Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə131/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   127   128   129   130   131   132   133   134   ...   137

XIII mühazirə 
 
 
512
ton xam neft, 16,5 milyard kubmetr qaz hasil edlmiş, 66,4 
milyard kvt-saat elektrik enerjisi, 2,6 milyon ton avtomobil 
benzini, 5,8 milyon ton dizel yanacağı, 2.1 milyon ton ağ neft, 
182,6 min ton etilen, 97,8 min ton propilen, 4,3 milyon ton 
sement, 420 min kubmetr kərpic, 853,5 min ton alüminium 
oksidi və sair məhsullar istehsal olunmuşdur. Bundan əlavə 
şəkər tozu, soyuducu avadanlığı hissələrinin, kənd təsərrüfatı 
məhsullarının təmizlənməsi və seçilməsi üçün məhsulların, 
beton qarışdırıcılarının, çörəkbişirmə  və  şirniyyat sobalarının, 
heyvanlar üçün yem hazırlayan maşınların, avtomobillərin, 
televizorların və sair yeni, əvvəllər ölkəmizdə istehsal 
olunmayan məhsulların istehsalına başlanılmışdır.  
Respublikamızda qeyri neft sektorunun inkişafına da 
xüsusi diqqət yetirilməsi nəticəsində bir sıra müəssisələr, o 
cümlədən Bakıda yüksək keyfiyyətli müxtəlif gön-dəri 
məmulatları istehsal edən «Gön-dəri» ASC, Şamaxıda müasir 
standartlara cavab verən, müxtəlif ölçülü televizorlar istehsal 
edən  Тürkiyə, Cənubi Koreya və Çin ilə birgə müəssisə olan 
«Star LTD» zavodu, İmişlidə şəkər istehsal edən «Azərbaycan 
şəkər  İstehsalat Birliyi» MMS, Astara və  Şəkidə elektrik 
enerjisi istehsal edən mobil tipli stansiyalar, Gəncə  və 
Şamaxıda avtomobil zavodları istismara verilmişdir. Bunun 
nəticəsdiri ki, 2003-2006-cı illərdə qeyri-neft sektorunda 
sənaye məhsulu istehsalı hər il orta hesabla 10,8 faiz artmışdır. 
Fəaliyyət göstərən sənaye müəssisələrinin, o cümlədən 
xarici və müştərək müəssisələrin sayı ilbəil çoxalmışdır.  Əgər 
2003-cü ildə ölkədə 192 xarici investisiyalı müəssisə 
işləyirdisə, 2006-cı ildə onların sayı 208-ə çatmışdır. Bütün 
bunlar sənayenin inkişafında qeyri-dövlət bölməsinin getdikcə 
artan rolunu müəyyən edir. Belə ki, 2003-cü ildə  sənaye 
məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin 
məhsulu 57 faizlik paya malik olmuşdursa, 2006-cı ildə 
istehsalın səviyyəsi 2,5 dəfə artaraq 75,8 faiz təşkil etmişdir. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
513
Uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət 
nəticəsində bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının 
inkişafına da xüsusi diqqət yetirilmiş, sahibkarlığa qayğı isə 
dövlətin vacib məsələsi kimi gündəmdə olmuşdur. 
«Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində 
əlavə 
tədbirlər haqqında» Azərbaycan Respublikası 
Prezidentinin 2004-cü il 23 oktyabr tarixli sərəncamı aqrar 
sahədə qarşıda duran başlıca vəzifələrdən biri olan istehsalçının 
zəruri kənd təsərrüfatı texnikası ilə 
təchizatının 
yaxşılaşdırılması, keyfiyyətli məhsul yetişdirilməsi və onun 
itkisiz yığılması məqsədini nəzərdə tutur. 
Fərmanda irəli sürülən vəzifələrin həyata keçirilməsi 
nəticəsində 2003-cü illə müqayisədə 2006-cı ildə taxıl istehsalı 
3 faiz, pambıq istehsalı 33,7 faiz, tütün istehsalı 24,8 faiz, 
kartof istehsalı 25,4 faiz, tərəvəz istehsalı 4,5 faiz, yumurta 
istehsalı 12,3 faiz, yun istehsalı 5.5 faiz, iribuynuzlu mal-
qaranın, qoyun və keçilərin sayı isə 9,1-9,5 faiz artmışdır. 
Tikinti sahəsində  də mühüm uğurlar qazanılmışdır. Belə 
ki, 2003-2006-cı illər  ərzində 28 iri sənaye müəssisəsi- 
«Borubetonlaşdırma» zavodu, Abşeron rayonunda «Azbetonit», 
Xaçmaz rayonunda «Qafqaz» konserv, Neftçala rayonunda nərə 
bağılı yetişdirmə zavodları, Akstafa rayonunda yumşaq mebel 
fabriki, Lənkəran rayonunda tərəvəz emalı  və pivə zavodları, 
Şimal DRES-də buxar-qaz turbinli elektrik stansiyası, 
Yenikənd SES-də turbin, Mingəçevir SES-də generator, Vayxır 
Hidroqovşağında su anbarı, Bakı «İstilik Elektrik mərkəzi-1»də 
turbinli istilik elektrik və buxar istehsal edən qurğular, Şamaxı 
rayonunda televizor, Masallı rayonunda şəkər istehsalı,  Şəki 
şəhərində meyvə  şirəsi emalı  və  İmişli rayonunda şəkər 
zavodları, Naxçıvanda meyvə qurusu emal edən və halva 
istehsal edən sexlər, Astara və  Şəki rayonlarında mobil tipli 
elektrik stansiyası, Astara və  Lənkəran rayonlarında tomat 
istehsalı zavodları, Qax rayonunda fındıq emalı sexi, Naxçıvan 


