Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə130/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   137

XIII mühazirə 
 
 
508
ARDNŞ  həmçinin, 2007-ci ilin sonunadək «Neft 
daşları»ndakı qaz-yiğım məntəqəsindən «Bahar» yatağınadək 
uzunluğu 66,5 kilometr, diametri 508 millimetr, ötürmə 
qabiliyyəti isə sutkada 5-5,5 milyon kubmetr olan yeni sualtı 
qaz kəmərinin inşasını planlaşdırmışdır. Bu ilin sonuna kimi 
istismara verilməsi nəzərdə tutulmuş həmin kəmərlə «Günəşli» 
yatağından hasil edilən qaz sahilə nəql olunacaqdır. 
Neft və qaz hasilatında artıma nail olmaq üçün yeni 
platformaların inşasına da xüsusi önəm verilir. MDB 
məkanında yeganə bu tipli müəssisə olan Heydər Əliyev adına 
Bakı  Dərin Özüllər Zavodunun bu baxımdan özünəməxsus 
əhəmiyyəti vardır. Yeni neft strategiyasının uğurla həyata 
keçirilməsində mühüm rol oynamış bu zavod «Əsrin 
müqaviləsi» çərçivəsində bir sıra müasir qurğu və obyektlərin 
tikilib istifadəyə verilməsi, dənizin dərinliklərində qazma 
işlərini aparan nəhəng stasionar özüllərin və onların dayaq 
bloklarının inşası kimi mühüm işlər görür. 
Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, 2005-ci ildə 
bu zavod 888 ton metal işlətdiyi halda, 2006-cı ildə 4 min 130 
ton metal işlətmiş, 2007-ci ildə isə bu pəqəmin 14 min tona 
çatdırılması nəzərdə tutulmuşdur ki, bunun da 9 min 400 tonu 
artıq yanvar-avqustr ayları ərzində işlənmişdir. 
Zavodun məhsullarının beynəlxalq standartlar səviyyəsinə 
qaldırılması istiqamətində  də müəyyən işlər görülmüş  və 
görülməkdədir. 
Dövlət Neft Şirkəti «Azərbaycan Respublikası 
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» 
çərçivəsində gerçəkləşdirilən layihələrdə də fəal iştirak edir. 
Sosial yönümlü dövlət proqramlarına uyğun olaraq şirkət 
regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə 
şirkətin maliyyə 
vəsaiti hesabına yeni məktəblərin, 
kitabxanaların, xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin, 
idman qurğularının, istirahət obyektlərinin tikintisi, park və 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
509
xiyabanların salınması işini uğurla davam etdirir. 
Qeyd etmək lazımdır ki, 2007-ci il üçün tərtib edilmiş 
kapital qoyuluşu proqramına əsasən bu il qeyri-sənaye sahələri 
üzrə tikinti işlərinə 85 milyon 479, 1 min manat məbləğində 
vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. 
Respublikanın 10-dan artıq bölgəsində  ən müasir 
standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin 
tikintisi dinamik şəkildə  həyata keçirilir. Lənkəranda və 
Naxçıvan Muxtar Respublikasındakı mərkəzlər artıq istifadəyə 
verilmiş və region əhalisinə uğurla xidmət göstərir. 
Hazırda  şirkətin maliyyə  vəsaiti hesabına  Şirvan, Gəncə, 
Bərdə, Zaqatala, Qəbələ  və Quba müalicə-diaqnostika 
mərkəzlərində tikinti işləri davam etdirilir. 2007-ci ildə 
həmçinin Cəlilabad və 
Şamaxı müalicə-diaqnostika 
mərkəzlərinin təməlqoyma mərasimləri keçirilmişdir.  Şirkət 
həmçinin Balakən rayonunda 235 çarpayılıq mərkəzi 
xəstəxananın 2008-ci ildə istifadəyə verilməsini 
planlaşdırmışdır. 
ARDNŞ ölkə  rəhbərinin 27 fevral 2006-cı il tarixli 
sərəncamı ilə təsdiqlənmiş «Bakı şəhərinin qəsəbələrinin sosial-
iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər 
Proqramı»nın həyata keçirilməsində də fəal iştirak edir. 
Belə ki, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki 230 
saylı, Qaradağ rayonunda 288 saylı orta məktəblərin, Lökbatan 
qəsəbəsindəki mədəniyyət sarayının  əsaslı  təmiri başa 
çatdırılıb. 2007-ci il iyun ayının 14-də Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı 
səfiri, millət vəkili Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə 
ARDNŞ-in maliyyə vəsaiti hesabına müasir standartlara uyğun 
yenidən qurulmuş  Mərdəkan Mədəniyyət Sarayının təntənəli 
açılış mərasimi keçirilmişdir. 
Hal-hazırda Lökbatandakı  Əli  Əmirov adına Mədəniyyət 
Sarayında da ən yüksək standartlara uyğun təmir-bərpa işləri sona 


XIII mühazirə 
 
 
510
çatmaq üzrədir. Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə 
adına və  Əzizbəyov rayonunun Pirallahı  qəsəbəsində yerləşən 
Vaqif Mustafazədə adına Mədəniyyət saraylarında  əsaslı-təmir 
bərpa işlərinə başlanılıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində 
kəskin qəza vəziyyətində olan binalar sökülərək yenidən tikilmiş
Bibiheybət qəsəbəsində  təmizləyici qurğu isə istismara verilmək 
ərəfəsindədir. 
ARDNŞ Heydər  Əliyev Fondunun təşəbbüsü ilə 
gerçəkləşdirilən «Yeniləşən Azərbaycana yeni məktəb» proq-
ramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Qaradağ, 
Balakən, Zaqatala, Xanlar, eləcə  də Bakının bir sıra 
rayonlarında beynəlxalq tələblərə cavab verən, müasir 
avadanlıqlarla təchiz olunmuş onlarla yeni məktəb binası inşa 
edlmiş, bir çox köhnə  məktəb binalarının təmir olunması 
istiqamətində mühüm işlər görülmüşdür. 
Ümumiyyətlə, ARDNŞ 2007-ci il ərzində təhsilin inkişafı 
istiqamətində həyata keçirdiyi layihələrdə 6 milyon 172,7 min 
manat vəsait xərcləməyi nəzərdə tutmuşdur. 
Göründüyü kimi, ARDNŞ-in qəhrəman əməkçiləri bütün 
fəaliyyət sahələri üzrə üzərlərinə düşən vəzifələrin öhdəsindən 
layiqincə  gəlmiş, Vətənimizin iqtisadi qüdrətinin yüksəlişi 
yolunda sanballı nailiyyətlərə müvəffəq olmuşlar. 
   
 
4. Azərbaycanın iqtisadi, siyasi və  
mədəni həyatında yeni mərhələ 
 (2003-2008-cı illər) 
 
Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, 
elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına 
nail olan Heydər  Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra 
ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyanı yalnız 
Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və Heydər 
Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
511
şəxs yerinə yetirə bilərdi. 
 Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də 
Azərbaycan Respublikasının Prezidenliyinə alternativ əsasda 
keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası sədrinin birinici 
müavini İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. O, 
prezident seçildikdən sonra Heydər  Əliyev siyasi kursunu 
layiqincə davam etdirəcəyni bildirərək respublikanın taleyüklü 
məsələlərinin həllinə cəsarətlə girişdi. İlk olaraq ölkə başçısı 24 
noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial 
iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman 
imzaladı. Az bir müddət  ərzində xalq təsərrüfatının bütün 
sahələrində müsbət irəliləyişlər özünü göstərdi. 
Bunun ardınca Prezident İlham Əliyev 11 fevral 2004-cü il 
tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inikşafı Dövlət Proqramının təsdiq edilməsi haqqında (2004-
2008-ci illər)» fərman verdi. Əsl fəaliyət proqramına çevrilən 
bu fərmanda irəli sürülən vəzifələrin həyata keçirilməsi 
regionların kompleks inkişafınа, infrastruktur sahələrinin 
yenidən qurulmasına, yeni istehsal və emal müəssisələrinin, 
obyektlərin yaradılmasına, iş yerlərinin açılmasına,  əhalinin 
həyat səviyyəsinin daha da yüksəldilməsinə  təkan verdi. Belə 
ki, 2003-2006-cı illər ərzində ümumi daxili məhsul istehsalı 84 
faiz, o cümlədən sənaye məhsulu 2 dəfə, kənd təsərrüfatı 
məhsulu 11,3 faiz, inşaat işlərinə yönəldilmiş investisiya 83,8 
faiz, yük daşınması 79,4 faiz, rabitə 2,3 dəfə, əmtəə dövriyyəsi 
44 faiz artmışdır. 
Həmin müddətdə  sənaye müəssisələrinin və  fərdi 
sahibkarların birgə  səyi nəticəsində  sənaye məhsulu istehsalı 
hər il orta hesabla 28,5 faiz artaraq 26,8 milyard manata 
çatmışdır.  İstehsal edilmiş  sənaye məhsulunun 61,3 faizi 
mədənçıxarma, 33 faizi emal sənayesi, qalan hissəsi isə 
elektroenergetika, qaz və suyun istehsalı  və bölüşdürülməsi 
müəssisələrinin payına düşmüşdür. Azərbaycanda 63,4 milyon 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə