Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə135/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   129   130   131   132   133   134   135   136   137

XIV mühazirə 
 
 
527
keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra 
hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna 
səbəb olmuşdu. Gilandakı  hərəkatın xoşagəlməz cəhətləri, 
Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun 
Xəzərsahili limanı  Ənzəliyə  hərbi hissələr çıxarması 
Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi 
«çarizmin o biri üzü» adlandırdı. 
Xiyabani başda olmaqla hərəkatın  əsas tələbi  İranı de-
mokratik respublikaya çevirməklə onun tərkibində  Cənubi 
Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın  əsas 
Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında 
müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə 
demokratların  əlinə keçməsinə istinadən üsyan rəhbərliyi 
iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli 
Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli 
Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası 
binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və  vəliəhdin 
iqamətgahı olan binaya - Ala Qapıya köçürüldü. 
Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik 
respublika qaydalarına  əsaslanırdı. Milli Hökumətin tərkibinə 
ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət 
burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət 
burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi. 
MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə,  ədliyyə, 
vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata 
keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı. 
Lakin torpaq məsələsi məhdud  şəkildə  həll edildi. 
Layihədə  təkcə dövlət torpaqlarının kəndlilər arasında 
bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan 
sahənin yalnız 4 faizini təşkil edirdi. Tolrpağın əsas hissəsi isə 
mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində 
toplanmışdı. 
Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı? 
Cənubi Azərbaycan 1917-ci il  
XXI əsrin əvvəllərində 
 
528
Tarixşünaslıqda bu barədə müxtəlif fikirlər var. Onlardan biri 
də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda 
Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafiə 
mövqeyi tutmaqdır. 1920-ci ildə  Təbrizə  gəldiyi günün sabahı 
sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə 
isə «Molla Nəsrəddin» jurnalı  səhifələrində üsyan dövründəki 
Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırırdı. 
Tehranda Böyük Britaniya nümayəndəliyi isə  mərkəzi 
hökumətin Azadistana (Azərbaycana) hazırladığı silahlı hücum 
planının təşkilatçısı idi. Sentyabrın 11-də  Təbriz üzərinə  qəfil 
hücum təşkil edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala 
Qapını  ələ keçirdilər, sentyabrın 14-də isə «Təcəddüd» qəzeti 
binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan 
çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son 
damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 
14-də Xiyabani vətənin azadlığı  və istiqlalı  uğrunda 
mübarizədə şəhid oldu. 
Üsyançılara amansızcasına divan tutuldu. İran irticasının 
başçısı Müşirüddövlə isə  Cənubi Azərbaycanda və  İranın 
müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı 
«xidmətlərinə» görə  şah tərəfindən birinci dərəcəli «Taci 
Kəyan» nişanı ilə təltif edildi. 
Beləliklə, Xiyabaninin başçılığı ilə  həyata keçirilmiş bu 
üsyan İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və 
azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə 
tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin 
siyasi fəaliyyəti, nəzəri-fəlsəfi baxışları Azərbaycan xalqının 
milli-azadlıq və demokratik hərəkatı tarixində  dərin iz 
buraxmışdır. 
  
2. Cənubi Azərbaycanda milli hərəkatın fəallaşması. 
«21 Azər» inqilabı. S.C.Pişəvərinin ictimai-siyasi baxışları 
və onun Azərbaycan milli hərəkatında rolu 


XIV mühazirə 
 
 
529
 
Bütün 
İranda mərkəzi dövlət hakimiyyətini 
möhkəmləndirmək adı altında  əslində  hərbi diktatura quruluşu 
yaratmış Rza xan 1925-ci ilin sonlarında (31 oktyabr) Qacar 
sülaləsini devirdi. Rza xan dekabrın 12-də özünün Rza şah 
Pəhləvi
*
 soyadı ilə İranın irsi şahı elan edilməsinə nail oldu. 
Rza  şahın dövlət səviyyəsinə qaldırdığı paniranizmə 
söykənən milli siyasəti Azərbaycan türklərinə qarşı maddi və 
mənəvi həyatın bütün sahələrində  həyata keçirilirdi. 
Azərbaycan türklərini bir millət kimi məhv etmək sahəsində 
istifadə edilən ən təsirli vasitə onları öz türk dilindən məhrum 
etmə siyasəti idi. Rza şah bütün idarələrə gizli sərəncam da 
göndərmişdi. «Soyu türk olan və türkcə danışan şəxsləri dövlət 
idarələrində  məsul vəzifələrə  təyin etməmək, mövcud olanları 
da bəhanə tapıb xaric etmək….».  
Rza  şahın Azərbaycana göndərdiyi istər fars, istərsə  də 
qeyri-fars məmurlar «vahid İran milləti» anlayışının  əhaliyə 
təlqin edilməsində xüsusi canfəşanlıq göstərirdilər.  Əski türk 
kitabları, daşbasma əsərləri, əlyazmaları yığışdırılıb yandırıldı.  
Rza  şahın göstərişi ilə 10-cu çağırış  İran Milli Məclisi 
1937-ci ildə «Parçala, hökmranlıq et!» prinsipi əsasında ölkənin 
yeni inzibati-ərazi bölgüsü haqda qanun qəbul etdi. Əyalətlər 
tarixi adları ilə yox, nömrələrlə  sıralandı, tarixi Azərbaycan 
torpaqları Azərbaycanın inzibati ərazi bölgüsündən kənarda 
saxlanıldı. Sonrakı illərdə də belə inzibati-ərazi siyasəti davam 
etdirildi. Hazırda Azərbaycan adı altında ancaq Şərqi 
Azərbaycan (Mərkəzi Təbriz) və  Qərbi Azərbaycan (Mərkəzi 
Urmiya)  ərazi vahidləri qalmışdır.  Ərdəbil, Zəncan, Qəzvin, 
                                                 
*
 Рза шащ Пящляви. 1920-ъы иллярин яввялляриндя Иран казак бригадасы 
забити Рза хан 1921-ъи илдя щярби назир, 1923-ъц илдя баш назир олмушдур. 
1922-23-ъц  иллярдя  онун  мяркязляшдирмя  сийасятиня  гаршы  чыхмыш  Шащ-
севян,  Талыш,  Халхал  ханларыны  табе  етди. 1924-ъц  илдя  Маку  ханлыьыны 
ляьв етди. 1925-ъц илдян Рза шащ Пящляви сой ады  иля Иранын шащы елан 
едилди. 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
530
Həmədan, Astara, Savə  və digər  şəhər, rayon, yaşayış 
məntəqəsi Azərbaycandan təcrid edilmişdir. 
Azərbaycanda Rza şahın siyasətindən narazlıq çox idi və 
20-ci illərdə bu siyasətə qarşı bir sıra üsyanlar baş vermişdi; 
1926-ci ildə  kəndli və  əsgər üsyanları, 1927-ci ildə  Təbrizdə 
təhsil sisteminin farslaşdırma siyasətinə qarşı etiraz çıxışları və 
s. 30-cu illərdə Rza şahın zorakılığına və milli zülmə qarşı 
çıxan vətənpərvərlər zindanlara salındı, ailələri kütləvi  şəkildə 
sürgünə göndərildi.  
Lakin təzyiqlər ölkənin digər xalqlarında olduğu kimi 
Azərbaycan türklərində  də milli özünüdərketmə prosesinin 
qarşısını ala bilmədi,  əksinə, onlarda milli müqavimət 
hisslərinin artmasına gətirib çıxardı. 
Milli burjuaziyanın orta və  aşağı  təbəqələrindən tutmuş 
geniş  kəndli kütləsinədək hamı, mütərəqqi ziyalılar, ruhanilər 
rejimin zorakılıq və özbaşınalığından cana gəlmişdilər. Belə bir 
şəraitdə  Şəhrivar hadisələri baş verdi. Yəni  şəhrivar ayında 
(1941-ci il avqustun 23-dən sentyabrın23-nə kimi) 1941-ci il 
avqust ayının 25-də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı 
maddəsinə  əsaslanan sovet ordusu (daha sonra İngiltərə  və 
1942-ci ildə ABŞ-ın hərbi qüvvələri) İrana daxil oldu. Rza şahın 
öz oğlu Məhəmməd Rzanın xeyrinə istefa verməsi (16.09.1941), 
şahın İranı tərk etməyə (17.09.1941) məcbur olması nəticəsində 
irtica geriyə çəkilməli oldu. Rza şahın hərbi-polis rejimi iflasa 
uğradı.  
Bütün bunlar Cənubi Azərbaycanda demokratik və milli 
qüvvələri yeni mübarizəyə ruhlandırdı. Azərbaycanlı  və-
tənpərvərlər müxtəlif partiyalar və  cəmiyyətlərdə, o cümlədən 
1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış  İran Xalq 
Partiyasının (İXP) Azərbaycan təşkilatlarında,  İran Həmkarlar 
İttifaqında, antifaşist cəmiyyət və birliklərdə, müxtəlif milli-
mədəni cəmiyyətlərdə  fəaliyyətə başladılar.  İXP-nın  əsas 
tələbləri bunlar idi: demokratik azadlıqların həyata keçməsi, 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə