Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə119/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   115   116   117   118   119   120   121   122   ...   137

XIII mühazirə 
 
 
464
«sex sahiblərinin» - iqtisadiyyatın dövlət üçün təhlükəsiz 
olan və ilkin mərhələdə formalaşan bazarın təməlini təşkil 
edə bilən hissəsinin leqallaşdırılması; 

 
 cəmiyyət, iqtisadiyyat və dövlət arasında bütün əks əlaqələr 
sistemini  əhəmiyyətli dərəcədə  təkmilləşdirmək, həmçinin 
sonuncu ilə bağlı siyasi demokratiyaya imkan yaradaraq, 
senzuranın zəiflədilməsi, perspektivdə çoxpartiyalı sistemə 
imkan verilməsinə  və Sov.İKP-nin «partiya» kimi belə bir 
sistemə, yaxud onun mərkəzi hissəsinə çevrilməsi

 
bütün bunlardan ötrü Sov.İKP-nin cəmiyyətdəki rolu və 
yerini önəmli  şəkildə  zəiflətmək, onun gələcək 
iqtisadiyyatın bazar hissəsinə müdaxiləsi risqini minimuma 
endirmək; mahiyyət etibarilə, pariya aparatının mütləq 
hakimiyyətini məhdudlaşdırmaq; 

 
bütün sadalananlar partiyanın fundamentalist qanadının 
neytrallaşdırılması üzrə islahatların başlanması, bunun üçün 
isə siyasi-təbliğati və ideoloji durumun aradan qaldırılması 
lazım idi ki, bu da «daha çox sosializm» şüarı, ümumavropa 
evi və ümumbəşəri dəyərlər ideyaları ilə qismən 
(bütövlükdə alınmadı) əldə edildi. 
SSR  İttifaqının partiya-siyasi rəhbərliyi dəyişikliklərin 
əsas vasitəsi kimi, ölkənin sosial-iqtisadi inkişafının 
sürətləndirilməsini müəyyənləşdirmişdi. Sürətləndirmənin 
uğuru elm və texnikanın nailiyyətlərindən daha fəal istifadə, 
xalq təsərrüfatının idarə edilməsində mərkəzləşdirmənin aradan 
qaldırılması, müəssisələrin səlahiyyətlərinin genişləndirilməsi, 
təsərrüfat hesabının tətbiqi, istehsalatda qayda-qanun və 
intizamın möhkəmləndirilməsilə  əlaqələndirilirdi.  Əsas diqqət 
maşınqayırma sahələrinə yönəldilirdi. Onların dirçəldilməsilə 
bütün xalq təsərrüfatı kompleksinin texniki cəhətdən yenidən 
qurulmasına nail olmaq, islahatlar aparılmış iqtisadiyyat 
əsasında mühüm sosial məsələləri, ilk növbədə, mənzil və ərzaq 
məsələlərini həll etmək nəzərdə tutulurdu. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
465
İctimai-siyasi sahədə  dəyişikliklər aşkarlıq siyasətinin 
həyata keçirilməsilə başladı. Senzura çökdü və yeni qəzetlərin 
nəşrinə icazə verildi. Bu, əhalinin ixtiyari fəallığının böyük bir 
dalğasını doğurdu. Yenidənqurmanı müdafiə edən çoxsaylı 
ictimai birliklər meydana çıxdı. Sürətləndirmə ideyası əhalinin 
müxtəlif təbəqələri arasında həm razılıq, həm də etirazlarla 
qarşılandı. Yeni kursun əleyhdarlarına partiya-dövlət aparatı 
işçiləri arasında da rast gəlinirdi. Yenidənqurmanın vəzifələrinin 
reallaşdırılması üçün partiya və sovet rəhbərlərinin bir hissəsinin 
əvəzlənməsi həyata keçirildi. 
Sov.İKP-nin XXVII qurultayı (1986-cı ilin fevralı) ölkə 
rəhbərliyi tərəfindən başlanmış iqtisadiyyatda sürətləndirmə, 
siyasi qurumların işinin forma və metodlarının yeniləşməsi 
kursunun düzgünlüyünü təsdiq etdi. Əvvəllər olduğu kimi, bu 
kurs yenə  də sosialst cəmiyyətinin təkmilləşdirilməsi 
vəzifəsinin həllilə əlaqələndirilirdi. 
80-cı illərin sonlarında dəyişikliklər dövlət hakimiyyəti 
qurumlarına da şamil edildi. Bunun başlanğıcını XIX Ümum-
ittifaq partiya konfransı (1988-ci ilin iyulu) qoydu. Konfransda 
yenidənqurmanın tərəfdarları ilə  əleyhdarları arasında ölkənin 
inkişaf məsələsi və onun vəzifələrilə bağlı sərt ideya mübarizəsi 
başlandı. Nümayəndələrin çoxu M.S.Qorbaçovun iqtisadi 
islahatlara başlanması  və  cəmiyyətin siyasi sisteminin 
dəyişdirilməsi zərurəti barədə fikirlərini müdafiə edirdi. 
Konfrans ölkədə hüquqi dövlətin yaradılması kursunu təsdiq 
etdi. Onun formalaşdırılmasında  əsas rol siyasi islahatlara 
verilirdi. Siyasi islahatların mahiyyəti partiya orqanları  və 
sovetlərin səlahiyyətlərinin dəqiq bölüşdürülməsindən, 
hakimiyyətin kommunist partiyasından alınıb, sovetlərə 
verilməsindən ibarət idi. Bu qərarın həyata keçirilməsi 
cəmiyyətin yeni siyasi qurumlarının təsdiq olunmasından 
sonraya saxlanıldı. Yeni hakimiyyət orqanı – SSRİ xalq 
deputatlarının qurultayı  təsis edildi. Onun iştirakçılarından 


XIII mühazirə 
 
 
466
daimi fəaliyyət göstərən parlament olacaq Ali Sovet seçilirdi. 
Müttəfiq respublikalarda da müvafiq qurumlar yaradılırdı. 
Yenidənqurmanın ilk illərinin mövcud iqtisadi sistemə təsiri az 
oldu. 
İqtisadiyyatın ağır durumunun və orada hökm sürən 
sahibsizliyin göstəricilərindən biri 1986-cı ildə Çernobıl AES-dəki 
qəza oldu. Qəza barədə məlumat əhaliyə və dünya ictimaiyyətinə 
heç də  dərhal çatdırılmadı. Bu isə  fəlakətin nəticələrinin qlobal 
xarakter almasının səbəblərindən biri oldu. 
Çernobıl AES-dəki qəza iqtisadi islahat xəttinin qəbul 
edilməsini (1987-ci il) sürətləndirdi. Onun əsas istiqaməti in-
zibati-amirlikdən bazar iqtisadiyyatına keçiddən ibarət idi. 
Fərdi  əmək fəaliyyətinə  və bir sıra malların istehsalı üzrə 
kooperativlərin yaradılmasına icazə verildi. Müəssisələr plan-
dan  əlavə istehsal etdikləri məhsulu müstəqil satışa çıxarmaq 
imkanı  əldə etdi. Lakin iqtisadiyyatda bazar mexanizmlərinin 
olmaması bu müddəanın həyata keçirilməsi yolunda çətinliklər 
yaradırdı. 
İqtisadi islahatlar SSRİ-nin xalq təsərrüfatında vəziyyəti 
yaxşılaşdırmadı. 1989-1990-cı illərdə sənaye məhsullarının artım 
tepmləri kəskin şəkildə aşağı düşdü (bax: cədvəl 1). 
  
 Cədvəl 1 
Sənaye artımının sürəti 
(keçən illə müqayisədə %-lə) 
1985 
1986 1987 1988 1989 1990 
+3,4 +4,1 +3,8 +3,9 +1,7 +1,2 
 
Cədvəldə göstərilən rəqəmlər  əyani surətdə göstərir ki, 
80-cı illərin axırlarının sovet iqtisadiyyatı üçün təkcə 1990-
1991-ci illərdə artım sürətinin azalması  və istehsal 
obyektlərinin zəifləməsi yox, həm də milli sərvətlərin «yeməyə 
sərf edilməsi», dövlət büdcəsinin kəsirinin böyüməsi, işsizlik 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
467
səviyyəsinin artması (rəsmi məlumatlara  əsasən, 1990-cı ilin 
əvvəlində ölkə üzrə  işsizlərin sayı 6 mln. nəfərə çatmışdı) sə-
ciyyəvi idi. 
Qoznak  (pul kəsilməsinə cavabdeh olan idarə- red.) üç 
növbədə  işləyirdi, rublun bir neçə  qəpik real dəyəri qalmışdı, 
qızıl ehtiyatı yeyilib qurtarmışdı, idarəetmə çökmüşdü. 1991-ci 
ilin sonunda qızıl ehtiyatı son dərəcə  aşağı  səviyyəyə – 287,9 
tona (çar hökuməti iki il yarımlıq ağır müharibədən sonra 1917-
ci il islahatlarına qədər 1,3 min ton qızıl ehtiyatını qoruyub 
saxlamış və Müvəqqəti hökumətə təhvil vermişdi) qədər azaldı. 
Demokratikləşmə və aşkarlıq siyasəti, mətbuatda əvvəlki 
qadağa və məhdudiyyətlərin ləğvi Sovet dövləti və Sov.İKP-nin 
bütün institutlarının ünvanına yönəldilən tənqid dalğası yaratdı. 
Onlar isə nə cavab verməyə, nə də məsuliyyətə hazır deyildləri. 
Bu, rejimin legitimliyi barədə  şübhələrin sürətlə yayılmasına 
gətirib çıxardı. 1980-cı illərdə Sov.İKP rəhbərliyində olan 
şəxslərin böyük bir qismi onsuz da sosializm ideyalarının 
fanatlarından deyildi, bir çoxları isə Sov.İKP-nin və onun 
ideologiyasının dağılmasını özləri üçün şans hesab edirdi. 
Təkcə ehkamçılıq yox, həm də Sov.İKP kadrlarının önəmli 
hissəsinin çökməsi partiyanın müqavimət gücünü məhv etdi. 
80-cı illərin sonlarında Sovetlər ölkəsində marksizm-leninizmin 
ideoloji düstüturuna az adam inanırdı. Bu isə bütün zahiri 
qüdrətinə baxmayaraq, Sov.İKP-ni olduqca çətin vəziyyətə 
salırdı. Sadalanan amillərin məntiqi nəticəsi kimi, 1990-cı ilin 
martında SSRİ Konstitusiyasında Sov.İKP-nin cəmiyyətdə 
aparıcı rolu barədə 6-cı maddə ləğv edildi. Bu vaxt artıq ölkədə 
çoxlu siyasi partiya və liberal sosial-demokrat yönümlü 
təşkilatlar fəaliyyət göstərirdi. 
1980-cı illərin axırlarındakı demokratikləşmə  və  aşkarlıq 
Sovet İttifaqında milli problemlərin müzakirəsinə imkan yaratdı 
(halbuki  əvvəllər rəsmi ideologiya SSRİ-də milli problemlərin 
tam və birdəfəlik həll olunduğunu iddia edirdi; Sov.İKP MK 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə