Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə112/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   ...   137

XII mühazirə 
 
 
438
üzüm istehsalı 1,045 min tona çatdırıldı.  
Dövlətə üzüm satışı 1969-cu ildəkinə nisbətən 1983-cü 
ildə 8,4 dəfə artmış, həmçinin bu ildə keçmiş İttifaq üzrə üzüm 
tədarükündə Azərbaycanın payı 4,3 dəfə çoxalıb 7%-ə çatmışdı.  
1976-1980-ci illərdə dövlətə, təqribən, 5 milyon ton üzüm 
satılmış, Azərbaycanda iri üzümçülük rayonları yaranmışdı 
ki,bu da onların iqtisadi və sosial tərəqqisində çox böyük 
irəliləmə və perspektivlərə gətirib çıxarırdı. 1980-ci ildə yalnız 
Cəlilabad və  Şamaxı rayonları dövlətə 1969-cu ildə bütün 
respublikanın təhvil verdiyindən 1,6 dəfə çox üzüm satmışdı.  
1984-cü ildə respublikada üzüm istehsalı 2 milyon tona, 
hər hektardan məhsuldarlıq 95 sentnerə çatdırılmışdı.  
Sərxoşluğu və alkoqolizmi aradan qaldırmaq haqqında 
keçmiş Sov.İKP MK-nın məlum qərarı ilə  əlaqədar olaraq 
üzümçülüyün istiqamətini dəyişdirmək sahəsində görülən təd-
birlərin uğursuzluqları respublikada üzümçülüyün son-rakı 
inkişafına pis təsir göstərmiş, min hektarlarla bol məhsul verən 
üzüm bağları  məhv edilmiş, üzümçülüyə diqqət xeyli azalmış 
və  nəticədə, iqtisadiyyatın bu mühüm sahəsində  məhsul 
istehsalının, onun emalının inkişaf dinamikası pozulmuşdu.  
Üzümçülüyün inkişaf etdirilməsinin yenidən qurulması 
proqramı  qəbul edilsə  də, bu sahədə görülən tədbirlər sona 
çatdırılmamışdı. Həmçinin üzümçülüyün üzləşdiyi yeni prob-
lemlərin həllində aidiyyatlı orqanlar və  təşkilatlar lazımi 
qətiyyət və ardıcıllıq göstərmirdilər. Nəticədə, üzümçülüyə pis 
münasibət yarandı. 80-ci illərin sonuna yaxın böyük əmək və 
zəhmət hesabına, külli miqdarda dövlət vəsaiti hesabına 
yaranmış aqrar bölmənin aparıcı sahələrindən biri olan üzüm-
çülük təsərrüfatı məhv olmaq təhlükəsi ilə üzləşdi.  
 
Problemlər və çətinliklər 
80-ci illərin ortalarından respublika iqtisadiyyatında 
dinamik inkişaf pozulmağa, istehsalın sürəti aşağı düşməyə 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
439
başladı. Bunun səbəbi, ilk növbədə, keçmiş SSRİ-də gedən 
ictimai-siyasi proseslərlə, həm də respublikaya rəhbərliyin 
zəifləməsi ilə bağlı idi.  
70-ci illərə nisbətən 80-ci illərin ikinci yarısında istehsalın 
artım surəti sənayedə 1,8-2, kənd təsərrüfatında isə 2,3 dəfə 
azalmışdı.  
İnzibati-amirlik metodu ilə  rəhbərlikdən uzaqlaşa 
bilməyən sovet hökumətinin iqtisadiyyatda yaranmış 
problemləri, çətinlikləri həll etmək cəhdi baş tutmadı.  
 Taxılçılığın inkişafı. Respublikada taxılçılığı daha da 
inkişaf etdirmək üçün əlverişli iqlim və təbii şəraitin olmasına 
baxmayaraq 60-cı illərdə bu sahəyə diqqət zəif idi.  
Azərbaycan KP MK-nın avqust (1969-cu il) və sonrakı 
plenumlarında taxılçılığa bəslənən yanlış  və  zərərli münasibət 
ciddi tənqid edildi, həmçinin taxılçılığın inkişaf perspektivləri 
göstərildi.  
Respublikada kənd təsərrüfatının inkişafını yüksəlt-mək 
məqsədilə keçmiş Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 
qəbul etdiyi «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf 
etdirmək tədbirləri haqqında» 1970-ci il 23 iyul tarixli, 
«Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını daha da 
intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli 
qərarlarının həyata keçirilməsi nəticəsində Azərbaycanda 
taxılçılığın inkişafına diqqət xeyli artırılmışdı.  
70-ci illərdən başlayaraq taxılçılıq,  əsasən, aran və 
dağətəyi rayonlarda cəmlənmişdi.  
Respublikanın ümumi torpaq sahəsi 8 mln. 642 min 
hektardır. Bunun 191 min hektarı  kənd təsərrüfatı üçün 
yararlıdır. 70-ci illərdə bu sahənin 1 milyon 348 min hektarı 
əkin, 255 min hektarı isə çoxillik bitkilər – bağlar, üzümlüklər 
altında olmuşdur. Respublikada suvarılan torpaqların ümumi 
sahəsi 1 milyon 142 min hektar olmuş  və bunun da 860 min 
hektarından əkin üçün istifadə edilmişdir.  


XII mühazirə 
 
 
440
Nəticədə 1970-1982-ci illərdə taxılçılıqda böyük 
irəliləyişlər baş vermişdi. Belə ki, əgər taxıl əkini 1969-cu ildə 
604,1 min hektar, istehsal 573,9 min ton, hektardan 
məhsuldarlıq isə 9,5 sentner təşkil edirdisə, 1982-ci ildə 511,9 
min hektar əkin sahəsindən 1.211,3 min ton taxıl əldə edilmiş, 
məhsuldarlıq 24,6 sentnerə çatdırılmışdı.  
Respublikada taxıl istehsalı 1980-ci ildə 136,5 min ton, 
1981-ci ildə 1150,8 min ton, 1982-ci ildə isə 1211,3 min ton 
təşkil etmişdi. Dövlətə taxıl satışı 1980-ci ildə 360,9 min ton, 
1981-ci ildə 402,7 min ton, 1982-ci ildə isə 353 min ton 
olmuşdu.  
1982-ci illərə  qədərki dövr üçün qəbul edilmiş  ərzaq 
proqramının yerinə yetirilməsi taxılçılığın durmadan inkişafını 
tələb etsə  də, həmin illərdə respublikada bu sahənin 
inteqrasiyasına, dinamik, sabit inkişafına diqqət zəif olmuşdu.  
Yalnız 1985-ci ildə respublikada taxıl istehsalı 1.300 min 
ton, orta illik məhsuldarlıq 25 sentner olmuşdu.  İnkar etmək 
olmaz ki, əvvəlki illərlə müqayisədə taxıl istehsalında artım 
omuşdu. Lakin respublika əhalisinin taxıla olan ehtiyacı 
baxımından taxıl əkinini genişləndirmək, ümumi taxıl yığımını 
milyon tona çatdırmaq olardı. Bu nəticəni əldə etmək üçün taxıl 
əkini sahələrini genişləndirmək, becərmə qaydalarına, 
meliorasiya işlərinə başlıca diqqət yetirmək, torpaqdan səmərəli 
istifadə etmək, hər hektardan məhsuldarlığı 40-45 sentnerə 
çatdırmaq, məhsul yığımını  qısa müddətə  və itkisiz başa 
çatdırmaq lazım idi.  
Respublika  əhalisinin taxıl məhsullarına olan tələbatına 
uyğun istehsal strukturu müəyyənləşdirilməli idi. Respublika 
əhalisinin taxıla olan tələbatını tam ödəmək üçün 3,6 milyon 
ton taxıl istehsal etməli idi. Bu məlum olduğu halda, nədənsə 
uzun müddət respublikamızda taxıl istehsalına başlıca diqqət 
yetirilməmişdi.  
80-ci illərin sonuna yaxın bu sahəyə diqqət bir qədər də 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
441
zəifləmişdi. Yalnız SSRİ-nin iflasından sonra müstəqillik  əldə 
etmiş respublika hökuməti iqtisadi strukturda taxılçılığın 
inkişafına diqqəti artırmağa başladı. Taxıl  əkini sahələri 
genişləndirildi. Nəticədə, 1992-ci ildə 1 milyon 363 min ton 
taxıl istehsal edildi. Bu da respublikada taxıla olan ehtiyacın 
30-33%-ni təşkil edirdi. Respublikada taxılçılığın inkişafına 
münasibət kökündən dəyişməlidir.  
Bostançılıq və  tərəvəzçiliyin inkişafı. 1970-1980-ci 
illərdə respublikada kənd təsərrüfatını kompleks inkişaf 
etdirmək tədbirləri sistemində bostançılıq və  tərəvəzçiliyin 
inkişafı özünəməxsus yer tutmuşdu. 70-ci illərdə bu sahənin 
inkişafı üçün görülən tədbirlər daha geniş miqyas almış, 
respublikamızda tərəvəz istehsalının ixtisaslaşdırılması  və 
təmərküzləşdirilməsi sahəsində  səmərəli iş aparılmışdı. Bu 
məqsədlə respublikamızda 1975-ci ildə  təşkil edilmiş 
Azərbaycan Tərəvəz və Meyvə  İstehsalı, Tədarükü, Emalı  və 
Satışı Aqrar-Sənaye Birliyinin iş  təcrübəsi müsbət olmuşdu. Tə-
rəvəzçilik və meyvəçilik sovxozları, çay yetişdirən sovxozlar, 
konserv, tədarük, nəqliyyat və tara müəssisələri, çay emalı 
müəssisələri, elmi-tədqiqat meyvəçilik və  tərəvəzçilik 
institutları, iki sovxoz-texnikum onun ixtiyarına verilmişdi. 17 
rayonda aqrar-sənaye və aqrar-satış birliyi təşkil edilmişdi.  
«Azərmeyvətərəvəzsənaye» Aqrar-Sənaye Birliyi 160 
ixtisaslaşdırılmış sovxoza, 14 konserv zavoduna, 12 aqrar-
sənaye və 7 aqrar-satış birliyinə  mərkəzləşdirilmiş qaydada 
rəhbərlik etmişdi.  
70-80-ci illərdə  təsərrüfatlararası birlik və müəssisələrin 
təşkili  əməyin xarakterində  dərin keyfiyyət dəyişiklikləri 
yaradılmasını sürətləndirmişdi. Bu faktı demək kifayətdir ki, 
«Azərmeyvətərəvəzsənaye» Birliyi respublika üzrə  kənd 
təsərrüfatı  məhsullarının 13,3%-ni verirdi və respublikada 
tərəvəz istehsalıınn 83%-i burada cəmləşmişdi. 70-ci illərin 
ikinci yarısında tərəvəzçiliyin inkişafına diqqət daha da 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə