XI mühazirə
402
olunmurdu.
Respublikada tikinti-quraşdırma işləri genişləndirilmiş,
tikinti təşkilatlarının texniki və maddi bazası inkişaf etmişdi.
Bununla yanaşı, ixtisaslı kadrlar çatışmırdı. Mədəni-maarif, tibb
ocaqlarının tikintisi, abadlaşdırma işləri ləng gedirdi. Nəqliyyat,
rabitə sistemində xeyli uğurlar əldə olundu.
XX yüzilliyin 50-60-cı illərində Azərbaycan keçmiş
Sovetlər Birliyinin tərkibində olduğundan ölkənin xalq
təsərrüfatı da mərkəzləşdirilmiş qaydada idarə olunurdu. O vaxt
Azərbaycanda xalq təsərrüfatının bütün sahə strukturlarının
yaradılması, planlaşdırılması və idarə edilməsi mərkəzin qərarı
ilə nizamlanırdı.
1955-ci ilin iyulunda Sov. İKP Mərkəzi
Komitəsi
istehsalın texniki səviyyəsini yüksəltməyə dair xüsusi proqram
qəbul etdi. Xalq təsərrüfatının idarə edilməsi yenidən qurul-
mağa başladı. 1956-cı ilin mayında Sov.İKP MK və SSRİ
Nazirlər Sovetinin qərarı ilə xalq təsərrüfatının idarə
olunmasında müttəfiq respublikaların rolu artırıldı. Əsaslı
tikinti, maddi-texniki təchizat, əmək məhsuldarlığı, məhsulun
maya dəyəri və satışı, habelə maliyyə məsələləri ilə indi
respublikalar özləri məşğul olmağa başladılar. Kənd təsərrüfatı
idarələri ləğv edildi.
Sov. İKP MK-nın 1957-ci il fevral plenumunun və SSRİ
Ali Sovetinin həmin ilin mayında keçirilən sessiyasının
qərarlarına əsasən, sənaye və tikintinin idarə olunması yenidən
qurulmağa başladı. Təsərrüfat nazirlikləri ləğv edildi. Operativ
idarəçiliyin mərkəzdən yerlərə verilməsi üçün iqtisadi rayonlarda
Xalq Təsərrüfatı Şurası yaradıldı və 400-dən çox
sənaye
müəssisəsi onun ixtiyarına verildi. Sənaye məhsulunun, demək
olar ki, hamısı respublikaya tabe olan müəssisələrdə istehsal
olunurdu. SSRİ Ali Sovetinin 1958-ci il 31 mart tarixli
qanununa əsasən, MTS ləğv olunmuş, onların texnikası
kolxozlara satılmışdı. Bu, təsərrüfatların iqtisadi vəziyyətini
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
403
xeyli pisləşdirmişdi.
1955-ci ildə istehsal vasitələri istehsalı 1950-ci il səviy-
yəsindən beşinci beşillik planda nəzərdə tutulan 80 faiz
əvəzinə, 84 faiz olmuşdu. Xam və dincə qoyulmuş torpaqlardan
müvəffəqiyyətlə istifadə edilirdi. Taxıl istehsalı 1954-cü
ildəkindən 135 mln. pud artıq istehsal edilmişdi. Heyvandarlıq
məhsullarının istehsalı və tədarükü artmışdı. Ağır səna-yenin və
kənd təsərrüfatının əldə edilmiş artımı yüngül
sənayenin və
yeyinti sənayesinin müvəffəqiyyətlə inkişafı üçün,
zəhmətkeşlərin maddi rifahının və mədəni səviyyəsinin yük-
səldilməsi üçün möhkəm təməl yaratmışdı.
1954-1955-ci illərdə respublikaların, demək olar ki, bütün
sənaye sahələri dövlət plan və tapşırıqlarının yerinə
yetirilməsini təmin etmişdi. 1955-ci ilə nisbətən 1957-ci ildə
sənayenin ümumi məhsul istehsalı 43,5 faiz artmışdı.
Respublikada sənayenin əsas sahəsi olan neft sənayesi ilə
yanaşı, qara və əlvan metal sənayesi, kimya sənayesi, enerji
istehsalı sənayesi də sürətlə inkişaf etmişdi.
Ağır sənayenin inkişaf etdirilməsi
ilə bərabər, yüngül və
yeyinti sənayesinin inkişafına da böyük diqqət verilirdi.
Mingəçevirdə iri toxuculuq kombinatı, Bakıda kamvol fabriki
və digər yerlərdə bir sıra müəssisələr tikilmişdi.
1956-cı ildə ümumi sənaye məhsulu 1954-cü ilə nisbətən
7, 1955-ci ilə nisbətən 13,5 faiz artmışdı. Plandan əlavə 259,7
mln. manatlıq məhsul verilmişdi. Respublikada 1913-cü
ildəkindən 13,7 dəfə artıq sənaye məhsulu buraxılmışdı. Prokat
istehsalı 5,5 dəfə, elektrik enerjisi istehsalı 6 faiz, açıq neft
məhsulları istehsalı 17 faiz və etil spirti istehsalı 56 faiz
artmışdı. Elektrik enerjisi istehsalı üst-üstə Türkiyə, İran,
Pakistan, Əfqanıstanda istehsal edilən elektrik enerjisindən
təqribən bir dəfə yarım və Rusiyada istehsal edilən elektrik
enerjisindən 2,5 dəfə artıq idi.
Sov.İKP MK fevral plenumunun və SSRİ Ali Soveti
XI mühazirə
404
yeddinci sessiyasının qərarlarına uyğun olaraq 1957-ci ilin
iyulunda Azərbaycan Xalq Təsərrüfatı Şurası təşkil edilmişdi.
Ləğv edilən ittifaq - respublika və respublika nazirliklərinin
bütün müəssisələri respublika Xalq Təsərrüfatı Şurasına
verilmişdi. Xalq Təsərrüfatı Şurasının ixtiyarında 381
müəssisə
vardı ki, bundan 269-u sənaye müəssisələri idi.
Respublikada bir sıra yeni istifadə qurğuları, Sumqayıt
boru-prokat zavodunda prokat sexi, Sumqayıt sintetik kauçuk
zavodunda kauçuk bölməsi və s. işə salınmışdı. Kirovabad
(Gəncə) alüminium oksidi zavodunun, zəylik alunit mədəninin,
Bakı Şin zavodunun tikilməsinə başlanmışdı. Respublikada
elektrotexnika malları istehsal edən dörd ixtisaslaşdırılmış
zavod və elektrotexnika sənaye elmi-tədqiqat institutu təşkil
edilmişdi.
Ağır sənayenin inkişaf etdirilməsi ilə yanaşı, yüngül
sənayenin və yeyinti sənayesinin inkişaf
etdirilməsinə çox fikir
verilirdi. Mingəçevir şəhərində böyük toxuculuq kombinatı,
Bakıda kamvol fabriki, Əli-Bayramlı rayonunda yağ kombinatı
və bir sıra başqa müəssisələr tikilmişdi. İstehsal
texnologiyasının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin tətbiq
edilməsi, istehsal prosesinin mexanikləşdirilməsi nəticəsində
iki il ərzində ümumən bütün respublika sənayesində əmək
məhsuldarlığı planı artıqlaması ilə yerinə yetirilmişdi. 1957-ci
ildə əmək məhsuldarlığı 1955-ci ilə nisbətən 12 faiz artmışdı.
50-ci illərin ortalarından başlayaraq SSRİ-nin əsas
neftçıxarma mərkəzi sayılan Azərbaycan bütün ölkənin neft
məhsullarına olan ehtiyatını ödəyə bilmirdi. Buna görə də,
Xəzər neft yataqlarının aşkar edilməsinə başlanıldı.
Bu isə
Azərbaycan neft sənayesinin inkişafında çox böyük hadisə
oldu.
Dəniz neft yataqlarının istismarı üçün «Azneft» Birliyi
nəzdində «Dəniz qazma» tresti yaradıldı.
Girovdağ, Qaradağ, Zəyli, Mişovdağ kimi neft və qaz
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
405
yataqlarının kəşf edilməsi, sənaye miqyasında işlədilməyə
başlanması, habelə «Neft Daşları», «Palçıqtəpə» sahələrində
neft yataqlarının tapılması neft çıxarılmasını artırmaq işində
çox böyük rol oynamışdı. Bütün
bunlar respublikada neft və
qazın sənaye ehtiyatlarını xeyli artırmışdı.
Qeyd olunan nəticələrin əldə olunmasında 1949-cu il
mayın 7-də «Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfini
və işlənməsini üzən vasitələrlə təmin etmək haqqında», dəniz
mədənlərinin yaradılması və inkişafında «Azərbaycan SSR-də
dəniz neft yataqlarının kəşfi və işlənməsi üzrə işlərin təşkilini
yaxşılaşdırmaq tədbirləri haqqında» 1949-cu il oktyabrın 31-də
SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərarların, həmçinin
1950-ci ildə SSRİ hökumətinin qərarı ilə yeni neft Birliyinin -
«Azərdənizneft»in yaradılmasının mühüm əhəmiyyəti oldu.
Azərbaycan neft sənayesinin inkişafında 1953-cü ildə
neftçıxarma sənayesinə rəhbərlik edən üç birliyin –
«Azdənizneft», «Azneftkəşfiyyat» və «Azneft» Birliyində
birləşdirilməsinin, 1954-cü ildə isə Azərbaycan SSR Neft
Sənayesi Nazirliyinin yaradılmasının
çox böyük əhəmiyyəti
oldu.
1954-cü il iyunun 9-da SSRİ Nazirlər Sovetinin «SSRİ
neft sənayesinin daha da inkişaf etdirilməsinə dair tədbirlər
haqqında» qəbul etdiyi qərara uyğun olaraq, əsas diqqət SSRİ-
nin yeni neft rayonlarının yaradılmasına yönəldildiyi halda,
Azərbaycan neft sənayesinə diqqət azaldı və Azərbaycan neft
hasilatı üzrə SSRİ-nin ən perspektivsiz rayonları sırasına daxil
edildi.
Görülmüş tədbirlər nəticəsində 50-ci illərdə Xəzər
dənizində neft sahələrinin aşkar edilməsi və işlənməsi xeyli
sürətləndi. Darvin bankası, Cilov adası, Neft daşlarının şimal-
şərq hissəsi, Qum adası və digər neftli yataqların istismarına
başlanıldı ki, bu da dənizdə neft hasilatının sürətlə artmasına
səbəb oldu. 1960-cı ildə neft hasilatı 17,8 mln. ton təşkil