XI mühazirə
410
iqtisadi siyasəti respublikanın sosial-iqtisadi həyatında böhranlı
vəziyyət yaratdı. Vəziyyətdən çıxmaq üçün cəhdlər göstərilsə
də, bunlar bir nəticə vermədi.
XX yüzilliyin 60-cı illərinin sonunda, demək olar ki,
bütün mikroiqtisadi və digər istehsal göstəricilərinə görə,
Azərbaycan keçmiş ittifaqın bütün müttəfiq respublikaları
içərisində sonuncu pillədə dururdu.
1969-cü ilin iyul plenumunda V.Axundovun fəaliyyəti
tənqid olundu və o, Azərbaycan KP MK-nın birinci katibi
vəzifəsindən azad edildi, plenum H.Ə.Əliyevi Azərbaycan KP
MK-nın birinci katibi seçdi. H.Ə.Əliyevin Azərbaycana
rəhbərliyi dövründə – 1969-1982-ci illərdə respublikanın
ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər
baş verdi.
4. 1946-60-cı illərdə
respublikanın sosial-mədəni həyatı
50-60-cı illərdə respublikamızda sosial və mədəni
quruculuğun bütün sahələrində xeyli nailiyyətlər əldə edilmiş,
yeni sosial və mədəniyyət sahələri yaradılmışdı. Elmdə,
təhsildə, incəsənətdə və sosial siyasətdə bir sıra yeniliklər
edilmişdi. İqtisadiyyatda baş verən müsbət dəyişikliklər
əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi
səviyyəsinə təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin
sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində
isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin
istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması,
iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması və inkişaf
etdirilməsi sosial mədəniyyət sahəsində siyasətin başlıca
tələbləridir. İnsanların sağlamlığının qorunması, onların
həyatının və əməyinin mühafizəsi sosial siyasətin başlıca
şərtlərindəndir. Bəhs etdiyimiz dövrdə respublikada təhsil və
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
411
maarif sahəsində ciddi irəliləyişlər baş vermiş, bu sahənin
inkişafı yeni mərhələyə daxil olmuşdu. Təhsilin səmərəli
inkişafı gənc nəslin təlim və tərbiyəsi sahəsində başlıca
əhəmiyyətə malikdir. Həmin dövrdə dövlət və hökumət
orqanları öz fəaliyyətlərində bu sahənin hərtərəfli inkişafına
xüsusi diqqət yetirmişdi. Respublikada məktəblərin sayı xeyli
artmış, onların tədris, maddi bazası yaxşılaşmışdı.
Respublikanın 15 ali məktəbində 92 ixtisas üzrə 34 mindən
artıq tələbə oxuyurdu.
Ali məktəblər hər il 5000-ə qədər mütəxəssis buraxırdı.
Respublikada 76 elmi-tədqiqat idarəsi, təqribən, 5000 elmi işçi,
o cümlədən 162 elmlər doktoru, 1664 elmlər namizədi vardı.
Şərqşünaslığı daha da inkişaf etdirmək, şərq xalqlarının tarixini,
mədəniyyətini, iqtisadiyyatını öyrənmək üçün Azərbaycan
Elmlər Akademiyasının yanında Şərqşünaslıq İnstitutu
yaradılmışdı. Neft-kimya, neft emalı, energetika, fizika,
riyaziyyat, mexanika və başqa elm sahələrində müsbət nəticələr
əldə edilmişdi.
50-ci illərin ikinci yarısında Azərbaycanda çoxlu
yeddiillik və onillik musiqi məktəbləri, Dövlət
Konservatoriyası və Bəstəkarlar İttifaqı yaradılmışdı. Həmin
dövrdə Azərbaycanda (1956-cı ildə) komediya teatrı bərpa
edilmiş və 1958-ci ilə qədər 11 tamaşa göstərilmişdi.
Azərbaycanın musiqi incəsənətinin xəzinəsi daha bir görkəmli
əsərlə - bəstəkar Qara Qarayevin «İldırımlı yollarla» baleti ilə
zənginləşmişdi. Fikrət Əmirovun «Sevil» operasını da xüsusi
qeyd etmək lazımdır. Bu illərdə mətbuatda milli dəyərlərə uyğun
inkişafa diqqət xeyli artmışdı. Respublikada 160 min nüsxə ilə
18 jurnal, 175 min nüsxə ilə 111 respublika, vilayət, şəhər, rayon
qəzeti və çoxtirajlı qəzet nəşr edilmişdi. 1958-ci ilin yanvar
ayından başlayaraq «Bakı» axşam qəzeti çıxmağa başladı.
Həmin qəzetdən sonra «Göyərçin» jurnalı çapdan çıxdı.
Azərbaycan tarixinin tədrisinə ayrılan saatların miq-darı
XI mühazirə
412
artırılmalı, eyni zamanda, ali məktəblərdə, texnikomlarda və
başqa orta ixtisas məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsinə və bütün tədris-tərbiyə işinin kökündən
yaxşılaşdırılmasına nail olunmalı, həm də tələbələrin tədris-
istehsalat təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət
verilməli və bu sahədə ciddi tədbirlər görülməli idi.
Respublikanın ali məktəblərində 2088 nəfər elmi-pedaqoji işçi
vardı. Respublikanın elmi-tədqiqat idarələrində və ali
məktəblərində 4304 nəfər elmi işçi, o cümlədən 162 nəfər
elmlər doktoru, 1476 nəfər elmlər namizədi işləyirdi. Elmlər
Akademiyasının 22 nəfər həqiqi üzvü, 13 nəfər müxbir üzvü
var idi. Akademiyanın elmi idarələrinin maddi-texniki bazasını
möhkəmləndirmək üçün bir sıra tədbirlər görülmüşdü. 1954-cü
ildə Akademiya şəhərciyi tikilməyə başlamışdı. Elmlər
Akademiyasının institutları bir sıra elmi problemlər işləyib
hazırlamış, çoxlu elmi əsərlər və monoqrafiyalar, o cümlədən
Geologiya, Torpaq, Azərbaycanın heyvanat aləminə dair əsər-
lərini nəşr etdirmişdilər. Azərbaycanda hər cür təhsil növü ilə
750 mindən artıq adam əhatə olunmuşdu. Fəhlə və kəndli
gənclər, habelə yaşlılar məktəblərə daxil olmaqla ümumtəhsil
məktəblərində oxuyanların sayı 1958-1959-cu dərs ilində 1957-
ci ilə nisbətən 18 min nəfərdən çox artmışdı. Respublikada orta
məktəblərin sayı 77 ədəd çoxalmışdı. Ali və orta ixtisas
məktəblərində 63 min tələbə oxuyurdu. 1958-ci ilin payızında ali
məktəblərin gündüz şöbələrinə qəbul edilmiş tələbələrin 23
faizini orta məktəbi qurtardıqdan sonra əməli iş stajı olan
şəxslər təşkil edirdi. 1958-ci ildə Azərbaycanda mədəni-maarif
ocaqları şəbəkəsi genişlənmiş, klubların sayı 22 ədəd və yaxud
2 faiz, kütləvi kitabxanaların sayı 88 ədəd, yaxud 10 faiz
artmışdı. Respublikada səhiyyənin, əhaliyə tibbi xidmətin
yaxşılaşdırılması üçün mühüm tədbirlər görülmüşdü.
Səhiyyənin təşkilinin müxtəlif səmərəli formalarından istifadə
olunmuşdu. Xəstəxanaların, poliklinikaların, tibb
Şimali Azərbaycan İkinci dünya
müharibəsindən sonrakı dövrdə (1946-1960-cı illərdə)
413
məntəqələrinin işi qaydaya salınmış, onların maddi-texniki
bazasının möhkəmləndirilməsinə dövlət idarəetmə orqanları
daha yaxından kömək göstərmişdi. Respublikada səhiyyə
büdcəsi 28,5 faiz artmışdı. Respublikada 479 xəstəxana, 666
ambulatoriya və poliklinika, 305 həkim və feldşer məntəqəsi,
74 sanatoriya və istiharət evi vardı. Kənd yerlərində tibbi
xidməti yaxşılaşdırmaq üçün bu dövrdə respublikanın
rayonlarına 518 həkim, 3000 nəfər orta tibb işçisi
göndərilmişdi. 1500 nəfərə qədər həkim, 19 min nəfərdən çox
orta tibb işçisi əhaliyə tibbi xidmət göstərirdi. XX yüzilliyin 50-
60-cı illərində respublikada tikinti işləri genişləndirilir, yeni
konstruksiyalar tətbiq edilir, tikinti prosesləri
mexanikləşdirilirdi.
Bu illərdə iqtisadiyyatda nəqliyyat infrastrukturu da
inkişaf etdirilirdi. Burada dəmir yolu nəqliyyatı yüklərin
daşınmasında başlıca vasitə olaraq qalırdı. 1955-ci ildə
Azərbaycanda Dəmir yol İdarəsi yaradıldı. Nəqliyyat
infrastrukturunda dəniz və hava nəqliyyatı da önəmli yer
tuturdu. Dəniz nəqliyyatı ilə yük göndərilməsi və su yolu ilə
respublikaya yük gətirilməsi xeyli artmışdı. Azərbaycanda
avtomobil yük nəqliyyatı da sürətlə inkişaf edirdi. 60-cı illərdə
avtomobil yollarının yenidən qurulmasında, şosse yollarının çə-
kilməsində əhəmiyyətli işlər görülürdü. Sərnişindaşıma key-
fiyyyətcə yaxşılaşmış, yüklərin daşınması xeyli artmışdı. Dəmir
yolu, dəniz, avtomobil nəqliyyatının və Milli Hava
Donanmasının işləri nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı.
1957-ci ildə Azərbaycan dəmir yolunda yükdaşıma 1955-ci ilə
nisbətən 22 faiz artmışdı. 1958-ci ildə dəmir yolu ilə hər cür
yüklər göndərilməsi 1957-ci ilə nisbətən 8 faiz artmışdı. Neft
və neft məhsulları, habelə hər cür filiz göndərilməsi tapşırığı
102 faiz, mineral tikinti materialları göndərilməsi tapşırığı 117
faiz, qara metal qırıntıları göndərilməsi tapşırıqları 96 faiz
yerinə yetirilmişdi. Azərbaycan SSR Avtomobil Nəqliyyatı
Dostları ilə paylaş: |