XII mühazirə
442
gücləndirilmişdi. Tərəvəz, orta illik istehsalı 835
min tona
çatmış, 70-ci illərin birinci yarısına nisbətən 58% artmış, 1980-
ci ildə hər hektardan məhsuldarlıq 198 sentner olmuşdu.
1981-ci ildə isə dövlətə 644 min ton tərəvəz təhvil
verilmişdi. Respublikanın əkinçilik məhsulunda tərəvəzçiliyin
xüsusi çəkisi 70-ci illərdə ilbəil artmışdı. 70-ci illərin ikinci
yarısı (1976-1980-ci illərdə) respublikada tərəvəzçiliyin
inkişafında daha yeni, yüksək mərhələ olmuşdur. 1980-ci ildə
hər hektardan məhsuldarlıq 1975-ci ilə nisbətən 27%
çoxalmışdı. Tərəvəzin çeşidi genişlənmiş, keyfiyyət isə bir
qədər yüksəlmişdi. Tərəvəzçiliyin rentabelliyi 65%-ə çatdı-
rılmışdı. 1976-1980-ci illərdə tərəvəzçiliyin inkişafı sahəsində
Lənkəran, Masallı, Xaçmaz və digər rayonlar mühüm rol
oynamışdı.
Respublikada 1970-ci ildə 234,3
min ton tərəvəz istehsal
edilmişdisə, 1971-1975-ci illərdə orta illik istehsal 324,1 min
ton, 1975-ci ildə 369,5 min ton, 1976-1980-ci illərdə 477,1 min
ton, 1980-ci ildə 458,1 min ton, 1981-1985-ci illərdə 522,9 min
ton və 1985-ci ildə 540,2 min ton, 1986-cı ildə 508,4 min ton,
1987-ci ildə 443,9 min ton olmuşdu.
1980-ci ildə tərəvəz məhsulları tədarükü 1975-ci ildəkinə
nisbətən 36%-ə qədər artmış, 1976-1980-ci illərdə
respublikanın tərəvəzçilik təsərrüfatlarında 4,2 mln ton məhsul
istehsal olunmuşdu. Digər tərəfdən, tərəvəzin məhsuldarlığı da
bu illərdə xeyli artmış, orta hesabla illik məhsul istehsalı hər
hektardan 200 sentner olmuşdu ki, bu da 1966-1970-ci illərdəki
göstəriciləri 1,7 dəfə, 1971-1975-ci illərdəki göstəriciləri 1,4
dəfə ötüb keçmək demək idi.
1981-1985-ci illərdə respublikada kənd təsərrüfatının
kompleks inkişafı üçün dövlət tərəfindən 1 milyard 350 milyon
manat, meliorasiya təsərrüfatı qurğuları tikintisi üçün 1 milyard
200 milyon manat məbləğində əsaslı vəsait ayrılmışdı. Bunun
nəticəsində su təminatı yüksək
və sabit tərəvəz məhsulu
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
443
götürmək üçün möhkəm təməl yaradılmışdı. Nəticədə, 1985-ci
ildə tərəvəzçilik məhsulları tədarükü 1975-ci ilə nisbətən 36%-
dən çox artmışdı. Lakin bu inkişaf sürətini uzun müddət
saxlamaq mümkün olmamışdı. Tezliklə iqtisadiyyatın ayrı-ayrı
sahələrində müşahidə olunan mənfi meyllər öz təsirini
tərəvəzçiliyin inkişafında da büruzə vermişdi.
80-ci illərin ikinci yarısından başlayaraq, bostançılıqda və
tərəvəzçilikdə yenə də nöqsanlar və neqativ hallar yaranmağa
başlamışdı. Belə ki, tərəvəzçiliyin inkişafında mühüm
əhəmiyyəti olan istixana təsərrüfatının gücündən daha
məhsuldar istifadə edilməmiş, örtülü təsərrüfatlarda –
torpaqda
tərəvəz istehsalına lazımınca diqqət yetirilməmişdi. Nəticədə,
1986-cı ildən başlayaraq tərəvəzçiliyin inkişafında – istehsalda
geriləmə başlamış, sabit inkişaf dinamikası pozulmuşdu. Su
ehtiyatlarının azlığı da istehsala pis təsir göstərmişdir.
Həmçinin, istehsalın azalmasının qarşısının alınması üçün
kompleks şəkildə heç bir tədbir görülməmiş, belə bir şəraitdə
istehsala köhnə münasibətlər, arxayınçılıq psixologiyası özünü
göstərmişdi.
1976-1980-ci illərdə, demək olar ki, kənd təsərrüfatında
əmək məhsuldarlığının orta illik artımı 6,7% olmuşdu. 1980-ci
ildə kənd təsərrüfatında əmək məhsuldarlığı 1975-ci ilə
nisbətən 138% artmışdı. O cümlədən, hər hektardan
məhsuldarlıq aşağıdakı inkişaf səviyyəsində olmuşdu:
1970-1980-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalı
əhəmiyyətli dərəcədə artmış, istehsalın rentabelliyi yüksəl-
mişdi. Məsələn, 1976-1980-ci illərdə kolxoz və sovxozların
xalis gəliri 1971-1975-ci illərə nisbətən 2,1 dəfə, 1966-1970-ci
illərə nisbətən isə 5 dəfə çoxalmışdı. 1980-ci
ildə kənd
təsərrüfatında rentabellik keçmiş İttifaqın orta səviyyəsindən
yuxarı qalxmış, kolxozlarda 35%, sovxozlarda 30% olmuşdu.
70-ci illərdə respublikanın kənd təsərrüfatı istehsalı
sürətlə artmış və nəticədə, keçmiş İttifaq üzrə olan göstəriciləri
XII mühazirə
444
ötüb keçmişdi. Beləliklə, respublikanın iqtisadiyyatında kənd
təsərrüfatı istehsalının xüsusi çəkisi xeyli yüksəlmişdi.
70-ci illərin ikinci yarısında birinci yarımilliyə nisbətən
ölkəyə 1,5 dəfə çox taxıl, pambıq, tərəvəz, 2,2 dəfədən çox
üzüm, 16% çox ət, 20% çox yun, 36% çox yumurta və 33% çox
süd verilmişdi.
Bununla yanaşı, faktiki və statistik sənədlər göstərir ki,
80-ci illərin ortalarına yaxın iqtisadiyyatın başqa sahələrində
olduğu kimi, kənd təsərrüfatının aparıcı sahələrində də obyektiv
və subyektiv səbəblərdən artım sürəti pozulmuş, istehsal
azalmağa başlamışdı. Buna başlıca
səbəb Sovet cəmiyyətində
baş verən ictimai-siyasi proseslər, iqtisadiyyatın idarə
edilməsində yaranan mənfi meyllər, ciddi nöqsanlar, həm də
respublikanın öz daxilində kənd təsərrüfatına qeyri-ciddi
münasibətin, arxayınçılığın yaranması idi.
70-80-ci illərdə Azərbaycan SSR-də tütünçülük,
baramaçılıq, çayçılıq. 1969-cu il avqust və sonrakı
plenumlarda respublikada tütünçülüyün, baramaçılığın və
çayçılığın vəziyyəti geniş təhlil olundu,
uzun sürən geriliyin
səbəbləri müəyyənləşdirildi və bu təsərrüfat sahələrinin inkişaf
perspektivləri göstərildi.
Azərbaycanda tütün, barama və çay istehsalının vəziyyəti
və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi
Azərbaycan KP MK-nın XVIII, XXIX, XXX və XXXI
qurultaylarının qərarlarında da öz əksini tapdı.
70-80-ci illərdə respublikada tütün istehsalına diqqət xeyli
gücləndi. Bu illərdə tütünçülük təsərrüfatlarında kompleks
tədbirlər görüldü, mərkəzləşmə və sahənin ixtisaslaşması
aparıldı. Tütünçülük əsasən Qəbələ, Qazax, Lerik, Qubadlı,
Balakən, Oğuz, Şəki, Zaqatala,
Zəngilan və digər rayonlarda
cəmləşdirildi.
Respublika rəhbəri Heydər Əliyevin düzgün, məqsədyönlü
siyasəti nəticəsində 70-80-ci illərdə tütünçülükdə böyük
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
445
irəliləyişlər başladı. Respublikada tütün istehsalı 1969-cu ildəki
24,4 min tondan 80-ci illərin ortalarında 67 min tona,
məhsuldarlıq müvafiq olaraq 18 və 35,3 sentnerə çatdırılmışdı.
70-80-ci illərdə çayçılıq. Azərbaycanın kənd
təsərrüfatının ən mühüm sahələrindən biri də çayçılıqdır. 70-
80-ci illərdə çayçılığın inkişafına böyük diqqət yetirilmişdir.
70-ci ilə qədər respublikada cəmi 7,5 min hektar sahədə çay
bitkisi əkilmiş, bu sahədən 9,9 min ton yaşıl çay yarpağı
istehsal olunmuşdu. Bu zaman bir hektardan orta məhsuldarlıq
16,9 sentner təşkil etmişdir. Respublika rəhbəri Heydər Əliyev
kənd təsərrüfatı işçilərinin respublika toplantılarında kənd
təsərrüfatının digər bölmələri ilə yanaşı, çayçılığın
da inkişaf
etdirilməsi üçün konkret göstərişlər vermiş, təkliflər irəli sür-
müşdü. Nəticədə, çayçılığın zonalar üzrə ixtisaslaşdırılması və
təmərküzləşdirilməsi istiqamətində böyük işlər görülmüşdü.
1978-ci ildə dövlətə 48 min ton yaşıl çay yarpağı təhvil
verilmiş, əmək məhsuldarlığı 1970-ci ilə nisbətən 31,3 faiz
artmışdı. 70-80-ci illərdə çayçılıq sahəsində Lənkəran, Astara,
Masallı rayonları ixtisaslaşdırılmışdı. 1977-ci ildə
Azərbaycanda 14,2 min ton yaşıl çay yarpağı tədarük edilmişdi
ki, bu da 1940-cı ildəkindən 33 dəfə çox idi.
70-80-ci illərdə respublikada istehsal olunan çay
yarpağının 97 faizi Azərbaycan Tərəvəz və Meyvə İstehsalı,
Tədarükü, Emalı və Satışı Aqrar Sənaye Birliyinin
sovxozlarında istehsal edilmişdi və Aqrar sənaye inteqrasiyası
əsasında çaybecərmənin ixtisaslaşdırılması Lənkəran, Masallı
və Astara rayonlarının iqtisadiyyatının inkişafına böyük təsir
göstərdi. Bu rayon təsərrüfatlarında «Azərbaycan – 2»,
«Azərbaycan – 4» və Gürcüstandan gətirilmiş «Kolxida» kimi
məhsuldar çay sortlarının əkini genişləndirildi.
70-ci illərdə Azərbaycan çayı keçmiş sovet imperiyasının
200-dən
çox şəhərinə, xarici ölkələrə göndərilirdi.
1979-cu ildə çay istehsalı 20 min tona çatdırıldı ki, bu da