Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə117/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

XII mühazirə 
 
 
458
1986/1987 
18 105.7 
155 77 
75.7 
 
Gündüz ümumtəhsil məktəblərinin sayı 
(dərs ilinin başlanğıcında) 
 
1970/71 1980/81 1985/86 1986/87 
Məktəblərin sayı 
4343 3973 4301 4317 
O cümlədən: 
İbtidai sinif məktəbləri 
1221 369  608  599 
Natamam orta məktəblər  1821 1577 1396 1363 
Orta məktəblər 
1287 2004 2274 2332 
Əlil uşaqlar üçün məktəblər 14 23 23 23 
Oxuyanların sayı (min nəfərlə) 1.356 1.422 1.347 1.320 
O cümlədən: 
İbtidai sinif məktəblərində 
66 9 12 11 
Natamam orta məktəblərdə 470 284 208 203 
Orta məktəblərdə 817 
1.122 
1.120 
1.100 
Əlil uşaqlar üçün məktəblərdə 
3 7 7 6 
Müəllimlərin sayı (min nəfərlə) 71  108  120  123 
 
Axşam ümumtəhsil məktəbləri 
 
1970/71 1980/81 1985/86 1986/87 
Məktəblərin sayı 
753 264 224 117 
Axşam və qiyabi məktəblərdə 
oxuyanların sayı (min nəfərlə) 
82  45 115 52 
O cümlədən: 9-11-ci siniflərdə 
oxuyanların sayı (min nəfərlə) 
63 150 103 49 
 
Müxtəlif təhsil ocaqlarında oxuyanların  
sayı (min nəfərlə) 
 
1960/61 1970/71 1980/81 1985/86 1986/87 
Cəmi təhsil 
alanlar  878  1808 2361 2342 2271 
O cümlədən: 
Ümumtəhsil 
məktəblərində  
725  1438 1567 1462 1372 
Gündüz 
məktəblərində 
673  1356 1422 1347 1320 
Axşam və qiyabi 
məktəblərdə 
52 82 145 115 52 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
459
Texniki-peşə 
məktəblərində 
9 46 101 
116 
116 
Orta ixtisas 
məktəblərində 
27 71 79 76 76 
Ali məktəblərdə  36  100 107 106 106 
 
Elmi işçilərin sayı (ilin sonu üçün: adam) 
 
1960 1970 1980 1985 1986 
Cəmi elmi işçilər (ali 
məktəblərin elmi-pedaqoji 
mütəxəssisləri daxil olmaqla) 
7226 17082 21993 23182 23060 
O cümlədən: 
Elmlər namizədi  
189 655  907  975 9642 
Elmlər 
doktoru 
1983 5346 5186 9356 1019 
Akademiklər, həqiqi üzvlər, 
müxbir üzvlər, professorlar  
204 506 708 757 834 
Dosentlər 
743 1141 2174 2758 2795 
Baş elmi işçilər 
774 1197 1515 1743 1853 
Kiçik elmi işçilər 
682 2042 2323 2069 1756 
 
Cədvəllər üzrə verilmiş statistik rəqəmlərdən aydın gör-
mək olur ki, 70-ci illər və 80-ci illərin birinci yarısında elmi-
texniki tərəqqinin təsiri altında ümumi orta ixtisas və ali təhsil 
sistemləri  şəbəkəsi xeyli genişlənmiş,  əhalinin ümumtəhsil 
hazırlığı, ali və orta ixtisas təhsili səviyyəsi  əhəmiyyətli 
dərəcədə yüksəlmiş, elmi biliklərə yiyələnmə kütləvi xarakter 
almışdı. 
Bütün respublikada hamılıqla orta təhsilə keçilməsi başa 
çatdırılmışdı. 
1976-1980-ci illlərdə xalq təsərrüfatı üçün 189,8 min 
nəfər ali və orta ixtisas təhsilli mütəxəssis hazırlanmışdı. Qeyd 
olunan vaxtda 3.863 gənc  İttifaqın müxtəlif ali məktəblərinə 
təhsil almağa göndərilmişdi ki, bu da 1971-1974-cü illərdəkinə 
nisbətən 25 dəfə çox idi. Elmi işçilərin sayı da xeyli artaraq, 
2,14 mindən 21,9 minə qalxmış, 1985-ci ildə isə onların sayı 
23182 nəfər olmuşdu. 


XII mühazirə 
 
 
460
Səhiyyə. Müasir dövrün ən qlobal problemlərindən biri də 
əhalinin sağlamlığının qorunmasıdır. Bu istiqamətdə 70-80-ci 
illərdə respublikada səhiyyənin,  əhaliyə tibbi xidmətin 
yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür. 
Respublika Nazirlər Sovetində 1977-ci il 22 sentyabr-da 
«Xalq səhiyyəsini daha da yaxşılaşdırmaq tədbirləri haqqında», 
1982-ci il 18 avqustda «Əhalinin sağlamlığının qorunmasının 
yaxşılaşdırılması sahəsində  təxirəsalınmaz tədbirlər haqqında» 
və digər məsələlər müzakirə edilmiş  və  səhiyyənin, tibbi 
xidmətin inkişafına təsir edən qərarlar qəbul olunmuşdur. Daha 
sonra Səhiyyə Nazirliyinin işində olan nöqsanların aradan 
qaldırılması ilə bağlı 1979-cu ilin iyununda Azərbaycan KP 
MK-nın bürosunda məsələ müzakirə edilmişdir. Bütün bunlar 
səhiyyənin inkişafında əhəmiyyətli rol oynamışdır. 
XX  əsrin 70-80-ci illərində respublika səhiyyəsinin 
inkişafını əks etdirən vəziyyət aşağıdakı cədvəldə verilmişdir. 
 
 
 
1970 1980 1985 1986 

2 3 4 5 
1. Bütün ixtisaslar üzrə həkimlərin sayı (min 
nəfərlə) 
13,1 20,7 25,3 26,2 
2. Əhalinin hər 10000 nəfərinə düşən 
həkimlərin sayı (ali təhsilli) 
25  33,4 37,8 38,4 
3. Orta təhsilli tibb işçilərinin sayı  
(min nəfərlə) 
39,7 52,2 62,1 63,7 
4.  Əhalinin hər 10000 nəfərinə düşən orta 
təhsilli işçilərin sayı 
76,1 84,3 92,5 93,5 
5. Xəstəxanaların sayı 
779 756 743 747 
6. Xəstəxana çarpayılarının sayı  
(min ədədlə) 
48,8 60,6 65,9 66,5 
7. Hər 1000 nəfərə düşən çarpayının sayı 
93,4 96,8 98,3 97,7 
8. Qadın məsləhətxanalarının, poliklinikaların 
və ambulatoriyaların sayı 
313  651 1093 972 
 
Cədvəldə verilmiş rəqəmlər göstərir ki, 1970-1980-ci illərdə 
respublikada  əhaliyə tibbi xidməti yaxşılaşdırmaq üçün səhiyyə 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
461
xeyli iş görmüşdü. Respublikanın  şəhər və  kəndlərində müalicə-
profilaktika müəssisələrinin, elmi-praktik mərkəzlərin  şəbəkəsi 
genişlənmiş, çoxlu miqdarda yeni xəstəxanalar, poliklinikalar, 
qadın məsləhətxanaları  və ambulatoriyalar tikilib istifadəyə 
verilmişdi. Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin, orta 
tibb işçilərinin, çarpayıların sayı artmışdı. 
70-ci və 80-ci illərdə bir çox xəstəxana kompleksləri, 
dispanserlər, sağlamlıq ocaqları salınmış, ən yeni avadanlıq və 
tibb texnikası ilə  təchiz edilmiş bir sıra ixtisaslaşdırılmış 
mərkəzlər yaradılmışdı. 
Din. Sovet imperiyası dövründə dinə münasibət kəskin 
xarakter daşıyırdı. Xüsusilə, islam dini sıxışdırılırdı. Xalqın dini-
mənəvi  ənənələri özgələşdirilirdi. Dini bayram və  mərasimlər 
qadağan edilmişdi. Ateizmin inkişafına diqqət artırılmışdı. Lakin 
bütün bunlara baxmayaraq, əhali gizli də olsa, öz dini adət və 
ənənələrini qoruyub saxlamağa çalışırdı. Novruz bayramının 
keçirilməsinə rəsmi icazə verilmirdi. 
Respublikada yüzdən çox müqəddəs pir və ocaq var idi. 
70-ci illərdə Azərbaycanda dini birliklərin sayı xeyli 
artmışdı. Onların əksəriyyəti gizli fəaliyyət göstərirdi. 
Orta və ali məktəblərdə dinin tədrisi birtərəfli xarakter 
daşıyırdı. O, tənqid olunur, ateizmin tədrisinə və təbliğinə geniş 
yer verilirdi. Dini birlikləri nəzarətdə saxlamaq üçün 
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1976-cı ildə 
«Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul 
etmişdi. 
Dini birliklərin çoxu sonralar rəsmi məscidlərə çevrildi. 
Dinin, o cümlədən islamın inkişafına yalnız Azərbaycan 
müstəqillik əldə etdikdən sonra şərait yaradıldı. 
Kütləvi informasiya vasitələri və  ədəbiyyat. Sovetlər 
dövründə kütləvi informasiya vasitələri, o cümlədən dövri 
ədəbiyyat və mətbuat üzərində ciddi nəzarət həyata keçirilirdi. 
Bu sahələrin inkişafı kommunist ideologiyasının tələblərinə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə