Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə123/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   119   120   121   122   123   124   125   126   ...   137

XIII mühazirə 
 
 
480
iflic vəziyyətə düşmüş, dərin iqtiasadi böhran genişlənirdi. 
Respublikanın kənd təsərüfatına da güclü zərbə vuruldu. 
Ölkənin bütün rayonlarında və  kəndlərdə kolxoz və sovzozlar 
məhv edilir, əvəzində isə yeni yaradılan fermer təsərrüfatları 
gözlənilən nətcələri vermirdi. Kolxoz və sovxozların maşın-
tarktor parkları, kənd təsərrüfat avadanlıqları, meliorasiya 
qurğuları  sıradan çıxmış, suvarma kanalları  bərbad hala 
düşmüşdür. Torpaqların çoxu becərilmədiyindən yararsız hala 
düşmüş və çox hissəsi şoranlaşmışdı. 
İqtisadiyyatda hərc-mərclik baş alıb gedirdi, yalançı 
rəhbərlər və idarə müdirləri işə  məsuliyyətsiz yanaşır, 
nəzarətsizlik artır və nəticədə iqtisadiyyata böyük ziyan dəyirdi. 
Respublika talanır, xalqın sərvəti dağıdılırdı. Müəssisələrin 
avadanlığı sökülüb xaricə daşınırdı, hətta Bakı metrosunun 
ehtiyat kabelləri də oğurlanıb satılmışdı.  
Nadir ağaclar olan meşələrimiz talanır və  qırılıb məhv 
edilirdi. 1992-ci ildə pambıq sahələrindən 100 min tondan çox 
məhsul yığılmamış, çoxlu üzüm məhsulları bağlarda qalıb 
xarab olmuşdu.  
Respublika Prezidenti cənab İlham Əliyev həmin dövrün 
konkret təhlilini verərək demişdir ki, 90-cı illərin  əvvəllərində 
Azərbaycanda «…iqtisadi böhran, siyasi böhran, hərbi böhran, 
vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı etdiyi 
təcavüz, torpaqlarımızın işğal olunması, vətəndaş qarşıdurması. 
Bütövlükdə Azərbaycan dövlətçiliyi sual altında idi». 
Müəssisələr bağlanır, işsizlik artır,  əhalinin güzəranı  və 
sosial vəziyyəti sürətlə pisləşirdi. Ölkənin maliyyə sistemi bər-
bad vəziyyətə düşmüş, inflyasiya dərinləşmişdi. Ölkənin qızıl 
fondu olan ixtisaslı mütəxəssis kadrları  işlərindən uzaq-
laşdırılmış, yerinə  səriştəsiz və naşı adamlar gətirilmişdi. Be-
ləliklə, ölkənin iqtisadiyyatı ciddi sarsıntılara məruz qalmış, 
dərin iqtisadi və sosial-siyasi böhran yaranmışdı. Azərbaycanın 
belə  ağır bir vaxtında ayrı-ayrı bölgələrdə yaranan silahlı 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
481
qruplaşmalar ölkəni parçalamaq və hakimiyyəti  ələ keçirmək 
niyyəti ilə  çıxışlar və qiyamlar etməyə başladılar. Beləliklə
gənc müstəqil dövlətin müqəddaratı Azərbaycan prezidenti 
cənab  İlham  Əliyevin dediyi kimi, «bütövlükdə Azərbaycan 
dövlətinin taleyi sual altında idi». 
Azərbaycan xalqının və Azərbaycan dövlətinin belə  ağır 
bir vaxtında erməni silahlı qüvvələri hücumlarını davam 
etdirərək Azərbaycanın ərazilərini və torpaqlarını dalbadal işğal 
edirdilər. Bu zaman Azərbaycanda yaradılan yeni-yeni müdafiə 
və könüllü dəstələri erməni silahlı qüvvələrinə ciddi və inadlı 
müqavimət göstərsələr də, ancaq istənilən nəticələr alınmırdı. 
1991-ci ilin noyabrında rayon və şəhər özünümüdafiə dəstələri 
yaradıldı. Tərkibi yerli əhalidən ibarət olan bu dəstələrə tabur 
komandirləri başçılıq edirdilər. Onlar yerli rayon və şəhər icra 
hakimiyyət başçılarının hərbi məsələlər üzrə müavinləri idilər. 
Bundan başqa Bakı, Gəncə, Laçın, Göyçay, Ucar, Ağdam və 
Mingəçevirdə xüsusi təyinatlı  dəstələr yaradıldı. Onlar ikili 
tabeçilik prinsipinə, yəni həm rayon icra hakimiyyətinə və həm 
də Müdafiə Nazirliyinə tabe idilər. Bu ikili tabelik təbii ki, işə 
mane olurdu.  
Beləliklə, respublikanın hərbi və müdafiə sistemində 
vahid komandanlığın olmaması ciddi uğursuzluğa gətirib çı-
xardı. 1991-ci ilin dekabrında erməni silahlı qüvvələri 
Kərçicahanı  işğal etdi. 1992-ci ilin yanvarında Qeybalı  kəndi 
işğal edildi. Həmin vaxt uğursuz Daşaltı əməliyyatı hərbi siyasi 
böhranı dərinləşdirdi. Azərbaycan müdafiə sistemində mövcud 
böhrandan istifadə edən erməni silahlı qüvvələri 1992-ci ilin 
fevralında Malıbəylini, Aşağı Quşçuları, Yuxarı Quşçuları işğal 
etdilər. 
Erməni silahlı yaraqlıları Rusiyanın Xankəndində olan 
366-cı motoatıcı alayının hərbi texnikasından və canlı silahlı 
qüvvələrindən istifadə edərək 1992-ci il fevralın 26-da Xocalı 
şəhərini işğal etdilər. 9 min nəfər  əhalisi olan Xocalı  şəhəri 


XIII mühazirə 
 
 
482
erməni vəhşiləri tərəfindən yerlə yeksan edildi.Erməni 
cəlladları öz alçaq və yaramaz hərəkətləri, qanlı cinayətləri ilə 
bəşər tarixində Xocalı soyqırımını törətdilər. Erməni vəhşiliyi 
nəticəsində 613 nəfər Xocalı sakini şəhid oldu, 1275 nəfər əsir 
götürüldü, 487 nəfər  şikəst oldu. Şəhid olanların 106 nəfəri 
qadın, 83 nəfəri isə azyaşlı  uşaq idi. Erməni vəhşilərinin 
törətdiyi bu cinayətdə 56 nəfər xüsusi qədarlıqla və 
amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, 
başları  kəsilmiş, gözləri çıxarımılş, hamilə qadınların qarınları 
süngi ilə deşik-deşik edilmişdi. Erməni cinayətkarları meyitlər 
üzərində dilə gətiriləsi mümkün olmayan təhqiramiz həqarətlər 
törətmişdilər. 
Erməni silahlı qüvvələri 1992-ci ilin mayında  Şuşa və 
Laçını da işğal etdilər. Azərbaycan xalqının belə  ağır vəziy-
yətində ölkənin başı üzərini təhlükəli bir vəziyyət aldı. Həmin 
dövrün  ətraflı  təhlilini verən Heydər  Əliyev demişdir: 
«Vəziyyət elə  təhlükəli xarakter almışdır ki, 1991-ci ildə 
yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən 
yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-
üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müs-
təqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu 
illərdə Azərbaycan «ölüm, ya olum» dilemması qarşısında 
qalmışdı. 
Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal 
etdikləri bir zamanda Azərbaycanda hakimiyyəti  ələ keçirmək 
və hakimiyyət uğrunda mübarizə ehtirasları qızışırdı. 1992-ci il 
martın 5-6-da Azərbaycan Respublikası Ali Sovetinin 
fövqəladə sessiyasında A.Mütəllibov istefa verdi. Həmin 
sessiyada Ali Sovetin Sədri Elmira Qafarova da istefa verdi, 
onun yerinə deputat Yaqub Məmmədov seçildi. Az sonra mayın 
14-də Ali Sovetin sessiyası azlıqda qalan demblokun etirazına 
baxmayaraq Ayaz Mütəllibovu vəzifəsinə qaytardı. Lakin 
mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin fəallarının təzyiqi ilə 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
483
A.Mütəllibov vəzifədən uzaqlaşdırıldı  və o, gizlincə Rusiyaya 
qaçdı. Ali Sovetin mayın 18-də keçirilmiş sessiyasında Ali 
Sovetin sədri Y.Məmmədovun istefası  qəbul edildi. Bu 
vəzifəyə bir qrup deputatın təkidli tələbi ilə  İsa Qəmbərovla 
yanaşı Heydər Əliyevin də namizədliyi irəli sürüldü, lakin guya 
Naxçıvanla telefon əlaqəsi yaratmaq mümkün olmadı  və buna 
görə  də  İ.Qəmbərov Azərbaycan Ali Sovetinin Sədri seçildi. 
1992-ci ildə iyunun 7-də keçirilmiş prezident seçkilərində AXC 
sədri  Əbülfəz Elçibəyin qalib gəldiyi elan olundu. Beləliklə, 
AXC Azərbaycanda hakimiyyəti ələ keçirdi.  
Bir illik hakimiyyəti dövründə AXC ölkəni idarə etməkdə 
acizlik, zəiflik və  səriştəsizlik göstərdi. Naşı adamlar 
hakimiyyətə gətirildi. İxtisaslı kadrlar vəzifədən uzaqlaşdırıldı. 
Ölkənin ayrı-ayrı yerlərində siyasi qüvvələr hakimiyyəti  ələ 
keçirmək üçün fəallaşdılar, hətta silahlı  çıxışlar etməyə 
başladılar. Gəncədə, Qazaxda, Lənkəran, Masallı, Astara böl-
gələrində  və digər yerlərdə silahlı  dəstələr hakimiyyəti  ələ 
keçirməyə  cəhd göstərdilər. Ölkədə  kəskin ictimai-siyasi 
vəziyyət və  hərbi-siyasi böhran yarandı. Talış Muğan 
respublikasının yaranması haqqında həyəcanlı  xəbərlər bütün 
Azərbaycan xalqını narahat etməyə başladı. Vətən parçalanma 
təhlükəsi qarşısında idi. Vəziyyət son dərəcə təhlükəli xarakter 
almış, cəbhələrdə isə erməni silahlı qüvvələri kənd və 
şəhərlərimizi bir-birinin ardınca işğal edirdilər. Azərbaycan 
xalqının və Azərbaycan dövlətçiliyinin taleyi, müstəqil gənc 
dövlətimiz təhlükə qarşısında qalmışdı. Belə  ağır və 
məsuliyyətli bir zamanda Azərbaycan xalqının və Azərbaycan 
ziyalılarının diqqəti müdrik el ağçaqqalı, görkəmli dövlət 
xadimi, xalqımızın milli lideri və Naxçıvan Ali Sovetinin Sədri 
vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Ancaq o, 1992-ci 
ildə Azərbaycana rəhbər vəzifəyə gəlmək arzusunda olmadığını 
elan etdi. Əslində Heydər Əliyev Naxçıvanda Ali Sovetin Sədri 
vəzifəsində çalışarkən məhz Naxçıvandan Azərbaycanın 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə