 
1980 
1806,2 
 675,8 
 5361,6 
 20687,6 
1982 
1887,1 
 723,1 
 5332,4 
 24470,0 
 
70-80-ci illərdə  kənd təsərrüfatının  ən  əhəmiyyətli 
sahələrindən  biri  heyvandarlıq idi. Bu illərin səciyyəvi 
xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, heyvandarlığın 
inkişafında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş 
vermişdi.  
Digər tərəfdən,  əhalinin  ərzağa olan ehtiyacının 
ödənilməsində heyvandarlığın inkişaf etdirilməsi mühüm 
əhəmiyyətə malikdir. Bu sahədə geriliyin aradan qaldırılması, 
heyvandarlıq təsərrüfatının mexanikləşdirilməsi
ixtisaslaşdırılması, möhkəm yem bazasının yaradılması, mal-
qaranın tərkib və cinsinin yaxşılaşdırılması, zoobaytarlıq 
xidmətinin yüksəldilməsi və s. məsələlər dövlət və hökumət 
orqanlarının daha çox diqqət yetirdiyi problemlər olmuşdu.  
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
449
Respublikada heyvandarlığın inkişafında Azərbaycan KP 
MK-nın avqust (1969-cu il), Sov.İKP MK-nın və SSRİ Nazirlər 
Sovetinin «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf 
etdirmək tələbləri haqqında» 1970-ci il 23 iyul tarixli, 
«Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını daha da 
intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli, 
«Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını daha da 
ixtisaslaşdırmaq, üzümçülüyü və  şərabçılığı inkişaf etdirmək 
tədbirləri haqqında» 1979-cu il 22 fevral tarixli və sonrakı digər 
qərarlarının yerinə yetirilməsi başlıca rol oynamışdı.  
1975-ci il 25 sentyabrda Naxçıvan Muxtar Respublikası 
Nazirlər Sovetinin iclasında «Muxtar Respublikanın kolxoz və 
sovxozlarında iribuynuzlu mal-qara üzrə inkişaf vəziyyəti 
haqqında» məsələ müzakirə edilmişdi. Qeyd olunmuşdu ki, 
1975-ci ildə 1974-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 
845 baş artdığı halda, Naxçıvan rayonunda inək-camışın 
ümumi sayı 245 baş, Ordubad rayonunda 70 baş,  Şahbuz 
rayonunda 62 baş, Culfa rayonunda 68 baş azalmışdı.  
1975-ci il dekabrın 30-da Naxçıvan Muxtar 
Respublikasının Nazirlər Sovetində «1974-1975-ci illərdə 
ictimai heyvandarlıq sahəsində baş vermiş cinayət hadisələri 
haqqında» məsələyə baxılarkən qeyd olunmuşdu ki, bu müd-
dətdə 19 cinayət hadisəsi baş vermiş, dövlətə 27371 manat 
zərər dəymiş  və onun 20672 manatı cinayətkarların hesabına 
ödənilmişdir. 1974-cü ildə 277 baş  xırdabuynuzlu, 40 baş 
iribuynuzlu mal-qara və 1975-ci ilin 9 ayında 702 baş 
xırdabuynuzlu, 56 baş iribuynuzlu mal-qara mənimsənilmişdi.  
Məhsuldar mal-qaranın cinsləşdirilməsinə respublikanın 
heyvandarlıq təsərrüfatlarında diqqət xeyli artırılmış, SSRİ-nin 
müxtəlif yerlərindən respublikaya 34 min baş  məhsuldar cins 
mal-qara gətirilmişdi. Nəticədə, respublika üzrə 1975-ci ildə 
1965-ci ilə nisbətən ət istehsalı 1,3 dəfə, süd istehsalı 1,8 dəfə 
artmışdı.  


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə