Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə118/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   114   115   116   117   118   119   120   121   ...   137

XII mühazirə 
 
 
462
uyğunlaşdırılmışdı. Azərbaycanda 1946-1960-cı illərdə 90-a 
yaxın qəzet, 29 jurnal və digər mətbuat orqanları  fəaliyyət 
göstərirdi. «Kirpi» jurnalı (1952), «Bakı» (1958), «Baku» 
axşam qəzetləri, «Pioner» (1946), «Göyərçin» (1958), «Elm və 
həyat» (1961), «Ulduz» (1967), «Qobustan» (1969) jurnalları 
40-60-cı illərdə nəşr olunmağa başlamışdır. 
Ümumiyyətlə, 1989-1991-ci illərdə Azərbaycanda 168 
qəzet, 91 adda jurnal və digər dövri nəşrlər çap olunurdu. 
1946-80-ci illərdə Azərbaycanda kitab nəşri də xeyli 
inkişaf etmişdi. 1988-ci ildə 1349 adda kitab və kitabça, mo-
noqrafiya nəşr olunmuşdu. Dərsliklərin, dərs vəsaitlərinin 
çapına diqqət xeyli artırılmışdı. On iki cildlik «Azərbaycan 
Sovet Ensiklopediyası», üç cildlik «Uşaq ensiklopediyası»da 
70-80-ci illərdə nəşr olunmuşdu. 
Bu illərdə Azərbaycanda klassik şair və yazıçıların 
əsərləri külliyyatı, 20 cildlik klassik Azərbaycan  ədəbiyyatı 
kitabxanası, 50 cildlik dünya uşaq  ədəbiyyatı kitabxanası, 
«Azərbaycan nağılları» və digər dəyərli  əsərlər işıq üzü 
görmüşdü. 
XX yüzilliyin 70-80-ci illərində Azərbaycan  ədəbiyyatı 
sosialist ideyalarının, kommunist ideologiyasının tələblərinə 
uyğun olaraq inkişaf etsə  də,  ədəbiyyatda tənqidi realizm də 
mövcud idi. 
Müharibədən sonrakı dövrdə  də  ədəbiyyatda sosializm 
realizmi, partiyalılıq-xəlqilik prinsipləri davam etməkdə idi. 
 
Ədəbiyyat 
1.
 
H.Ə.Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981 
2.
 
H.Ə.Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. 
«Respublika» qəz., Bakı: 30 dekabr 2000 
3.
 
İ.H.Əliyev. «Heydər  Əliyev və Azərbaycanın kənd təsərrüfatı». 
Bakı: 1997 
4.
 
Azərbaycanın iqtisadiyyatı. Bakı: 1988 
5.
 
Dulayeva H.T. Azərbaycan SSR-in kənd təsərrüfatı 60-80-ci 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
463
illərdə. 
6.
 
Zeynalov  İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci 
illərdə). Bakı: 1996 
7.
 
Zeynalov  İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II 
yarısında. Bakı: Azərnəşr, 2004 
8.
 
Hüseynova  İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: 
2004 
9.
 
XX əsr Azərbaycan tarixi. Bakı: 2004 
10.
 
Azərbaycan tarixi. 7 cilddə, VII c., Bakı: Elm, 2000 
 


XIII mühazirə 
 
 
462
Dos. A.Ə.Rzayev,  
dos. N.Z.Məmmədov,  
dos. R.G.Həsənov,  
b/m. V.R.Nəbiyev 
 
XIII. MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ 
YARANMASI, ONUN DAXİLİ VƏ  
XARİCİ SİYASƏTİ 
 
1.
 
Sovet İttifaqının dağılması və onun səbəbləri 
2.
 
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan 
edilməsi.  İctimai-iqtisadi və  hərbi-siyasi vəziyyət (1991-
1993-cü illər) 
3.
 
Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası 
4.
 
 Azərbaycanın iqtisadi, siyasi və  mədəni həyatında yeni 
mərhələnin başlanması (2003-200
8
-cı illər) 
 
 
1. Sovet İttifaqının dağılması və onun səbəbləri 
 
Yer kürəsinin ən böyük dövlətinin – Sovet Sosialist Res-
publikaları  İttifaqının dağılması XX əsrin sonlarında bəşər 
tarixinin ən mühüm hadisələrindən biri idi. Çox yüksək sənaye 
istehsalı sürətinə, güclü iqtisadiyyata, ABŞ-ın hərbi-texniki po-
tensialı ilə  uğurla rəqabət aparan nəhəng hərbi-sənaye 
kompleksinə malik olan SSRİ kimi nəhəng imperiya dövləti 
niyə dağıldı? 
SSRİ-nin dağılması ilə bağlı hadisələr müasir 
tədqiqatçılar tərəfindən olduqca ziddiyyətli 
şəkildə 
qiymətləndirilir. Eyni zamanda, artıq bu gün bizim keçilmiş 
yolu ətraflı şəkildə təhlil etmək, o zaman gözlərimiz qarşısında, 
bizim fəal, yaxud passiv iştirakımızla sürətlə inkişaf edən 
proseslərə aid müxtəlif nəzər-nöqtələrini müqayisə etmək im-
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
463
kanımız var. 
Sovet  İttifaqının dağılması  və  məhvinin səbəblərinin 
izahı, sanki tamamilə aydındır: sosialist nəhəngi,  əslində, gil 
ayaqlar üzərində dayanmışdı. bununla belə, zahirən qüdrətli 
görünən bir dövlətin XX əsrin 80-ci illərinin axırlarında belə bir 
duruma düşməsinin səbəblərini anlamaq o qədər də asan dey-
ildir. 
Dərhal bir haşiyə çıxaq: SSRİ-nin sürətli aqoniyası möv-
cudluğunun son onilliyində Sovet dövlətinin həyatının bütün 
sahələrini – iqtisadiyyatı, siyasəti, o cümlədən milli, sosial-
mədəni və  mənəvi həyatını bürümüş kompleks və çoxsahəli 
böhran baxımından geniş izah olunandır. 
XX  əsrin 80-ci illərinin ortalarında SSRİ-də partiya-
dövlət rəhbərliynin təşəbbüsü ilə ölkənin iqtisadi əsaslarının, 
siyasi quruluşunun və  mənəvi mühitinin yeniləşdirilməsi 
prosesi başlandı. 
Başlanğıcını Sov.İKP MK-nın aprel (1985) Plenumunun 
qoyduğu bu proses yenidənqurma adlandırıldı. Sov.İKP-yə 
1985-ci ilin yazından rəhbərlik etməyə başlayan M.S.Qorba-
çovun fikrincə, xalqın və partiyanın maraqları sosializmdə 
stalinizm və durğunluq dövrlərində meydana çıxan  əyintilərin 
aradan qaldırılmasını, Leninin nüfuzunun, inqilabi, sosialist 
dəyərlərə hörmətin bərpasını  tələb edirdi. Onun fikrincə, 
yenidənqurma siyasəti «sosializmi yaxşılaşdırmalı» idi. 
Bir çox tarixçilərin fikrincə, yenidənqurma aşağıdakılara 
nail olmalı idi: 

 
 iqtisadi özünütənzimləmə sistemini mərkəzləşdirilmiş plan-
laşdırmanın işin öhdəsindən gələ bilmədiyi yerlərə, dövlət 
və onun rəhbərliyi üçün ikinci dərəcəli  əhəmiyyətə malik 
sahələrə daxil etməklə,  əsas strateji vəzifələrin həlli üçün 
lazım olan quvvə və vaxt əldə etmək; 

 
bunun üçün ideologiyanı iqtisadiyyat və sağlam düşüncə ilə 
əhəmiyyətli dərəcədə sıxışdıraraq, şəxsi mülkiyyət, bazar və 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə