XII mühazirə
434
düşürdü, hansı ki, bu rəqəm 60-cı illərdə 1 faiz idi. Kənd
təsərrüfatının ümumi məhsulu 2 dəfədən çox artmış, o
cümlədən taxılçılıqda məhsuldarlıq 48 faiz, pambıqçılıqda 29
faiz, üzümçülükdə 51 faiz, tərəvəzçilikdə 37 faiz,
heyvandarlıqda 31 faiz yüksəlmişdi.
70-80-ci illərdə kənd təsərrüfatında pambıqçılığın, üzüm-
çülüyün və taxılçılığın xüsusi çəkisi artmış,
bu sahələrdə
ixtisaslaşma və mərkəzləşdirmə həyata keçirilmiş və möhkəm
maddi-texniki baza yaradılmışdır.
Pambıqçılıqda 70-ci ilə qədər orta illik məhsul yığımı
327,7 min ton olmuşdursa, 1971-1975-ci ildə bu rəqəm 440,8
min ton, 1981-1985-ci illərdə 653,8 min ton, 1976-1980-ci
illərdə isə Heydər Əliyev tərəfindən yaradılan möhkəm maddi-
texniki baza əsasında 706,7 min ton olmuşdu. Hər hektardan
məhsuldarlıq 35 sentnerə çatmışdı. Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə 1969-1982-ci illərdə pambıqçılığın
ixtisaslaşdırılması, onun daha əlverişli təbii-iqlim şəraitinə
uyğun rayonlarda yetişdirilməsi təmin edilmişdi. Hesablamalar
göstərir ki, pambıqçılıq Bərdə,
Ağcabədi,
Sabirabad, Beyləqan,
Göyçay, Ağdaş, Ağsu rayonlarında daha yaxşı inkişaf etmişdi.
1981-ci ildə respublikamızda 1 milyon 15 min 300 ton
pambıq istehsal olunması pambıqçılığın ən gəlirli sahə
olduğunu, Azərbaycanda pambıqçılığın yüksək inkişafını təmin
etməyin mümkünlüyünü sübut etdi.
1979-cu ildə Azərbaycanda 1,4 milyon hektar suvarılan
torpaqdan 1982-ci ildə 305,7 min hektarda pambıq əkilirdi.
Heydər Əliyevin böyük və zəngin iş təcrübəsi əsasında pambıq
istehsalçıları ilə pambıq emalı müəssisələrinin sıx əməkdaşlığı
yarandı və emal müəssisələrinin maddi-texniki bazası
möhkəmləndi.
Pambıqçılıq respublikada və bütün keçmiş SSRİ
məkanında böyük şöhrət qazandı. Respublikada pambıqçılıq
sahəsində çox zəngin, qabaqcıl təcrübə məktəbi yarandı.
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
435
Nəticədə Orta Asiya pambıqçıları ilə təcrübə mübadiləsi
genişləndi.
1970-ci ildən başlayaraq 80-ci illərin ortalarına qədər
respublikada pambıq istehsalı ilbəil artaraq, pambıq istehsalı ən
gəlirli sahəyə çevrilmişdi. 1971-1975-ci illərdə orta illik
pambıq istehsalı 440,8 min ton, 1976-1980-ci illərdə 627,5 min
ton və 1981-1985-ci illərdə 706,7 min ton təşkil etmişdir. Hər
hektardan məhsuldarlıq 1966-1970-ci illərdə 16,0 sentner,
1971-1975-ci illərdə 21,6 sentner, 1976-1980-ci illərdə 30,3
sentner, 1981-1985-ci illərdə 37,1 sentner olmuşdur.
Respublikada 1981-ci ildə pambıq istehsalı 1 milyon 315 min
tona çatdırılmışdı. 1980-ci illərdə istehsal olunan pambığın 43
faizi Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan, Salyan
rayonlarının payına düşürdü. 1970-1979-cu illərdə əvvəlki on
ildəkindən 2 milyon tondan çox pambıq istehsal olunmuş, orta
illik artım 1,6 dəfə artmışdır.
1970-1980-ci illərdə respublikada 5,5 milyon ton pambıq
istehsal olunmuşdu.
1983-cü ildən başlayaraq respublikada pambıq istehsalı
azalmağa başlamış və 1986-cı ildə istehsalın miqdarı 783,7 min
tona, 80-ci illərin sonunda isə 350-400 min tona enmişdi.
Kənd təsərrüfatının ən gəlirli sahələrindən biri kimi,
respublikada üzümçülüyün bərpa və inkişaf etdirilməsinə çox
ciddi diqqət və qayğı göstərilmişdir.
Hər şeydən əvvəl, bu
illərdə H.Əliyevin rəhbərliyi və şəxsi köməyi ilə bir tərəfdən
üzümçülükdə vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş
kompleks tədbirlər həyata keçirilmiş, digər tərəfdən isə geniş
miqyasda yeni üzümlüklər salınmışdı. Həmçinin üzümçülük
iqlim və torpaq xüsusiyyətlərindən asılı olmayaraq
respublikanın bir sıra rayonlarında və bölgələrində cəmləşdirildi.
60-cı illərdə üzümçülükdə yaranmış ağır vəziyyəti qısa
müddətdə aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər
görüldü. Azərbaycan KP MK-nın bürosunda «Üzümçülüyün
XII mühazirə
436
inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və
şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya
qoyulan
vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri
haqqında» məsələ müzakirə olunmuş və əhəmiyyətli qərar
qəbul edilmişdi.
Görülən kompleks tədbirlər sayəsində 1969-1982-ci
illərdə üzümçülük misli görünməmiş sürətlə inkişaf etdi. 1969-
cu ilə qədər orta illik üzüm istehsalının həcmi 232 min ton
olduğu halda 1971-1975-ci illərdə bu rəqəm 431,9 min ton,
1976-1980-ci illərdə isə 945,0 min ton olmuşdu. 1982-ci ildə
respublikada 1815,6 min ton üzüm istehsal olunmuşdu.
Məhsuldarlıq isə 1969-cu ildəki 43,6 sentnerdən 1982-ci ildə
101,5 sentnerə, əkin sahəsi isə 57,1 min hektardan 174,9 min
hektara çatmışdı.
Üzümçülükdə ixtisaslaşma və təmərküzləşmə başa
çatdırılmışdı. Belə ki, bu sahə Cəlilabad, Şamaxı, Qazax,
Tovuz, Xanlar, Şəmkir, Cəbrayıl, Füzuli və digər rayonlarda
cəmləşdirilmişdi. Təkcə 1975-ci ildə 1970-ci ilə nisbətən 2 dəfə
çox məhsul istehsal edilmişdi. 1971-1975-ci illərdə Heydər
Əliyevin qayğısı və köməyi ilə üst-üstə 353
min ton üzümü
ilkin emal edən şərab zavodları tikilib istifadəyə verilmişdi.
Həmçinin respublikada üzümçülüyün 1976-1982-ci illər-
dəki inkişafında H.Əliyevin prinsipial mövqeyi və tələbi
əsasında Sov. İKP MK-nın SSRİ Nazirlər Sovetinin
«Azərbaycan SSR-də
kənd təsərrüfatını daha da
intensivləşdirmək haqqında» və 1979-cu il fevralın 22-də
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da
ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək
tədbirləri haqqında» qərarlar əhəmiyyətli rol oynamışdır. Məhz
bu qərarların həyata keçirilməsi və H.Əliyevin fədakar əməyi
nəticəsində respublikada üzüm əkini sahəsi 174,9 min hektara,
üzüm istehsalı isə 1 milyon 815 min tona çatmışdı. Üzümün
emalı və şərabçılıq genişlənmişdi. 1970-1979-cu
illərdə
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
437
respublikada bir məhsul yığımı ilində 860 min ton üzüm emal
edən çoxsaylı zavodlar tikilmişdi. Ümumiyyətlə, 1971-1975-ci
illərdə respublikada 28 yeni şərab zavodu istifadəyə verilmişdi.
Bu zavodlar içərisində şampan və konyak zavodları müasir
texnologiyaya daha uyğun idi. Bakı şampan zavodu ilk
məhsulunu 1944-cü ildə buraxmışdı. Bu zavodda 1944-cü ildə
53 min şüşə şampan buraxılmışdı. 1965-ci ildə 739 min, 1970-
ci ildə 1,129 min, 1979-cu ildə isə 2.400 min şüşə şampan
istehsal edilmişdi.
70-ci və 80-ci illərin birinci yarısında şərab emalında
konyak istehsalı da mühüm yer tutmuşdu. Bu içki növünə
tələbat çox olduğundan həmin
illərdə respublikada konyak
spirti və konyak istehsalı ilbəil artmışdı. Əgər 1970-ci ildə 0,5
milyon litr konyak istehsal edilmişdisə, 1979-cu ildə bu rəqəm
1,3 milyon litrə çatdırılmış və 4,3 dəfə artmışdı. 70-ci illərdə və
sonrakı dövrdə respublikada «Moskva», «Şirvan», «Göygöl»,
«Azərbaycan» «Yubiley», «Gəncə» və s. adlı yeni konyaklar
buraxılmışdı.
1980-ci ildə Dövlət Üzümçülük və Şərabçılıq
Komitəsinin nəzdində 375 müəssisə və təşkilat, o cümlədən
298 ixtisaslaşdırılmış üzümçülük
sovxozu var idi ki, bunlardan
da 105-i üzümün ilkin emalı zavodu idi. Respublikada 8
müstəqil zavod var idi ki, onlar da üzümün birinci və ikinci
emalı ilə məşğul olurdu. Həmçinin, il ərzində respublikada
tədarük edilən üzümün 86,6%-i Dövlət Üzümçülük və
Şərabçılıq Komitəsinin tabeliyində olan sovxozların payına
düşürdü.
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da
intensivləşdirmək tədbirləri haqqında» keçmiş Sov.İKP MK-
nın və SSRİ Nazirlər Sovetinin 1975-ci il 9
iyul tarixli
qərarında və 1977-1980-ci illərdə respublikanın iqtisadi və
sosial inkişaf planında müəyyən olunmuş tapşırıqların
müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində, 1979-cu ildə