Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə121/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   137

XIII mühazirə 
 
 
472
yeridildi, komendant saatı tətbiq edldi. Əhalinin geniş kütlələri 
FVDK-nı dəstəkləmədi və 22 avqust 1991-ci ildə onun üzvləri 
həbs edildi.  
Avqust çevrilişi məğlubiyyətə  uğrasa və M.S.Qorbaçov 
Kremlə qayıtsa da, Sovet İttifaqının  əvvəlki vəziyyətə qayıt-
ması  və status-kvonun bərpası baş vermədi! M.S.Qorbaçovun 
özünün fikrincə, avqust çevrilişi suveren dövlətlər arasında yeni 
ittifaq münasibətlərinin formalaşması prosesini pozdu və yalnız 
dövlətin deyil, cəmiyyətin də dezinteqrasiyasını sürətləndirərək, 
ona dönməz xarakter verdi. 
Avqust hadisələrindən sonra ittifaq respublikalarının 
liderləri real siyasətdə «suverenlik» anlayışını yalnız dövlət 
mystəqilliyi anlamında işlətməyə başladılar: 12 respublika 
1991-ci ilin 20 avqustundan 17 dekabrına qədər bu barədə 
konstitusiya aktları  qəbul etdi. Azərbaycanda belə  sənəd 18 
oktyabr 1991-ci ildə  qəbul edildi. Xüsusilə, söhbət yeni 
rəhbərliyin iqtisadiyyat və hakimiyyət sahəsində maraq və üs-
tünlüklərinin mümkün məhdudlaşdırılmasından söhbət 
getdikdə, artıq heç kəs aza razı olmurdu. Odur ki, Baltikyanı 
ölkələrin hesabına bir qədər kiçilmiş SSRİ  ərazisində «qi-
yamdan» sonra vahid dövləti qoruyub saxlamaq tərəfdarlarının 
federasiya-konfederasiya yaratmaq üzrə  səyləri (Xalq 
Deputatları Qurultayının 2 sentyabr 1991-ci ildə  səs verdiyi 
Suveren Dövlətlər  İttifaqı ideyası) puça çıxdı. Müstəqil 
Dövlətlərin Birliyinin yaradılması barədə Rusiya, Ukrayna və 
Belorusiya liderlərinin 8 dekabr 1991-ci ildə imzaladığı  və 21 
dekabrda daha 8 respublikanın dəstəklədiyi Belovejsk 
razılaşması  mərkəz və müttəfiq respublikalar arasında 
«suverenliklə» bağlı mübahisələrə son qoydu. Tale belə gətirdi 
ki, sovet dövlətçiliyinin təməlində duran etno-ərazi suverenliyi 
ideyası 74 ildən sonra SSRİ-nin dağılmasında həlledici rol 
oynadı. 
SSRİ-nin dağılmasının heç də sonuncu olmayan 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
473
səbəblərindən biri də xarici amillə – Sovet İttifaqının «soyuq 
müharibə»də məğbiyyətilə bağlıdır. 
Amerikalı politoloq P.Şveyner yazırdı: «Sovet İttifaqı öz-
özünə, zaman bizim tərəfimizdə olduğundan iflasa uğramadı. 
Kreml SMT-nin (strateji müdafiə  təşəbbüsü – müəl.) 
kumumetiv təsiri, müdafiə  xərclərinin artması, Polşa və 
Əfqanıstanda geosiyasi maneələrlə, enerji daşıyıcıları 
ixracından sabit valyutada on milyonlarla dollar itirilməsi, 
texnologiyalardan istifadənin məhdudlaşdırılması ilə 
üzləşməsəydi, onun bu təlatümlərə duruş  gətirəcəyini məntiqi 
şəkildə  təxmin etmək mümkün idi. Sovet kommunizmi 
istənilən beynəlxalq mühitdə özünü məhvetmə bacarığına malik 
olan orqanizm deyildi. Amerika siyasəti sovet tarixinin kursunu 
dəyişdirə bilərdi və dəyişdirdi də». 
Amerikanın məşhur dövlət və ictimai xadimlərinin: 
«Amerikanın «soyuq müharibədə» qələbəsi ABŞ-ın Sovet 
İttifaqının dağıdılmasına yönəldilmiş  məqsədyönlü, planlı  və 
çoxsahəli strategiyasının nəticəsi idi» kimi açıq etirafları 
məlumdur. Məsələn, C.Vulsi MKİ-yə direktor vəzifəsinə təyin 
olunması ilə bağlı Senat dinləmələrində keçmiş Sovet İttifaqı 
barədə demişdi: «Bəli, nəhəng əjdahanı biz öldürmüşük». ABŞ-
ın o zamankı prezidenti C.Buş  İttifaq dağıldıqdan sonra qeyd 
etmişdi ki, «bu, bizim qələbəmişdir, MKİ-nin qələbəsidir». 
B.Skaukrozm (Buşun milli təhlükəsizlik üzrə  məsləhətçisi) 
«Nezavisimaya qazeta»nın müxbirinə müsahibəsində bildirirdi 
ki, «Kreml üzərində sovet bayrağının birdəfəlik endirilməsinə 
ilk reaksiyam, bunun əldə edilməsində öz rolumuz üçün 
duyduğum qürur hissi oldu. Biz Sovet İttifaqını bu istiqamətə 
yönəltmək üçün səylə işləyirdik». 
Bunun arxasında, hələ II Dünya müharibəsinin sonunda 
SSRİ ilə mübarizə strategiyasına dair A.L.Dallesin 
təkliflərindən başlayaraq,  əvvəlki rəhbərliklərin məşhur 
göstərişləri bir yana, prezidentlər R.Reyqan, C.Buşun xüsusi 


XIII mühazirə 
 
 
474
proqramları dayanırdı. 
 SSRİ-yə qarşı «soyuq müharibə» aparılmasına dair bütün 
bu planların təməlində Sovet İttifaqını daxildən, dünyanın özü 
kimi köhnə olan, bir xalqı digərinin əleyhinə qaldırmaq üsulları 
vasitəsilə dağıdılması göstərişi dururdu. Təkcə ABŞ-ın deyil, 
Qərbin digər dövlətlərinin də  məqsədi, sadəcə, planetə 
yayılmaqda olan kommunizmi məhv etmək yox, həm də Sovet 
İttifaqını  zəiflətmək, parçalamaq, dünya iqtisadiyyatının 
qloballaşlması  şəraitində onun nəhəng təbii ehtiyatlarına 
yiyələnmək idi. Deməli, bu, nəhənglərin dünya hegemonluğu 
uğrunda geosiyasi, ümumdünya-tarixi səciyyə daşıyan 
mübarizəsi idi. 
Beləliklə, SSRİ-nin dağılmasının səbəbləri (tarixi 
meyllilik, daxili aşınma, xarici «dünya» təcavüzü) 
uzunmüddətli köklərə malik idi və 1991-ci ildə onun avtomatik 
süqutu kimi açıqlana bilməz. Dəqiq proqrama malik olmayan 
və ölkədə xaosa gətirib çıxaran Qorbaçov yenidənqurması da 
bu məsələdə taleyüklü rol oynadı. Beləliklə, SSRİ-nin sürətli 
süqutu Sovet dövlətinin mövcudluğunun sonuncu onilliyində 
həyatının bütün tərəflərini: iqtisadiyyatı, siyasəti, o cümlədən 
milli, sosial-mədəni və  mənəvi mühiti bürümüş kompleks və 
çoxqatlı böhran kontekstində tamamilə izah olunandır. 
 
2. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan 
edilməsi. İctimai-iqtisadi və hərbi-siyasi vəziyyət 
(1991-1993-cü illər) 
 
Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan 
Azərbaycan xalqı XX yüzilliyin son onilliynə müstəqil bir 
dövlət kimi daxil oldu və  qısa zaman kəsiyində özünün 
müstəqil dövlətini dünyaya tanıda bildi. Bu, xalqımızın azadlıq 
və müstəqillik uğrunda apardığı prinsipial mübarizəsində 
qazandığı parlaq nailiyyət və böyük tarixi qələbəsi idi. 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
475
Müstəqillik uğrunda genişlənən azadlıq hərəkatı 8 milyonluq 
Azərbaycan xalqını ayağa qaldırdı və onun qarşısında tarixi bir 
vəzifə qoydu. Azadlıq və müstəqillik uğrunda xalqımızın inadla 
apardığı prinsipial mubarizənin mənqtiqi nəticəsi olaraq 
nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət 
Müstəqiliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə 
ölkəmiz öz müstəqilliyini yenidən qazandı və əsrin əvvəllərində 
itirilmiş müstəqilliyimiz bərpa olundu. Xalqımızın ümummilli 
lideri Heydər  Əliyevin dediyi kimi, «Müstəqil Azərbaycan 
Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və 
Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir».  
Konstitusiya Aktında qeyd edilirdi ki, Azərbaycan dövləti 
müstəqil, unitar və dünyəvi dövlətdir, siyasi hakimiyyət xalqa 
məxsusdur, bütün vətəndaşlar seçib-seçilmək hüququna 
malikdir, dünya dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələr 
qurur, demokratik yolla dövlət strukturları yaradır. Beləliklə, 
müstəqillyini yenicə 
bərpa edən gənc Azərbayan 
Respublikasının qarşısında yeni tarixi vəzifələr qoyuldu. Bu 
tarixi vəzifələr  əsasən aşağıdakılardan ibarət idi: Yenicə 
yaradılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, 
demokratik, hüquqi dünyəvi dövlət qurulması, ölkənin  ərazi 
büiövlüyünün bərpa edilməsi; Ermənistan-Azərbaycan mühari-
bəsinin və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli; daxildə 
sakitliyin və sabitliyin bərpası; əhalinin təhlükəsizliyinin, sosial 
və mədəni rifahının təmin edilməsi; bazar iqtisadiyyatına doğru 
dərin islahatların həyata keçirilməsi; milli və dövlət 
strukturlarının yaradılması;  əsaslandırılmış daxili və xarici 
siyasət kursunun hazırlanması və i.a. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa 
edilməsi gənc dövlətin qarşısında çox mühüm və vacib olan bir 
sıra vəzifələr qoydu. Müstəqil Azərbaycan Respublikasının 
yaşaması  və möhkəmlənməsi, onun daimiliyi və  əbədiliyi 
şübhəsiz ki, aparılan uğurlu xarici siyasət və diplomatik 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə