XII mühazirə
462
uyğunlaşdırılmışdı. Azərbaycanda 1946-1960-cı illərdə 90-a
yaxın qəzet, 29 jurnal və digər mətbuat orqanları fəaliyyət
göstərirdi. «Kirpi» jurnalı (1952), «Bakı» (1958), «Baku»
axşam qəzetləri, «Pioner» (1946), «Göyərçin» (1958), «Elm və
həyat» (1961), «Ulduz» (1967), «Qobustan» (1969) jurnalları
40-60-cı illərdə nəşr olunmağa başlamışdır.
Ümumiyyətlə, 1989-1991-ci illərdə Azərbaycanda 168
qəzet, 91 adda jurnal və digər dövri nəşrlər çap olunurdu.
1946-80-ci illərdə Azərbaycanda
kitab nəşri də xeyli
inkişaf etmişdi. 1988-ci ildə 1349 adda kitab və kitabça, mo-
noqrafiya nəşr olunmuşdu. Dərsliklərin, dərs vəsaitlərinin
çapına diqqət xeyli artırılmışdı. On iki cildlik «Azərbaycan
Sovet Ensiklopediyası», üç cildlik «Uşaq ensiklopediyası»da
70-80-ci illərdə nəşr olunmuşdu.
Bu illərdə Azərbaycanda klassik şair və yazıçıların
əsərləri külliyyatı, 20 cildlik klassik Azərbaycan ədəbiyyatı
kitabxanası, 50 cildlik dünya uşaq ədəbiyyatı kitabxanası,
«Azərbaycan nağılları» və digər dəyərli əsərlər işıq üzü
görmüşdü.
XX yüzilliyin 70-80-ci illərində Azərbaycan ədəbiyyatı
sosialist ideyalarının, kommunist ideologiyasının tələblərinə
uyğun olaraq inkişaf etsə də, ədəbiyyatda
tənqidi realizm də
mövcud idi.
Müharibədən sonrakı dövrdə də ədəbiyyatda sosializm
realizmi, partiyalılıq-xəlqilik prinsipləri davam etməkdə idi.
Ədəbiyyat
1.
H.Ə.Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981
2.
H.Ə.Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.
«Respublika» qəz., Bakı: 30 dekabr 2000
3.
İ.H.Əliyev. «Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı».
Bakı: 1997
4.
Azərbaycanın iqtisadiyyatı. Bakı: 1988
5.
Dulayeva H.T. Azərbaycan SSR-in kənd təsərrüfatı 60-80-ci
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
463
illərdə.
6.
Zeynalov İ.X. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci
illərdə). Bakı: 1996
7.
Zeynalov İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II
yarısında. Bakı: Azərnəşr, 2004
8.
Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı:
2004
9.
XX əsr Azərbaycan tarixi. Bakı: 2004
10.
Azərbaycan tarixi. 7 cilddə, VII c., Bakı: Elm, 2000
XIII mühazirə
462
Dos. A.Ə.Rzayev,
dos. N.Z.Məmmədov,
dos. R.G.Həsənov,
b/m. V.R.Nəbiyev
XIII. MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ
YARANMASI, ONUN DAXİLİ VƏ
XARİCİ SİYASƏTİ
1.
Sovet İttifaqının dağılması və onun səbəbləri
2.
Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyinin elan
edilməsi. İctimai-iqtisadi və hərbi-siyasi vəziyyət (1991-
1993-cü illər)
3.
Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası
4.
Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında yeni
mərhələnin başlanması (2003-200
8
-cı illər)
1. Sovet İttifaqının dağılması və onun səbəbləri
Yer kürəsinin ən böyük dövlətinin – Sovet Sosialist Res-
publikaları İttifaqının dağılması XX əsrin sonlarında bəşər
tarixinin ən mühüm hadisələrindən biri idi. Çox yüksək sənaye
istehsalı sürətinə, güclü iqtisadiyyata, ABŞ-ın
hərbi-texniki po-
tensialı ilə uğurla rəqabət aparan nəhəng hərbi-sənaye
kompleksinə malik olan SSRİ kimi nəhəng imperiya dövləti
niyə dağıldı?
SSRİ-nin dağılması ilə bağlı hadisələr müasir
tədqiqatçılar tərəfindən olduqca ziddiyyətli
şəkildə
qiymətləndirilir. Eyni zamanda, artıq
bu gün bizim keçilmiş
yolu ətraflı şəkildə təhlil etmək, o zaman gözlərimiz qarşısında,
bizim fəal, yaxud passiv iştirakımızla sürətlə inkişaf edən
proseslərə aid müxtəlif nəzər-nöqtələrini müqayisə etmək im-
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
463
kanımız var.
Sovet İttifaqının dağılması və məhvinin səbəblərinin
izahı, sanki tamamilə aydındır: sosialist nəhəngi, əslində, gil
ayaqlar üzərində dayanmışdı. bununla belə,
zahirən qüdrətli
görünən bir dövlətin XX əsrin 80-ci illərinin axırlarında belə bir
duruma düşməsinin səbəblərini anlamaq o qədər də asan dey-
ildir.
Dərhal bir haşiyə çıxaq: SSRİ-nin sürətli aqoniyası möv-
cudluğunun son onilliyində Sovet dövlətinin həyatının bütün
sahələrini – iqtisadiyyatı, siyasəti, o cümlədən milli, sosial-
mədəni və mənəvi həyatını bürümüş kompleks
və çoxsahəli
böhran baxımından geniş izah olunandır.
XX əsrin 80-ci illərinin ortalarında SSRİ-də partiya-
dövlət rəhbərliynin təşəbbüsü ilə ölkənin iqtisadi əsaslarının,
siyasi quruluşunun və mənəvi mühitinin yeniləşdirilməsi
prosesi başlandı.
Başlanğıcını Sov.İKP MK-nın aprel (1985) Plenumunun
qoyduğu bu proses yenidənqurma adlandırıldı. Sov.İKP-yə
1985-ci ilin yazından rəhbərlik etməyə başlayan M.S.Qorba-
çovun fikrincə, xalqın və partiyanın maraqları sosializmdə
stalinizm və durğunluq dövrlərində meydana çıxan əyintilərin
aradan qaldırılmasını, Leninin nüfuzunun, inqilabi,
sosialist
dəyərlərə hörmətin bərpasını tələb edirdi. Onun fikrincə,
yenidənqurma siyasəti «sosializmi yaxşılaşdırmalı» idi.
Bir çox tarixçilərin fikrincə, yenidənqurma aşağıdakılara
nail olmalı idi:
−
iqtisadi özünütənzimləmə sistemini mərkəzləşdirilmiş plan-
laşdırmanın işin öhdəsindən gələ bilmədiyi yerlərə, dövlət
və onun rəhbərliyi üçün ikinci dərəcəli əhəmiyyətə malik
sahələrə daxil etməklə, əsas strateji
vəzifələrin həlli üçün
lazım olan quvvə və vaxt əldə etmək;
−
bunun üçün ideologiyanı iqtisadiyyat və sağlam düşüncə ilə
əhəmiyyətli dərəcədə sıxışdıraraq, şəxsi mülkiyyət, bazar və