Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə120/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   116   117   118   119   120   121   122   123   ...   137

XIII mühazirə 
 
 
468
strukturunda milli məsələlərlə  məşğul olan şöbə  və bölmələr 
ləğv edilmişdi, Elmlər Akademiyası sistemində isə yalnız 
Etnoqrafiya İnstitutu qalmışdı).  
Tezliklə Baltikyanı ölkələrdə, Gürcüstanda və Ukraynanın 
qərb bölgələrində həm ziyalıların, həm etnonomenklaturanın bir 
qisminin, həm də adi vətəndaşların əksəriyyətinin müstəqilliyə 
meylli olduqları meydana çıxdı.  
1989-cu ilin avqust-sentyabr aylarında Baltikyanı 
ölkələrdə nümayişlər başlandı. Nümayişçilər respublikalarının 
SSRİ-nin tərkibindən çıxmasını  tələb edirdilər. 1990-cı ilin 
fevralında Litva SSR parlamenti mütləq səs çoxluğu ilə müs-
təqil Litva Respublikasının bərpasını  və Litva SSR, həmçinin 
SSRİ Konstitusiyasının Litva ərazisində  fəaliyyətinin da-
yandırıldığını  bəyan etdi. Bununla əlaqədar, SSRİ xalq de-
putatlarının III qurultayı 15 mart 1990-cı ildə Litva SSR Ali 
Sovetinin qərarının hüquqi qüvvəyə malik olmadığını elan etdi 
və İttifaq rəhbərliyinə Litva SSR ərazisində SSRİ-nin hüquq və 
maraqlarının təmin edilməsini tapşırdı. Bədnam  İctimai 
Qurtuluş Komitəsinin xahişilə Vilnüsə Sovet Ordusunun 
Baltikyanı ölkələrdə yerləşən qoşun hissələrinin 
yeridilməsindən sonra durum daha da təhlükəli oldu. 13 nəfər 
öldürüldü, 160 nəfərdən çox adam yaralandı. 
SSRİ-nin digər bölgələrinə 
gəldikdə, onların 
əksəriyyətinin SSRİ-dən ayrılmaq uğrunda radikal üsullarla 
mübarizə etmək üçün nə istəyi, nə  də imkanı vardı. Qərbi 
Ukraynada güclü antirus millətçiliyi baş qaldırmışdı, gürcü 
millətçiliyi osetinlər və abxazlara qarşı yönəlmişdi, Ermənistan 
Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı tamamilə  əsassız 
iddia irəli sürdü, Moldaviya və Tacikistanı daxili ziddiyyətlər 
sarsıdırdı. Bütün respublikaların təmsilçiləri xalq deputatlarının 
ilk qurultaylarında və Ali Sovetin iclaslarında iştirak edir, 
onların ən radikallarının da tələbləri vahid dövlət çərçivəsində 
təsərrüfat müstəqilliyindən uzağa getmirdi. Bu zaman xırda 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
469
tələblər və kiçik şəxsi güzəştlər taktikası seçilmişdi. 
1990-cı ildə Ali Sovet respublikaların SSRİ  tərkibindən 
çıxması ehtimalı ilə  əlaqədar qayda və proseldurlar barədə 
xüsusi qanun qəbul etdi. Qanun bu məsələ ilə bağlı mütləq 
referendum keçirilməsini, respublika vətəndaşlarının 2/3 səs 
çoxluğunu və sivil «ayrılma» üçün 5 illik müddət nəzərdə tu-
turdu. Həmin müddətin sonunda daha bir referendum 
keçirilməli idi. Qanunun hazırlanması  və müzakirəsi zamanı 
sovetlər ölkəsinin rəhbərliyi inanırdı ki, ayrılma hüququndan 
birinci Baltikyanı respublikalar istifadə edəcək. Lakin ideoloji 
böhran və yenidənqurmanın 90-cı illərin ortalarında artıq aydın 
müşahidə edilən süqutu digər respublikalarda da əhalinin böyük 
hissəsinin  əhval-ruhiyyəsini dəyişdi. Millətçiliyə  həm də 
Rusiyanın bir çox bölgələrini bürümüş separatçılıq da əlavə 
olundu. Tatarıstan, Çeçenistan, Kalmık Respublikasında 
müstəqillik uğrunda hərəkatlar başladı, «Ural», «Sibir» və 
«Primorsk» respublikaları layihələri meydana çıxdı. Bir çox, 
bəlkə də bütün hallarda, separatçılıq və millətçilik irrasional və 
emosional xarakterə malik idi, çünki Mərkəzdən tam 
müstəqillik tələb edən bölgələrin  əksəriyyəti müstəqil dövlət 
kimi mövcud ola bilməzdi. 
Baltikyanı respublikaların, Gürcüstan, Moldaviya, Orta 
Asiya respublikalarının rəhbərliyi Moskvadan narazılığnı 
bildirir, yerli əhaliyə  Mərkəz hər  şeyi  əllərindən almasa 
(«əslində, bu elə belə idi»), daha yaxşı yaşayacaqlarını açıqla-
yırdılar. Bunun ardınca, millətlərarası münaqişələr baş qaldırdı, 
İttifaqın idarə olunması pozuldu. Səbəb yenidənqurma ideya və 
layihələrinin uğursuzluğu, ölkədə iqtisadi və maliyyə böhranı, 
siyasi iradənin tənəzzülü, müttəfiq respublikalarda və Sov.İKP 
MK-da hakimiyyətin iflici idi. On beş respublikanın hər birinin 
İttifaqdan çıxmaq imkanı olduğu bir ölkədə ali təbəqə 
arasındakı  təlatüm və ziddiyyətlərin dağıdıcı  nəticələrə  gətirib 
çıxarması qaçılmaz idi. Bu təhlükələr, üstəlik, SSRİ-nin idarə 


XIII mühazirə 
 
 
470
olunması imkanlarının itirilməsi ölkə  rəhbərliyini dövlət 
idarəçiliyinin, ittifaqdaxili münasibətlərdə islahatlar 
aparılmasının yeni formalarının axtarmasına gətirib çıxardı. 
Müttəfiq respublikaların elitasının zəiflədilməsinə  təşəbbüs 
göstərildi. 1990-cı ilin noyabrında dövlətin  əsasını  təşkil edən 
müqavilələrin təzələnməsi qərara alındı. Bütün muxtar 
respublikalar yeni İttifaq müqaviləsinin yeni iştirakçıları olmalı 
idi. Onları Federasiya Sovetinə daxil etdilər. Beləliklə, 
İttifaqdan çıxmaq hüququna malik 15 respublika əvəzinə, bu 
hüquqa malik olmayan 35 subyektdən ibarət İttifaq yaranacaqdı 
Bu subyektlərdən 20-si Rusiya Federasiyası, ikisi Gürcüstan, 
biri Özbəkistan, biri Azərbaycanda idi. 
İttifaq müqaviləsinin ilk layihəsinin Novooqaryovoda 
müzakirəsi zamanı müttəfiq respublika rəhbərlərindən bir qismi 
yeni İttifaq Müqaviləsinin əleyhinə çıxmışdı. 
B.Yeltsin, L.Kravçuk, N.Nazarbayev, İ.Kərimovun si-
masında Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan rəhbərliyi 
bildirdi ki, layihə beynəlxalq hüquq normalarını kobud şəkildə 
pozur: 1922-ci ildən sonra ittifaq müqaviləsinin iştirakçısı 
hüququna yalnız həmin müqavilənin subyektləri malikdi və 
müqaviləyə yalnız onlar düzəliş edə bilərlər. 
Bu sənədin qəbulu digər respublikalar üçün fəlakət 
doğurmadığı halda, Rusiya üçün «muxtariyyətlərlə, yaxud 
onlarsız?» sualı olduqca önəmli idi, çünki o zaman Rusiya 
Federasiyasının tərkibində 16 muxtar respublika vardı, onlar 
Rusiya  ərazisinin 51%-dən çoxunu tuturdu, burada 18 milyon 
insan yaşayırdı  və  təbii sərvətlərin demək olar ki, üçdə ikisi 
həmin ərazilərdə yerləşirdi.  
SSRİ-nin «muxtariyyətləşdirilməsi» planı  əməli surətdə 
Rusiya Federasiyasının ləğvi anlamını verirdi. 1990-cı ilin 
iyununda RSFSR xalq deputatlarının I qurultayı Rusiyanın 
dövlət müstəqilliyi haqqında Bəyannamə  qəbul etdi. 
Bəyannamədə respublika qanunlarının ittifaq qanunları 
Müstəqil Azərbaycan Respublikasının  
yaranması, onun daxili və хариъи сийасяти 
 
471
üzərində üstünlüyü qanunvericilik səviyyəsində təsbit edilirdi..  
Tezliklə «müstəqilliklər paradı» başladı – bütün keçmiş 
ittifaq respublikaları «dövlət müstəqilliyi haqqında 
bəyannamə»lər qəbul etdi (Azərbaycan Respublikası 
müstəqillik haqqında bəyannaməni 30 avqust 1990-cı ildə qəbul 
etdi). Hüquqi baxımdan, müttəfiq respublikaların dövlət 
müstəqilliyi haqqında bəyannamə  qəbul etmələri vahid sovet 
dövlətinin dezinteqrasiya prosesinin 1990-cı ilin axırlarında 
böhran nöqtəsini keçməsi demək idi: ittifaq həm faktiki, həm də 
hüquqi baxımdan mərkəzdən və bir-birindən də asılı olmayan 
15 suveren hissəyə parçalandı. 
Dövlətçilik böhranının öhdəsindən federal qanunlar və 
konstitusiyaya dəyişikliklər vasitəsilə  gəlmək imkanları tü-
kəndikdə,  əvvəlcədən uğursuzluğa məhkum bir təşəbbüsə – 
yeni, müstəqil respublikaları yeniləşmiş federasiyasının 
təməlini təşkil edəcək  İttifaq müqaviləsini imzalamağa 
inandırmağa cəhd göstərildi. 
1991-ci ilin yayında Sovetlər ölkəsi o vaxta qədər görün-
məmiş bir hadisə – dövlət çevrilişi siyasətilə üzləşdi. Avqustun 
19-na keçən gecə SSRİ prezidenti hakimiyyətdən uzaq-
laşdırıldı. Bir qrup dövlət xadimi səhhətilə  əlaqədar, M.S. 
Qorbaçovun prezident səlahiyyətlərini icra etməsinin mümkün 
olmadığını, ölkədə 6 ay müddətinə fövqəladə  vəziyyət elan 
edildiyini, FVDK – SSRİ-də Fövqəladə  Vəziyyət üzrə Dövlət 
Komitəsi yaradıldığını  bəyan etdi. Komitənin tərkibinə vitse-
prezident Q.İ.Yanayev, baş nazir V.S.Pavlov, DTK sədri 
V.A.Kryuçkov, müdafiə naziri D.Q.Yazov və hakimiyyət 
strukturlarının, digər nümayəndələri daxil oldu. FVDK iqtisadi 
və siyasi böhranın, millətlərarası  və  vətəndaş qarşıdurmalarının 
və anarxiyanın aradan qaldırılmasını öz vəzifələri elan etdi. Bu 
sözlərin arxasında 1985-ci ilədək SSRİ-də mövcud olmuş 
münasibətlərin bərpası vəzifəsi dururdu. 
Avqust hadisələrinin mərkəzi Moskva idi. Şəhərə qoşun 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə