Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə136/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   129   130   131   132   133   134   135   136   137

XIV mühazirə 
 
 
531
İranın milli azadlığının möhkəmləndirilməsi, bütün 
müttəfiqlərlə dostluq əlaqələrinin möhkəmləndirilməsi,  əmək 
haqqında qanunun qəbulu və s. 
«Azərbaycan» cəmiyyətinin fəaliyyəti demokratik və 
milli qüvvələrin səfərbər edilməsində xüsusilə çox faydalı 
olmuşdur. 1941-ci ilin oktyabrında azərbaycanlı ziyalıların de-
mokratik nümayəndələrini öz siralarında birləşdirmiş  cəmiyyət 
noyabrın 1-dən Azərbaycan və fars dillərində «Azərbaycan» 
qazetinin nəşrinə başladı. Fəaliyyətdə olduğu qısa müddət ərzində 
(1942-ci ilin əvvəllərində  cəmiyyət və onun orqanı  mərkəzin 
irticaçı qüvvələri tərəfindən qadağan edilmişdi)  İrandakı 
Azərbaycan türklərinin milli özünüdərkinin dərinləşməsində, milli 
mədəniyyətin inkişafında böyük rol oynadı. 
Ancaq  İranda Sovet faktorunun Cənubi Azərbaycandakı 
hadisələrə  təsirini də  nəzərə almaq lazımdır. II Dünya 
müharibəsi başlanandan və  Qərbi Belarus, Qərbi Ukrayna
Bessarabiyanı zəbt etdikdən sonra Cənubi Azərbaycan Stalinin 
işğalçı planlarında xüsusi yer tuturdu. Demokratik ziyalılırın 
milli dircəliş  uğrunda mübarizəsi,  Şimali Azərbaycandakı 
həmvətənləri ilə yaxınlığa can atmaları da Stalinin planları ilə 
üst-üstə düşürdü. Sovet ordusunun İrana yeridilməsi ilə eyni 
zamanda Sovet Azərbaycanı, M.C.Bağırov başda olmaqla 
rəhbər partiya və dövlət işçiləri, ziyalılar, hərbi qulluqçular 
üzərinə fövqəladə bir missiya – Cənubi Azərbaycanda milli-
mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuşdu. 1941-ci 
il oktyabrın 11-dən Təbrizdə Azərbaycan türkçəsində «Vətən 
yolunda», Urmiyada «Qızıl əsgər» qəzetlərinin nəşri, oktyabrın 
ortalarından Azərbaycan Opera və Balet teatrının qastrolları, 
müxtəlif musiqi kollektivlərinin səfərləri və b. tədbirlər bu 
qəbildən idi. Cənubi Azərbaycana göndərilmiş qrupa MK-nin 
3-cü katibi Əliyev Əziz Məmmədkərim oğlu rəhbərlik etdi.
*
  
                                                 
*
 Ялийев Язиз Мяммядкярим оьлу (1897-1962). Партийа вя дювлят хадими, 
сящиййя тяшкилатчысы олуб, 1938-ъи илдя тибб елмляри доктору иди. Азярб. 
Cənubi Azərbaycan 1917-ci il  
XXI əsrin əvvəllərində 
 
532
Cənubi Azərbaycan üzrə xalq hərəkatına rəhbərlik etmək 
üçün bir təşkilat lazım idi. Bu təşkilat 1945-ci ilin sentyabr 
ayının 3-də S.C.Pişəvərinin
*
 başçılığı altında yaradılmış 
Azərbaycan Demokrat Firqəsi (partiyası) idi. ADP-nin 
müraciətnaməsi nəşr olundu. Onu görkəmli azadxahlardan 77 
nəfər imzalamışdı. Müraciətnamə vasitəsilə yeni bir siyasi 
partiya yaradıldığı, onun məqsəd və vəzifələri xalqa çatdırılırdı. 
Burada Azərbaycan xalqının milli azadlığı və İranın siyasi üsul-
idarəsinin demokratikləşdirilməsi məsələləri irəli sürülür, İran 
dövlətinin Azərbaycan xalqına etdiyi milli zülm ifşa olunurdu. 
Göstərilirdi ki, Azərbaycan xalqı öz zəngin torpaqlarında 
yabançı kimi yoxsul halda yaşa-maqdadır. Xalqın milli azadlığı 
yolunda görüləcək işlər 12 maddədən ibarət  şüarlar  şəklində 
verilmişdi. 
Müraciətnamədə göstərilirdi ki, İranın istiqlal və  ərazi 
bütövlüyünü saxlamaq üçün Azərbaycana daxili azadlıq və 
mədəni muxtariyyət verilməlidir. Bundan ötrü də tezliklə əyalət 
və vilayət  əncümənləri seçilməlidir. Burada ana dili, fəhlə, 
                                                                                                        
ССР  Али  Советинин  Ряйасят  Щейятинин  катиби,  Азярб  КП  МК-нын  катиби 
(1941-1942),  Даьыстан  МССР  вилайят  Комитясинин  биринъи  катиби (1942-
1948),  УИК(Б)П  МК-нын  инспектору (1949-50), Азярбайъан  ССР  Назирляр 
Совети  Сядринин  биринъи  мцавини (1950-51) вя  диэяр  мцщцм  партийа  вя 
дювлят  вязифяляриндя  чалышыб. 1941-ъи  ил  сентйабрын  икинъи  йарысында 
Ъянуби Азярбайъана эюндярилмиш група рящбярлик едиб (1942-ъи ил мартын 
орталарына гядяр). 
*
  Сейид  Ъяфяр  Пишявяри  (Ъавадзадя) (1893-1947) Ъянуби  Азярбайъанда 
мили-азадлыг  щярякатынын  парлаг  сималарындан  бири  иди. 1917-ъи  илдян 
сийаси фяалиййят мейданына дахил олуб. Эилан Республикасы щюкумятиндя 
рящбяр  вязифядя  олуб. 1930-40-ъы  иллярдя  Рза  шащын  эюстяриши  иля  зин-
данда  йатыб.  Совет  рящбярлийи  тяряфиндян 1945-ъи  илин  йайында  Азяр-
байъан К(б)П МК-нин биринъи катиби Мир Ъяфяр Баьыров васитясиля Сейид 
Ъяфяр  Пишявярийя  АДФ-нин  йарадылмасына  рящбярлик  тяклиф  едилир.  О 
ися Советляря инамсызлыьыны эизлятмяйяряк билдирир ки, руслар юз сийаси 
щядяфлярини иряли апармаг цчцн бизи ойуна гатмаг истяйирляр. Лазым олан 
тягдирдя бизя кюмяк етмяйяъякляр, мейданда бизи тяк гойаъаглар. Лакин Пи-
шявяри  сон  анда  бу  тяклифя  Азярбайъан  халгы  цчцн  мцщцм  тарихи  фцрсят 
кими бахды вя тарихи шансдан истифадяни зярури сайды. 


XIV mühazirə 
 
 
533
kəndli, torpaq məsələlərinə böyük əhəmiyyət verilirdi. 
ADP-ni yaradanlar xalqı «təbəqə  və sinfi fərqini nəzərə 
almayaraq» bu partiyaya üzv olmağa və milli azadlıq 
mübarizəsində iştirak etməyə çağırırdılar.  
Sentyabrın 2-də  Təbrizdə Azərbaycan Demokrat 
Firqəsinin I təsis qurultayı işə başladı. Üc gün ərzində qurultay 
Proqram və Nizamnaməni qəbul etdi. Seyid Cəfər Pişəvəri 
Rəyasət Heyətinin sədri seçildi. 
Sentyabrın 5-də  Təbrizdə partiyanın müvəqqəti Təbriz 
Komitəsi yaradıldı. Vilayətlərdə  də partiya quruculuğu işi 
gedirdi. 
S.C.Pişəvəri Azərbaycanda böyük inqilabi imkanlardan 
istifadə olunmasını, hakimiyyət və milli məsələnin inqilabi yol 
ilə  həll edilməsini təklif edirdi. Lakin ADP silahlı mübarizə 
istiqamətində də hazırlıq işləri aparırdı. 1945-ci il noyabrın 8-
də  Təbrizdə ADP MK-nın ikinci geniş plenumu oldu. Plenum 
silahlı üsyan üçün plan hazırlamışdı. Gizli şəkildə kiçik silahlı 
dəstələr yaradılmışdı. 
Silahlı mübarizə barədə iki başlıca təklif olmuşdu. 
Birincisi, silahlı  dəstəni gizlicə  Təbriz  şəhərinə toplayaraq 
dövlətin bu şəhərdəki silahlı qüvvələrinə  qəfildən hücum 
edərək onları  tərk-silah etmək, hökumət idarələrini tutub 
hücumu genişləndirmək. İkinci təklif isə eyni vaxtda partizan - 
fədai
*
 vuruşlarına başlamaq idi. Noyabrın 17-dən Azərbaycan 
fədailəri kənd, qəsəbə,  şəhərləri  İran hökumət qoşunlarından 
azad etməyə başladılar. Noyabrın 10-dan 20-dək fasiləsiz 
kecirilən mitinq və nümayişlərdə əncümənlərin təşkil olunması, 
İran daxilində Azərbaycana geniş muxtariyyət verilməsi kimi 
qərarlar qəbul edildi. 1945-ci il noyabrın 20-də bölgələrdən 
gələn xalq nümayəndələrindən ibarət Azərbaycan Xalq 
Konqresi (AXK) Təbrizdə  işə başladı. 724 nümayəndənin 
                                                 
*
 Ялиня силащ эютцрцб халг щакимиййяти уьрунда мцтяшяккил мцбаризя 
апаран шяхсляр фядаи адланырды. 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
534
iştirak etdiyi AXK Azərbaycanın sosial-iqtisadi və siyasi 
vəziyyətini, eləcə də Tehranın bu milli böl-gədəki ayrı-seçkilik 
münasibətini təhlil edib nəzərdən keçirdikdən sonra belə bir 
tarixi qərar qəbul etdi: «Azərbaycan xalqı özünün daxili işlərini 
idarə etmək və milli muxtariyyətini təmin etmək üçün Əyalət 
Əncüməni təşkilini bir qədər genişləndirib, ona Milli Məclis 
(MM) şəkli verir. İranın daxilində və İranın ərazi bütövlüyünə 
xələl gətirmədən özünün Milli Hökumətini vücuda gətirir. 
Azərbaycan Xalq Konqresi özünü Müəssislər Məclisi elan 
edir». 
Müəssislər Məclisi qəbul etdiyi Bəyannamə vasitəsilə Azər-
baycan xalqının istək və  tələblərini  İran  şahına,  İran məclisinə, 
İran hakimiyyətinə, eləcə  də ABŞ,  İngiltərə, SSRİ, Fransa 
dövlətlərinə çatdırdı. Bəyannamədə azərbaycanlıların da başqa 
xalqlar kimi muxtar və azad yaşamağa, öz müqəddəratını 
özünün həll etməyə haqqlı olduğu və s. göstərilirdi. 
Müəssislər Məclisində 39 nəfərdən ibarət Milli Heyət 
yaradıldı  və M.Ə.Şəbüstərini ona sədr seçdi. Milli Heyət qanun 
vermək səlahiyyətinə malik idi. Milli Heyət taxılın Azər-
baycandan kənara daşınıb aparılmasının qarşısını aldı, asayişi 
pozanlara qarşı  tədbirləri gücləndirdi. Noyabrın 21-də MM-ə 
seçkilərə başlamaq haqda fərman verdi. Azərbacyanın böyük 
bir hissəsinin  İran hökumətinin nəzarəti altında qalmasına 
baxmayaraq 1945-ci il noyabrın 27-də Azərbacyanın hər 
yerində Milli Məclisə seçkilər başlandı  və dekabrın 1-də başa 
çatdı. Marağa, Sərab, Bostanabad, Mərənd, Sofiyan fədailər 
tərəfindən azad edilmişdi. Dekabrın 11-də  Təbriz  şəhəri azad 
olundu. Bütün Azərbaycan ADP-nin nəzarəti altında idi. 
Azərbaycan Milli Məclisinin 39 maddəlik 
nizamnaməsinin layihəsi M.C.Bağırov tərəfindən  İosif Stalin, 
Vyaçeslav Molotov, Larventi Beriya, Georgi Malenkova 
göndərildi və  bəyənildi. Sovet rəhbərliyi ilə razılaşdırıldıqdan 
sonra 12 dekabr 1945-ci il (21 Azər 1324-cü il) Azərbacyan 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə