Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə122/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   118   119   120   121   122   123   124   125   ...   137

XIII mühazirə 
 
 
476
münasibətləri ilə möhkəm surətdə  əlaqədardır. Müstəqil 
Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişaf 
etdirilməsi, uğurlu xarici siyasi, iqtisadi və  mədəni  əlaqələrin 
yaradılması, respublikanın beynəlxalq nüfuzunun genişlən-
dirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli kimi məsələlər 
bu vəzifələrdən idi. Müstəqil dövlətimizin mövcudluğuna 
təminat verən həmin vəzifələrin öhdəsindən gəlmək üçün 
respublika rəhbərliyindən yüksək peşəkarlıq və böyük təcrübə 
tələb olunurdu.  
«Azərbaycan Respublikasının dövlət müstəqilliyi 
haqqında Konstitusiya aktı»nın qəbul olunmasından keçən son-
rakı dövrü şərti olaraq üç mərhələyə ayırmaq olar: 1) 1991-ci 
ilin oktyabrından 1992-ci ilin iyununadək olan dövr – müs-
təqilliyin ilk illəri; 2) 1992-ci ilin iyunundan 1993-cü ilin 
iyununadək olan dövr – Azərbaycan Xalq Cəbhəsinin hakimiy-
yəti dövrü; 3) 1993-cü ilin iyunundan bu günədək olan dövr – 
böyük dövlət xadimi Heydər  Əliyevin ''böyük siyasət''ə qa-
yıdışı, Azərbaycana rəhbərliyi və prezident İlham  Əliyev 
tərəfindən bu kursun davam və inkişaf etdirilməsi mərhələsi.  
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa 
edilməsi nə  qədər çətin  şəraitdə mümkün olmuşdursa, yeni 
dövlətin xarici siyasət doktrinasını hazırlamaq bir o qədər 
mürəkkəb, məsuliyyətli və  çətin məsələlərdən idi. Qeyd etmək 
lazımdır ki, nə 1991-1992-ci illərdə, nə  də 1992-1993-cü illər 
AXC hakimiyyəti dövründə milli xarici siyasət konsepsiyasının 
hazırlanması  məsələsi özünün müsbət həllini tapa bilmədi. 
Milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişaf 
etdirilməsində böyük tarixi əhəmiyyətə malik olan xarici 
siyasət proqramının elmi cəhətdən  əsaslandırılmış bütöv bir 
konsepsiyasının hazırlanması və onun ayrı-ayrı istiqamətlərinin 
müəyyənləşdirilməsi vəzifəsinin öhdəsindən yalnız və yalnız 
müdrik siyasətçi Heydər  Əliyev gələ bilərdi və  gəldi. Tarix 
bunu sübut etdi.  
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
477
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa et-
dikdən sonra uzun müddət xarici siyasət proqramını  və onun 
istiqamətlərini qura bilmədi. Bunun obyektiv və subyektiv 
səbəbləri vardır. Məlumdur ki, Azərbaycan uzun müddət çar 
Rusiyasının, sonra isə SSRİ-nin təsiri altında olduğundan 
özünün müstəqil xarici siyasət proqramı olmamış və bu mühüm 
dövlət xətti Mərkəz tərəfindən idarə edilmişdi. Azərbaycanın 
xarici siyasəti formal xarakter daşıyırdı  və Moskvanın 
maraqlarına uyğun formada «yuxarıdan» istiqamətləndirilirdi. 
Buna görə  də ikitərəfli və çoxtərəfli  əməkdaşlığa dair xarici 
siyasət məsələlərini hazırlamaq ilk vaxtlar çətin idi. Xüsusilə, 
milli kadrların və  təcrübəli mütəxəssislərin olmaması bu işi 
daha da çətinləşdirirdi. Bundan başqa, müstəqillik qazandıqdan 
sonra Azərbaycanın geniş miqyaslı xarici siyasət fəaliyyəti bir 
çox çətinliklərlə qarşılaşırdı. Bunlardan birincisi, idarə 
aparatının, müvafiq təcrübəyə malik kadrların olmaması; 
ikincisi, Azərbaycanın Ermənistan tərəfindən müharibəyə cəlb 
edilməsi ilə  əlaqədar səy və qüvvələrin məhz bu işə  cəlb 
edilməsi;  üçüncüsü, xarici siyasət idarəsinə  rəhbərlik edən 
adamların naşılığı, işi dərindən bilməməsi, dövlətçilik işində 
səriştəsizliyi;  dördüncüsü, iyirminci yüzilliyin sonlarında 
bəşəriyyətin siyasi həyatında baş verən qlobal dəyişikliklərdən 
düzgün məntiqi nəticələr çıxarılmaması; beşincisi, diplomatiya 
və dövlətçilik sahəsində böyük təcrübəyə malik olan Heydər 
Əliyevin respublika rəhbərliyindən uzaqlaşdırılması;  altıncısı, 
Sovet  İttifaqının çökməsi ilə  əlaqədər mərkəzdənqaçma 
meyllərinin pərakəndə formada güclənməsi;  yeddincisi, Qordi 
düyünü kimi, mürəkkəb bir problemə çevrilmiş Qarabağ 
probleminin kəskinləşməsi və diqqətin daha çox bu problemə 
yönəldilməsi; səkkizincisi, konkret xarici siyasət doktrinasının 
hazırlana bilməməsi və i.a. Bütün bu səbəblər və digər amillər 
nəticəsində 1991-ci ildən – müstəqilliyimiz qazanılan gündən 
1993-cü ilin iyununa qədər dövlətimizin xarici siysət 


XIII mühazirə 
 
 
478
konsepsiyasında istənilən nəticələr alınmadı  və ciddi 
nöqsanlara yol verildi. Ona görə ki, müstəqilliyimizin ilk 
illərində Azərbaycanın bəzi rəsmi rəhbərlərinin məsuliyyətsiz 
və düşüncəsiz bəyanatları ölkəmizin regional və dövlətlərarası 
münasibətəlrinə ciddi zərbə vurmuş, beynəlxalq nüfuzuna xeyli 
təsir etmişdi. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 
möhkəmləndirilməsi və güclü xarici siyasət aparmasının mü-
vəffəqiyyəti onun dünya birliyi ölkələri tərəfindən 
tanınmasından, diplomatik münasibətlər qurulmasından daha 
çox asılı idi.  
Doğrudur, dövlət müstəqilliyinin elan edilməsindən keçən 
iki il ərzində xarici siyasət sahəsində müəyyən uğurlar 
qazanılmışdı, ancaq dövlətimizin möhkəmləndirilməsi üçün 
bunlar kifayət edə bilməzdi. Belə ki, 1991-ci ildə Azərbaycan 
Respublikası  İslam Konfransı  Təşkilatına üzv qəbul olunmuş 
və BMT Təhlükəsizlik  Şurasının 1992-ci il 14 fevral tarixli 
müvafiq tövsiyyəsilə və bu təşkilata üzv qəbul olunmaq barədə 
Azərbaycan Respublikasının ərizəsinə baxıldıqdan sonra BMT 
Baş  Məclisi 1992-ci il martın 2-də özünün 46-cı sessiyasının 
82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş 
Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul 
etmişdi. 112 dövlətin adından irəli sürülmüş bu qətnaməyə 
BMT-nin bütün üzvləri yekdilliklə səs vermişdilər. Həmin ilin 
mart ayının 4-də Almaniya bundestaqının, başda Hans Yozef 
Fokel olmaqla sosial-demokrat deputatlarından ibarət 
nümayəndə heyətinin Azərbaycana səfəri müsbət addım idi. 
Səfər zamanı iki ölkə arasında diplomatik əlaqələrin 
yaradılması  və  səfirliklərin açılması  məsələləri müzakirə 
olunmuşdur.  
1991-1993-cü illərdə Azərbaycanın xarici siyasətində çox 
ciddi və bağışlanılmaz səhvlərə yol verilmişdi. Belə ki, 
xalqımızın milli mənafelərinə xidmət edən, müstəqil dövlətçi-
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
479
liyimizin və  ərazi bütövlüyümüzün qorunmasına, təhlükəsiz 
həyat  şəraitinə  təminat verən xarici siyasət doktrinası 
yaradılmamış, dövlətimizin xarici siyasəti diplomatiyadan uzaq 
diletantlara tapşırılmış, qonşu dövlətlərlə, xüsusilə, Rusiya ilə 
normal münasibətlər qurulmamış, yaxın və uzaq xarici 
ölkələrdə  səfirliklərin açılması yubadılmış  və respublikamızın 
kütləvi informasiya vasitələri informasiya blokadasını  dəf edə 
bilməmiş  və Azərbaycan həqiqətlərini dünya ölkələrinə 
çatdırılması istiqamətində operativ işləməmişdir. Məhz, qeyd 
etdiyimiz nöqsanlar və digər qüsurlar müstəqil Azərbaycan 
dövlətini 1993-cü ilin iyun ayında dərin sosial-iqtisadi, siyasi 
və hərbi böhrana gətirib çıxardı. Ölkəmiz bütün sahələrdə iflic 
vəziyyətinə düşdü, AXC hökuməti isə bu şəraitdən çıxış yolu 
tapa bilmədi. Buna görə  də xalqımız ümidlərini Naxçıvan Ali 
Məclisinin Sədri, təcrübəli dövlət xadimi, müdrik siyasətçi 
Heydər Əliyevə bağladı və onun ölkə rəhbərliyinə gətirilməsini 
təkidlə xahiş etdi. Beləliklə, xalq böyük xilaskar Heydər 
Əliyevin timsalında özünün nicat yolunu tapdı. 
Azərbaycanın Müstəqillik Aktı  qəbul edildikdən sonra 
qarşıda hələ çətin və mürəkkəb vəzifələr dururdu. Bir tərəfdən 
erməni təcavüzü genişlənir, torpaqlarımız işğal edlir, digər 
tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda siyasi çə-
kişmələr güclənir və  nəticədə xalq ağır itkilər verirdi. Dağlıq 
Qarabağ problemi və Ermənistan-Azərbaycan müharibəsi 
respublika iqtisadiyyatına ağır zərbə vurdu, onu iflic 
vəziyyətinə saldı. Gündən-günə maddi nemətlər istehsalı azalır, 
iqtisadi tənəzzül dərinləşirdi. Bakıda, Gəncədə, Naxçıvanda, 
Lənkəranda, Şamaxıda, Şəkidə, Qubada, Şəmkirdə, Qazaxda və 
respublikanın bütün bölgələrində zavodlar və fabriklər 
dağıdılır, onların avadanlıqları amansızcasına talan edilir, əsas 
istehsal vasitələri və maşınqayırma avadanlıqları, neft 
maşınqayırma zavodları  işi dayandırır və onların  əksəriyyəti 
məhv edilirdi. Respublikanın aparıcı  sənaye müəssisələri ağır 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə