XI mühazirə
398
etdi.
Daha sonra dəniz mədənlərinin yaradılması və inkişafında
«Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və işlənməsi
üzrə işlərin təşkilini yaxşılaşdırmaq tədbirləri haqqında» SSRİ
Nazirlər Sovetinin 1949-cü il 31 oktyabr tarixli yeni qərarı
qəbul edildi. Bu qərardan sonra dəniz neft yataqlarının
işlənməsini gücləndirmək və bu işə rəhbərliyi yaxşılaşdırmaq
məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yeni
neft Birliyi – «Azərdənizneft» yaradıldı. Bundan əlavə,
dünyada ilk dəfə olaraq açıq dənizdə neft-mədən
estakadalarından istifadə olunmağa başlandı. Artıq 1948-ci ildə
tikintisinə başlanılmış estakadanın uzunluğu 1950-ci ildə 18,9
km-ə çatdı. Nəticədə qısa müddətdə neft hasilatı 1,4 dəfə artdı.
Neft hasilatı artıqca neft emalı səna-yesi də inkişaf edirdi. Neft
emalı zavodları yeniləşdirilir, yeni texnologiya tətbiq edilirdi.
Bakıda elektrik təmiri və 1949-cü ildə Binəqədi boru
təmiri zavodlarının da tikilib istifadəyə verilməsi neft
mədənlərinin istismar-qaldırıcı mexanizmlər ilə təmin
edilməsində mühüm rol oynadı.
Neft sənayesinin inkişafı Azərbaycanda digər əlaqədar
sənaye sahələrinin, o cümlədən maşınqayırma, kimya
sənayesinin də inkişafına əhəmiyyətli təsir göstərirdi.
Maşınqayırma sənayesi inkişaf etdikcə, onun yeni istehsal
sahələri yaranır, istehsal gücü artırdı. 1946-1950-ci illərdə neft
maşınqayırma zavodları 438 növ yeni maşın, mexanizm və yeni
avadanlıqlar istehsal etmişdi. 1947-ci ildə Bakı elektrik
maşınqayırma zavodu, Bakı diyircəklər zavodu, yeni
cihazqayırma və elektromexanika məmulatı zavodu tikilib
istifadəyə verilmişdi.
1946-cı ildən başlayaraq Azərbaycanda elektrik
enerjisinin istehsalına olan tələbatı ödəmək üçün mühüm işlər
görülmüşdü. İlk növbədə, enerji sisteminin işi yenidən quruldu,
yeni enerji istehsalı yaradıldı. O cümlədən, Sumqayıt İstilik
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
399
Elektrik Stansiyasının istehsal gücü xeyli artırıldı.
SSRİ XKS-in 1945-ci il mayın 6-da qəbul etdiyi qərara
uyğun olaraq Mingəçevir SES-in tikintisi bərpa edildi. Su qov-
şağının əsas obyektlərinin tikintisini sürətləndirmək məqsədilə
1948-ci ildə «Mingəçevir-SES tikinti» idarəsi yaradıldı. Bu
idarə Mingəçevir SES-in tikintisinin qısa müddətdə başa
çatdırılmasında mühüm rol oynadı.
1946-1950-ci bərpa illərində Azərbaycanda sənayenin
digər sahələri – tikinti materialları, yüngül, toxuculuq, yeyinti
və yerli sənaye bərpa olunur, quruculuq işləri sürətlə inkişaf
etdirilirdi. Yüngül və toxuculuq sənayesinə vəsait qoyuluşu
xeyli artırılmış, onların yeni texnika və texnologiya ilə təchiz
edilməsi genişləndirilmişdi. Nəticədə əsas istehlak mallarının
istehsalı 1950-ci ildə müharibədən əvvəlki səviyyəni ötüb
keçmişdi.
1946-1950-ci illərdə respublikada iqtisadiyyatın mühüm
sahəsi olan kənd təsərrüfatının bərpa və inkişaf etdirilməsi
sahəsində də uğurlu işlər görülmüşdü. ÜİK(b) P MK-nın 1947-
ci il fevral Plenumu «Müharibədən sonrakı dövrdə kənd
təsərrüfatını yüksəltmək tədbirləri haqqında» məsələ müzakirə
etmiş və müvafiq qərar qəbul edilmişdi. Qərardan irəli gələn
vəzifələrin həyata keçirilməsinin nəticəsi kimi Azərbaycanın kənd
təsərrüfatının istehsalat-texniki bazası xeyli möhkəmləndirildi.
Respublika kənd təsərrüfatına qoyulan əsaslı vəsait artırıldı.
1946-1950-ci illərdə Azərbaycana 4200 traktor, 273 taxıl
kombaynı və çoxlu miqdarda digər kənd təsərrüfatı maşını
gətirilmişdi. Bu texnikanın sayı durmadan artırılırdı. Xüsusilə,
MTS-lərin şəbəkəsi genişlənmiş, 12 MTS və 3 maşın –
heyvandarlıq stansiyası təşkil olunmuşdu.
Bərpa illərində suvarma sistemi, irriqasiya tikintisi
genişləndirildi. Kür-Araz ovalığında, Samur-Dəvəçi kanalı
zonasında və respublikanın digər regionlarında suvarma işini
yaxşılaşdırmaq üçün mühüm tədbirlər görüldü.
XI mühazirə
400
Kənd təsərrüfatının inkişafında koxozların təşkilat-tə-
sərrüfatca möhkəmləndirilməsi sahəsində də əhəmiyyətli təd-
birlər həyata keçirildi. «Kolxozlarda kənd təsərrüfatı arteli
Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında»
SSRİ XKS və ÜİK(b) P MK-nın 1946-cı il 19 sentyabr tarixli
qərarının respublikada həyata keçirilməsi nəticəsində
kolxozların ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqdan
istifadəni yaxşılaşdırmaq, işin və əməyin səmərəliliyini
artırmaq, kənd təsərrüfatının ictimai mülkiyyətini daha da
inkişaf etdirmək, kolxozçuların əmək fəallığını artırmaq
mümkün olmuşdu.
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və
koxozçuların təşkilat-təsərrüfatca möhkəmləndirilməsində
SSRİ Nazirlər Sovetinin «Xırda kolxozların iriləşdirilməsi
haqqında» 1950-ci il 7 iyun tarixli qərarının da əhəmiyyəti az
olmamışdı. Artıq 1950-ci ilin sonunda respublikanın kənd
təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da meydana gəlirdi.
Respublikada 3136 artel, 1615 kolxoz və 46 sovxoz var idi.
Kolxozların iriləşdirilməsi nəticəsində onların sayı azalaraq
1951-ci ildə 1359-a enmişdi.
1947-ci ildə dövlətin kolxozlara münasibəti dinc dövrə
uyğunlaşdırılmamış qalırdı. MTS-lər bərpa olunsa da, onların
işi yaxşı təşkil olunmamışdı.
Müharibədən sonra tikinti işləri yenidən qurulurdu. Bu
işlərini icra etmək üçün fəaliyyətdə olan
«Azərneftzavodtikinti», «Qafqazneftenerjitikinti» kimi iri
tikinti təşkilatları ilə yanaşı, «Mingəçevirtikinti»,
«Daşkəsənfiliztikinti», «Kür-Arazsutikinti», «Bakı tikinti-
quraşdırma» tresti, «Azneftdəniztikinti» və digər tikinti
təşkilatları işə salınmışdı.
Müharibədən sonrakı dövrdə Zaqafqaziyada ən böyük
Daşkəsən dəmir filizi yatağı əsasında filiz-mədən sənayesi
yaradılmağa başlandı. Burada əmək məhsuldarlığının
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
401
artmasında mühüm rol oynayan Daşkəsən dəmir mədəninin
əsası qoyuldu. Müharibə ilə əlaqədar tikintisi dayandırılmış
Daşkəsən mədəninin tikintisi bərpa edildi.
Azərbaycanda nəqliyyat və rabitə sahələri də inkişafa
başladı. 1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı
ilə ayrıca Azərbaycan Dəmiryol İdarəsi təşkil olundu. Bu da
Azərbaycanın müxtəlif bölgələrini birləşdirən dəmiryol
şəbəkəsinin genişləndirilməsində,
əhalinin nəqliyyat
vasitələrinə olan ehtiyacının təmin edilməsində az rol
oynamamışdı.
1946-1950-ci illərdə respublika daxilində su, avtomobil
və hava nəqliyyatı da xeyli inkişaf etmişdi. Onların texniki
təchizatı yaxşılaşmışdı ki, bu da yük dövriyyəsini və sərnişin
daşımasını artırmağa imkan vermişdi.
Rabitə müəssisələrinin şəbəkəsi, poçt mübadiləsi
genişlənirdi. Teleqraf-telefon rabitəsi yenidən quruldu.
Beləliklə, 1946-1950-ci illərdə Azərbaycanın xalq
təsərrüfatında bərpa işləri, əsasən, başa çatdırıldı, sənaye və
kənd təsərrüfatı işləri dinc dövrə uyğun olaraq yenidən quruldu,
tikinti, nəqliyyat, rabitənin texniki səviyyəsi yüksəldildi.
Sənayenin ümumi məhsulu 78 faiz artdı.
Azərbaycanın neft-qaz sənayesinin inkişafı nəticəsində
neft hasilatı 28, qaz çıxarılması isə 26 faiz çoxaldı. Neft emalı
zavodlarının istehsal gücü artırıldı. Neft emalının həcmi 1,3,
bütün əlvan neft məhsullarının həcmi 14 dəfə, aviasiya benzin
növləri 7,5, dizel yanacağı 6,5, bütün növ yağların istehsalı isə
1,75 dəfə çoxaldı.
Kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişləndirildi.
Ümumi məhsulun istehsalı 1950-ci ildə 1946-ci ilə nisbətən 32
faiz çox oldu.
Heyvandarlıqda irəliləyişlər baş verdi. Bütünlükdə isə
maldarlığa münasibət o qədər də yaxşı deyildi. Heyvandarlığın
inkişafında kolxoz və sovxozların imkanlarından tam istifadə
Dostları ilə paylaş: |