XIII mühazirə 
 
 
514
şəhərində çörək zavodu və süd məhsulları emal edən müəssisə, 
Şərur, Culfa, Ordubad, Sədərək və  Şəki rayonlarında 
dəyirmanlar, Babək rayonunda beton istehsal edən zavod, 
habelə ümumi sahəsi 5,1 milyon kvadratmetr yaşayış evləri, 
Həzi Aslanov adına metro stansiyası, Heydər  Əliyev adına 
Beynəlxalq Hava Limanında Yük Terminalı, Naxçıvan 
Beynəlxalq Aeroportu, Culfa-Naxçıvan magistral qaz kəməri
Naxçıvan Muxtar Respublikasının  ərazisində yeni qaz kəməri, 
Tiber-Optik magistral kabel xətti,  Ələt-Qazıməmməd və 
Gəncə-Qazax yolunun bir hissəsi, Biləsuvar rayonunda 
avtomobil yolu, ölkənin müxtəlif bölgələrində 477,4 min 
nömrəlik avtomat telefon stansiyaları tikilib istifadəyə 
verilmişdir. 
Ölkədə  məskunlaşmış qaçqınlar və  məcburi köçkünlərin 
mənzil  şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərilərək 
Biləsuvar rayonunda 2560, Füzuli rayonunda 2021, Ağdam 
rayonunda 126, Yevlax rayonunda 65, Şəmkir rayonunda 126, 
Bakı  şəhərinin Ramana qəsəbəsində 160, Mehdiabad 
qəsəbəsində 50, İsmayıllı şəhərində Qarabağ müharibəsi əlilləri 
üçün 27 mənzilli yeni yaşayış evləri tikilmiş  və 2007-ci ildə 
artıq bütün çadır  şəhərcikləri ləğv edilmiş, soydaşlarımız yeni 
mənzillərə köçürülmüşlər. Bərdə, Quba, Lənkəran,  Şamaxı  və 
Masallı rayonlarında Olimpiya İdman Kompleksiləri,  İmişli 
rayonundakı İdman Kompleksi, Lənkəran rayonunda isə 15 min 
yerlik stadion tikilib istifadəyə verilmişdir. 
Respublikamız üçün önəmli  əhəmiyyət kəsb edən və 
ümummilli liderimiz Heydər  Əiyevin səyi nəticəsində  ərsəyə 
gələn Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin 2006-cı 
ilin may ayında istismara verilməsi Prezident İlham Əliyevin ən 
böyük nailiyyətlərindəndir. Bundan başqa Bakı-Tbilisi-
Ərzurum qaz kəmərinin çəkilişi uğurla başa çatdırılmış və artıq 
2007-ci ilin birinci rübündən başlayaraq «Şahdəniz» yatağından 
çıxarılan Azərbaycan qazı bu qaz kəməri vasitəsilə ixrac 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
515
edilməyə başlamışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 
çəkilişi isə 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan, 
Gürcüstan və Türkiyənin dövlət başçılarının görüşündən sonra 
reallaşmış və hal-hazırda tikintisi davam edir. 
Bakıda avtomobil yollarında tıxacların qarşısını almaq 
üçün beynəlxalq standartlara cavab verən körpülərin və yeraltı 
keçidlərin tikintisi uğurla davam etdirilir. 
TRASEKA proqramı  çərçivəsində  fəaliyyət göstərən 
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi  əsas beynəlxalq 
dəhlizlərdən birinə çevrilmişdir. 2003-2006-cı illər  ərzində 
dəhlizin Azərbaycan hissəsində 133,3 milyon ton və ya 
nəqliyyat sektorunda bütün daşımaların 35,4 faizi qədər yük 
daşınmışdır. Hazırda bu dəhliz vasitəsilə yük daşımasında 
dəmir yolu nəqliyyatı 59,2 faiz, avtomobil nəqliyyatı 26,7 faiz, 
dəniz nəqliyyatı isə 14,1 faiz paya malikdir. 
Ölkədə fəaliyyət göstərən hər beş müəssisədən biri kom-
pyuterə malikdir və bu müəssisələrdə çalışan 60,2 min işçi 
kompüterdən, 11,1 min işçi isə internetdən istifadə edir. 
2003-2006-cı illər ərzində Azərbaycan 140-dan çox döv-
lətlə xarici ticarət  əməliyyatları aparmış  və bu sahədə  əldə 
olunmuş nailiyyətlər nəticəsində xarici ticarət dövriyyəsinin 
ümumi həcmi 22,7 milyard ABŞ dollarına, o cümlədən idxal 
11,1 milyard dollara, ixrac isə 11,6 milyard dollara çatmışdır. 
Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyanın həcmi 
nəzərəçarpacaq qədər artmışdır. Bu dövrdə iqtisadiyyatımızın 
inkişafına 14 milyard dollar məbləğində xarici investisiya cəlb 
edilmişdir. 
Ölkə iqtisadiyyatında ardıcıl aparılan və iqtisadi 
islahatların dərinləşməsində mühüm əhəmiyyət kəsb edən 
özəlləşdirmə prosesinin həyata keçirilməsi nəticəsində 2004-
2005-ci illərdə  və 2006-cı ilin birinci yarısında ümumi dəyəri 
29,4 milyon manat olan 6043 kiçik müəssisə  və obyekt, o 
cümlədən 114 sənaye, 474 ticarət, 248 məişət xidməti, 166 iaşə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə