Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə132/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   129   130   131   132   133   134   135   136   137

XIII mühazirə 
 
 
516
müəssisəsi, 88 tikinti təşkilatı, 29 yanacaqdoldurma məntəqəsi, 
2105 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 62 kommunal 
təsərrüfatı obyekti və 2757 digər obyekt və avadanlıqlar 
özəlləşdirilmişdir. 
Ümumiyyətlə Azərbaycan iqtisadiyyatının dinamik 
inkişafı sonrakı illərdə  də  uğurla davam etdirilmişdir. Belə ki, 
təkcə 2007-ci ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 
təxminən 25 faiz artmış, 42 milyon ton neft hasil edilmişdir. 
Respublikamızın gələcək inkişafı üçün zəruri olan bütün 
məsələlər ölkə başçısının fərman və sərəncamlarında öz əksini 
tapmışdır. Bu baxımdan iqtisadi təhlükəsizlik konsepsiyası 
haqqında Prezident İlham Əliyevin imzaladığı 23 may 2007-ci 
il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiya 
bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının 
təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə 
daxili və xarici sərmayələr üçün əlverişli  şəraitin yaradılması, 
təbii sərvətlərdən səmərəli istifadə edilməsi, davamlı iqtisadi 
inkişaf,  ətraf mühitin qorunması, tədris, elmi və texnoloji 
potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək 
inkişafının,  əhalinin layiqli həyat səviyyəsinin və fiziki 
sağlamlığının təmin edilməsi kimi taleyüklü problemlərin həll 
edilməsini Azərbaycan dövləti qarşısında bir vəzifə kimi qoyur. 
Dövlət başçısı  İlham  Əliyev Azərbaycanın  ərzaq 
təhlükəsizliyi məsələsini də daim diqqətdə saxlamışdır. Onun 
«Azərbaycan Respublikasında  əhalinin  ərzaq məhsulları ilə 
etibarlı  təminata dair dövlət Proqramının hazırlanması 
haqqında» 1 may 2008-ci il tarixli sərəncamı böyük əhəmiyyətə 
malikdir. Sərəncamda ölkəmizdə  əhalinin zəruri  ərzaq 
məhsulları ilə  təmin edilməsi dövlətin iqtisadi siyasətində 
mərkəzi yer tutur. Bu məqsədlə ölkədə  ərzaq istehsalı 
sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar 
aparılmış, kompleks tədbirlər sistemi həyata keçirilmişdir. 
Prezident  İlham  Əliyevin səmərəli fəaliyyəti nəticəsində 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
517
2003-2008-ci illərdə ölkəmizdə yeni istehsal sahələrinin 
yaradılması istiqamətində çox böyük işlər görülmüşdür.  İstər 
Bakıda, istərsə  də bölgələrdə günün tələblərinə cavab verən 
müəssisələr, zavod, fabrik tikilmiş, firma və  şirkətlər açılmış, 
həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti 
nəticəsində  nəhəng infrastruktur layihələri icra olunmuşdur. 
Ötən müddət  ərzində ölkə başçısı  İlahm  Əliyev regionların 
bütün rayonlarını  əhatə etməklə 127 səfər etmiş, yerlərdə 
görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, 
tapşırıq və tövsiyələrini vermiş, respublikamızın abadlaşması 
və inkişafı üçün əhəmiyyəti olan 500-dək müəssisə və obyektin 
təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. 
Bütün bunların nəticəsində ötən müddət  ərzində 
Azərbaycan iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, 
əmək haqqı 8,3 dəfə, təqaüdlər 4 dəfə artırılmış, adambaşına 
düşən gəlir 5500 dollar olmuşdur. Həm də 5 il ərzində 
respublikamızda 766 min yeni iş yerləri açılmışdır ki, onun da 
548 mini daimidir. Açılmış  iş yerlərinin 80 faizi regionların 
payına düşür. Respublikamızın yoxsulluq səviyyəsi 2003-cü 
ildəki 49 faizdən 2008-ci ilin sonunda 13,2 faizə düşmüşdür. 
Valyuta ehtiyatı isə 18 milyard dollardan artıqdır. 
Ümumiyyətlə regionların sosial iqtisadi inkişafı Dövlət 
Proqramı vaxtından əvvəl və daha böyük həcmdə icra olunmuş 
2003-2008-ci illər  ərzində proqramda nəzərdə tutulmuş bütün 
məsələlər öz həllini tapmışdır. Belə ki, 5 il müddətində 
respublikamızın regionlarında 632 ATS, 610 yeni poçt 
məntəqəsi, 10-dan çox olimpiya-idman kompleksi tikilib 
istifadəyə verilmişdir.  
Ötən müddət  ərzində ölkə iqtisadiyyatının inkişafı ilə 
yanaşı səhiyyə, elm, təhsil, mədəniyyət, ədəbiyyat sahələrində, 
həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması  və 
möhkəmləndirilməsi istiqamətində  də mühüm uğurlara nail 
olunmuşdur.  


XIII mühazirə 
 
 
518
Səhiyyənin inkişafı dövlətin qarşısında duran ən mühüm 
vəzifələrdən biri kimi daim diqqət mərkəzində olmuşdur. Belə 
ki, son 5 ildə respublikamızın müxtəlif regionlarında müasir 
tipli avadanlıqlarla təchiz edilmiş onlarla xəstəxanalar
diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri 
tikilib istifadəyə verilmişdir. Son illər səhiyyənin inkişafının 
sürətləndirilməsi sahəsində bir sıra qanunlar və dövlət 
proqramları  qəbul olunmuş, pulu xidmət isə  ləğv edilmişdir. 
Bütün bunlar respublika səhiyyəsinin gələcək inkişafına öz 
təsirini göstərməkdədir. 
Xalqımızın həyatında təhsilin önəmli rol oynadığını diq-
qətdə saxlayan ölkə başçısı bu sahənin inkişafına xüsüsi qayğı 
göstərmişdir. Buna görədir ki, son beş il ərzində 
respublikamızda müasir tələblərə cavab verən 1600 yeni 
məktəb tikilib istifadəyə verilmiş  və hamısı da kompyuterlə 
təmin olunmuşdur. Bu məktəblərin 1300-ü regionların payına 
düşür. Bu sahəyə ayrılan dövlət xərcləri də artırılaraq bir 
milyard manatdan artıq olmuşdur. 
Təhsildə  ən mühüm nailiyyətlərdən biri kimi onu qeyd 
etmək lazımdır ki, bütün I-XI-sinif şagirdlərinin dərsliklərlə 
pulsuz təminatı başa çatdırılmış, məktəblərin bir hissəsi 
kompyuterlərlə təmin edilmiş və bu iş üğürla davam etdirilir. 
Ötən müddət ərzində tələbə mübadiləsinə də xüsusi diqqət 
yetirilmişdir. Belə ki, hazırda 1182 nəfər azərbaycanlı  gənc 
xarici ölkələrin aparıcı universitetlərində ölkəmiz üçün zəruri 
olan ixtisaslara yiyələnmiş, respublikamızın ali məktəblərində 
isə 38 xarici ölkədən 3613 nəfər tələbə  təhsil almışdır. Ölkə 
başçısının 2007-ci il 16 aprel tarixli «2007-2015-ci illərdə 
Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət 
Proqramı»nın təsdiq edilməsi barədə imzaladığı  fərman bu 
sahəyə olan diqqətin bariz nümunəsidir. 
Bu dövrdə  mədəni quruculuq sahəsində  də mühüm 
addımlar atılmışdır. Yeni parklar və istirahət guşələri salınmış, 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
519
Avropa standartları  səviyyəsində otellər, ticarət və xidmət 
obyektləri yaradılmışdır. Kitabxanalar və teatr binaları yüksək 
səviyyədə  təmir edilmiş, tanınmış dövlət, elm və  mədəniyyət 
xadimlərinin yubileylərinin keçirilməsi üçün prezident 
fərmanları imzalanmışdır. 
Ölkə  rəhbərliyinin idmana olan qayğısı  nəticəsində 
mühüm nailiyyətlər qazanılmışdır. Belə ki, idmançılarımız 
Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, 
beynəlxalq yarışlarda idmanın ayrı-ayrı növlərində böyük 
uğurlar qazanmışlar. Bir sıra beynəlxalq yarışların, Avropa və 
dünya çempionatlarının Azərbaycanda keçirilməsi ölkə 
idmanının nüfuzundan xəbər verir. 
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin 
və idmanın inkişafında Heydər Əliyev Fondunun rolunu xüsusi 
qeyd etmək lazımdır. Milli Məclisin deputatı YUNESKO və 
İSESKO-nun xoşməramlı  səfiri, Mehriban xanım  Əliyevanın 
rəhbərlik etdiyi bu fond qaçqın və  məcburi köçkünlərin, uşaq 
evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən 
əziyyət çəkən insanların problemlərini daim diqqətdə 
saxlamışdır. Fondun həyata keçirdiyi «Uşaq evləri və internat 
məktəblərinin inkişafı Proqramı» bilavasitə Mehriban xanım 
Əliyevanın təşəbbüsü ilə hazırlanmışdır. Bakıda və  ətraf 
qəsəbələrdə yerləşən uşaq evləri və internat məktəblərində 
mövcud olan problemlər öyrənilmiş, onların aradan qaldırılması 
üçün  əməli işlər görülmüşdür. Fond tərəfindən səhiyyə 
sahəsində  həyata keçirilən layihələr içərisində talassemiyanın 
müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanması 
və həyata keçirilməsi önəmli əhəmiyyətə malikdir.  
Heydər  Əliyev Fondu ölkəmizin inkişafında təhsilin 
önəmli rol oynadığını  nəzərə alaraq bu sahədə  də bir neçə iri-
miqyaslı layihə hazırlayaraq həyata keçirmişdir. Bunlardan ən 
mühümü «Yeniləşən Azərbaycana yeni məktəb» proqramıdır. 
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan bu proqram 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə