Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə115/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   111   112   113   114   115   116   117   118   ...   137

XII mühazirə 
 
 
450
Heyvandarlığın inkişafı sahəsində qazanılmış 
nailiyyətlərin nə  dərəcədə böyük ictimai-iqtisadi və siyasi 
əhəmiyyətə malik olduğunu daha ətraflı, dolğun təsəvvür etmək 
üçün, qısaca da olsa, 70-ci illərə  qədərki on illik dövrdə 
respublikamızda kənd təsərrüaftının bu mühüm sahəsinin – 
heyvandarlığın inkişaf səviyyəsinə nəzər yetirək: 1959-1965-ci 
illərdə kolxozlarda, təsərrüfatlararası müəssisələrdə, 
sovxozlarda və digər dövlət təsərrüfatlarında heyvandarlıq 
məhsullarının orta illik istehsalı 169,2 milyon manata, 1966-1970-
ci illərdə isə 175,5 milyon manata bərabər idi. Həmçinin, 
heyvandarlığın məhsuldarlıq göstəriciləri çox aşağı idi. 1969-cu 
ildə kolxoz və sovxozlarda hər inək və camışdan cəmi 677 kq 
süd sağılmış, hər yumurtlayan toyuqdan 92 yumurta alınmışdı. 
Dövlətə satılmış hər baş qaramalın orta diri çəkisi cəmi 209 kq 
idi. Hər 100 doğar inəkdən 49 buzov, hər 100 ana qoyundan 43 
quzu alınmışdı.  
Respublikada ictimai heyvandarlığın sonrakı illərdə 
inkişaf prinsipləri keçmiş Sov. İKP MK-nın və SSRİ Nazirlər 
Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha 
da intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il iyulun 9-da 
qəbul etdiyi qərarda öz əksini tapmışdır. Bu qərar respublikanın 
mərkəzi və yerli idarəetmə orqanlarında geniş şəkildə müzakirə 
edildi. Müəyyən olundu ki, hələ  də bir çox heyvandarlıq 
təsərrüfatlarında ciddi nöqsanlar qalmaqdadır. 
Süründürməçilik, rəqəmlərin  şişirdilməsi, saxta sənədləşmə  və 
s. heyvandarlıq təsərrüfatında tam ləğv edilməmişdi. 
1979-cu ildə respublikanın heyvandarlıq təsərrüfatları 136 
min ton ət, 768 min ton süd, 690,4 milyon ədəd yumurta 
istehsal etmişdi. 1975-ci ilə nisbətən 1980-ci ildə süd istehsalı -
31%, ət - 14%, yumurta - 26% və yun - 21% artmışdı.  
1980-ci ildə dövlətə 121,2 min ton mal-qara və quş  əti, 
326,1 min ton süd, 278,4 milyon yumurta, 11,8 min ton yun 
tədarük edilmişdi. Heyvandarlığın inkişafı ilə bağlı 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
451
materialların və  sənədlərin təhlili göstərir ki, kolxoz və 
sovxozlarda 1980-ci ildə 10 il əvvəldəkinə nisbətən 1,5-3 dəfə 
çox heyvandarlıq məhsulu istehsal edilmişdi.  
70-ci illərin ikinci yarısında respublikada heyvandarlıq 
məhsulları istehsalı 641 milyon manata, ictimai təsərrüfatlarda 
isə 286 milyon manata çatmışdı ki, bu da 1966-1970-ci illər 
üzrə müvafiq göstəricilərdən 203 və 110,4 milyon manat çox 
idi. 1976-1980-ci illərdə isə  kənd təsərrüfatı müəssisələrində 
heyvandarlıq məhsulları istehsalının 1971-1975-ci illərə 
nisbətən mütləq artımı 65 milyon manat olmuşdu ki, bu da 
1959-1970-ci illərdəki müvafiq göstəricidən 10 dəfə çox idi.  
Görülmüş tədbirlər nəticəsində, 1976-1980-ci illərdə res-
publikamızda heyvandarlıq məhsullarının tədarükü də yax-
şılaşmış, məsələn, mal-qara və quş əti tədarükü 14%, yumurta 
tədarükü 26%, süd tədarükü 31%, yun tədarükü 21% artmışdı.  
80-ci illərdə zoobaytarlıq xidmətinin aşağı  səviyyədə 
olması, mal-qara üçün bina və tövlə təminatının pis olması kimi 
nöqsanlar və  çətinliklər də mövcud idi. Belə nöqsanlar 
Yardımlı, Zərdab, Sabirabad, Ucar, Göyçay rayonlarının 
heyvandarlıq təsərrüfatlarında daha dözülməz vəziyyət  əmələ 
gətirmişdi.  
80-ci illərdə respublikada heyvandarlığın inkişafı ilə bağlı 
bir sıra mühüm qərarlar qəbul edilmişdi. 1981-ci ilin martında 
«Heyvandarlıq məhsullarının istehsalının artırılması, dövlətə 
satılması  və yem bazasının möhkəmləndirilməsi sahəsində 
Abşeron,  Şəki, Xanlar, Beyləqan və  İsmayıllı rayonlarının 
heyvandarlarının təşəbbüsü haqqında», 1981-ci ilin iyununda 
«Sov.  İKP XXVI qurultayının tələbləri ilə  əlaqədar ictimai 
heyvandarlığın inkişafı sahəsində Abşeron və Balakən 
rayonlarının partiya təşkilatlarının işi haqqında» Azərbaycan KP 
MK və Respublika Nazirlər Sovetinin qəbul etdiyi qərarlar 
Azərbaycanda heyvandarlığın inkişafı sahəsində  təsərrüfat 
orqanlarının fəaliyyətinin güclənməsinə səbəb olmuşdu.  


XII mühazirə 
 
 
452
Heyvandarlığın intensiv inkişafını  təmin etmək üçün 
möhkəm yem bazasının yaradılmasına xüsusi əhəmiyyət verən 
Şamaxı heyvandarları yem bitkiləri 
əkinlərini 
genişləndirmişdilər. Rayonda tez-tez heyvandarların 
müşavirələri keçirilirdi. Müşavirələrdə bu sahənin problemləri 
ciddi  şəkildə müzakirə edilir, nöqsanları aradan qaldırmağın 
yolları müəyyənləşdirilirdi. 1983-1984-ci illərdə rayonun 27 
təsərrüfatında 21 yem sexi istifadəyə verilmişdi.  
Sənaye prinsipləri 
əsasında heyvandarlığın 
mexanikləşdirilməsi sahəsində Qazax, Şəmkir, Saatlı, Bərdə 
rayonlarının təsərrüfatlarında müsbət iş  təcrübəsi  əldə 
edilmişdi. 1984-cü ilin dekabrında keçirilmiş rayon 
heyvandarlarının iclasında qeyd edilmişdi ki, rayonun 
heyvandarlıq təsərrüfatlarında mal-qaranın cinsləşdirilməsi 
40%-ə çatdırılmış, bir yem zavodu istifadəyə verilmişdir, 10 
yem sexi tikilmiş, əl əməyi mexanikləşdirilmişdir.  
80-ci illərdə  əvvəlki illərlə müqayisədə respublikada 
heyvandarlığın intensiv inkişafı, mexanikləşdirilməsi, möhkəm 
yem bazasının yaradılması, fermalarda maddi-texniki bazanın 
möhkəmləndirilməsi nəticəsində, heyvandarlıq məhsullarının 
istehsalı xeyli artmışdı.  
80-ci illərin birinci yarısında – 1982-ci ildə qəbul edilmiş 
ərzaq proqramının heyvandarlıq məhsulları istehsalına və 
tədarükünə dair tapşırıqlar, əsasən, yerinə yetirilmişdi. Ət, süd, 
yun, yumurta istehsalı xeyli inkişaf etmişdi. Quşçuluqda 
yumurta və ət istehsal edən iri komplekslər yaradılmışdır. Quş 
əti satışı 1985-ci ildə 20,4 min ton olmuşdu ki, bu da 1980-ci 
ildəkindən dörd dəfə çox idi. Keçmiş DQMV, Abşeron, 
Ağdam, Xaçmaz, Saatlı,  Şamaxı,  Şəki,  İmişli, Qazax 
rayonlarının təsərrüfatları respublikada heyvandarlıq 
problemlərinin həllinə xeyli kömək göstərmişdi.  
Lakin heyvandarlıq məhsullarının inkişaf dinamikasında 
80-ci illərin ortalarında yalnız yun istehsalı azalmağa 
Azərbaycan SSR XX yüzilliyin 
70-80-ci illərində 
 
453
başlamışdı. 80-ci illərin sonlarına yaxın isə heyvandarlıq 
məhsullarının digər sahələrində  də istehsal aşağı düşməyə 
başlamışdı.  
1975-1985-ci illərdə respublikada yaradılmış 150-dən çox 
heyvandarlıq kompleksinin gücündən süd istehsalında cəmi 
40%, ət istehsalında 50% istifadə olunmuşdu.  
Azərbaycan KP MK-nın iyun (1984-cü il) plenumunda 
kənd təsərrüfatı  məsələlərinə dair respublika partiya-təsərrüfat 
fəalları  yığıncağında heyvandarlığın idarə edilməsində ciddi 
nöqsanlar olduğu göstərilmişdi.  
80-ci illərin sonuna yaxın bir sıra obyektiv və subyektiv 
səbəblərdən heyvandarlığın inkişafında yaranmış problemləri 
və çətinlikləri həll etmək mümkün olmadı.  
 
4. Sosial-mədəni quruculuq 
 
Respublikanın iqtisadi inkişafı  əhalinin sosial-mədəni 
həyatını və onların maddi rifah vəziyyətini müəyyən edirdi.  
70-80-ci illərdə bu sahədə əsaslı dönüş başlamışdı. 1989-
cu il siyahıyaalınmasına görə, respublikada 7,1 milyon əhali 
yaşayırdı. 
Əhali. 70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafı 
əhalinin sosial strukturunda ciddi dəyişikliklərə,  əhalinin 
sayının artmasına səbəb oldu. 
1970-1988-ci illərdə Azərbaycan  əhalisinin artım 
dinamikası aşağıdakı cədvəldə öz əksini tapmışdır: 
 
İllər 
Əhalinin sayı (min) 
Şəhər əhalisi Kənd əhalisi 
1970 
5117 2564 
2553 
1971 
5227 2632 
2595 
1972 
5339 2707 
2632 
1973 
5444 277 
2667 
1974 
5544 2854 
2690 
1975 
5644 2921 
2728 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə