Şimali Azərbaycan XIX əsrin
70-ci illəri – XX əsrin əvvəllərində
149
1891-ci ilədək nəşr edildi. «Əkinçi»nin ideya istiqamətini davam
etdirən bu qəzetin səhifələrində H.B.Zərdabi, S.Ə.Şirvani,
F.Köçərli, M.Şahtaxtlı, S.M.Qənizadə və başqa ziyalılar tez-tez
yazılarla çıxış edirdilər.
Bu qəzetdə dövrün aktual ictimai-iqtisadi problemlərinə
toxunulur, maarifçilik ideyaları yayılır, milli birlik ideyası
təbliğ olunurdu. Burada dərc olunan məqalələrdə fanatizm,
cəhalət və gerilik tənqid olunur, ana
dili və əlifba məsələsinə
xüsusi diqqət yetirilirdi.
1891-ci ildə «Kəşkül» qəzetinin nəşrinin dayandırılması
ilə Azərbaycan ziyalıları milli mətbuatdan məhrum edilmiş
oldu. Onlar öz əsərlərini Bakıda rus dilində nəşr olunan
«Kaspi», «Bakinskie izvestiya», «Baku» və başqa qəzetlərdə
çap etdirməli oldular.
1891-ci ildən 1903-cü ilədək Azərbaycanda ana dilində
mətbuat olmamışdır. Lakin Azərbaycan ziyalıları ana dilli mətbuat
uğründa bu illər ərzində daim mübarizə aparmış və bu
məqsədlə
dəfələrlə hökumətə müraciət etmişdilər. Lakin çar hakim dairələri
bu məqsədlə verilən ərizələri müxtəlif bəhanələrlə rədd etmişdir.
Bu çətinliklərə baxmayaraq Azərbaycan ziyalıları milli mətbuat
uğrunda mübarizəni davam etdirir, çar hökumətinin
müstəmləkəçilik siyasətinə qarşı çıxırdılar.
M.Şahtaxtlı gərgin və uzun mübarizədən sonra 1903-cü
ildə «Şərqi-Rus» adlı ana dilli qəzetin nəşrinə nail oldu. Bu
qəzet başlıca olaraq «Kaspi» və «Tərcüman»ın ənənələrini
davam etdirir, milli və dini ideyaların yayılmasına çalışırdı.
Qəzetdə dərc olunan «İslamiyyət və tatarlar», «İttihadi-islam,
yaxud panislamizm» və başqa bu kimi məqalələr onun ideya
istiqaməti haqqında müəyyən təsəvvür oyadır.
Qeyd edək ki, H.B.Zərdabinin fikirlərinə İsmayıl bəy
Qaspıralının əsərlərində də rast gəlirik. İ.Qaspıralı 1883-cü
ildən 1917-ci ilin oktyabrına qədər nəşr etdirdiyi «Tərcüman»
qəzetində və digər əsərlərində bütün türkləri bir küll halında
III mühazirə
150
götürür, onları ortaq və təmiz bir dil ətrafında birləşdirmək
istəyirdi. Buna görə o, «Tərcüman»ı bütün türklərin anlaya
biləcəyi ortaq və təmiz türkcə nəşr etdirirdi. O da Həsən bəy
kimi «millətə öz dilində elm vermək,
Avropa elmlərini,
maarifini, sənət və sənayesini iqtibas» etdirməkdən bəhs edirdi.
O yazırdı ki, bunun üçün millətin uşaqlarını oxutmaq, sürətli,
asan, müasir elmlər ruhunda oxutmaq lazımdır. Yusif
Akçuroğlunun çox doğru olaraq yazdığı kimi, məhz bu
ideyalardan bütün şimal türklüyünə yayılan «üsuli-cədid»
məktəbi doğdu.
İsmayıl bəy hələ 1881-ci ildə rusca nəşr etdirdiyi «Rusiya
müsəlmanları» adlı əsərində göstərirdi ki, «Asiya və Avropanın
bir qismində sakin böyük bir millət – türk-tatar milləti var. Bu
millət dağınıq, parça-parça, zəif, digər millətlərə nisbətən elm və
mərifətcə, sərvət və mədəniyyətcə çox geridə qalmışdır. Belə
davam edərsə, əbədi mübarizə qanununa uyğun olaraq məhv
olacaq, başqa millətlər tərəfindən udulacaqdır».
Mirzə Baba Məmmədzadənin göstərdiyi kimi, «bu
surətlə
İsmayıl bəydə də Həsən bəy Zərdabidə gördüyümüz
qərbliləşmək fikriylə yanaşı bir də ümumi, ancaq mədəni
türklük görürük». İ.Qaspiralının əsas şüarlarından biri də «İşdə,
əməldə və fikirdə birlik idi». Son-ralar görkəmli Azərbaycan
mütəfəkkiri Əli bəy Hüseynzadə tərəfindən «türkləşmək,
islamlaşmaq və avropalaşmaq» şəklinə salınaraq bir prinsip
halına
gətirilən, «Müsavat» partiyasının başlıca şüarını,
Azərbaycan milli bayrağının əsasını təşkil etməyə başlayan bu
ideya özündən əvvəlki mədəni millətçiliyin bir ifadəsi idi.
Hələ 1904-cü ildə Misirdə çıxan «Türk» qəzetində türk
birliyi, hətta panturanizm ideyasını ortaya atan Əli bəy 1905-ci
ildə Bakıda nəşrə başlayan «Həyat» qəzetində çap etdirdiyi
«Türklər kimdir və kimlərdən ibarətdir?», «Bizə hansı elmlər
lazımdır?», «Yazımız, dilimiz, birinci ilimiz» adlı yazılarında
türk millətinin irq və dil etibarilə bir millət olduğunu, bir
Şimali Azərbaycan XIX əsrin
70-ci illəri – XX əsrin əvvəllərində
151
vəhdət
təşkil etdiyini, bu millətin müasir elmləri alaraq
müasirləşmək məcburiyətində olduğunu isbat edərək
«türkləşmək, islamlaşmaq və avropalaşmaq» kimi düstur irəli
sürmüşdür. Y.Akçurağlu bu məşhur düstur haqqında yazırdı ki,
«Əli bəyin bu üçlü düstürü yaxşı tapılmış məsud
ideyalardandır; bu ideya türk aləminin hər tərəfinə yayılmış və
ələlxüsus məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir.
Məsələn, Ziya Göyalp bəy «Türkləşmək, islamlaşmaq və
müasirləşmək» mövzusu barədə çox əsərlər yazmışdır».
Beləliklə, M.B.Məmmədzadənin sözləri ilə desək, «türk
milli hərəkatı gərək geniş mənası ilə,
gərəksə də Azərbaycan
ölçüsündə XX əsrin əvvəllərinə doğru şəkillənməyə
başlamışdır. XX əsrin əvvəlləri türklüyün milliyyət dövründən
millət dövrünə keçdiyi bir dövrdür».
Ədəbiyyat
1.
Azərbaycan tarixi, IV c., Bakı, 2000
2.
Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992
3.
Əliyarlı S. Milli hərəkatın ilkin dönəmləri. «Azərbaycan», 1992.
№2-10
4.
Əziz. B. Milli azadlıq hərəkatı tarixinin dövrləri haqqında
qeydlər. «Tarix və onun problemləri», Bakı, 2007, s.148-152
5.
Məmmədov X. Azərbaycan milli hərəkatı. B., 1996
6.
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1992
7.
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti, Bakı, 1990
8.
Həsənova L.L. İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq
icarə münasibətləri. Bakı, 1986
9.
Генезис капитализма в Закавказье /Тезисы докладов науч-
ных сообщений. Б., 1969
10.
Города Азербайджана в период капитализма (вопросы соци-
ально-экономической и культурной истории). Баку, 1987
11.
Ибрагимов М. Нефтяная промышленность Азербайджана в
период империализма. Баку, 1914
12.
Мильман П.Ш. Судебная реформа 1864 г., и ее осуществле-
ние в Азербайджане. Баку, 1965, №3
III mühazirə
152
13.
Мурадалиева Э. Кровь земная – нефть Азербайджана и ис-
тория. Баку, 2005
14.
Мурадалиева Э.Б. Города Северного Азербайджана во вто-
рой половине ХIХ века. Баку, 1991
15.
Сумбатзаде А.С. Промышленность Азербайджана в ХIХ в.
Баку, 1964