XI mühazirə
386
Moskva, nə də Ermənistan razı olmadı, çünki Türkiyə ilə
Azərbaycan hesabına yaradılmış «erməni ərazisi» bununla ləğv
edilərdi.
Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Azərbaycan
rəhbərlərindən M.Bağırov itirilmiş tarixi Azərbaycan torpaqları
problemini önə gətirir. O, K.M.Malenkova cavab məktubunda
bildirir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi
halda müxtəlif zaman kəsiyində Ermənistana, Gürcüstana və
Rusiyaya verilmiş bir çox tarixi Azərbaycan torpaqlarının onun
özünə qaytarılmasını qətiyyətlə tələb edir.
M.Bağırov yaxşı bilirdi ki, ermənilər buna razı olmayacaq
və həm
ermənilərin, həm də havadarlarının – Mos-kvanın planı
pozulacaq. Moskva problemin nə qədər təhlükəli olduğunu
anladı. Problemin həllini mümkün hesab etməyən Mərkəz
ermənilərin iddialarını rədd etdi. Bununla yanaşı, Moskva
Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək
üçün işə başladı. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-
dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə Tehranda keçirilən
konfransda Sovet-İran məsələsi müzakirə edilərkən ermənilərlə
bağlı məsələyə toxunulmuşdur. Belə ki, gələcəkdə «Böyük
Ermənistan» dövləti yaratmaq arzusunda olan ermənilər
konfrans zamanı SSRİ xarici işlər naziri V.Molotova
müraciət
edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş
etmişdilər. V.Molotov İ.Stalinin razılığını aldıqdan sonra İranda
yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə
verilmişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət
Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR
ərazisinə köçürülməsi haqqında qərar qəbul edildi.
Bu köçürülmə azərbaycanlıların yaşadıqları torpaqların
boşaldılması hesabına həyata keçirilməli idi. Yəni
azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması və
onların yaşadıqları
əraziyə köçürülən ermənilərin
yerləşdirilməsi nəzərdə tutulurdu. Bu işə «Daşnaksütyun»
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
387
partiyası ilə birlikdə Qriqorian kilsəsi də öz xeyir-duasını
vermişdi.
Lakin Molotovun təklifi o zaman Ermənistan KP MK-nın
1-ci katibi Q.H.Harutyunovla Stalinin razılığa gəlməsindən
sonra xeyli dəyişdirildi. Qərara alındı ki, köçürüləcək ermənilər
Ermənistanda yerləşdirilsinlər, əvəzində isə Ermənistan SSR
ərazisində yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər.
Bununla da Mərkəzin rəhbərliyi və xeyir-duası ilə azər-
baycanlıların Ermənistan
SSR ərazisindəki ata-baba
torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı.
Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də
SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-dən kolxozçuların
və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında» qəbul etdiyi 4083 saylı
qərarla rəsmiləşdirildi. Daha sonra SSRİ Nazirlər Sovetinin
1948-ci il 10 mart tarixli «Ermənistan SSR-dən kolxozçuların
və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» yeni bir
qərarı ilə bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün
konkret tədbirlər planı hazırlandı. Qərarda göstərilirdi ki, bu,
«SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına
əlavədir». Bu qərara görə, 100 min azərbaycanlı 1948-1950-ci
illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə
isə 50 min nəfər «könüllülük prinsipinə əsasən»
Azərbaycana
köçürülməli idi. Qərarın on birinci maddəsində göstərilirdi ki,
Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki,
azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları
tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan
SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə
etsinlər. O zaman Ermənistan SSR-də öz ata-baba torpaqlarında
0,5 (yarım) milyondan çox azərbaycanlı yaşayırdı. 1948-ci ildə
Ermənistan SSR-dən planlı və mütəşəkkil şəkildə Azərbaycan
SSR-ə 1.799 təsərrüfat, 7.747 nəfər azərbaycanlı
XI mühazirə
388
köçürülmüşdü. Köçürülmə zorakılığa, təzyiqlərə məruz
qalmaqla həyata keçirilirdi. Bu üsulla 1948-ci ildə 429
azərbaycanlı ailəsi (2.834 nəfər)
pərakəndə halda Azərbaycana
köçürülmüşdü. 1948-ci ilin payızına qədər köçürülənlərin sayı
10.584 nəfərə çatmışdı.
SSRİ NS-nin 1948-ci il martın 10-da qəbul etdiyi qərarda
köçürülmə ilə bağlı konkret tədbirlərdən bəhs olunurdu:
köçürülən əhali əsas istehsal vasitələrini – kənd təsərrüfatı
maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu vasitələrini, ev
heyvanlarını və s. apara bilərdi. Həmçinin SSRİ NS-nin
qərarlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün Azər-
baycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin
14-də xüsusi qərarlar qəbul etmişdi.
Köçürməni qısa müddətdə başa çatdırmaq üçün xüsusi
köçkünlər komissiyası yaradılmışdı. Komissiya üzvlərinə
göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və
bu «siyasi» kampaniya tezliklə başa çatdırılsın. Komissiyanın
tərkibinə azərbaycanlılardan – Yerevan şəhəri Spandaryan
rayon soveti icraiyyə komitəsinin sədri Rza Şeyxzadə,
Qarabağ
rayon partiya komitəsinin katibi İbiş Abbasov, «Sovet
Ermənistanı» qəzetinin redaktoru Rəhim Allahverdiyev,
Keşişkənd rayonu partiya komitəsinin 2-ci katibi Əziz Cəfərov
və b. daxil idilər.
Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında
(respublika əhalisinin rəyi nəzərə alınmadan) əldə olunmuş
razılaşmaya görə, 1949-cu ildə 15.713 nəfər (5420 nəfər yazda,
10.293 nəfər isə payızda) və 3818 təsərrüfat köçürülməli idi.
Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan
SSR hökumətləri arasında əldə edilmiş razılaşmanı təsdiq
etmədi. Mərkəzin rəsmi nümayəndəsi S.Çeremuşin Azərbaycan
SSR Nazirlər Sovetinin sədri T.Quliyevdən Ermənistan SSR-
dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40.000 nəfər
azərbaycanlının köçürülməsini tələb etdi.
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
389
Azərbaycan hökuməti vəziyyətin çətinliyini görüb
Mərkəzi hökumətə – SSRİ Nazirlər
Soveti sədrinin müavini
K.M.Malenkova müraciət etdi. Müraciətdə bildirildi ki, bir
dəfəyə 40.000 nəfər əhalinin köçürülməsi və yerləşdirilməsi
üçün Azərbaycanın imkanı yoxdur. Müraciətdə həm də 1949-
1950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə
planlarına yenidən baxılması və «Ermənistan SSR-dən olan
azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin
1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə
icazə verilməsi» xahiş edildi.
Bu məsələdə Azərbaycan rəhbərliyi qətiyyətsizlik gös-
tərdi. Köçürülməsi nəzərdə tutulan əraziyə Ermənistanın 22
rayonu, əsasən azərbaycanlıların ata-baba torpaqları olan
Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican,
Astarxan, Kirovakan daxil idi. Bu ərazilər azərbaycanlıların
yığcam şəkildə yaşadıqları dağlıq
və dağətəyi bölgələrdən
ibarət idi.
Ermənistan SSR-dən köçürülən azərbaycanlılar
Azərbaycan SSR-in Kür-Araz ovalığında və digər rayonlarda
yerləşdirilirdilər. Deportasiya edilmiş azərbaycanlılar Kür-Araz
ovalığında yaşayan ermənilər tərəfindən təqib olunurdular. Bu
cür böhtanlar nəticəsində ermənilər Azərbaycan SSR Şamxor
(Şəmkir) rayonuna deportasiya edilmiş 150 nəfər
azərbaycanlının öz təsərrüfatları ilə birlikdə ra-yondan sürgün
edilməsinə nail olmuşdular. Ermənilərin Azərbaycanda
özbaşınalığına respublika rəhbərinin gözü qarşısında şərait
yaradan respublikanın XDİN-də, partiya və sovet orqanlarında
rəhbər vəzifə sahibi olan Markaryan, Qriqoryan, Yemelyanov,
Borşov və başqaları idi.
Onlar deportasiya olunan
azərbaycanlıların ermənilərin sıx yaşadıqları Dağlıq Qarabağ
Muxtar Vilayəti ərazisində və onun ətraf rayonlarda
yerləşdirilməsinə imkan vermiş, M.Bağırova saxta, böhtan
xarakterli arayışlar təqdim edirdilər. Respublika Təhlükəsizlik