Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə110/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   137

XII mühazirə 
 
 
430
problemlər aradan qaldırıldı. Yüngül və yeyinti sənayesinin 
inkişafında yeni mərhələ başladı. Yüngül sənayenin inkişafında 
ipək emalı, pambıqtəmizləmə, pambıq emalı, toxuculuq və 
digər sahələrin inkişafına diqqət xeyli artırılmışdı.  
1976-1980-ci illərdə 38 yeni yüngül sənaye müəssisəsi, o 
cümlədən Gəncədə (Kirovabad) qənnadı fabriki, ət kombinatı, 
Bakıda tikiş fabriki, bulka-maya kombinatı, ayaqqabı hissələri 
fabriki, Sumqayıtda üst trikotaj paltarları fabriki, Xudatda və 
Lənkəranda konserv zavodları və digər istehsal müəssisələri işə 
salınmışdı. Bu illərdə respublikanın müxtəlif regionlarında 16 
şərab zavodu tikilmişdir və respublikada üzüm emal edən 
qurğuların gücü üç dəfə artmışdı. Həmçinin yeyinti və yüngül 
sənaye sahələri texniki cəhətdən yenidən qurulmuş, yeyinti 
məhsulları  sənayesi müəssisələrində müasir texnika və 
texnologiyanın tətbiqi, istehsal prosesinin avtomatlaşdırılması 
sahəsində 800-dən çox tədbir həyata keçirilmişdi.  Ət və süd 
istehsalı sahəsində uğurlar daha böyük olmuşdu.  
1976-1980-ci illərdə yüngül və yeyinti məhsulları 
istehsalı 1,4 dəfə, mədəni-məişət və təsərrüfat malları istehsalı 
2,7 dəfə yüksəlmişdir.  İstehlak mallarının çeşidi genişlənmiş
buraxılan məhsulların 4 mindən çoxu yeni, ilk dəfə 
buraxılmışdır. Gəncə Xalça Kombinatının işi yeniləşdirilmişdir.  
1976-1980-ci illərdə yeyinti sənayesi məhsulları istehsalı 
2,6 dəfə artmışdır.  
Respublikada ilkin çay emalı fabriklərinin sayı 11-dən 14-
ə çatmış, iki çay çəkici-bükücü fabriki istifadəyə verilmişdir.  
Bu illərdə Azərbaycanda konserv məhsulları istehsalı da 
böyük sürətlə inkişaf etmişdi. 1980-ci ildə 450 milyon banka 
konserv buraxılmışdı ki, bu da 1970-ci ildəkinə nisbətən 2,4 
dəfə çox idi.  
1980-ci ildə Azərbaycanda 76,4 min ton ət, 29,1 min ton 
kolbasa məmulatları, 219,6 min ton üzlü süd məhsulları, 54,8 
min ton bitki yağı, 94,9 min ton qənnadı  məmulatı, 164,1 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
431
milyon yarım litirlik şüşə qabda mineral sular, 117,8 min ton 
duz, 18,6 min ton təbii çay istehsal olunmuşdu.  
70-80-ci illərdə üzüm emalı  və satışı sahəsində  də xeyli 
irəliləyiş olmuşdu.  
Bu illərdə Azərbaycanda üzüm satışı 2,1 dəfə çoxalmışdı.  
Azərbaycanda  şərabçılığın sonrakı inkişafında Sov. İKP 
MK və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də  kənd 
təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və 
şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» 1979-cu ildə 
qəbul etdiyi qərar mühüm rol oynadı.  
1970-80-ci illərdə respublikanın  Şamxor (Şəmkir), 
Xanlar, Lerik, Yardımlı,  İsmayıllı, Ağsu, Dəvəçi, Zəngilan və 
Abşeron rayonlarında  şərabçılıq sənayesi istehsalı üzrə aqrar 
birliklər, Cəlilabad, Tovuz, Şamaxı, Qazax və Füzuli 
rayonlarında isə aqrar-sənaye komplekslərindən ibarət olan 
sovxoz-zavodlar yaradıldı.  
Nəticədə, 1970-ci ildə respublikada 22,7 milyon dekalitr 
şərab, 526 min dekalitr konyak istehsal edildiyi halda, 1980-ci 
ildə şərab istehsalı 70,7 milyon dekalitrə, konyak istehsalı 1,16 
milyon dekalitrə çatmışdı. 70-80-ci illərdə Azərbaycanda 2 
milyon tonluq müasir tipli ilkin şərab emalı zavodları tikilib 
istifadəyə verilmişdi. Bakıda fəaliyyət gös-tərən 1 və 2 saylı 
şərab zavodları yenidən qurulmuş, istehsal edilən  şərabların 
növü isə 40-dan 60-a çatdırılmışdı.  
70-80-ci illərdə Azərbaycanda yeyinti və yüngül səna-
yenin digər sahələri də xeyli inkişaf etmişdi. Lakin 80-ci illərin 
ikinci yarısında keçmiş SSRİ-də gedən proseslər Azərbaycanda 
da bu sahənin inkişafına ağır zərbə vurmuşdu.  
 
 
3. 70-80-ci illərdə respublika iqtisadiyyatında kənd 
təsərrüfatının xüsusi çəkisinin artması 
 


XII mühazirə 
 
 
432
XX yüzilliyin 70-80-ci illərində respublikanın kənd 
təsərrüfatında  əsaslı dönüş yaranmış, bu sahəyə diqqət xeyli 
artmışdı.  
Respublika rəhbəri Heydər  Əliyevin təşəbbüsü ilə 
çağırılmış Azərbaycan KP MK-nın 1969-cu il avqust 
plenumunda iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd 
təsərrüfatında da yaranmış  vəziyyət ciddi təhlil edilmiş, 
geriliyin, nöqsanların səbəbləri aşkar edilmiş, mövcud vəziyyəti 
aradan qaldırmaq üçün yollar müəyyənləşdirilmiş, kompleks 
tədbirlər görülmüşdü.  
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
433
Azərbaycan SSR-də  kənd təsərrüfatının inkişafında Sov. 
İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci ilin iyulunda 
«Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını inkişaf 
etdirmək tədbirləri haqqında», 1975-ci ilin iyulunda qəbul 
etdiyi «Azərbaycan SSR-də  kənd təsərrüfatını daha da 
intensivləşdirmək tədbirləri haqqında», 1979-cu ilin fevralında 
qəbul etdiyi «Azərbaycan SSR-də  kənd təsərrüfatı istehsalını 
daha da ixtisaslaşdırmaq, üzümçülük və  şərabçılığı inkişaf 
etdirmək tədbirləri haqqında» qərarlar mühüm rol oynamışdı. 
Bu qərarlarda respublikada kənd təsərrüfatının vəziyyəti 
hərtərəfli təhlil olunmuş, onun inkişaf perspektivləri 
müəyyənləşdirilmiş,  əkinçilik və heyvandarlığın inkişafında 
mövcud olan nöqsanların aradan qaldırılması üçün tədbirlər 
planı hazırlanmış, kənd təsərrüfatının dinamik inkişafını təmin 
etmək məqsədilə intensivləşmənin tətbiqinə  əsaslı  vəsait 
qoyuluşunun artırılmasına xüsusi diqqət verilmişdi.  
70-ci illərdə  və 80-ci illərin birinci yarısında respublika 
rəhbəri Heydər  Əliyevin fədakar  əməyi nəticəsində 
respublikanın iqtisadiyyatında kənd təsərrüfatıınn xüsusi çəkisi 
artmış, kənd təsərrüfatında, o cümlədən bitkiçilikdə, 
tərəvəzçilikdə, bostançılıqda, əkinçilikdə, heyvandarlıqda uzun 
sürən geriliyə son qoyulmuş, kənd təsərrüfatının bütün 
sahələrində dinamik inkişafa nail olunmuş, həmçinin bu 
sahənin gələcək illərdə daha intensiv inkişafı üçün möhkəm 
bünövrə qoyulmuşdu.  
1969-1979-cu illərdə respublikanın kənd təsərrüfatında 
çox böyük irəliləyişlər baş vermişdi. Bu illərdə taxıl istehsalı 
2,1 dəfə, pambıq istehsalı 2,5 dəfə, üzüm istehsalı 3,8 dəfə, 
tərəvəz istehsalı 2,4 dəfə, tütün istehsalı 2,1 dəfə, çay istehsalı 
2,1 dəfə artmışdı.  
Heydər  Əliyevin prinsipial rəhbərliyi və  iş  təcrübəsi 
əsasında 1969-1982-ci illərdə  İttifaq üzrə  kənd təsərrüfatının 
ümumi məhsulunun 1,5-1,7 faizi respublikamızın payına 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə