Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə104/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   137

XI mühazirə 
 
 
406
etmişdir.  
60-cı illərdə respublika sənayesində aparıcı sahələrdən 
biri neft-maşınqayırma sənayesi idi. Bu sahədə xeyli 
irəliləyişlər baş vermişdi. Azərbaycan maşınqayırma sənayesi 
öz məhsullarını təkcə respublikaya deyil, həmçinin bütün SSRİ-
yə ixrac edirdi. 
Respublikada maşınqayırmanın yeni sahələri meydana 
gəlmişdi. 1954-cü ildə «Mingəçevir kəndmaş» kənd təsərrüfatı 
maşınqayırma zavodu işə salındı. 50-ci illərdə Bakıda güclü 
ekskavator təmir zavodu, elektrotexnika sənayesinin 
«Azərkabel» zavodu, «Azərneftkəşfiyyat» təmir-mexaniki 
zavodu bazasında «Bakıqazaparat» zavodu, Bakı elektrik təmiri 
zavodu, Mingəçevir SES-in birinci növbəsi işə salındı. 
50-60-cı illərdə Azərbaycanda enerji istehsalı,  əhalinin 
enerjiyə olan təminatı xeyli gücləndi. 1954-cü ildə  Şüvəlanda 
«Şimal» DRES fəaliyyətə başladı. 1959-cu ildə Əli-Bayramlıda 
yeni istilik-elektrik stansiyası istismara verildi. 
Respublikada ilk dəfə 20 kilovatlıq Mingəçevir-Xırdalan 
elektrik xətti çəkildi. 60-cı illərdə respublikada kimya sənayesi 
daha sürətlə inkişaf edirdi. 1952-ci ildə katalizator fabriki, 
1953-cü ildə Yeni Bakı neftayırma zavodu, Sumqayıt sintetik 
kauçuk zavodunun işə salınması ilə neft-kimya sənayesinin 
əsası qoyuldu və inkişaf etdirildi. 1958-ci ildə kimya və neft-
kimya sənayesinin ümumi məhsulunun həcmi 1950-ci ilə 
nisbətən 8,9 dəfə artmışdı. 
XX yüzilliyin 60-cı illəri filiz-mədən sənayesinin inkişafı 
ilə  əlamətdar olmuşdur. 1954-cü ildə Daşkəsən dəmir 
mədəninin tikintisi başa çatdırıldığı vaxtdan respublikanın 
iqtisadiyyatında filiz-mədən sənayesi mühüm rol oynamağa 
başladı. 
Daşkəsən dəmir mədəninin işə salınması, elektrik dəmir 
yolunun çəkilməsi, zəylik-alunit yatağının alüminium filizindən 
istifadə etməyə imkan yaratdı. Yeni metallurgiya müəssisələri 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
407
istifadəyə verildi. Sumqayıt boru-prokat zavodu ilk məhsul 
istehsal etdi, iki marten sobası istifadəyə verildi. 
1958-1959-cu illərdə qazlı-neftli Zirə yatağının kəşfi və 
sənaye miqyasında işlənməsi ilə respublikada qaz sənayesi 
əhəmiyyətli dərəcədə inkişaf etdi. 60-cı illərin  əvvəllərində 
Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisi başa 
çatdırıldı. 
Respublikada energetika bazası iki il ərzində xeyli 
genişlənmişdi. Mingəçevir su elektrik stansiyasının altı 
aqreqatının hamısı  işə salınmış,  Şimal dövlət rayon elektrik 
stansiyasının birinci növbəsi istifadəyə verilmişdi. Elektrik 
stansiyalarının gücü 1920-ci ildəkinə nisbətən 1958-ci ildə 40 
dəfə, elektrik enerjisi istehsalı 50 dəfə artmışdı. Elektrik 
enerjisi istehsalının artması  nəticəsində 1958-ci ildə 
respublikada  əhalinin hər nəfərinə 1600 kilovat-saat elektrik 
enerjisi düşmüşdü. 
Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il iyulun 
13-də «1955-1960-cı illərdə Azərbaycan SSR-in kənd 
təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında», 
1957-ci ilin iyulunda «Azərbaycan SSR-in dağlıq, dağətəyi və 
sərhəd rayonları kolxozlarına kömək göstərmək haqqında» 
qəbul etdiyi qərarları Azərbaycanın kənd təsərrüfatında mövcud 
olan bir sıra problemlərin aradan qaldırılmasında mühüm rol 
oynamış, ilk növbədə, kənd təsərrüfatına vəsait qoyuluşu xeyli 
artırılmışdı.  
Həyata keçirilən tədbilər nəticəsində kolxozların maddi-
texniki bazası xeyli möhkəmləndi, onların birləşdirilməsi 
hesabına daha iri, genişləndirilmiş  təsərrüfatlar yaradıldı. Belə 
ki, 1950-ci ildə Azərbaycanda 1615 kolxoz var idisə, onların 
birləşdirilməsi hesabına bu rəqəm 992-yə endi. 
50-60-cı illərdə Azərbaycanda kolxoz quruculuğu ilə 
yanaşı, sovxoz quruculuğu da inkişaf etdirilirdi. Sovxozların 
sayı 1950-ci ildə 46-dan 1970-ci ildə 406-ya çatdırılmışdı. 


XI mühazirə 
 
 
408
Kənd təsərrüfatının bir sıra sahələrində müvəffəqiyyətlər 
əldə edilsə də, pambıqçılıq sahəsində görülən tədbirlər istənilən 
nəticəni verməmişdi. Pambıq istehsalı azalmış, dənli bitkilər 
sahəsində müvəffəqiyyətlər 1955-1956-cı illərdə xeyli aşağı 
düşmüşdü, məhsul yığımı 1954-cü ildəkindən az olmuş, hər 
hektardan götürülən məhsul 2,5 sentner azaldılmışdı. 
Respublikanın Qazax, Şəmkir, Ağstafa, Tovuz kimi çox 
məhsul götürən rayonlarında da pambığın məhsuldarlığı xeyli 
aşağı düşmüşdü. 
Respublikada dənli bitkilər  əkinində qarğıdalı  əsas yer 
tuturdu. 1953-cü ildə 105 min hektar qarğıdalı  əkildiyi halda, 
1958-ci ildə 109 min hektar qarğıdalı  əkilmişdi. Bu sahədə 
Zaqatala, Balakən, Qax, Lənkəran, Nuxa rayonları müsbət 
nailiyyətlər əldə etmişdilər. 
1957-ci ildə respublikada 11231 min hektar əkin 
sahəsinin 781 min hektarı, yəni 64 faizi dənli bitkilərdən ibarət 
idi. Taxıl təsərrüfatı  əkin sahəsinə görə respublikanın kənd 
təsərrüfatı istehsalında əsas yer tuturdu. Bütün əkin sahələrinin 
66 faizində taxıl əkilirdi. 
Kənd təsərrüfatının başqa sahələri olan tütün, çay, tərəvəz 
məhsulları istehsalı da artmışdı. Respublikada tərəvəz-bostan 
bitkilərinin yetişdirilməsinə  də xüsusi fikir verilirdi. 1958-ci 
ildə tərəvəz-bostan bitkilərinin əkin sahəsi 1953-cü ilə nisbətən 
42 faiz artmışdı. 1955-ci ildə ümumi tərəvəz məhsulu 1950-ci 
ildəki 67 min tona qarşı 123,1 min ton olmuş, təqribən 2 dəfə 
artmışdı. 
Respublikada heyvandarlığı inkişaf etdirmək və mal-
qaranın məhsuldarılığını yüksəltmək üçün bir sıra tədbirlər 
görülmüşdü. Heyvandarlıqda süd və ət məhsuldarlığı artmışdı. 
1957-ci ildə kolxozlarda 778 min ton, yəni hər inəkdən 787 
kiloqram süd sağılmışdı. 
Respublikanın kolxoz və sovxozları qoyunçuluğu hər 
vasitə ilə inkişaf etdirmək və yun istehsalını artırmaq haqqında 
Şimali Azərbaycan İkinci dünya  
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə) 
 
 
409
Nazirlər Sovetinin qərarını yerinə yetirərək qoyunçuluğu 
inkişaf etdirmək və onun məhsuldarlığını artırmaq sahəsində bir 
sıra tədbirlər görmüşdü. Respublikada təqribən 4 mln. baş, o 
cümlədən kolxozlarda 30345 min baş qoyun var idi. 
Mal-qaraya baxılması, onun yemlənməsi və saxlanması 
işinə, heyvandarlıq üçün yem bazası yaradılmasına, çox 
qiymətli yem bitkisi olan qarğıdalının yayılmasına çox diqqətlə 
yanaşılmış, onun inkişafı üçün bir sıra tədbirlər görülmüşdü. 
Respublikanın sənaye və tikinti təşkilatları da müsbət 
nəticələr  əldə etmişdi. Respublika sənayesi elə bir səviyyəyə 
çatmışdı ki, bir çox məhsullar xaricə ixrac edilirdi. 
1962-ci ildən başlayaraq sənaye sahələrində, o cümlədən 
neft sənayesində gerilik özünü göstərməyə başlamışdı. Düzgün 
olmayan iqtisadi siyasət ona gətirib çıxarmışdı ki, respublikanın 
sosial-iqtisadi inkişafında nöqsanlar və  çətinliklər yaranmış, 
həllini gözləyən problemlərin yığımı əmələ gəlmişdi. 
1964-cü ildən başlayaraq, neftçıxarmada, ilk növbədə 
geoloji kəşfiyyat və qazma sahələrində  işlərin yarıtmaz təşkili 
üzə  çıxmışdı. Bu problemlərin həlli ilə bağlı görülən tədbirlər 
də heç bir nəticə verməmişdi. 
1965-ci ilin sentyabrında respublika sənayesinin idarə 
olunmasının yaxşılaşdırılmasına, planlaşmanın 
təkmilləşdirilməsinə 
və iqtisadi amillərin rolunun 
gücləndirilməsinə yönəldilmiş  tədbirlər; sahə nazirliklərinin 
təşkili; planlaşdırmanın elmi əsaslarının yüksəldilməsi və digər 
iqtisadi amillər də uğursuzluqla nəticələndi. 
XX  əsrin 60-cı illərində iqtisadiyyatın  ən aparıcı 
sahələrindən biri kimi, kənd təsərrüfatı sahəsində  əsas vəzifə 
kolxozları 
təşkilat-təsərrüfatca möhkəmləndirməkdən, 
elektrikləşdirməkdən, kolxoz və sovxozlarda aqrotexniki və 
suvarma sistemini və onun xidmətini yaxşılaşdırmaqdan ibarət 
idi. 50-ci illərin sonunda respublikada hakimiyyətə  gələn yeni 
qüvvələrin qeyri-mütəsəkkil, düşünülməmiş, reallıqdan uzaq 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə