Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə133/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   129   130   131   132   133   134   135   136   137

XIII mühazirə 
 
 
520
çərçivəsində,  əsasən ucqar bölgələrdə, dağlıq rayonlarda 132 
məktəb tikilərək istifadəyə verilmişdir.  
Fond tərəfindən həcminə  və keyfiyyətinə görə ölkədə 
analoqu olmayan «Azərbaycan» informasiya portalı yaradılmış, 
ingilis dilində «Qarabağ  həqiqətləri» toplusu, fransız, alman, 
ərəb və rus dillərində hazırlanan və «Qarabağın tarixi haqqında 
məlumat», «Qarabağ münaqişəsinin başlanması», «Xocalı 
soyqırımı», «Azərbaycana qarşı erməni təcavüzünün nəticələri», 
«Erməni terror təşkilatlarının Azərbaycana qarşı  fəaliyyəti» 
adları altında bukletlər nəşr olunmuşdur. 
Heydər Əliyev Fondunun Azərbaycan Milli Elmlər Aka-
demiyasının  İnsan Hüquqları  İnstitutu mütəxəssisləri ilə birgə 
hazırladıqları «Pirlər və müharibə» kitabında Azərbaycanın 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 
rayonlarında düşmən tapdağı altında qalan ziyarətgahlar, 
dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında  ətraflı 
məlumatlar öz əksini tapmışdır. 2005-ci ildən başlayaraq fond 
bir sıra xarici nəşrlərin Azərbaycan dilinə  tərcüməsi üzərində 
də  işlər aparmışdır. Fondun ən mühüm işlərindən biri kimi 
Azərbaycan muğamı və aşıq sənətinin inkişafı yolunda önəmli 
addımlar atmasıdır. Dahi Azərbaycan bəstəkarı Üzeyir 
Hacıbəyovun 120, akademik Yusif Məmmədəliyevin 100 illik 
yubileyləri də fond tərəfindən qeyd edilmişdir. 
Son illərdə Heydər Əliyev Fondu tərəfindən əsası qoyulan 
irimiqyaslı layihələrdən biri də Azərbaycan regional muzeyinin 
yaradılmasıdır. Burada əsas məqsəd Azərbaycanın tarixi 
kecmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədəni-
dini abidələrini, təsərrüfat həyatını, yerli adət-ənənələrini, etnik 
qruplarını  əks etdirməklə yanaşı ümummilli liderimiz Heydər 
Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər  ərzində bu 
regionların inkişafı üçün görülmüş işlərin, nəsillərə miras qalmış 
zəngin irsin təbliğindən ibarətdir. 
Heydər  Əliyev Fondu yuxarıda qeyd edilən mühüm 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
521
layihələrin həyata kecirilməsi ilə yanaşı, problemlərinin həllinə 
nail ola bilməyən vətəndaşların müraciətlərinə  də diqqətlə 
yanaşmışdır. Ölkə prezidenti İlham  Əliyevin respublikanın 
regionlarına ardıcıl səfərlərini müşaiət edən Mehriban xanım 
Əliyeva ayrı-ayrı ucqar əyalətlərdə  məktəblərə, xəstəxanalara, 
uşaq təhsil tərbiyə müəssisələrinə baş  cəkmiş, yerli sakinlərlə 
görüşüb onların problemlərini dinləmiş  və görüşlər zamanı 
diqqətə catdırılan sosial mədəni problemlər az sonra Heydər 
Əliyev Fondu tərəfindən öz həllini tapmışdır. 
Ümumiyyətlə, Azərbaycanın taleyüklü məsələlərinin həl-
lində Heydər  Əliyev fondunun və  şəxsən onun rəhbəri 
Mehriban xanım  Əliyevenın coxşahəli və  səmərəli fəaliyyəti 
ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizdə son 
illərdə ixtisaslı  gənc kadrların işlə  təmin edilməsi sahəsində 
önəmli addımlar atılmışdır. Belə ki, respublikamızın ayrı-ayrı 
dövlət müəssisələrinə  və hüquq mühafizə orqanlarına işçi 
qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test 
üsulu ilə  həyata keçirilmişdir ki, bu da bacarıqlı  gənclərin 
seçilib yerləşdirilməsində xüsusi rol oynamışdır. 
Respublika Prezidenti İlham  Əliyev öz fəaliyyəti döv-
ründə Heydər  Əliyev siyasi kursunu uğurla davam etdirməklə 
yanaşı, ulu öndərin idarəçilik metodlarından da yaradıcılıqla 
istifadə etmişdir. Belə ki, ölkə başçısı xalqın problemlərinə 
həssaslıqla yanaşmış  və dövlət məmurlarından da bunu tələb 
edərək demişdir: «Tutduğu vəzifədən asılı olmayaraq hər bir 
rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən 
vəzifəli  şəxslərə, xalqın onlara olan münasibətinə görə qiymət 
verəcəyəm». Bu ideyanı öz fəaliyyətində  əsas götürən dövlət 
başçısının qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı üçün 
uğurlu nəticələr qazanılmışdır. 
Ötən müddət 
ərzində respublikamızın müdafiə 
qabiliyyətinin gücləndirilməsi sahəsində  də önəmli addımlar 
atılmış və artıq Azərbaycanda müasr tələblərə cavab verən ordu 


XIII mühazirə 
 
 
522
formalaşmışdır. 
Göründüyü kimi, ümummilli liderimiz Heydər  Əliyevin 
müəyyənləşdirdiyi strategiya 2003-cü ildən ölkəmizə inamla 
rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam 
etdirilmişdir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun 
əhəmiyyətli dərəcədə  zənginləşdirilməsi milli iqtisadiyyatın 
regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-
iqtisadi islahatlarla müəyyən edilmiş, məqsədlərə nail 
olunmasını, o cümlədən həmin siyasətin  əsasını  təşkil edən 
əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmişdir. 
Dünya iqtisadiyyatının dərin böhran keçirdiyi və neft 
qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir dövrdə ölkəmiz 
böyük inamla öz dinamik inkişafını davam etdirir. 
İqtisadiyyatımızın bütün sahələrində müsbət meyllər daha da 
güclənir. Məhz elmi əsaslara söykənən iqtisadi inkişaf 
strategiyasının uğurla reallaşdırılması 
nəticəsində 
respublikamız dünya iqtisadi böhranından yan keçməyə 
müvəffəq olmuşdur. Burada qeyri-neft sektorunun inkişafı 
xüsusi rol oynamışdır. 
Ulu öndərimiz Heydər  Əliyevin tarazlaşdırılmış xarici 
siyasət kursu ötən müddət  ərzində Prezident İlham  Əliyev 
tərəfindən uğurla davam etdirilmiş  və Azərbaycan dövlətinin 
xarici siyasət xətti dəyişməz və dönməz olmuşdur. Belə ki, 
respublikamızın inkişafı, nailiyyətləri barədə dünya birliyinin 
ətraflı 
məlumatlandırılması, xaricdəki diasporumuzun 
fəaliyyətinin gücləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun 
nizamlanması üçün müasir təbliğat metodlarından yaradıcılıqla 
istifadə edilərək çevik diplomatik addımlar atılması 
Azərbaycanın xarici siyasətində öz əksini tapmışdır. 
Ölkəmizin Qərb ailəsinə inteqrasiyasının reallaşdırılması, 
bölgədə  təhlükəsizliyin və regionun inkişafı naminə 
əməkdaşlıqda maraqlı olan dövlətlərlə daha geniş münasibətlər 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
523
yaratmaq sahəsində  də önəmli addımlar atılmış, beynəlxalq 
terrorizmə  və digər bu kimi elementlərə qarşı mübarizədə isə 
Azərbaycan həmişə ön sırada olmuşdur.  Ən mühüm 
vəzifələrdən biri kimi böyük dövlətlərlə  sıx  əlaqələr 
yaradılması təmin edilmiş və bütün ölkələrlə münasibətləri bey-
nəlxalq hüquq normalarına uyğun tərzdə qurmaq üçün əməli 
işlər görülmüşdür. Azərbaycan dünyadakı müxtəlif beynəlxalq 
və regional təşkilatların işlərinə  fəal qoşulmaqla böyük dünya 
siyasətində özünün lazımınca iştirakına nail ola bilmişdir. Eyni 
zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bəzən 
Azərbaycana qarşı  tətbiq edilən ikili standartları aradan 
qaldırmaq üçün qətiyyətli addımlar atılmışdır. 
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında 
Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, bütün 
sahələrdə aparılan demokratik islahatların uğurlu nəticələri 
ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış  və onu 
dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir. 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qo-yur. 
Xəzər  şelfində yataqların birgə  işlənməsi haqqında Bakıda 
ARDNŞ ilə xarici neft şirkətlərinin konsorsiumu arasında 
müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyevin nitqi. «Azərbaycan» qəz., 1994, 
23 sentyabr. 
2.
 
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı: 1997 
3.
 
Əliyev H.Ə. Müstəqillik yolu. Bakı: 1997 
4.
 
Tarixi ipək yolunun bərpası üzrə TRASEKA proqramı 
çərçivəsində Bakıda keçirilən beynəlxalq Konfransda 
Azərbaycan Prezidenti Heydər 
Əliyevin nitqi. 
«Azərbaycan» qəz., 1998, 8 sentyabr. 
5.
 
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mər-
kəzində Azərbaycan Prezidenti Heydər  Əliyevin nitqi // 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə